"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
16-04-2024, 23:45
Fransa Azərbaycandakı səfirini geri çağırdı


Fransa Azərbaycandakı səfirini geri çağırdı

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.
Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfiri Fransa Prezidenti Emmanuel Makron qəbul edib.
16-04-2024, 23:08
Rusiya sülhməramlıları Azərbaycanı tərk etdi


Rusiya sülhməramlıları Azərbaycanı tərk etdi

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib.
Məlumata görə, Rusiya kontingenti Azərbaycanı (Qarabağı) birdəfəlik və tam olaraq tərk edib.
Bununla da Azərbaycan Qarabağ məsələləri ilə bağlı bütün problemlərini həll etmiş, tam müstəqil, suveren nəzarətini bərpa etmiş durumdadır.
Təqdim etdiyimiz video sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarında çəkilib.
16-04-2024, 22:27
Tbilisidə yenidən etiraz aksiyası keçirildi


Tbilisidə yenidən etiraz aksiyası keçirildi

Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları aprelin 16-da Tbilisidə, ölkə parlamentinin önündə etiraz aksiyasını yenidən bərpa edib.
Parlament binasının qarşısına toplaşan minlərlə insan mərkəzi Rustaveli prospektini bağlayıb.
Aksiya iştirakçıları hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının parlamentə təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edirlər.
Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.
Gürcüstanın Daxili İşlər Nazirliyi mitinq təşkilatçılarına və iştirakçılarına xəbərdarlıq edib. Etirazçılara xatırladılıb ki, inzibati binalara girişin bağlanması qanunla qadağandır. Daxili İşlər Nazirliyinin xəbərdarlığında deyilir: “Biz bir daha mitinqin təşkilatçılarını və iştirakçılarını dinc aksiya keçirməyə, qanunu pozmamağa və polis əməkdaşlarının göstərişlərinə tabe olmağa çağırırıq”.
Qeyd edək ki, bir müddət əvvəl etirazçılarla polis arasında əlbəyaxa dava olub. Hazırda sakitlikdir.
Parlamentin yaxınlığına, 9 Aprel və Çitadze küçələrinə robokoplar və su reaktiv maşınları gətirilib.
16-04-2024, 22:12
Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verildi - FOTO


Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verildi - FOTO

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Xətai rayon Rahib Məmmədov küçəsi 4. 4a. 15q. və Cavanşir küçəsi 7 və 9 saylı ünvanlarında 2200-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Aprelin 16-da baş tutan açılış mərasimində iştirak edən Leyla Əliyeva tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib, həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim edib.
Qeyd edək ki, “Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Abadlaşdırılan həyətlərdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb. Eyni zamanda, həyətyanı sahələrdə beş söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.
Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ 1680 ağac, 19 min 256 kol bitkisi əkilib, 8549 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.
Məlumat üçün bildirək ki, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən icra olunan “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 152 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Xüsusi olaraq qeyd edək ki, “IDEA” İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi “IDEA” İctimai Birliyinin qaynar xətti “1113” və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.




16-04-2024, 21:33
İlham Əliyev serbiyalı həmkarını COP29-a dəvət etdi


İlham Əliyev serbiyalı həmkarını COP29-a dəvət etdi

Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Aleksandar Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib.
16-04-2024, 20:39
Serbiya prezidenti İlham Əliyevdən dəstək istədi


Serbiya prezidenti İlham Əliyevdən dəstək istədi

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib.
Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub.
Söhbət zamanı Azərbaycan və Serbiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub və ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti bildirilib.
16-04-2024, 19:16
Bu rayonlarda günəş elektrik stansiyaları qurulacaq
u

