1-03-2024, 17:47
Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üzrə Memorandum imzalandıEnergetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakı üzrə Anlaşma Memorandumu imzalanıb.
Sənəd Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində imzalanıb.
Sənədə əsasən, 50 MVt-ı ilkin mərhələdə, 50 MVt-ı isə növbəti mərhələdə olmaqla, ümumilikdə 100 MVt həcmində günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.
1-03-2024, 17:42
Nazir MİQ imtahanlarının çətinləşməsi məsələsinə aydınlıq gətirdiMüəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak edən namizədlər sualların ildən-ilə çətinləşdirilməsindən şikayətlənirlər.
Nazir bildirib ki, MİQ imtahanları ildən-ilə çətinləşdirilmir:
“Təbii ki, iki il eyni imtahanı təşkil etmək çətindir. Amma bunlar bir-birinə çox yaxın məqamlardır. İllər üzrə böyük fərqlərin olduğunu deməzdim. Biz imtahanların məzmununu addım-addım dəyişməyə doğru gedirik. Mənə görə misal üçün “2-ci Həmədan döyüşündən neçə il sonra şah İsmayıl taxta çıxdı” sualı tarix sualı deyil. Ən yaxşı halda illəri yadda saxlamısansa, bu, 4 rəqəmli ədəddən üçrəqəmli ədədi çıxmaq bacarığıdır. Suallar və metodologiya dəyişir. O insanlara yeni olduğu üçün çətin gələ bilər. Biz son illər hamıya bir variant verirərək, variantlararsı çətinlik məsələsini də aradan qaldırmışıq”.
1-03-2024, 17:38
Salyanda dəhşət saçan hadisə: Kişi həyat yoldaşıyla oğlunu öldürdüMartın 1-də saat 16 radələrində Salyan rayonunun Pambıqkənd kəndi ərazisində 1963-cü il təvəllüdlü Rahilə Əliyeva və onun oğlu 1992-ci il təvəllüdlü Bəhruz Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1981-ci il təvəllüdlü Ziya Əliyevin aralarında yaranmış mübahisə zamanı kəsici alətlə zərbələr endirərək qardaşı arvadı Rahilə Əliyeva və onun oğlu Bəhruz Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Salyan Rayon Prokurorluğunun məlumatına görə, hadisədən sonra Ziya Əliyev könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
1-03-2024, 17:31
Ukraynaya qoşun göndərməyəcəyik - Fransa XİNFransanın xarici işlər naziri Stefan Sejürne ölkəsinin qoşunlarının Ukraynaya göndərilməyəcəyini bildirib.
O, müəyyən edilmiş çərçivədən danışıb.
"Biz döyüşmək üçün qoşun göndərməyəcəyik. Çərçivə müəyyən edilmişdi: Rusiya ilə müharibə etmədən qalib gəlməsinin qarşısını almaq. Bu çərçivədə prezidentin dediyi kimi heç nə istisna edilmir", - o əlavə edib.
Bundan əvvəl Ukraynaya Qərb qoşunlarının göndərilməsinin mümkünlüyündən Fransa prezidenti Emmanuel Makron danışmışdı.
1-03-2024, 17:25
Mirzoyan küveytli həmkarıyla Azərbaycanla münasibətlərindən danışdıMartın 1-də Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Küveytin xarici işlər naziri Abdulla Əli əl-Yəhya ilə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ararat Mirzoyanın Abdullah Əli əl-Yəhyanı nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik etdiyi və birgə səylərlə ikitərəfli gündəliyi zənginləşdirməyə hazır olduğu bildirilib.
Həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi məsələlərini müzakirə edib, hər iki tərəfin müxtəlif sahələrdə mövcud potensialın reallaşdırılması üçün əməli addımlar atmağa hazır olduqlarını bildiriblər.
Regional təhlükəsizlik məsələləri müzakirə edilib. Mirzoyan həmkarını Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində aparılan son müzakirələrlə tanış edib. Humanitar xarakterli məsələlər də müzakirə olunub.
1-03-2024, 17:19
Aİ missiyası sülh olduğu halda Ermənistandan çıxacaqİrəvanla Bakı arasında sülh Aİ missiyasını Ermənistandan çıxarmağa imkan verəcək.
Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalyada Diplomatik Forumda təşkil olunan panel müzakirəsi zamanı bildirib.
"Ermənistan və Azərbaycan arasında sülh və sabitlik o demək olacaq ki, nəhayət, biz Cənubi Qafqazın hər üç ölkəsi ilə yalnız müsbət əməkdaşlıq gündəliyinə diqqət yetirə bilərik. Biz həmçinin nəhayət ki, Aİ-nin sülhə olan inamını və öhdəliyini təmin etmək üçün yerləşdirilən Aİ-nin Ermənistandan silahsız mülki missiyasını geri çəkə biləcəyik", - deyə diplomat vurğulayıb.
1-03-2024, 17:11
Ceyhun Bayramov rusiyalı həmkarıyla bir sıra məsələləri müzakirə etdi1 mart 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
1-03-2024, 16:54
Tehranda seçki məntəqəsində insanlara bıçaqla hücum edildiTehranda seçki məntəqəsində insanlara hücum edən bıçaqlı şəxs saxlanılıb.
Bu barədə Tehran valisinin təhlükəsizlik üzrə müavin bildirib.
Onun sözlərinə görə, bugünkü seçkilər zamanı Tehranın Darabad bölgəsindəki seçki məntəqələrindən birində üç nəfərə hücum edən şəxs dərhal tutulub.
Xəsarət alanların olmadığı bildirilib.
1-03-2024, 16:26
Əsas məsələ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasıdırHazırda əsas məsələlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasıdır.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan III Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
O deyib ki, türk dövlətləri arasında inkişafı vacibdir: “Başqa bir məsələ terrorla mübarizədir. terrorla mübarizə aparmağa davam edəcək”.
1-03-2024, 16:26
Əsas məsələ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasıdırHazırda əsas məsələlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasıdır.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan III Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
O deyib ki, türk dövlətləri arasında inkişafı vacibdir: “Başqa bir məsələ terrorla mübarizədir. terrorla mübarizə aparmağa davam edəcək”.