Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
10-02-2024, 15:09
Türkiyə AŞPA-nın Azərbaycanla bağlı qərarına münasibət bildirdi


Türkiyə AŞPA-nın Azərbaycanla bağlı qərarına münasibət bildirdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə bağlı qərəzli qərarına münasibətbildirib.
Bəyanat Türkiyə parlamentinin rəsmi səhifəsində dərc olunub.
O qeyd edib ki, Türkiyə parlamenti AŞPA-nı dəstəklədiyi prinsipləri qətiyyətlə müdafiə etməyə, bölücü deyil, birləşdirici platforma olmağa və Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyə çağırır.
Kurtulmuş AŞPA-nın Azərbaycanla bağlı qərarından məyus olduğunu və bu qərara yaxın vaxtlarda yenidən baxılacağını gözlədiyini qeyd edib. O xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu qurumla əməkdaşlıq etdiyi illər ərzində təkcə onun əsas prinsiplərinin həyata keçirilməsinə mühüm töhfə verməyib, həm də mədəni müxtəlifliyin qorunmasında və mədəniyyətlərarası dialoqun təşviqində aparıcı rol oynayıb.
10-02-2024, 15:09
Türkiyə AŞPA-nın Azərbaycanla bağlı qərarına münasibət bildirdi


Türkiyə AŞPA-nın Azərbaycanla bağlı qərarına münasibət bildirdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə bağlı qərəzli qərarına münasibətbildirib.
Bəyanat Türkiyə parlamentinin rəsmi səhifəsində dərc olunub.
O qeyd edib ki, Türkiyə parlamenti AŞPA-nı dəstəklədiyi prinsipləri qətiyyətlə müdafiə etməyə, bölücü deyil, birləşdirici platforma olmağa və Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyə çağırır.
Kurtulmuş AŞPA-nın Azərbaycanla bağlı qərarından məyus olduğunu və bu qərara yaxın vaxtlarda yenidən baxılacağını gözlədiyini qeyd edib. O xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu qurumla əməkdaşlıq etdiyi illər ərzində təkcə onun əsas prinsiplərinin həyata keçirilməsinə mühüm töhfə verməyib, həm də mədəni müxtəlifliyin qorunmasında və mədəniyyətlərarası dialoqun təşviqində aparıcı rol oynayıb.
10-02-2024, 14:24
Bir ata tanıdım…


Bir ata tanıdım…

REKVİEM
Bir ailə vardı. Bir-birinə bağlı olan, bir-birini ülvi hisslərlə sevən iki gəncin illər öncəsi qurduğu bir ailə. Ülvi sevgiləri yolunda hər kəsi qarşılarına alaraq əl-ələ tutan, ayaqlarını yerə möhkəm basan və bu ayaq izlərinin cığırına düşüb özləri üçün yeni bir cığır açaraq orada hər kəsin qibtə ilə baxdığı bir dünya qurdu bu iki gənc. Sevgi dolu dünyalarında xəyallar quran və bu xəyallarının gerçəkləşməsi üçün bir-birinə inanaraq yola çıxarkən bir məqsədləri vardı: nümunəvi bir ailə olmaq. Və beləcə illər keçdi və onların bir-birindən gözəl, ay parçası olan 4 qız övladları dünyaya göz açdı.
Sevgi və qayğı ilə böyüyən bu fidan balalar böyüdükçə aldıqları gözəl tərbiyə ilə hər zaman valideynlərinin başını uca tutdular. Kənardan hər zaman övladlarını seyr edərkən onlara qürurla baxan ata-ananın dillərində yalnız bir söz bitdi: “şükür!”.
Ot öz kökü üstə bitər deyirlər. Hər bir addımın təməlində doğru yol, düzgün tərbiyə, əxlaq dayanar. Təbii ki, 4 qız böyütmək, onlara gözəl tərbiyə, təhsil vermək asan bir iş deyildir. Lakin onlar bunu bacara bilmişdi. Bu ailənin xüsusi bir özəlliyi vardı. Qarşılıqlı hörmət, anlayış. Atdıqları hər bir addımda, verəcəkləri hər bir qərarda istər evin böyüyü, istər kiçiyi, fərq etməz, hər kəsin fikrini öyrənər, məsləhətləşər və daha sonra qərar verərdilər. Axşamlar süfrə hazırlanar, ata işdən evə gəlməyincə hec kim süfrəyə yaxın durmazdı. Ata gəlincə birlikdə əyləşib mehribanlıqla şam yeməyini yeyərdilər. Bu ailəni bir –birinə bağlayan xüsusi bir bağ vardı.
Bəli, bu bizim ailəmiz idi. Saymaqla bitməyən o qədər özəllikləri var ki, hər biri şirin xatirəyə dönərək hər an anılır bizim evdə… Valideynlərimiz əl-ələ verib, zəhmət çəkmiş, 4 gül balanı böyütmüşlər. Hər ailə kimi bu ailənində çətin zamanları çox olmuşdur. Belə çətin zamanlarda ən böyük dəstəyi məhz bir-birindən alan valideynlərimiz, yalnız irəli addımladılar. Bütün o illəri qələmə alsam bəlkə də “nümunəvi bir ailə” adlı gözəl bir kitab ərsəyə gətirmək olar (Və nə bilmək olar, bəlkə də nə zamansa bunu həyata keçirə bildim).
Beləcə aylar, illər keçdi. Bütün çətin günlər yavaş-yavaş geridə qaldı. Bu çiçəklər sevgidən güc alaraq böyüyüb ətrafa işıq saçdılar. Bu gün hər biri ailə-uşaq sahibi olub, valideynlərinin qürur duyduqları ailə başçısı olublar. Belə bir deyim var ki, insan valideynlərini özü seçmir. Belə olsaydı tam fərqli olardı. Lakin elə insanlar da olur ki, kaş ki deyib onları dəyişmək istəyir.
Amma həyatımızda dəyişməyən bir gerçək var, bu ailənin övladı olmaq. Heç vaxt bunun üçün kaş ki, deməmişik. Bu həyata yenidən gəlsəydik yenə də eyni ata-ananın övladı olmağı arzu edərdik. Bu bizə bəxş edilən ən böyük var-dövlət, ən gözəl nemətdir. Dilimizdə kaş ki deyil, şükür olub hər zaman. Elə bu minvalla istəyərdim ki, bir az ailəmizin baş qəhramanı, bizim qürur yerimiz olan Atamızdan danışım….
Bir ata tanıdım, uca boylu, məğrur baxışlı. Bir ata tanıdım, oturuşu, yerişi, sözü-söhbəti ilə böyükdən kiçiyə hər kəsin qəlbini fəth edən. Və bir ata tanıdım övladlarına qoyduğu ən böyük miras doğru yol, gözəl əxlaq, düzgün tərbiyə. Elə bir ata ki, bir kəliməsi, bir baxışı ilə anlayardın nə dediyini.
Atam bizim bu həyatda ən güvəndiyimiz sirdaşımız, saatlarla oturub söhbət etdiyimiz ən etibarlı dostumuz idi. O, bizim söykəndiyimiz ən uca dağ, ən qoca çinar idi. Bu həyatdakı ən böyük xosbəxtliyimiz idi elə bir atanın övladları olmaq. Və nə xoşbəxt bizə ki, o da bizimlə hər zaman qürur duyardı. Bizə güvənərdi hər zaman. Ata qız arasında elə bir sevgi vardı ki ölümsüz bir Ata oldu bizim üçün. İlk o anlayardı bizi. Gözlərimizə bir dəfə baxmaq kifayət edərdi anlasın kədərimizi, sıxıntımızı. İlk cümləsi bu olardı: “Bugün nəsə xoşuma gəlmədin, nə olub, sıxıntın nədir?”. Sonra uzun uzadı söhbət edərdi. Həyatın hər üzünü danışardı. Hər şey düzələcək, sizə inaniram, siz güclüsüz, başınızı həmişə dik tutun, ayaqlarınızı yerə möhkəm basın, həyat belədir, bala, deyərdi… Elə gözəl başa salardı ki, həyatı, çətinlikləri və onları həll etməyin yollarını. O bizim ən böyük müəllimimiz idi… Mübariz, şeirlər qucaq-qucaqdı.
Hər misran, hər kəlmən xeyir duadır.
Qiymətli daş-qaş da dünyada qalar,
Çalış qiymətini biləsən, qızım…


