Livanda yenidən partlayışlar - 14 ölü, 500-dən çox yaralı .....                        Britaniya XİN başçısı Azərbaycandan danışdı .....                        Azərbaycanla Özbəkistan arasında məsləhətləşmələr .....                        Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə - FOTO .....                        Livanda yenidən partlayışlar - 3 ölü, 100-dən çox yaralı var .....                        Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTO .....                        Elman Paşayev həbs edildi .....                        Afrika Millətlər Kubokunun vaxtı dəqiqləşdi .....                        Ərazilərimizdə separatçılığın kökünü kəsən tarixi zəfər .....                       
5-09-2024, 17:24
Azərbaycan cüdoçusu Avropa çempionu oldu


Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Könül Əliyeva (52 kq) Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.
Bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əliyeva Azərbaycanın aktivinə ilk qızıl medalı yazıdırıb.
O, həlledici görüşdə Zilan Ertemi (Türkiyə) məğlub edib.
Finalda Nazar Viskova (Ukrayna) uduzan Nizami İmranov (60 kq) gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.
5-09-2024, 17:20
İlham Əliyev İtaliyanın Baş naziri ilə görüşdü


İlham Əliyev İtaliyanın Baş naziri ilə görüşdü

Sentyabrın 5-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib.
Romanın "Chigi" Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloniyə təqdim olundu.
Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdirdilər
5-09-2024, 17:11
Daha bir prospektdə avtobus zolağı çəkildi


Daha bir prospektdə avtobus zolağı çəkildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Azadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edib.
Zolağın uzunluğu 3 km-ə yaxındır.
Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Azadlıq prospektindən 10 müntəzəm marşrut xətti üzrə 150-dən çox avtobus keçir. Həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 120 mindən çox sərnişin daşınır.
Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.
5-09-2024, 16:50
Baş prokuror Şərq İqtisadi Forumunda çıxış edib


Baş prokuror Şərq İqtisadi Forumunda çıxış edib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyanın Vladivostok şəhərinə işgüzar səfəri davam edir.
Baş Prokurorluqdan verilən məlumata görə, sentyabrın 5-də nümayəndə heyəti Şərq İqtisadi Forumunun işində iştirak edib.
Rusiya Prezidenti Vladimir Putin Forum iştirakçılarını salamlayaraq tədbirin qlobal iqtisadi problemlərin həllinə öz töhfəsini verəcəyini və konstruktiv səmərəli dialoqa nümunə olacağını bildirib.
Daha sonra Kamran Əliyev «Россия 24» televiziya kanalına müsahibə verib.
Rusiya Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən biznes subyektlərinin hüquqlarının qorunmasına həsr olunmuş sessiyada çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi kursuna uyğun olaraq sahibkarlığın inkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğu, aparılan islahatlar nəticəsində sahibkarlıq fəaliyyətinin qanunvericilik bazası və lazımi infrastrukturunun yaxşılaşdırıldığını qeyd edib.
30 illik erməni işğalından azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını qeyd edən Baş prokuror, ölkəmizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiyaların yatırılması üçün əlverişli biznes mühitinin yaradılmasından bəhs edib.
Həmçinin, Kamran Əliyev ölkəmizdə prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar, həmçinin prokurorluğun müvafiq struktur qurumları tərəfindən sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin maraqlarının qorunması sahəsində fəaliyyətindən danışıb.
Baş prokuror cari ilin noyabrında dünyanın ən mötəbər beynəlxalq tədbiri olan COP29-un ölkəmizdə keçiriləcəyi barədə görüş iştirakçılarına məlumat verib.
Sessiya zamanı digər natiqlər çıxışlar edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Baş prokuror Taylandlı və Laoslu həmkarları ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq perspektivləri müzakirə edilib.
Nümayəndə heyətinin Rusiyaya işgüzar səfəri başa çatıb.
5-09-2024, 16:42
İtaliya qəzeti Azərbaycana strateji əlaqələrdən yazdı


İtaliya qəzeti Azərbaycana strateji əlaqələrdən yazdı

İtaliyanın əsas mətbu orqanlarından olan “Formiche” qəzetində Azərbaycan-İtaliya münasibətlərindən bəhs edən geniş məqalə yayımlanıb.
Yazıda bu iki strateji tərəfdaş ölkənin güclü ticarət əlaqələrinə malik olduğu bildirilir, yeni geosiyasi çağırışlar fonunda münasibətlərin xüsusi çəkisinin gücləndirilməsinin əhəmiyyəti vurğulanır. Diqqətə çatdırılır ki, Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan müxtəlifliyi təbliğ edir, fərqli mədəniyyətlərin və sivilizasiyaların dəyərlərini mənimsəyir. Bu amillər ona əsl körpü rolunu oynamağa imkan verir.

Azərbaycanın rolu

İtaliyanı Mərkəzi Asiya ilə birləşdirən və çox mühüm coğrafi məkanda yerləşən Azərbaycan kimi əsas ölkə ilə münasibətlərdə təmsil olunan incə, lakin həlledici geosiyasi tel var: Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və Albaniya – onlar Avro-Aralıq dənizi və Qafqaz kimi iki tamamilə strateji kvadrantı təşkil edən ölkələrdir.
Materialda vurğulanır ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır, rəsmi Bakı isə Cənubi Qafqaz regionunda Romanın əsas ticarət tərəfdaşıdır. İki ölkə arasında möhkəm ticarət əlaqələri yeni geosiyasi çağırışlar fonunda bu regionda potensial təsirin xüsusi çəkisi ilə güclənir. Ölkələrimiz arasında güclü əlaqələrin olduğu, üç ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda İtaliyanın müdafiə naziri Quido Krosetto, bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşdüyü qeyd edilir.
Məqalədə, həmçinin ölkəmizin noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına ev sahibliyi edəcəyi vurğulanır. İtaliyanın bu beynəlxalq tədbirə xüsusi töhfəsini verəcəyi bildirilir.