Bu rayonlarda günəş elektrik stansiyaları qurulacaq

Nazirlər Kabineti Biləsuvar və Neftçala rayonlarının inzibati ərazilərində dövlət mülkiyyətinə aid torpaq sahələrini bərpa olunan enerji mənbələrinin əraziləri kimi müəyyən edib.
Baş nazir Əli Əsədov bununla bağlı qərarlar imzalayıb.
“Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” qərara görə, Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1454,0 hektar torpaq sahəsi qoyuluş gücü 445 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
“Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” qərara əsasən, Neftçala rayonunun inzibati ərazisində Müdafiə Nazirliyinin istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 523,0 hektar torpaq sahəsi Energetika Nazirliyinin istifadəsinə verilməklə, Neftçala rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyətində olan 400,0 hektar və Neftçala Bələdiyyəsinin mülkiyyətində olan 50,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə birlikdə, ümumilikdə 973,0 hektar torpaq sahəsi qoyuluş gücü 315 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
16-04-2024, 17:28
Sumqayıtın 300 bal toplayan şagirdləri


Sumqayıtın 300 bal toplayan şagirdləri

Dövlət İmtahan Mərkəzi (DİM) tam orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü ildə keçirilmiş buraxılış imtahanının nəticələrini elan edib.
Sumqayıt şəhərindəki Təbiət elmləri təmayüllü gimnaziyanın 3 şagirdi də respublika üzrə maksimim (300) bal toplayan 39 nəfər arasında yer alır.
Bunlar Məmmədov Fərid (11a sinfi), Nuriyev Elgün (11b sinfi) və Hüseynli Aytacdır (11d sinfi).
“Şagirdləri, onların valideynlərini, əməyi olan bütün müəllimləri-bütünlüklə, kollektivimizi təbrik edirik. Arzu edirik və inanırıq ki, blok imtahanında da rekordçularımız olacaq!”, - deyə gimnaziyadan verilən açıqlamada bildirilib.
Qeyd edək ki, 300 bal toplayan şagirdlərdən 6 nəfəri Sumqayıt məktəblisidir.
16-04-2024, 17:10
“Qarabağ” – “Neftçi” oyununun vaxtı açıqlandı


“Qarabağ” – “Neftçi” oyununun vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında iki turun oyun cədvəli bəlli olub.
Bunu PFL-in mətbuat xidməti açıqlayıb.
XXXIII və XXXIV turların matçlarının vaxtı və yeri dəqiqləşib. Bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XXXIII tur
4 may (şənbə)
“Kəpəz” – “Sumqayıt”
Tovuz şəhər stadionu, 16:30

“Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30

5 may (bazar)
“Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu, 16:30

“Araz-Naxçıvan” – “Sabah”
“Liv Bona Dea Arena”, 19:00

6 may (bazar ertəsi)
“Səbail” – “Qəbələ”
“ASCO Arena”, 19:00

XXXIV tur
10 may (cümə)
“Neftçi” – “Kəpəz”
“Neftçi Arena”, 19:00

11 may (şənbə)
“Araz-Naxçıvan” – “Turan Tovuz”
“Liv Bona Dea Arena”, 17:00

“Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksi stadionu, 19:30

12 may (bazar)
“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 17:00

“Sumqayıt” – “Səbail”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30
16-04-2024, 17:05
Ukraynada səfərərlik qanunu imzalandı


Ukraynada səfərərlik qanunu imzalandı

Ukrayna prezidenti Volodimir Zelenski Ali Radanın səfərbərlik, hərbi qeydiyyat və hərbi xidmətlə bağlı bəzi məsələlərin təkmilləşdirilməsi haqqında qəbul etdiyi qanunu imzalayıb.
Ali Radanın saytında sənədlə bağlı deyilir:
“Ukrayna prezidentinin imzası ilə geri qaytarılıb”.
Qanunun əsas müddəaları imzalandığı tarixdən bir ay sonra - mayın 16-dan qüvvəyə minəcək. Qanunun əsas vəzifəsi səfərbərlik proseslərini gücləndirməkdir.
Bununla hərbi qeydiyyat qaydaları formal olaraq sərtləşdirilir, “çağrıdan yayınanlara” qarşı sanksiyalar gücləndirilir və səfərbərlikdən möhlət üçün müddəalar dəqiqləşdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!