Biz onun həyatındakı ən gözəl bahar və o baharın ən ətirli çiçəkləri idik. O bizim ən qoca palıdımız, biz də o palıdın kölgəsində hər gün biraz daha böyüyən nazlı fidanlar idik. Atalar qızlarının qəhrəmanı və ilk sevgisi olur deyirlər. Sən bizi elə sevdin ki, əsla bir kimsənin sevgisinə sığınmadıq. Yaşanacaq ən böyük sevgini də, güvəni də səndə gördük, səndə yaşadıq. Sən bir şam oldun, hər zaman işiq saçan, biz də sənin pərvanələrin. Elə gözəl nazımızı çəkdin ki, sənin ərköyün, şıltaq qızların bu yaşda belə sənin başına yığılanda uşaq kimi oyunlar oynayar, sən də bizi izləyib gülümsəyərdin. Sənin yanında olmaq ayrica bir hüzur verirdi bizə. Amma hər baharın bir xəzanı olduğu kimi, bizim də baharımızın bir xəzanı varmış...
Təəssüf ki, bu xəzan bizim baharımıza çox tez gəldi. Bizim o vüqarlı, əyilməz, məğrur atamızı alıb apardı bizdən. Sakit səssiz. Bir sükut gəldi ömrümüzə. Bir hüzün çökdü çöhrəmizə. Baxışlarımız dəyişdi. Susqunlaşdıq. Hər şey donmuşdu sanki. Yavaş-yavaş anlayırdıq nələrin baş verdiyini. Qarşımızda uzun bir yol vardı. Sonsuzluga gedən, amma dönüşü olmayan bir yol. Təəssüf ki, bu yol bizim atamızı aparmaq üçün öz karvanını hazırlamışdı. Ürəyimizdə bir sim qırıldı. O simin qırılması ilə ciyərimizə bir od düşdü. Və o od alovlanıb bütün vücudumuza yayıldı. Həzin-həzin lay-lay dedik, yat dedik şirin-şirin. Biz çəkərik keşiyini. Süzüldü göz yaşlarımız yanaqlarımıza… Sonra alıb götürdülər yavaş-yavaş bizdən. Sonsuzluğun karvanında aldıq çiyinlərimizə, addım addım yeridik. Elə asta-asta addımlayırdıq ki, sanki vaxtı öldürürdük, biraz daha atamızın bizimlə qalmasın istəyirdik. Çox çətin və izah olunmaz duyğular yaşayırdıq. Son dəfə geri dönüb uzun-uzadı baxdıq. Gözün arxada qalmasın, Atam! Bundan sonra da sənin qürür duyacağın qızların olaraq yaşayacağıq deyib yola saldıq. Özünün də şeirində dediyi kimi:
Mübarizəm, başım uca istərəm.
Heç bir yerdə qalmaqalı sevmərəm.
Zəhmətimi sizə halal edirəm,
Allahı, Tanrını siz sevin qızım.


Sakit-sakit döndük evə. Ev sanki dəyişmişdi gedişinlə. Bir sükut çökmüşdü evin divarlarına. Evin hər yerində gözümüz ata axtarırdı. Hamı səndən danışırdı. İnsanların həyatında necə bir iz qoyduğundan, mərdliyindən, düzgünlüyündən, adın kimi həyatda hər şeyin yaxşısını əldə etmək üçün apardığın mübarizələrdən və ən əsası da insanlığından. Sənin yoxluğunu qəbul etmək çətin olsa da eşitdiklərimizlə qürur duyurduq. Hər kəs səni evdən yox, eldən getdi deyib ağlayırdı. Ölümsüzlüyünlə hər kəsin qəlbində dərin bir iz buraxmışdın. Sağlında qazandığın hörməti gedişinlə əbədiləşdirdin. Duyduqca qəhərlənir, sənsizliyin acısını iliklərimizə qədər hiss edirdik. Bir şeirində deyildiyi kimi:
Sənsizliyi zərrə-zərrə, damla-damla yaşayıram,
Acısını ayrı-ayrı hüceyrəmdə daşıyıram.
Könül yaram quruduqca, təkrar-təkrar qaşıyıram,
Bu dünyada ruh kimiyəm, bədənsizəm, çox sənsizəm.
Sakitcə bir kənara qısılıb hıçqıra-hıçqıra ata, deyib ağlayırdıq. Heç bir göz yaşı, heç bir təsəlli atasızlığımızı ovutmadı. Hicran odu yaman tez düşdü aramıza. Arzularımız, xəyallarımız yarımçıq qaldı. Nə biz səndən doyduq, nə sən bizdən doydun. Baxçanın heç solmayan güllərini soldurub getdin. Bizi çox tez böyütdün. Gedişinlə anladıq ki, böyümək necə olurmuş. Ömür kitabımızın səhifələrini vərəqlədikcə xatirələrimiz şirin bir nəğməyə çevrilib dilimizdən düşmür. Nə sözlər, nə də cümlələr kifayət etməz səni izah etməyə. Bir tək ümidimiz yuxulardı. Səni yuxuda görüb boynuna sarılmaq, danışıb səsini eşitmək. Yuxularımıza gəl, bizim nur üzlü atamız! Dəftərlərinin arasında bir vərəq tapdıq. Ağ vərəq və yazılan bir cümlə. O cümləni nə zaman və hansı hisslərlə, düşüncələrlə yazdığın bizə sirr olaraq qaldı. Yazımın sonunu sənin adından o cümlə və bir bənd şeirinlə bitirəcəm. “Əlvida həyatın ölən gün”…
Ulu Tanrım, budur səndən diləyim,
Mənim qızlarımın xətrinə dəymə!
Özün göndərmisən mələklər mənə,
Zəmilər əkdirib doldurdun dənə,
Verdiyin mələyin xətrinə dəymə!


Səni həmişə sevən, qızın AFAQ



10-02-2024, 14:11
Nəsimi yaradıcılığında insan…


İşıqlı Atalı


Nəsimi yaradıcılığında insan…

İlkin mifoloji düşüncədən, dinlərdən gələn mifoloji obrazların (Xızır, Pəri, Şeytan, Div, Mələk və s.) Nəsimi yaradıcılığında ifadəsi ayrıca diqqət çəkir. Burada folklor düşüncəsindən bəhrələnmənin yüksək ədəbi zövqlə birliyi var. Belə ki, insan ucalığının, ilahiliyinin təsdiq səviyyəsində ifadəsi üçün ictimai şüurda (müxtəlif folklor janrlarında, habelə din mifologiyasında) oturuşmuş simvolik mifoloji obrazlar Nəsimi ruhunun süzgəcindən keçirilir, kamilliyinə yetmiş aşiqin məntiqiylə əsaslandırılır, aforistik səciyyə daşıdığı dərəcədə məsəlləşir. Nəsimi yaradıcılığında türk mifoloji obrazlar sistemindən, ümumən din mifologiyasından gələn obrazlarla geniş şəkildə rastlaşırıq.
Xızır. Nəsimi yaradıcılığında Xızırla bağlı məqamlara daha çox rast gəlinir:
Xızır kimi içdi həyat abını,
Canü təni cümləsi oldu bəqa.
(Xızır kimi dirilik suyunu içdi, canı və bədəni əbədiyyətə qovuşdu).
Burada Nəsimi “dirilik suyunu içdi” dedikdə hürufilik təlimi əsasında insanın həqiqətə yetməsinə işarə edir. Bu beyt də mahiyyətcə yuxarıdakı ilə bağlıdır:
Xizrlə zulmatını tanımayan heyvan kimi,
Nə bilə kim, qanda vara, abi-heyvan istəyə?
***
Çün Xızr həyati-əbədi istər isən gəl,
Can təndə ikən çeşmeyi-heyvan tələb eylə.

(Xızr kimi ölümsüz həyat istəyirsənsə, gəl, can bədəndə ikən dirilik suyu ara).
(Mötərizə içində verilmiş tərcümələrin izahı Ə.Səfərlinindir).
Yəni əbədi ölümsüzlüyü idrakı yuxuya verməklə, alın yazısına inanmaqla, gözləməklə əldə etmək olmaz, insan aqibətini özü yaratmalıdır. Dirilik suyuna insan adlanan cənnətə - özünə yetməklə çata bilərsən. Hürufilk fəlsəfəsində insan bitməz-tükənməz bir dünyadır. Burada aşiqin – Nəsiminin həqiqətə yetib insanın dodağında dirilik suyu tapmasına işarə olunur.
Div. Nəsimidə Div obrazı-insandakı Şərin ümumiləşdirilmiş obrazıdır. Onun yaradıcılığındakı bu obraz Azərbaycan, ümumən türk folklorundan gələn bütün mənfi keyfiyyətləri özündə daşıyır.
Divin libasını qoy, Xızr ilə yoldaş ol kim,
Zülmətdə zahir olmaz heyvanə abi-heyvan.

