Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
15-12-2023, 23:12
Sumqayıtda tikinti materialları bazarı yandı


Sumqayıtda tikinti materialları bazarı yandı

Sumqayıtda tikinti materialları bazarında obyekt yanıb.
Bu barədə FHN-dən bildirilib.
Belə ki, bazarın ərazisində ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı obyektin iki otağının dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Obyektin qalan hissəsi, yaxınlıqda yığılan taxta materialları və digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
15-12-2023, 22:15
Avtomobilin dövlət nömrə nişanına müdaxilə edən qazi saxlanıldı


Avtomobilin dövlət nömrə nişanına müdaxilə edən qazi saxlanıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən dövlət nömrə nişanları üzərində olmayan "Xəzər" markalı avtomobilin çoxavazlı səs siqnalından istifadə etdiyi müəyyən edilib.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini Fərid Salayevə qanunvericiliyin tələbləri izah edildiyi zaman o, polisin qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozan hərəkətlərə yol verib.
Bununla yanaşı sürücünün narkotik vasitədən istifadə etməsinə şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin olunub.
Müayinənin nəticəsində F.Salayevin narkotik vasitədən istifadə etdiyi müəyyən edilib.
Bundan əlavə, həmin sürücünün məsuliyyətdən yayınmaq üçün nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarına qanunsuz olaraq müdaxilələr etdiyi də məlum olub. Aşkarlanan hallarla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Salayev inzibati qaydada həbs edilib.
Qeyd edək ki, F.Salayev Vətən müharibəsində iştirak edib.
15-12-2023, 21:40
Ukrayna hələ də Avropa İttifaqına daxil olmaqdan çox uzaqdır - Makron


Ukrayna hələ də Avropa İttifaqına daxil olmaqdan çox uzaqdır - Makron

Brüsselin qərarına baxmayaraq, Ukrayna hələ də Avropa İttifaqına (Aİ) daxil olmaqdan çox uzaqdır.
Bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
O, Aİ-nin qərarını hüquqidən daha çox siyasi adlandırıb.
“Biz Aİ-nin Ukrayna hesabına genişlənməsindən çox uzağıq. İstənilən halda, həll yolu nə olursa olsun, bu, daxili qaydalarda ciddi islahatlar tələb edəcək ki, bu da yalnız maliyyələşdirmənin artırılması ilə mümkündür”, - deyə Makron Aİ sammitindən sonra deyib.
Qeyd edək ki, Aİ sammiti dekabrın 14-15-də baş tutub. Sammitdə Ukrayna ilə üzvlük danışıqlarının başlamasına qərar verilib.
15-12-2023, 20:39
Bu partiya da prezident seçkilərində iştirak etməmə qərarı aldı


Bu partiya da prezident seçkilərində iştirak etməmə qərarı aldı

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının genişləndirilmiş iclasında növbədənkənar prezident seçkiləri müzakirə edilib.
Partiya seçkilərdə öz namizədi ilə iştirak etməmək barədə qərar qəbul edib.
Partiyanın Siyasi Şurası növbəti ildə Parlament və Bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq partiya resurslarının növbəti ildə məhz bu istiqamətlərə istifadə edilməsini məqsədəuyğun hesab edib.
AMİP üzvlərinin bəziləri seçkilərdə müşahidəçi kimi iştirak edəcək.
Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP) Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Müsavat Partiyası isə seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib.
15-12-2023, 19:50
Ceyhun Bayramov ABŞ-nin təyin olunan səfirini qəbul etdi


Ceyhun Bayramov ABŞ-nin təyin olunan səfirini qəbul etdi

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbini qəbul edib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub.
C.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
15-12-2023, 19:03
Yeni ilin qeyri-iş günləri açıqlandı


Yeni ilin qeyri-iş günləri açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
2024-cü il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:
1, 2 yanvar – Yeni il bayramı;
20 yanvar – Ümumxalq hüzn günü;
8 mart – Qadınlar günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
10, 11 aprel – Ramazan bayramı;
9 may – Faşizm üzərində qələbə günü;
28 may – Müstəqillik Günü;
15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
16, 17 iyun – Qurban bayramı;
8 noyabr – Zəfər Günü;
9 noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü;
31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 3,4,5 yanvar, 25 və 26 mart, 18 və 19 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart və 18 iyun tarixləri istirahət günləridir. Beşgünlük iş həftəsində 7 yanvar iş günüdür.
2024-cü ilin fevral ayı 29 gündən, il isə 366 gündən ibarətdir.
2024-cü ildə beşgünlük iş həftəsində 239 iş günü, iş günü hesab edilməyən 105 istirahət günü, iş günü hesab edilməyən 19 bayram, 1 Ümumxalq hüzn günü, 1 Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və 1 Bələdiyyə seçkiləri günü var.
Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
2024-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 901 saatdır.
Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.
Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1901 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
15-12-2023, 18:45
Bu ölkələr Bakıda birgə sənəd qəbul etdi


