Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
6-02-2024, 22:50
İtaliya qəzetində Azərbaycanın seçki prosesiylə bağlı məqalə dərc olundu


İtaliya qəzetində Azərbaycanın seçki prosesiylə bağlı məqalə dərc olundu

İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzeti fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq prosesi barədə məqalə dərc edib.
Yazıda Azərbaycanın Şərqlə Qərbi ideal şəkildə birləşdirən və bütün sahələrdə getdikcə daha strateji rola malik ölkəyə çevrildiyi bildirilir. Qeyd olunur, ölkəmizin Avropa ilə təkcə ənənəvi enerji resursları sahəsində deyil, həm də bizneslər arasında tərəfdaşlığı və bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı genişləndirir. Azərbaycanın makro məkanda dönüş nöqtəsi etməyə və strateji çoxtərəfli tərəfdaşlıqları inkişaf etdirməyə qadir ölkə kimi özünəməxsus rolunun olduğu vurğulanır. Azərbaycanın Qarabağda əldə etdiyi Qələbənin əhəmiyyəti, ölkəmizin modernləşdirilməsi istiqamətində aparılan islahatlar, balanslaşdırılmış siyasətlər, məqsədyönlü ittifaqlar və müdafiə, enerji, kommersiya mübadiləsi kimi əsas sektorlarda əməkdaşlıqlar qurduğu diqqətə çatdırılır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa etdiyi vurğulanır, Beynəlxalq Ədalət Məhkəməsi 2023-cü il 17 noyabr tarixli qərarı ilə bunun təsdiqləndiyi qeyd olunur.
Məqalədə bildirilir ki, seçkilərdə 7 namizəd qeydə alınıb, indiyədək 65 minə yaxın müşahidəçi qeydiyyatdan keçib, 70 ölkədən, 49 təşkilatdan 512 nəfəri beynəlxalq müşahidəçi ölkəyə gəlib.
Yazıda Azərbaycan-İtaliya münasibətlərinin çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, qarşılıqlı maraqlara və dostluğa əsaslandığı bildirilir. Diqqətə çatdırılır ki, İtaliya Azərbaycanın, Azərbaycan isə Cənubi Qafqaz regionunda İtaliyanın əsas ticarət tərəfdaşıdır. TAP təbii qaz boru kəmərinin qitənin enerji təchizatındakı rolu, iki ölkə arasında logistika, infrastruktur və mədəniyyət sahələrində əlaqələrin, İtaliya-Azərbaycan Universiteti, “Ansaldo Energia” və “Azərenerji” şirkətlərinin əməkdaşlığının, eləcə də “Leonardo” şirkəti ilə qurulan uzunmüddətli münasibətlərin əhəmiyyəti qeyd olunur.
6-02-2024, 22:20
Qarabağ Universitetinin idarə olunma qaydaları açıqlandı


Qarabağ Universitetinin idarə olunma qaydaları açıqlandı

Qarabağ Universitetinin idarə olunma qaydaları açıqlanıb.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.
Nizamnaməyə əsasən, Universitetin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə ilə müəyyən olunur.
Universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır.
Himayəçilər Şurasının tərkibini azı 3 (üç) nəfər olmaqla Nazirlik təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və Nazirliyin təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.
Universitetdə tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılır. Elmi-metodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.
Universitetin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rektor rəhbərlik edir.
Rektor Universitetin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, Universitetin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur.
Universitetin 5 (beş) prorektoru var. Universitetin prorektorlarının sayı Nazirliklə razılaşdırılmaqla dəyişdirilə bilər.
Prorektorlar Universitetin rektorunun təqdimatı əsasında Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Rektor olmadıqda, Universitetin fəaliyyətinə rəhbərliyi Nazirliyin müəyyən etdiyi prorektor həyata keçirir.
Universitet təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər. Universitetin strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yaradıla bilər.
6-02-2024, 21:52
Erməni hərbçinin yanmış meyidi tapıldı


Erməni hərbçinin yanmış meyidi tapıldı

Ermənistan ordusunun hərbçisi ölüb.
Bu barədə "Hraparak" qəzeti yazıb.
38 yaşlı hərbçinin yanmış halda meyitinin tapıldığı bildirilir.
Ermənistan Müdafiə Nazirliyinin məsələ ilə bağlı açıqlama verəcəyi gözlənilir.
6-02-2024, 21:03
Qarabağ Universitetinin nizamnamə fondu müəyyənləşdi