Burada zülmətə dirilik suyu dalınca gedənə divin libasını soyunmaq gərəkliyi bildirilir, yoxsa o, istəyinə yetə bilməyəcək. Div – qaranlığın eyni, oxşarı, təsdiqidirsə, qaranlığı necə işıqlandıra, həqiqət ünvanını – dirilik suyunu necə tapa bilər? Əslində Nəsimi dirilik suyunu insanın içində, ruhsal imkanlarında axtarır, tapır. İnsanlara da bu həqiqəti deyir.
Divlər (Şər) insanı özündən ayırmaq, bütünlüklə şərləşdirmək üçün daim çalışırlar. İnsana (Həqqə) yetmək çətin, insandan (Həqdən) ayrılmaq isə çox asandır:
Kirpiklərinlə qaşın olmuşdur ismi-əzəm,
Divdən nə qorxu, çün kim, pənahım odur.
Burada ilahi sifətə vurulan, onda həqiqətini tapan insanın artıq Div kimi nəhəng varlıqdan qorxmadığı vurğulanır. İslama görə, ismi-əzəm Allahın bütün zatını, sifətlərini özündə ehtiva edir. Allahın bu adına “ismi-əzəm”, yəni ən böyük, ən əzəmətli ad deyilir. Bu adı söyləyən və Allahı bu ada and verən şəxsin duası mütləq qəbul olunduğuna, qeyri-mümkün işləri etmək, möcüzələri törətmək mümkünlüyünə inam var. Nəsimi bu qüdrəti insanın özündə tapır. Burada insanın kirpiklərilə qaşı “ismi-əzəm”ə oxşadılır.
Şeytan. Mifoloji-dini şüurda İblis (Şeytan) obrazının daimi varlığı, qarşısıalınmazlığı əslində insanın öz yaradıcı imkanlarına tam inanmaması, alın yazısı mifizminə qapılması ilə bağlıdır. Əcdad düşüncəsində-alt şüurda bu, artıq qarşısıalınmaz fobik təmayülə çevrilir, minillərdir transformasiyaya uğrayaraq gerilikçi yol gəlir, mahiyyətcə isə demək olar, xeyirliyə heç nə dəyişmir. Fobik əhvallar çağımızda psixologiya, psixiatriya tərəfindən təhlil olunur, irsiliyin problemləri araşdırılır, ancaq həm də insanın fobiya ilə yanaşı ağalıq duyğusunun bir-biri ilə bağlı olduğu unudulur. Psixologiya, psixiatriya bu mövzunu da təbii olaraq öyrənir, ancaq “necədir?” sualına cavab verir, “nə üçün?”, “necə etməli?” suallarına cavab vermir.
Şeytandır ol ki, surətinə qılmadı sücud,
Şeytanə münkir olmuşam, inkarə düşmüşəm.
(Surətinə səcdə etməyən şeytandır, mən isə şeytanı inkar etmiş və inkara düşmüşəm).
Nəsimidə İnsanın ilahiliyi (Allahlığı) yüksək bir dərəcədə vəsf olunur. Dinə görə Allahın yaratdığı Şeytan İnsana səcdə etmir. Nəsimi İnsanın hər an səcdəyə layiq olduğuna əmindir. Bu səbəbdən də Şeytanı inkar edir, varlığını saymır.
Çıxıb minbərdə ey vaiz, yeyin kərm olma, əbsəm dur,
Daha məşğul idi şeytan ki, səndən zöhdü təqvayə.

***

Çün əscədü buyurdu adəm qatında həq gəl,
Həqqin xitabinə uy, qıl cəcdə, olma şeytan!
(Haq adəm haqqında buyurdu ki, səcdə edin, sayğı göstərin.
Sən də şeytan olma, haqqın buyurduğuna uy, səcdə elə).
Hər iki beytdə Həqqin ünvanı – İnsandır. Nəsiminin inamına görə, İnsana səcdə etməyən kafirdir. Aşağıdakı beytdə Zərdüştlüyün Şər Allahı obrazı olan Əhrimənlə rastlaşırıq. Ancaq mahiyyət birdir. Sadəcə, burada Əhrimən İslamdakı Şeytan obrazını əvəzləyib:
Həmdəm nə rəsmilən ola Cəbrayılü Əhrimən,
Munis nə tövr ilən ola tuti ilə qürab?
(Cəbrayılla şeytan necə həmdəm olur? Tuti ilə qarğa necə isinişər?
Al. Al ilə ala gözlərin aldadı aldı könlümü,
Alını gör nə al edər, kimsə irişməz alinə.
Buradakı Al zahirən duyulmasa da, mənşəyini mifoloji düşüncədən alır: ala gözlər hiylə ilə aldadaraq aşiqin könlünü alıb; hiyləsinə bax, necə hiylələr işlədir, heç kəs onun hiyləsinə çata bilməz. Bu, adam xislətinə xas hiyləgərliyi aşiq məşuqunda gördükdə sarsılır, ancaq yaxşı aldatmaqdır, yaxşı hiyləgərlikdir. Ona görə ki, hardasa bu cür aldanmağı, aldadılıb eşq oduna yanmağı aşiqin özü də istəyir. Göründüyü kimi, burada mifoloji obraz bədii priyom üçün gözəl bir imkan rolunu oynayır.
Buraq. Burada Nəsimi ruhunun Buraqla meraca çıxdığından danışır. Ağılda, düşüncədə həqiqətə yetən Nəsimi üçün Buraq obrazı tamamilə uyğundur. Həqiqət ünvanı – içidir, ona yetib.
Meracə çıxdı ruhi-Nəsimi Buraq ilən,
Şol laşədən nə faidə kim, la-zəlul ola?
(Nəsiminin ruhu Buraq ilə göylərə çıxdı, O ət yığınından nə fayda ki, ram olmaya?)
Ənqa – Simurq. Burada da Nəsiminin yüksək bədiyyatla aşiqlik halını ifadə etməsi mənasızlıq təəssüratı yaratmır. Ona görə ki, əfsanəvi obraz gerçək bənzərsiz aşiq Nəsiminin şəxsində - onunla eyniləşdiyinə görə sanki yenidən dirilir, əsil qiymətini alır:
Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən Kuhi-Qaf,
Sənsən ol ali məqamda şəhpəri-ənqayi-eşq.
Huri-Mələk. Mələk obrazı da Nəsimidə gerçək, həqiqətə yetmiş insanın təsdiqi kimi diqqəti çəkir:
Apardı könlümü məndən bu gün ol cənnətin huri,
Götür pərdə cəmalından ki, sənsən eynimin nuri.
***
Vaiz, mənə vəd etdiyin cənnətdə huri nisyədir,
Gəl, nəqd ağuşumda gör gülüzlü siməndamı sən.
Mələk – Od (Dindəkinin əksinə olaraq – Od-İnsan):

