Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
28-03-2024, 16:40
Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi


Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi

Nazirlər Kabineti “Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Bu Qaydalar “Azərbaycan Dəmir Yolları” QSC-nin yaradılması haqqında” ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli srəncamında dəyişikliklər edilməsi və "Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” dövlət başçısının 18 sentyabr 2015-ci il tarixli fərmanının 2.1-1-ci bəndinin icrası məqsədilə hazırlanıb və dəmir yolu nəqliyyatı ilə sərnişinlərin daşınması fəaliyyətinin subsidiyalaşdırılması qaydalarını müəyyən edir.
28-03-2024, 16:36
İcra başçısının qardaşı oğluna hökm oxundu


İcra başçısının qardaşı oğluna hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Azay Qaraşov 10 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə ötən il iyulun 26-da Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib. 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılan atəş nəticəsində ölməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
İlkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.
Daha sonra əməliyyat tədbirləri ilə Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Azay Qaraşova qarşı Cinayət Məcələsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
28-03-2024, 16:17
Avtobusların rənglərinə dair tələb müəyyənləşdi


Avtobusların rənglərinə dair tələb müəyyənləşdi

Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, o cümlədən onların daxili və xarici tərtibatına dair tələblərin hüquqi əsaslarını müəyyən edir.
Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avto-nəqliyyat vasitələri (bundan sonra – müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş müntəzəm daşımalar yerinə yetirən avtonəqliyyat vasitələri sərnişindaşımada istifadə edilə bilməz. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə təchiz edilməlidir. Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar ilə təchiz edilməlidir. Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı olmalıdır. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində ilk tibbi yardım qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə və günəş şüalarından qorunması təmin edilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq olmalıdır. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində sərnişinlər üçün çıxışlar və qəza çıxış yerləri olmalıdır. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda maarifləndirici xarakterli əşyalar və qurğular, habelə gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri istisna olmaqla, konstruksiyada nəzərdə tutulmayan digər əşyanın yerləşdirilməsinə yol verilmir.
Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra - Agentlik) bu Tələblərin 1 nömrəli əlavə-sində göstərilən nümunəyə uyğun loqosu, qısaldılmış adı (AYNA) və çağrı mərkəzinin nömrəsi olmalıdır. Agentliyin loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi hər bir avtobusun banında aşağıdakı qaydada yerləşdirilməlidir:
- banın ön hissəsinin üzərində sağ tərəfdə və banın arxa hissəsinin üzərində sağ tərəfdə;
- banın sağ tərəfində ön hissədə, banın sol tərəfində sürücü pəncərəsinin altında.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin üzərində reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə yerləşdirilməli və bu Tələblərə uyğun yerləşdirilən zəruri məlumatları fərqləndirməyi çətinləşdirməməlidir. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri marşrut lövhəsi ilə təchiz olunmalıdır. Marşrut lövhəsində marşrutun nömrəsi (beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla), habelə Azərbaycan dilində başlanğıc, son və əsas aralıq dayanacaq məntəqələrinin adları göstərilməlidir. Marşrut lövhəsi avtobusun ön, arxa və yan tərəflərində yerləşdirilməlidir. Beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla, gediş haqqı nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən hallarda müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin banının sağ tərəfində giriş qapısına yaxın hissədə gediş haqqının nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirildiyi barədə məlumat yerləşdirilməlidir. Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonları marşrutun (beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla) və çağrı mərkəzinin əlaqə nömrələri, ilk tibbi yardım qutusu və odsöndürənin yerini, marşrut sxemini, gediş haqqının məbləğini, ödəniş etmədən getməyə görə inzibati cərimə barədə məlumatı, giriş, çıxış və qəza çıxışlarının yerini, olduğu halda uşaqlar, hamilə qadınlar və əlilliyi olan şəxslər üçün oturacaq yerlərini və tütün çəkməyin qadağan olunması barədə məlumatlar əks olunmalıdır. Avtonəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulduğu halda, müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində əlilliyi olan şəxslərin təkərli oturacaqları və uşaq arabaları üçün xüsusi işarələnmiş yerlər və müvafiq təhlükəsizlik sistemi olmalıdır. Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin avtobusun salonunun içərisində bütün sərnişinlərin yaxşı görə biləcəyi yerdə marşrutun sxeminin bütün dayanacaq məntəqələri, o cümlədən növbəti dayanacaq məntəqəsini göstərməyə imkan verən elektron informasiya lövhəsi olmalıdır. Elektron informasiya lövhələrinin fonu və məlumat yazıları, habelə simvolik təsvirlər (piktoqramlar) sərnişinlər tərəfindən aydın oxunula və qavranıla bilən rənglərdə olmalıdır.
28-03-2024, 16:09
Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı


Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı

Latviyanın xarici işlər naziri Krisjanis Karins istefa verəcəyini açıqlayıb.
Bu barədə "Delfi" nəşri yazıb.
O, bu qərarı baş nazir Evika Silina ilə görüşdən sonra verib. Nazir aprelin 10-da vəzifəsini tərk edəcək.
Ötən həftə Latviya Baş Prokurorluq Karinsin hökumətə rəhbərlik etdiyi dövrdə onun xüsusi reyslərdən ezamiyyətə getməsi ilə bağlı cinayət işi açıb. Latviya KİV-lərinin məlumatına görə, baş nazir və onun əməkdaşlarının xüsusi reyslərlə daşınması üçün büdcədən təxminən 614 min avro, Avropa İttifaqının ödədiyi xərclərlə birlikdə isə 1,36 milyon avro ayrılıb.
Karins 2019-2023-cü illərdə hökumətə rəhbərlik edib. O , NATO-nun baş katibi postuna mümkün namizədlərdən biri hesab olunurdu.
28-03-2024, 15:51
Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq


Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq

Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılır.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil ediləcək hərrac 2024-cü il aprelin 30-da baş tutacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı aşağıdakı kimidir:
28-03-2024, 15:40
Qardaş ölkədə 39 küçəyə şəhidlərimizin adı verildi


Qardaş ölkədə 39 küçəyə şəhidlərimizin adı verildi

Qardaş Köməyi Platforması və Kahramanmaraşın Türkoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə Türkoğlu bölgəsində qurulmuş 453 ev tipli konteynerdən ibarət Qardaş Köməyi Məhəlləsində 39 küçəyə işğaldan azad olunmuş şəhərlərimizin və şəhidlərimizin adı verilib.
Bu barədə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli öz "X" hesabında yazıb.
"Əməyi keçən hər kəsdən Allah razı olsun! 6 Fevralda əsrin fəlakəti adlanan zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Rəbbim bir daha pis gün yaşatmasın",-R.Cabirli yazıb.
Qeyd edək ki, ötən il Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələnin baş verməsindən sonra Azərbaycana bölgəyə yardımlar edib. Eyni zamanda Azərbaycan qeyri-hökumət təşkilatlarının yaratdığı Qardaşlıq (Yardım) Platforması tərəfindən Türkoğlu rayonundakı logistika mərkəzində 453 konteynerdən ibarət Azərbaycan Türkiyə Qardaşlıq Müvəqqəti Sığınacaq Mərkəzi yaradılıb.
Kondisionerdən çarpayıya, soyuducudan xalçaya qədər bütün interyer ləvazimatları azərbaycanlı iş adamları tərəfindən təmin edilib və 1700 zəlzələ qurbanının məskunlaşdığı müvəqqəti sığınacaq mərkəzində 39 küçəyə Azərbaycanın ən çox itki verdiyi şəhərlərin və şəhidlərin adı verilib.
Küçələrdə Xocalı, Qarabağ, Laçın, Gəncə, Şuşa, Füzuli, Bərdə, Tərtər, Ağdam şəhərləri və Mübariz İbrahimov, Məmmədov Murad, Əhmədov Elbrus kimi şəhidlərin adları yaşadılır.
28-03-2024, 15:22
Ərdoğan: “ Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı”


Ərdoğan: “ Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı”

Bəzi qərbmeyilli qüvvələr Türkiyənin və regionun sabitliyini pozmaq üçün illərdir hər bir təxribata əl atıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində keçirilən mitinqdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, son zamanlar Qəzzada baş verənlərin bundan heç bir fərqi yoxdur:
"Əmin olun ki, Qəzzada müsəlman qanının tökülməsinə kor və kar olanlar sabah belə bir bəla başımıza gəlsə, eyni şeyi edəcəklər. Əslində biz bunu yaşadıq. Rusiya ilə fikir ayrılığımız olduğu, terror təşkilatlarının sərhədlərimizə çatdığı bir vaxtda Qərb dövlətləri cənub şəhərlərimizdəki hava hücumundan müdafiə sistemlərini geri aldılar. Biz o dövrün çətinliklərini öz gücümüzlə, öz imkanımızla, mübarizəmizlə həll edə bildik. Suriyada, Liviyada, Aralıq dənizində, Qara dənizdə, Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı”.
28-03-2024, 15:05
Ermənistanda Paşinyana yeni rəqib gəlir


Ermənistanda Paşinyana yeni rəqib gəlir

İrəvanın keçmiş meri Hayk Marutyan tezliklə partiya yaradacaq.
Marutyanın komandası “Azatutyan”la söhbətində bunu təsdiqləyib.
Onun partiyası "Yeni güc" adlanacaq.
Yeni yaradılan partiyanın qurultayı mayın 1-də keçiriləcək.
Hayk Marutyan bundan əvvəl partiya yaradıb növbəti parlament seçkilərində iştirak edəcəyini açıqlamışdı. O, Nikol Paşinyan iqtidarına müxalifətdə olacağını demişdi.
28-03-2024, 14:54
"Avtomobil yolları haqqında" qanuna dəyişiklik edildi


"Avtomobil yolları haqqında" qanuna dəyişiklik edildi

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Beləliklə, Nazirlər Kabinetinin müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən təsdiq ediləcək və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin bu məqsədlə açılmış bank hesabına köçürüləcək. Bu vəsaitin bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Həmçinin, qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək.
Qanun ödənişli avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsünün və ondan istifadənin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb. Bu vəsaitin bölgüsü qaydası qanun qəbul edildikdən sonra müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək.
Qeyd edək ki, artıq “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H. Z. Tağıyev qəsəbəsindən başlayaraq tikilən 129 kilometr uzunluqda olan hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə ödənişli yol kimi müəyyən edilmiş və Tarif Şurasının qərarı ilə gediş qiymətləri təsdiq edilib.
28-03-2024, 14:30
Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçirilib


Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçirilib

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçirilib.
Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasına minlərlə insan qatılıb.
İştirakçılar Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər.
Aksiyada Yeni Kaledoniyanın birinci şəxsi – baş nazir Luis Mapu iştirak və etirazçılar qarşısında çıxış edib.
İştirakçılar Azərbaycan da daxil olmaqla 3 bayraq - BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb.
Azərbaycana hər zaman onların yanında və neokolonializmlə mübarizəyə dəstək olduğuna görə minnətdarlığını ifadə etmək üçün aksiya iştirakçıları Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları olub.
Son vaxtlarda keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq Yeni Kaledoniya bayraqları ilə yanaşı, Azərbaycan bayraqları da dalğalandırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!