Qarabağ Universitetinin nizamnamə fondu müəyyənləşdi

Qarabağ Universitetinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları müəyyənləşib.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.
Nizamnaməyə əsasən, Universitetin nizamnamə fondu 10.000.000 (on milyon) manatdır.
Universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır.
Universitet ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Universitetin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.
Universitet əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Nazirliklə razılaşdırmaqla həyata keçirir.
Universitet mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Universitetin əmlakının idarə edilməsi ilə bağlı fəaliyyətinə nəzarəti Nazirlik və ya Nazirliyin səlahiyyət verdiyi şəxs həyata keçirir.
6-02-2024, 20:30
Komanda yoldaşını vuran futbolçu klubundan ayrıldı


Komanda yoldaşını vuran futbolçu klubundan ayrıldı

"Turan Tovuz" klubu futbolçu Budaq Nəsirovla yollarını ayırıb.
Klubdan verilən məlumata görə, bölgə təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, AFFA İntizam Komitəsi Budaq Nəsirovu Əvəzedicilər Liqasının XX turunda “Səbail-2” ilə matçda komanda yoldaşını vurduğu üçün 4 oyunluq diskvalifikasiya etmişdi.
6-02-2024, 20:15
“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edildi


“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edildi

“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Qarabağ Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
6-02-2024, 19:56
Ceyhun Bayramov TÜRKPA Müşahidə Missiyasının rəhbərini qəbul etdi


Ceyhun Bayramov TÜRKPA Müşahidə Missiyasının rəhbərini qəbul etdi

Fevralın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesteni və nümayəndə heyətinin digər üzvlərini qəbul edib.
Bu barədə XİN məlumat yayıb. Məlumata görə, görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, habelə cari ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb. Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb.
Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri, o cümlədən Xarici İşlər Nazirliyi tərəfindən görülən tədbirlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ilk dəfə bütün ərazilərimizdə suverenliyimizin bərpasından sonra keçirilən bu seçki prosesinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin təsis edildiyi diqqətə çatdırılıb.
Missiya rəhbəri Osman Mesten qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi zəfərdən, habelə tam suverenliyinin bərpasından sonra ilk dəfə keçirilən Prezident seçkilərini müşahidə etməkdən məmnunluq duyduğunu qeyd edib. Keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın bundan sonrakı inkişafında mühüm rola malik olacağına dair əminlik ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
6-02-2024, 19:46
Şəhid xanımı tapdığı 11 min dolları sahibinə qaytardı


Şəhid xanımı tapdığı 11 min dolları sahibinə qaytardı

Vətən müharibəsi şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva bu gün paytaxtda böyük miqdarda pul tapıb.
Şəhidin həyat yoldaşı pulu itirən şəxsi tapmaq üçün “ATV” telekanalında yayımlanan “Bizimləsən” verlişinə müraciət edib.
Məbləğin nə qədər olduğu və hansı istiqamətdə tapıldığı barədə məlumatlar açıqlanmayıb. Məlumata görə, bu məbləğ 11 min dollar olub.
Telekanalın qaynar xəttinə zəng edənlərdən birinin pulun həqiqi sahibi olduğu bəlli olub.
6-02-2024, 18:27
Baba Vəziroğluna “Şərəf” ordeni təqdim edildi


Baba Vəziroğluna “Şərəf” ordeni təqdim edildi

Fevralın 6-da Mədəniyyət Nazirliyində müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, şair, tərcüməçi, ssenarist, Əməkdar incəsənət xadimi Baba Vəziroğluna “Şərəf” ordeni təqdim edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəziroğlu bu ordenə layiq görülüb.
Mədəniyyət naziri Adil Kərimli 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə Baba Vəziroğluna təbriklərini çatdırıb. Qeyd olunub ki, şair çağdaş poeziyamızda öz dəst-xəti ilə seçilir. Onun şeirlərinə çoxsaylı mahnılar bəstələnib və tanınmış müğənnilər tərəfindən ifa olunur.
Ölkəmizdə ədəbiyyat və mədəniyyət xadimlərinə dövlət qayğısından danışan nazir bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə bu sahələrin inkişafını diqqətdə saxlayıb, yaradıcı insanlardan öz dəstəyini əsirgəməyib. Hazırda bu siyasət ölkə başçısı tərəfindən uğurla davam etdirilir.
Baba Vəziroğlu yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini şairə təqdim edib, xatirə şəkli çəkdirilib.

6-02-2024, 17:50
Latviya, Litva və Estoniyanın diplomatları Rusiya XİN-ə çağırıldı


Latviya, Litva və Estoniyanın diplomatları Rusiya XİN-ə çağırıldı

Latviya, Litva və Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Buna səbəb martda keçiriləcək Rusiya prezident seçkiləri zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı Moskvanın müraciətlərinə cavab verilməməsi olub.
Xarici İşlər Nazirliyi Latviya, Litva və Estoniya hakimiyyətlərindən seçicilərin, eləcə də səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atmağı tələb edib", - deyə sözçü bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!