Həqqə yetən insanın içi o qədər işıqlanıb ki, odun işığı üzündə də aydınca ifadə olunub:
Düşərəm oda göricək bu mələknijad huri,
Əcəba, bu Çin bütinin üzi nəqşi – azərimi?
(Bu mələk soylu hurini görcək oda düşərəm, bu Çin gözəlinin üzü oddan işlənmiş rəsmdirmi?
Günəş – Ay. Türk mifiloji obrazlar sistemində Günəşin, Ayın insanlaşmış obrazı aparıcıdır. Nəsiminin yaradıcılığında təbiətin indi də sirli-sehrli sayılan obrazlarına yanaşma özünəməxsusdur. O, vəcd məqamında özünü Günəş, Ay sayır. İnanır ki, Haqqa yetib, haqq olub. Bu qənaət onun fitrətən yerin-göyün sirrinə yiyələnməsi ilə bağlıdır.
Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvana sığmazam.
(Günəş mənəm, ay mənəm, bal mənəm, şəkər mənəm,
Axıcı ruh bağışlaram, axıcı ruha sığmaram).
Bu qənaətdə isə qətiyyən şişirtmə yoxdur:
Bir günəşsən, Nəsimi, kim anın,
Neçələr zərrəsinə həsrətdir.
(Ey Nəsimi, sən neçələrinin zərrəsinə həsrət çəkdiyi bir günəşsən).
Nəsimidə Cənnət-Cəhənnəm dindən gələn obrazlar olub, Xeyirin-Şərin, İşığın-Qaranlığın, Həqiqətin-Yalanın əvəzedicinə çevrilir. Bu obrazlar əslində onun “quş dilli” poeziyasında İnsanın-Həqqin-Allahın və əksinə Şeytanın – Divin – İblisin şəxsində mütləq təzadlardır. Nəsimi bu təzadların arasında birlik axtarmır. Çağdaş düşüncədə təzadların arasında birlik olmadığı ağla gözəl çatır. Artıq bu beytdə hər şey aydındır:
Hər kim irər vüsalına, eyşi-nəim içindədir,
Vəslinə irməyən kişi bil ki, cəhim içindədir.
(Sənə qovuşan cənnət yaşayışı içindədir. Sənə qovuşmayan kişi də bil ki, cəhənnəm içindədir).
Mifoloji obrazlar Nəsimiyə gerçək, həqiqətə yetmiş insanın böyüklüyünü, əvəzsizliyini çatdırmaq üçün gərəkli mənəvi dayaqlardır. Nəsiminin insan obrazı mifoloji obrazların sadəcə, bədii, bəzəkli təsvirli davamı yox, canlı, uzun müddət xülyalaşmış mühitdən xəyala, canlı gerçəkliyə gələn, həqiqətə yetmiş insan idrakında gözəlliklərin, ilahiliyin daşıyıcısı olub, Xeyirin təmsilçisinə çevrilir. Mifoloji obrazlar Nəsiminin insan idealını təsdiq edir. İlahiləşən insanda müsbət mifoloji obrazlardan nəinki nəsə var, habelə Nəsiminin inamlı təsvirlərindən bəlli olur ki, canlı, özünə yetmiş insan bunlardakı gözəllikləri də öz içinə alır, daha da yetkinləşir, bənzərsiz şəkildə var olur.
Mənfi mifoloji obrazlar isə insanın həyatdan (yaşamdan) ciddi dərs almasını şərtləndirir. Hürufilik təlimində Həqqə yetməli olan insan anlayır ki, Divə, Şeytana… oxşamaq – dünyasızlaşmaq, Həqqə - Allaha yetib Allah olmağın feyzini yaşamağa qarşıdır.
Nəsiminin mifoloji obrazları şeirlərində yüksək məharətlə sunumu insanın daxili aləminə bələdliyindən, insan psixologiyasını bilməsindən qaynaqlanır. Adətən bədii ədəbiyyatda, şeir düşüncəsində konkret yaradıcı insanın ağlından gələn, ömürləşən ifadə aforizm sayılır. Bəs necə olur ki, burada aforistik səciyyə daşıyan məqamlara məsəl kimi yanaşmalı oluruq? Ona görə ki, Nəsimi poeziyasının aydınlığı içinə, ruhuna bələd insanın özünüifadəsidir. Buradakı haraylı, inamlı özünüifadənin özülü hürufilikdən gəldiyi dərəcədə də habelə mayasını Azərbaycan xalq ruhundan tutur. Hürufilik baxışı – Azərbaycanın mənəvi olayıdır.
Nəsimi poeziyasında o dərəcədə aydın şəkildə həqiqətləşmənin, aydınlaşmanın - ilahiləşmənin təsdiqi var ki, bu, artıq konkret poeziya kontekstindən çıxır, hürufililiyin dünyabaxış ölçüsündə ifadəsi olmaqla şeirlə deyilən, yaddaşlarda oturuşan, qəbul olunan məsəl biçiminə gəlir.
Nəsimi möhtəşəm fikir ustadıdır. Uyğun bildiyi nədən danışırsa-danışsın, fikrinə söykək kimi nəyi əsas (müqayisə) gətirirsə-gətirsin, sonuc onun ilahi məntiqiylə möhürlənir. Bu baxımdan, mifoloji adlardan məsəlvari bəhrələnmə Nəsimi şeirinə daxili uyum səbatlığı gətirir. Nəsimi poeziyasının ustadlıq örnəyi bizə bundan sonrakı şeirimizdə folklordan daha da usta bəhrələnməyin yollarını, bu imkanların yeni çalarlarının axtarılıb tapılmasının gərəkliyini göstərir. Deməli, yaradıcılıq – bitməzlikdir, universallıqdır, hərtərəflilikdir. Xalq ruhundan – folklordan, dini mifologiyadan ustalıqla bəhrələnən Nəsimi bizə bunun gözəl örnəyini göstərir. Məsəlləşmiş biçim dedikdə burada mifoloji adların Nəsimi dünyagörüşündə - bu qüdrət yiyəsinin təsvirinə, təqdiminə uyğun mənalanması, Nəsimi fikrinə, düşüncəsinə xas məntiqə tabe olmasıdır. Mifoloji obrazlardan məharətli istifadə Nəsimiyə imkan verir ki, müqayisələr apara bilsin, özünün yetdiyi halı ifadə etsin.
Əslində bu cür bəhrələnmə Nəsimi üçün gözəl bir vasitə olur. Nəsimi Həqiqətə yetdiyindən təsvirə, müqayisəyə gələn mifoloji obrazların xeyirliyi, ya şərliyi öz (insanlıq) ölçüsündə aydınca görünür, bilinir.
10-02-2024, 13:56
Zaməddin kişinin bəxtəvərliyi


Akif Cabbarlı


Zaməddin kişinin bəxtəvərliyi
(hekayə)