Bu ölkələr Bakıda birgə sənəd qəbul etdi

Bakıda Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq Birgə Kommünike qəbul edilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev imzalayıblar.
Birgə Kommünikedə bərpa olunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, “yaşıl” hidrogen və “yaşıl” ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Sənədə əsasən tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəliblər. Birgə Kommünikeyə uyğun olaraq regionda üçüncü ölkələr bu layihədə iştirak edə bilər.
Sənədə əsasən, Azərbaycan ilə Mərkəzi Asiya regionu ölkələri arasında iqtisadi və energetika əməkdaşlığının, o cümlədən Orta Dəhlizin imkanlarının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə, bərpa olunan enerji mənbələrindən geniş istifadənin tətbiqinə əsaslanan davamlı inkişafa alternativin olmadığını, eləcə də tərəflərin öz iqtisadiyyatlarını inkişaf etdirmək hüququndan məhrum etmədən gələcək karbonsuzlaşma üçün ayrı-ayrılıqda və birgə səylərini davam etdirmək niyyətlərini vurğulayaraq, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində birgə fəaliyyətin və əməkdaşlığın uğurlu təcrübəsini nəzərə alaraq, Azərbaycan Respublikasının region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının koordinasiyası və sinxronlaşdırılması təşəbbüsünü, enerji sistemlərinin davamlı birləşdirilməsi potensialı, həmçinin təmiz elektrik enerjisinin, tərəflərin qarşılıqlı maraqlarına uyğun olaraq, o cümlədən üçüncü ölkələrin bazarlarına tədarükü və mübadiləsi səylərini alqışlayaraq, Xəzər-Qara dəniz-Avropa ixrac dəhlizinin birgə layihəsinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən həyata keçirilməsini nəzərə alaraq, Naxçıvan-Türkiyə-Avropa enerji dəhlizinin perspektivlərini qeyd edərək, “Yaşıl” elektronların və molekulların daşınması üçün infrastruktur yaratmaq səylərinin əlaqələndirilməsindən ortaya çıxan perspektivləri vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə aidiyyəti nazirliklərin və kommersiya təşkilatlarının səylərinin birləşdirilməsi tapşırığı nəzərə alınıb.
Qeyd edək ki, kommünikeni nazir Almasadam Satkaliyev tərəfindən təmsil olunan Qazaxıstan Respublikasının Energetika Nazirliyi, nazir Jurabek Mirzamahmudov tərəfindən təmsil olunan Özbəkistan Respublikasının Energetika Nazirliyi, nazir Laziz Kudratov tərəfindən təmsil olunan Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi, nazir Mikayıl Cabbarov tərəfindən təmsil olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, nazir Pərviz Şahbazov tərəfindən təmsil olunan Azərbaycan Respublikasının Energetika Nazirliyi imzalayıblar.
Xatırladaq ki, 14 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində iclas keçirilib. Nazirlər ölkələrin bərpa olunan enerji sahəsində potensialını vurğulayıb, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını qeyd ediblər. Bu kontekstdə Azərbaycanın enerji sisteminə inteqrasiya edəndən sonra Qara dənizin dibi ilə yüksək gərginlikli xətlərin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub.
15-12-2023, 17:37
Paytaxtın bu prospektində təmir işləri başlayıb


Paytaxtın bu prospektində təmir işləri başlayıb

Səhər saatlarından etibarən Bakı şəhərinin Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu kilometrindən “Zığ dairəsi” istiqamətində təmir işlərinə başlanılıb.
Təmir işləri 250 metrlik hissəni əhatə edir və işlərinin dekabrın 19-u saat 22:00-dək aparılması nəzərdə tutulur.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması və zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması işləri aparılır.
Təmir işləri ilə əlaqədar prospektin sözügedən hissəsində Zığ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmaqla, əks istiqamət üzrə ikitərəfli hərəkəti təmin olunub. Bunun üçün ərazidə ayrıcı zolaqda avtonəqliyyat vasitələrinin keçidi üçün hissə yaradılıb, əlavə yol nişanlarının quraşdırılması, yol-cizgi xətlərinin çəkilişi işləri aparılıb.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə yol hərəkəti qaydalarına riayət etmələri və avtonəqliyyat vasitələrini ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun idarə etmələri xahiş olunur.
15-12-2023, 17:28
Müsavat Partiyası seçkilərdə iştirak etməməyə qərar verdi


Müsavat Partiyası seçkilərdə iştirak etməməyə qərar verdi

Müsavat Partiyası seçkilərdə iştirak etməməyə qərar verdi

Dekabrın 15-də Müsavat Partiyası Divanının iclası keçirilib.
İclasda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müzakirə edilib.
İclasın yekununda prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edilib.
15-12-2023, 17:24
Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin seçildi


Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin seçildi

Dünən saxlanılan Milli Şura üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub. Qərara əsasən, Tofiq Yaqublu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi dünən Tofiq Yaqublunun Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması və evində axtarış aparılması barədə məlumat yayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!