Qızmar avqust günəşi dağların arxasında çoxdan gizlənsə də uzun və darıxdırıcı, biz yaşda olan məktəb uşaqları üçün olduqca üzücü və mənasız keçən tətil günlərindən birini kəndin aşağısından keçən enli, dərin və gur sulu arxın kənarında, sıx söyüdlüyün arasında keçirmək istəyimizə sinfimizin əksər oğlanları birağızdan “hə” demişdilər. Anamızdan xəlvət özümüzə ütülü olmasa da təmiz alt paltarları da götürmüşdük ki, çiməndən sonra əynimizə keçirək. Çünki nəm paltarda evə qayıtmağın “ləzzəti”ni atamızın şapalağı, anamızın danlağı nümunəsində çox görmüşdük.
Arxın dupduru sularına baş vurduq, əgər buna üzmək deyirlərsə xeyli aşağı- yuxarı çapaladıq və söyüdlüyün sərinliyində ağzı göyə uzanıb sinfimizin qızlarından, məktəbin həyətində bizi vecinə almadan gəzişən cavan müəllimlərdən, məktəbə təyinatla təzə gələn forslu müəllimələrdən xeyli danışdıq, orta məktəbi qurtarandan sonra hara gedəcəyimizdən, hansı peşənin yiyəsi olacağımızdan dəm vurduq, böyüklərdən eşitdiyimiz lətifələri qolun – qabırğasını sındırıb xeyli məzələndik də. Söhbətimzin şirin yerində söyüdlüyə tərəf gələn iki nəfərin siluetini apaydın görüb, bu barədə sinfimizin “ağsaqqalı” Namizədin qulağına pıçıldayanda yekəpər dostum sakit olmağımı, dilimi dinc qoymağımı tapşırdı.
- Mirhəsən, səsini çıxarma, başını vurub qarpız kimi tən yarı bölərəm – dedi.
Nə deyə bilərdim, iki il dalbadal sinifdə qalan, ayı pəncəli, nataraz görkəmli Namizədin sözündən çıxmalı deyildim ki... Bir az keçdi, o iki nəfər yanımızdan sanki bizi görməmiş kimi, saymazyana keçdilər və biz onları qaranlıq düşməsinə baxmayaraq olduqları kimi tanıdıq; - Məktəbimizin təsərrüfat işlərinə baxan Zaməddin kişi ilə məktəbin xadiməsi tot Polya- Polina xala paltarlarını çıxara – çıxara söyüdlüyün lap sıx olan tərəfinə keçdilər. Sonra timsah balası kimi şappıltı ilə arxın dupduru sularına atıldılar. Maraq bizi götürmüşdü. Turgenevin “Mumu” hekayəsindəki Çerasimə bənzəyən, kələ - kötür sifətli, gödərək boylu Zaməddinlə maya kimi ağappaq sifətli, ucaboy Polina xala ilan kimi bir-birinə elə sarılmışdılar ki, sanki bir daha ayrılmayacaqdılar. Sonra ayrıldılar və suyu ovuclayıb bir – birinin üzünə, sinəsinə çırpdılar. Lap körpə uşaqlar kimi sevinir, çığırır, gülüşürdülər. Səkkizinci sinifdə oxuyan uşaqlar təbii ki, belə mənzərəni heç yuxuda da görəmməzdi. Uzaqbaşı televiziyada, ya da ki, həftədə bir dəfə kənd klubunda göstərilən hind filmlərində görə bilərdik belə mənzərəni.
Polya xala Zaməddinin başını lap balası kimi sığallayır, arabir də daz başından öpürdü. Sonra da uzun burnundan yapışıb astadan pıçıldayırdı – “Moy milıy, tı xoroşiy, tı moy Rasputin”
Bəzi sözləri kart – kurt başa düşsək də Rasputin məsələsi bizə illər sonrası, Bakıda ali məktəbdə oxuduğumuz dövrdə agah oldu. Təbii ki, Zaməddin kişinin əslində savab işləkləri çar İkinci Nikolayın sarayında sözün əsl mənasında “at oynadan” Qriqori Yefimoviç Rasputinin “nümunəvi” əməllərinin yanında toya getməlidir.
Nə isə. Səsimizi içimizə salmış, Zaməddinlə Polya xalanın çıxardığı oyunlardan, pəstahlardan sanki qıc olmuşduq. Namizəd şəhadət barmağını dodaqlarının üstündən götürmürdü ki, nə isə danışaq, heyrətimizi qırıq – qırıq da olsa sözlə ifadə edək. Çimdilər, sonra da lüt – üryan sudan çıxıb üzüquylu çəmənliyə sərildilər. Aydın səmadan gülümsəyən ay bu cütlüyə sarı sanki bir rahatlıq duyğusu səpələyirdi. Daha “birinci seriya” bitmişdi və kino – mexanik lenti dəyişənə qədər gözləyə bilməzdik. Namizədin işarəsi ilə sürünə-sürünə mövqelərimizi tərk edəsi olduq. Heç tələsdiyimizdən alt paltarımızı dəyişməyə macal da tapmamışdıq deyəsən...
Namizəd yolda bizə bərk – bərk tapşırdı ki, bu barədə kimsə danışsa dəqiq bilsin ki, dili kəsiləcək. Onun sözü bizim üçün qanun idi və təbii ki, gördüklərimiz barədə evdə də, məktəbdə də bircə kəlmə olsun danışmadıq. Onlarla rastlaşanda çalışıb yanlarında çox qalmırdıq ki, birdən nə isə hiss edərlər. O illərdə kəndimizə hələ qaz çəkilməmişdi və siniflərimiz də, elə məktəb direktoru Əziz müəllimin əsgərlik dostunun dul qalmış və bizim kəndə sığınmış Polina İvanovnanın məktəbin həyətində yaşadığı təkotaqlı mənzil də Zaməddinin doğradığı odunla, yardığı yarmaçalarla qızırdı. Polina xalanın ocağında bişən yeməklərin ətiri az qala bütün kəndi bürüyürdü.
Yaz-yay aylarında da Zaməddin Polina xalaya bütün işlərində kömək edirdi. Pal – paltar yumaqdan tutmuş, təndirə çörək yapmağa qədər – hər işdə Zaməddin bu rus qadına yardımçı olurdu. Zaməddin də bizim kəndə hansısa dəmiryol stansiyasından gəlib çıxmışdı. Yetim oğlanı kənd mollasının qarımış qızı ilə evləndirirlər və heç bir il çəkmir ki, Zaməddin övladı olmayan arvadını torpağa tapşırır və tənha qalır. Məktəbimizin direktoru, ürəyiyumşaq və səxavətli, həm də çox əzmkar və prinsipial kişi olan Əziz müəllim Zaməddinin qayğısına qalır, isə götürür, çörək yiyəsi edir. Zaməddin də məktəbin bütün işlərini elə vaxtında, səliqə ilə görür ki, sanki məktəbdə bütöv bir briqada işləyir.
Nə isə, mətləbdən çox uzaq düşməyək. Sentyabr gəldi, dərslər başladı. Avqustda, söyüdlükdə gördüyümüz, amma heç harada danışa bilmədiyimiz mənzərənin təəssüratı altında biz səkkizincilər də məktəbə yığışdıq. Heç beş – on gün keçməmişdi ki, böyük tənəffüsdə hamımızı məktəbin geniş idman meydançasına yığdılar. Direktorumuz da gəldi və toplaşanlar qarşısında qısa, amma çox mənalı bir çıxış elədi.
-Əziz müəllimlər və şagirdlər, Sizə böyük məmnuniyyət hissi ilə bildirirəm ki, bu gün mənim əsgərlik dostum, rəhmətlik İqor Sergeyeviçin həyat yoldaşı, bizim bacımız Polina İvanovnanın əlli beş yaşı tamam olur. Mən onu hamınızın adından təbrik edir, cansağlığı arzulayıram. İndi də sözü onu qardaş kimi sevən, əzizləyən və qulluğunda duran, uzun illər bir yerdə bacı-qardaş kimi ömür sürən Zaməddin kişiyə verirəm. Zaməddin danışdı, özü də gözü yaşarmış halda, çənəsi əsə - əsə özünü saxlaya bilmədi, Polya xalaya yaxınlaşıb bərk- bərk qucaqladı və ağladı. Ədəbiyyat müəllimləri Sabir müəllim və Ədil müəllim, fransız dili müəllimi Rəsul müəllim, rus dili müəllimi Ağabala müəllim çox təsirli, ürək sızladan, həm də qəlb sevindirən çıxışlar elədilər. Bunu Polina xalanın ağappaq dəsmalı ilə tez – tez göz yaşını qurulamağından bilirdik.
Sonra direktorumuz rus dilində də təbrik çıxışı elədi və yığıncağın rəsmi hissəsi başa çatdı.
İllər keçdi, hərəmiz bir yerə dağılışdıq. Alı məktəbə girənimiz də oldu, kolxozda mexanizator, zavodda fəhlə işləyənimiz də. Sonralar yaxın adamların birindən eşitdim ki, Polya xala köçüb, Krasnodara gedib, onun qaldığı evdə də paytaxtdan gələn bir rus dili müəlliməsi yaşayır. Adı Rənadır, subaydır, artıq yaşlaşsa da hələ canı sulu olan Zaməddin kişidən başqa üz tutası, sığınası kimsəsi yoxdur bu fani dünyada...
Neçə onilliklər əvvəl şahidi olduğum əhvalat müxtəlif yozumlarda kənddə hələ də danışılmaqdadır. Özünə damar üyütmüş oğlanlar, hətta saqqalı çallaşmış kişilər Çerasimə oxşayan təsərrüfat müdirindən söhbət düşəndə bu cümləni də dillərinə gətirməyi unutmurlar; “Zaməddin kişinin sağ əli bizim də başımıza”.
10-02-2024, 13:49
NİYƏ BİZ ÖZÜMÜZÜ ALDADIRIQ?


NİYƏ BİZ ÖZÜMÜZÜ ALDADIRIQ?

«Hürriyyət» qəzetinin 23.01.2024-cü il tarixli sayında «Molla rejimi soydaşlarımızın sayını niyə azaltmağa çalışır», başlıqlı Vazeh Bəhram oğlunun, həmişə savadlı və obyektiv təhlilə əsaslanan yazıları ilə mətbuatda çıxış edən politoloq Xaqani Cəfərlinin fikirlərinə əsaslanan yazısında diqqətimi bir neçə məsələ cəlb etdi.
Məqalənin əvvəlində deyilir, – «İranın mövcud düzənini qoruyub saxlaya bilməyəcəyi ilə bağlı əminlik artdıqca, İranın əhalisinin etnik tərkibi ilə bağlı məlumatlar daha çox maraq kəsb etməyə başlayıb. İsrail mənbələri istisna olmaqla, böyük əksəriyyət araşdırmaçılar soydaşlarımızın sayını azaltmağa çalışırlar. Belə ki, əksər araşdırmaçılar azərbaycanlıların sayının 20-25 milyon arasında olduğunu və İran əhalisinin 25 faizini təşkil etdiyini qeyd edirlər.
«Hürriyyətin məlumatına görə bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloq iddia edir ki, Rusiya Xarici İşlər Nazirliyi kimi qərəzliyi aşkar görünən mənbələr İran əhalisinin 15-20 faizini azərbaycanlıların təşkil etdiyini göstərirlər».
Birinci bundan başlayaq ki, bu gün İran adlandırılan Qacar yurdunda bir nəfər Azərbaycanlı adlı etnikin (millətin) nümayəndəsi belə yoxdur. Əgər söhbət Güney Azərbaycan ərazisində yaşayan və aborigen millət olub, bu ərazidə yaşayan əhalinin mütləq çoxluğunu təşkil edən millətdən gedirsə, bu millət Güney Azərbaycan TÜRKLƏRİDİR. Yəni, türk milləti, türk etniyidir.
1936-cı ildə Quzey Azərbaycan türklərinə İ.Stalinin məqsədyönlü olaraq verdiyi saxta, «azərbaycanlı» adı bu gün, Quzey Azərbaycanda bir sıra məsələlərlə əlaqədar olaraq öz Konstitusiyasında bu saxta adı pozub, millətin əsil adını yazmadığından, çoxları bu gün təkcə Quzeydə yaşayan türkləri deyil, hətta Güneydəki türkləri də «azərbaycanlı» adlandıraraq düşmənlərimizin dəyirmanına su tökürlər. Necəsini izah edəcəyəm.
İkincisi, Rusiya dövlətinin bütün səviyyədə olan dövlət orqanları və məmurları Güney Azərbaycanda 15-20 mln. türkün (onların təbirincə «azərbaycanlının») yaşadığını daim təkrar etməsi Xaqani Cəfərlinin iddiası olmayıb, hətta Rusiya Prezienti V.Putinin Moskvanın telestudiyaları vasitəsilə verdiyi müsahibələrində bütövlükdə «İranda» 15-20 milyon «azərbaycanlının» yaşadığını söyləməsi bu gün də telearxivlərdə mühafizə edilən, sənədlərlə təsdiq edilən real faktdır.
Üçüncüsü, Tehranın molla-faşist rejimi bu ölkədə, ilk növbədə Güney Azərbaycanda türk millətinə mənsub vətəndaşların sayını rəsmi məlumatlarda bir neçə üsul ilə əhəmiyyətli dərəcədə azaldaraq beynəlxalq müstəvidə bu dövlətdə farsların çoxluq təşkil etməsi təsəvvürü yaratmağa çalışır.
Bu dövlətdə xüsusilə molla rejimi dövründə Güney Azərbaycanın ərazilərinin şəhərlərini Güney Azərbaycan inzibati ərazilərinə daxil olmayan ostanlara qatmaqla Güney Azərbaycanı ərazi etibarilə kiçiltməklə bərabər, Güney Azərbaycan türklərinin sayını həmin ərazidə yaşayan türklərin sayı qədər azaltmış olurlar. Məsələn, Astara şəhəri, ətraf kəndləri də daxil olmaqla «Türkmənçay» müqaviləsinə əsasən yarı bölünərək o vaxtdan bəri bir hissəsi Güney, bir hissəsi də Quzey Azərbaycanın tərkibində qalmışdır. Tehran rejimi Güney Astara şəhərini ətraf kəndləri ilə birlikdə Gilan ostanının (vilayətinin) tərkibinə qatmaqla Güney Azərbaycanın inzibati əraziləri ilə birlikdə, o ərazidə yaşayan türklərin də sayı qədər azaltmışdır. Həm də molla rejimi bu üsulla Güney Azərbaycan ərazisi və əhalisinin sayını otuz faizdən çox azaltmışdır. Güney Azərbaycan türklərinin sayının rəsmi məlumatlarda az göstərmək məqsədilə əhalinin siyahya alınmasının keçirilməməsi, əhaliyə öz uşaqlarına türk adlarının qoyulması, təhsil, mətbuat, sənədləşmə, ədəbiyyatın türk dilində mövcudluğunun sərt qadağan edilməsi və s. Tehran rejiminin bu sahədə süni surətdə qeyri-müəyyənlik yaradaraq milli məsələlərə dair məlumatları kütləvi olaraq saxtalaşdırmağa şərait yaradır.
Məqalə müəllifi bir məsələdə çox haqlıdır ki, Güney Azərbaycanda yaşayan türklərin sayının 45 milyon olduğunu deyən İsrail mənbələrinin məlumatı dəqiqdir. Çünki,İsrail mənbələri Tehranın Güney Azərbaycanın kürd, fars, ərəb və s. millətlərin say etibarilə çox sayılan ərazilərinə birləşdirdiyi ərazilərlə birlikdə, Güney Azərbaycanın bütöv ərazilərində yaşayan azərbaycan türklərinin sayını açıqlayır. Tehran rejiminin saxta məlumatlarında Güney Azərbaycan ərazisindən kənarda, Qacar yurdunda yaşayan türklərin isə hamısı fars olaraq göstərilir. Hansı ki, təkcə Tehranın öz əhalisinin 8 milyondan çoxunu türklər təşkil edir. Hələ R.Xomeyni sağ ikən Tehranda türk əhalinin sayı farslardan iki milyona yaxın çox olduğundan Əfqanıstandan və s. yerlərdən iki milyona qədər farsdilli əhalini gətirib Tehranda yerləşdirməklə orada türk-fars milli balansını tarazlaşdırdılar.
Şimali Azərbaycan mətbuatında Güney türkləri haqqında fikir söyləyənlərin ən böyük xətası budur ki, biz ictimaiyyətin nəzərini ancaq Güney Azərbaycan türklərinin sayına yönəltməklə Qacar yurdunun digər bölgələrində öz milli ərazilərində yaşayan digər türkləri görməzdən gəlməklə şovinist fars faşizminin milli mənafeinə xidmət etmiş oluruq. Hansı ki, bu gün fars körfəzi adlandırılan Kəngər körfəzindən bu tərəfə kəngərlər, Şiraz, İsfahan, Simnanda qaşqaylar, Xorasanda, Türkmənistan Respublikası ilə həmsərhəd ərazilərdə Qonbəde-Kavus, Sarı şəhərində türkmənlər, şahsevənlər, əfşarlar, türkmənsəhra türkləri və s. ümumilikdə sayı 17 milyondan çox olan türk toplumları bu gün Güney Azərbaycan sayılan ərazilərdən kənarda yaşayır.
Qacar yurdunda yaşayan başqa millətlərin sayına gəldikdə isə beş milyona yaxın kürd, iki milyona yaxın ərəb, üç milyona yaxın bəluc, 12-14 milyon civarında fars, 1-1,5 milyona yaxın digər xırda xalqlar yaşayır. Biz Qacar yurdunda yaşayan türk toplumları və onların milli hüquqlarını bir kənara qoyub ancaq Güney Azərbaycan türkləri haqqında danışdığımız halda özümüz öz millətimizi kiçildir, 45 milyon Azərbaycan türkündən əlavə on yeddi milyondan çox türk toplumunun milli haqlarının fars şovinizmi tərəfindən tapdalanması, onların assimilyasiya məruz qoyulması üçün daha münbit şəarit yaradırıq.
Adı çəkilən məqalədə türk milli məsələləri, o cümlədən türklərin sayı barədə bir sıra dövlətlərin və beynəlxalq təşkilatların istifadə etdiyi rəsmi məlumatlara əsaslanaraq təhlil edilərək, onların tirajladığı rəqəmlərin saxta olduğu sübut edilir. Lakin buna baxmayaraq bir çoxları bu rəqəmləri elə real rəqəmlər kimi qəbul edir. Çünki, biz özümüz rəsmi olmayan, lakin real mənzərəni əks etdirən rəqəmləri daim açıqlamadığımıza görə Tehran rejiminin saxta, çox vaxtda şifahi bildirdikləri rəqəmlərinə əsaslanaraq bu məlumatları düşmən dövlətlərin yüksək statuslu məmurları, dövlət orqanları, eləcə də beynəlxalq təşkilatlarda yuvalanmış türk düşmənlərinin millətimizə qarşı bu saxtakarlıq vasitəsilə həqiqətə uyğun olmayan rəy yaratmasına kömək etmiş oluruq.
Buna görə də hansı türk dövlətinin vətəndaşı olmasından asılı olmayaraq türk dili, türk mədəniyyəti, türk tarixi, türk mənliyinə aid olan hər bir məsələ haqqında danışarkən azərbaycanlı, özbəkistanlı, türkiyəli və s. baxımından deyil, məhz TÜRK MİLLƏTİ olaraq məsələyə yanaşılmalıdır. Çox təəssüf ki, biz hələ də rus imperiyasının, o cümlədən bolşevizmin bizim beynimizə yeritdiyi saxta anlayışlardan, zehnimizə möhür kimi vurduqları yanlış düşüncələrdən əl çəkib, reallıqlara olduğu kimi yanaşmaqdansa, bir hissəmiz min ildən çox öncə vəhşi ərəblərin və hiyləgər farsların başımıza noxta keçirib, belimizə palan kimi qoyduqları sünnü, şiə yükünü, yüz ildən bəri rusların bolşevizmini bizi sağlam düşüncədən, inkişafdan sapındıran ağır yük kimi onların xeyrinə müftə daşıyırıq.
Bu gün də ziyalı, alim, azadlıq mübarizi kimi meydan sulayanlar da ərəbin, rusun başımıza zorla, farsın hiylə ilə keçirdiyi noxtanın, elə fars hiyləsi ilə, Qərbin azadlıq, azad seçkilər kimi şüarlar altında öz əlimizlə başımıza noxta əvəzinə yüyən keçirib cilovladıqdan sonra incə üsullarla, lakin elə əvvəlkilərdən geri qalmayan vəhşiliklə milli və şəxsi istismara məruz qoyulacağımızın fərqində olmayaraq «qərb demokratiyasına» bəy tərifi söyləməklə məşğuldurlar.
Biz türklərin isə bu gün həm millət, həm fərd olaraq tarixin bu anında qarşımızda taleyüklü bir məsələ durur. Biz hər bir türk dövləti, tarixən qısa bir zaman ərzində ümumtürk ədəbi dili yaradıb, tədris, təbliğ və tətbiq edərək türk milli mənliyini monolitləşdirmək, eləcə də bütün iqtisadi, inzibati, hərbi, elmi, texniki və s. sahələr üzrə bütün türk toplumlarını qane edə biləcək iqtisadi-ictimai sistemini ehtiva edən TURAN dövlətini qurmalıyıq. Bunu etmək istəməsək və ya edə bilməsək elə də uzaq gələcək olmayan dövrdə türk milləti və dövlətləri olaraq tarixin arxivində mənzilləşəcəyimiz qaçılmazdır. Çox təəssüf ki, bu günə mövcud olan felən müstəqil türk dövlətlərinin başçıları milləti iqtisadi, hüquqi, inzibati məngənəyə salıb, bu istiqamətdə heç bir ciddi addım atmırlar.
Azərbaycan TÜRK BİRLİYİNİN ən strateji həlqəsi olduğunu nəzərə alsaq, dünya türklüyünün taleyinin Azərbaycanda daxili çəkişməni, ilk növbədə isə hakimiyyətin xalqı məmur-vətəndaş kateqoriyası olaraq bölüb, üz-üzə qoymaqla idarəetmənin son nəticəsinin mütləq ölkənin məhv edilərək, ən yaxşı halda isə əsarətə düşəcəyini nəzərə alaraq, ölkədə bu mənhus quruluşu cilddən-cildə, formadan-formaya salsa da, məzmun və mahiyyətini dəyişməyən saxta islahatları kənara qoyub, öz təhlükəsizliyi və əsas tələbləri ilə birlikdə milləti və dövləti də real azadlığa, inkişafa çıxaracaq islahatlar aparılsa nə vaxtsa dünya bütövlükdə türkün olmasa da, TÜRK dünyanın əsas güclərindən birinə çevriləcək. Əsas məsələ bu tarixi məqamı itirməməkdir. Belə bir islahat modelinə gəldikdə isə hakimiyyətin konkret tələblərini bildiyim halda belə bir islahat modelini hazırlamağa mənə 7-10 gün vaxt yetərlidir.

Şapur QASİMİ
27.01.2024
+99455 522-36-15
10-02-2024, 13:41
Qələbəmizi sınıra bilmirsinizsə…


Qələbəmizi sınıra bilmirsinizsə…

Söylədikləri nə nağıl, nədə ki, hekayə deyil. Yaşadıqları və yaddaşından heş vaxt silinməyənlərdir. Üstündən 36 il keçir…
Axşam düşürdü. Qonşular Atdıxan dayıgilə yığışırdılar. Sahibi ağır vəziyyətdə kəndə gətirmişdilər. Sürücü idi. Gorus erməniləri maşınının qabağın kəsib, o ki var döyüb, ölümcül hala salmışdılar. Tanınmaz halda idi. Üz-gözü üfürülmüşdü. Təpitmə döşəyirdilər…
Bunları şahid danışır - Fətəliyeva Minayə Lətif qızı.
Ağsaqqal, ağbirçək, cavan, uşaq kənddə kim qalmışdısa hamı orda idi. Camaat həm Sahibə baş çəkməyə, həm də məsləhətləşməyə yığışmışdılar. Qız, gəlin əldə-ayaqda idi. Çay gətirən, su götürən hərə bir iş görürdü…
Hadisələr 1988-ci ilin fevralından başladı. Heç arası bir şey çəkmədi. Sentyabrdan artıq əhali kəndi məcbur olub tərk etməyə başlamışdı. Azərbaycanlılar işə gedə bilmirdilər. Məktəbdə dərs keçilmirdi. Uşaqlar ortalıqda qalırdı. Evlərin damlarını daşlamaq, ot tayalarını odlamaq, hədə-qorxu dolu yazılar yazıb qapılara yapışdırmaq, kəndin işığını söndürmək, vahiməli vəziyyətlər yaratmaq, rayon mərkəzinə Sisiana (anamgil Qarakilsə deyirdilər) hər hansı sənəd dalınca və yaxud vacib bir iş üçün gedənin üstünə tökülüb döymək, gecələr evlərə qəfil hücumlar etmək adi hal almışdı.
İki gündən bir xəbər yayılırdı ki, gecə kəndə Əngələvid erməniləri hücum edəcək. Əngələvidlilər çox qəddar idilər. Əvvəlki, qırğınlarda da onlar amansızcasına çox qanlar tökmüşdülər. Yaşlı nəsil nə baş verdiyini, camaatı nə faciələr gözlədiyini bilirdilər. Çünki dəfələrlə başları çəkmişdi. Tək Sovet hökuməti deyib durmuşdular. O zülmü təkrar yaşamaqlarının yeganə səbəbi də elə Sovet hökumətinə olan inamları idi. Allah dağıtmış bu hökumət keşkə tez dağılardı...Osman müəllim, Allahyar həkim, yerləri behiştliklər əsl kommunist idilər… Camaatı inandırırdılar ki, Sovet hökuməti ölməyib ki, erməni nə bilir etsin…
Minayə xanımın yaddaşından silinməyənlər bunlarla bitmir. Dinlədikcə köhnə yaralar qövr edir. 1905, 1918, 1948-51…
Qan üstündə bərqərar olan, elə qan-qada ilə də yıxıldı. Çanaq yenə də biz azərbaycanlıların başında çatladı... İlahi, o ağır günlərin tək şahidisən, Sən! Sən haqqı nahaqqa vermədin heç vaxt. Bizimdə haqqımızı zalıma vermə!
1988-ci il noyabr-dekabr aylarında gecə vaxtı üzü Eşşək meydanına sarı ayaq yalın, baş açıq, üz tutan, qarda-boranda itkin düşən, həlak olan, əli-ayağı donan, yarıcan olan, sağ-sökəl birtəhər zalımın əlindən quru canlarını qurtarıb Laçına pənah aparan Şəki camaatının hal-qəziyəsini BMT, Avropa Şurası, ATƏT hardan bilərdi. Belə görünür ki, onlar bu 36 ildə heç nə bilməyib, heç nə görməyib, heç nə eşitməyiblər…“Çox uzaqlarda” insan haqlarını qorumaqla başları qarışıq olub.
Qərbi Azərbaycandan didərgin olan, məcburən qovulan, deportasiya edilən, etnik təmizləməyə məruz qalan bizlər 36 ildir o haqlardan məhrum sayılmışıq. Tək şahid özünsən, Allah! O çətin günlərdə də, biz tək səni çağırmışıq, ya Allah dadımıza yet, demişik. Nə BMT, nə Avropa Şurası, nədə ki, digərləri yadımıza düşməyib. Yenə də səni çağırırıq, ya Allah, haqqımızı yeyənləri, özün dinə-imana gətir. Gözləri kordusa, gözlərinə nur ver, qulaqları kardısa, qulaqlarını şəfalandır, daş qəlblərini, mərhəmət, rəhmət hissilə doldur, nə fərqi xristian olsun, ya müsəlman? Onlarda insandılar. Allahımız tək Sənsən. Hamımızı sən yaratdın. Bunu inkar edən yox. Qaniçənin başını sığallamaq, nazı ilə oynamaq, eləsinə isti qucaq açmaq ədalətsizlik deyilmi? Regiona gəlmə tarixləri bütün dünyaya agah olan bu ermənilər nə matah olublar ki, iki əsrdə dəfələrlə regionu qançanağına döndəriblər. Zorla torpağımızda qeyri-qanuni məskunlaşdırılıb ev-eşik sahibi ediliblər, dinməmişik. Dövlət yaradıblar yenə dinməmişik. Dinənlərimizə qan qusdurdular, güllələdilər. Kətan babamın məzarının harda olduğunu hələ də bilənimiz yoxdur.
Ay haray, bəs paytaxtımız yoxdur, onu da verin. Bu istəklərini də ürəklərində qoymamışıq. İrəvan şəhərimiz sənədlə sübutla bizdən alınıb onlara verildi. Axı bu baş verənlər uzaq tarixdə deyil ki, yaddan cıxa. Elə dünən olub. Bütün arxivlərdə durur.
Niyə bizim xoş günümüz gözünüzə bıçaq kimi batır? Məsləhət olmasın, əgər qələbəmizi sınıra bilmirsinizsə, onda festal için!
Ali Baş Komandanımız nə dedisə, onu da etdi. Nə deyibsə, onu da edəcək. Buna əminik! Olsun AŞPA da, olsun digər qurumlarda nə çalsanızda havanıza oynayan kimsə Azərbaycanda tapılmayacaq. Ərazi bütövlüyümüz, müstəqilliyimiz bizə canımız qədər əzizdir. Haqq ədalət uğrunda minlərlə can qurban vermişik. Geriyə yol olmur. Keçmişdən yalnız dərs ala bilərik! Onu da almışıq. Kim kimdir, kim kimin havadarıdır gün kimi aydındır. Yeni dövr, yeni reallıqlar qarşısında irəliyə atılan hər addımın uğurlu olsun, can Azərbaycan!

Azadə NOVRUZOVA
Prezident təqaüdçüsü, şair-publisist
“Bütöv Azərbaycan” qəzeti
9 Fevral 2024

10-02-2024, 13:35
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.
10-02-2024, 13:22
Unudulmayan tarix, Xocalı soyqırımı...


Unudulmayan tarix, Xocalı soyqırımı...

Dünyada ən böyük, ən dəhşətli faciəvi hadisələr yaşanmışdır ki, tarixin yaddaşından heç vaxt silinmir. Belə dəhşətli hadisələrdən biri də Azəebaycanın payına düşmüş, Azərbaycan xalqının başına gəlmiş Xocalı faciəsidir, Xocalı soyqırımıdır ki, ömür boyu nə xalqın, nə də ki, tarixin yaddaşından silinməyəcək. Xocalı faciəsi erməni vəhşiliyinin ən bariz nümunəsidir. Çünki onlar Azərbaycanın qədimliyini, zənginliyini, yer altı, yer üstü sərvətlərini, birliyini, gücünü və güclü iradəsini heç vaxt həzm edə bilməyiblər.
Torpaqlarımızdan pay verdik, çörək verdik özlərini ev yiyəsi kimi hiss edib bir az da irəliyə keçdilər. Öz millətimizi öz doğma torpaqlarımızdan qovdular. Saysız soyqırımlar törətdilər. Xocalı soyqırımı müasir dövrümüzün ən dəhşətlilərindən idi. Qışın soyuğunda əliyalın camaatı qovmaq, dağa-daşa salmaq, uşaqlara, qocalara, qadınlara və yaralılara işgəncə vermək, sözün əsl mənasında ən dəhşətli terror hadisəsidir, vəhşilikdir.
Ermənilər xalqımıza qarşı saysız soyqırımlar törədiblər hansı ki, tarix boyu unudulmur, gələcək nəsillər bunu bilməli və unutmamalıdır. Bu millət 1918-1920, 1937-1940, 1948-1953-cü illərdə də Bakıda, Şamaxıda və Zəngəzurda kütləvi soyqırımlar törətmişlər.
(Təkcə Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilmiş, 487 nəfər, 76 nəfəri az yaşlı uşaq olmaqla yaralanmış, 1275 nəfəri girov götürülmüş, 150 nəfəri itgin düşmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq isə bir valideynini itirmişdir???)
Azərbaycan xalqı sülhsevər və səbirli xalqdır. Bu dözümlü millət çox əziyyətləri bağışlamış və səbr etmişdir. Yalnız səbrin də bir həddi, bir ölçüsü vardır. 2020-ci il, sentyabrın 27- də əks hücum zamanı bu xalqın səbr kasası dolub daşdı. İgid oğullarımız şəhidlərimizin qisasını və xalqımızın başına gətirilən müsibətlərin qisasını layiqincə aldılar. 30 il ərzində səbrlə sıxılmış əllər "Dəmir yumruğa" döndü. O "Dəmir yumruq" ki, Azərbaycan xalqına, böyük türk dünyasına, bütün dünyaya səs salan qələbəni yaşatdı.
Bakıda Xocalı prospektində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış hüznlü "Ana harayı" heykəlinin dağlanmış sinəsinə su səpildi. Bu dəfə bu məğrur abidəyə göz aydınlığına gəlmişdilər. Torpaqlarımız işğaldan azad olmuş, şəhidlərimizin, günahsız körpələrin qanı, qan bahasına igidliklə alınmışdı.
"Ana harayı"
Hüznlə ucalan, məğrur heykəlin,
Ana harayına yığılmışdılar.
Köksündə günahsız, körpə balanın,
Tökülən qanında boğulmuşdular.

İndi cəsur dayan, azadlığınla,
İgid oğulların yetdi dadına.
Axan göz yaşını, sil yaylığınla,
Məğrurluq yaraşır, sənin adına.

Otuz ilə çatıb, qəminin yaşı,
Tam otuz ildir ki, sən haray etdin.
Daha əzilibdir, düşmənin başı.
Bu əzmi, bu gücü xalqa sən verdin.

Bir az üzün gülsün, qəmin yerinə,
Təbrikə gəliblər səni ey ana!
Bu dəfə qəmli qərənfil yerinə,
Xarıbülbül düşüb, sənin payına.


Rəqsanə TAPDIQLI
Naxçıvan.

P.S Yanlış faktlara redaksiya düzəlişi.
Xocalıda azı 3813 nəfər qətlə yetirilib.
Onlardan 613 nəfəri cəsədləri əlimizə gələn, ictimaiyyətə məlum olanlardır, qalanları barədə erməni mənbələrində məlumat verilir. 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Daud Xeyriyan yazırdı:
“Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
…Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.”
Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin, rayonun qırılmış əhalisinin sayı qəsdən az göstərilib. O zaman, yəni işğala qədər Xocalı rayonunda 2944 ailə, 10302 nəfər Azərbaycan Türkü yaşayıb. İndi deyə bilən varmı 10.302 nəfər əhali hardadır?! Düşmənin dezinformasiya təxribatı burda da işləyib.
P.P. S. 1992-ci ilin aprelində Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan müsahibə alırdım. Dedi: ”Öldürülənlərin, yaralananların, itkin düşənlərin, girovluqdan qutara bilənlərin sayı dəqiqləşdirilir. 5 min nəfərədək salamat qutaranımız var”.
Belə anladım ki, Xocalı soyqırımından 40 gün keçməsinə baxmayaraq 5 min 302 nəfərdən xəbər-ətər yoxdur…
Şəhidlərimizə sayğılarla: Tamxil Ziyəddinoğlu
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru,
“Hərbi Jurnalistlər Birliyi”nin sədri.
10-02-2024, 13:13
ANAMA Xocavənddə baş vermiş partlayışın təfərrüatını açıqladı


ANAMA Xocavənddə baş vermiş partlayışın təfərrüatını açıqladı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonu Çartaz kəndi ərazisində arıçılıq təssərüfatında baş verən partlayışın təfərrüatını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, hadisə arıçılıqla məşğul olan 1996-cı il təvvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə edərkən baş verib.
Partlayış nəticəsində S.Ələsgərov sağ əlindən xəsarət alıb və zərərçəkənin sağ əlinin 3 barmağı amputasiya olunub.
ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!