Bakı ilə Roma arasında əlaqələr

Yazıda keçən il “Ansaldo Energia” ilə “AzərEnerji” arasında imzalanan və dəyəri 160 milyon avro olan müqavilə çərçivəsində İtaliya şirkətinin Azərbaycandakı yeni elektrik stansiyasını 4 qaz turbini ilə təchiz edəcəyi diqqətə çatdırılır. Eyni zamanda, İtaliyanın “Leonardo” şirkətinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki modernləşdirilməsi proqramı çərçivəsində Azərbaycana “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi tədarük etdiyi bildirilir.

Vurğulanır ki, ikitərəfli əlaqələr nəinki müdafiə, eyni zamanda, təhsil və mədəniyyət sahələrini də əhatə edir. Bakıda yerləşən İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair sazişlər imzalanıb.

Enerji sahəsində əməkdaşlığı

Müəllif ölkəmizin İtaliyanın enerji təchizatına verdiyi töhfədən bəhs edir, Azərbaycanın “Şahdəniz 2” yatağından hasil olunan təbii qazı “köhnə qitəyə” nəql edən Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsi olan TAP boru kəmərinin avropalı tərəfdaşlar üçün “təhlükəsizlik yastığı” rolunu oynadığını vurğulayır. Qeyd edir ki, indiyədək TAP-la Avropaya təxminən 26 milyard kubmetr təbii qaz nəql edilib. TANAP boru kəməri ilə Türkiyə sərhədində birləşən TAP boru kəməri Yunanıstanın şimalına, Albaniyaya, daha sonra Adriatik dənizindən keçməklə İtaliyanın Apuliya regionu sahillərinə çatır. Qaz boru kəməri texniki nöqteyi-nəzərindən obyektiv və əsaslı töhfə olmaqla yanaşı, xəttin keçdiyi bütün ölkələrin maraqlarını birləşdirən siyasi infrastrukturu təmsil edir.

COP29 və Mədəniyyətlərarası Dialoq Forumu

Yazıda vurğulanır ki, Azərbaycanın rolu enerji ilə məhdudlaşmır – onun fəaliyyəti noyabrda növbəti COP-un təşkili və mədəniyyətlərarası dialoq kimi iki proqram xətti üzrə davam edir. Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş qlobal təşəbbüs kimi 2008-ci ildə mühüm beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqla başlatdığı “Bakı Prosesi” çərçivəsində bu il ölkə paytaxtında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bu, hökumətlər, beynəlxalq təşkilatlar, ekspertlər, alimlər, siyasətçilər və digərləri üçün bir-biri ilə ünsiyyət kontekstində mədəniyyətlərarası kommunikasiyaların inkişaf edən dinamikası və qlobal təhlükəsizlik üzrə mənalı müzakirələr aparmaq baxımından mühüm platformadır.
5-09-2024, 15:01
Fransaya yeni baş nazir təyin edildi


Fransaya yeni baş nazir təyin edildi

Fransaya yeni baş nazir təyin edilib.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, bundan sonra Mişel Barnier Fransanın baş naziri vəzifəsini icra edəcək.
5-09-2024, 10:20
BƏXTİYAR VAHABZADƏ - 99


BƏXTİYAR VAHABZADƏ - 99
(Yaddaşlarda əbədi yaşayan Şairin anım günü keçirildi)

Böyük filosof şairimizin - Türk Dünyasının Bəxtiyarının dünyaya göz açdığı gündür bu gün. 99 il bundan öncə elə bu müqəddəs ocaqda dünyaya gəlib və öz gəlişiylə də doğulduğu torpağı, əhatəsində olan insanları, milləti, vətəni bəxtiyar etməyi bacarıb. Yaşadığı ömür ona, biz həmyerlilərinə və bütün həmvətənlərinə başucalığı gətirib. Ruhu şad olsun böyük şairimizin, qüdrətli söz sənətkarımızın!
Bu gün Bəxtiyar Vahabzadənin Ev Muzeyi hər gün və hər an olduğu kimi yenə əziz, dəyərli qonaqlarını - Bəxtiyar poeziyasının vurğunlarını hərarətlə və səmimiyyətlə ağırlamaqdadı. Var olsun bu ocağın fədakar qoruyucusu və Bəxtiyar sevdalısı Elşən Zəkəriyyəbəyli! Yenə o məşhur samovar tüstülənməkdə, o şirin nəğmələr pərdə-pərdə yüksəlməkdə, o bənzərsiz poetik nümunələr ruhları oxşamaqdadı...
Bəxtiyar Gününü gözəlləşdirənlər arasında AYB Şəki Bölməsinin sədri, şair Vaqif Aslanı, görkəmli həkim və ictimai xadim, professor Adil Qeybullanı, sevilən ziyalımız Firəngiz Əsgərzadəni, Şəkidə yazıb-yaradan şair və yazıçıları, elm, mədəniyyət və incəsənət xadimlərini görmək olduqca xoş idi.
Bütün söhbətlərin, çıxışların məğzini ünlü filosof-şair Bəxtiyar Vahabzadə şəxsiyyəti və yaradıcılığı təşkil edirdi. Musiqi ifaçılarının oxuduqları muğam və mahnı mətnlərinin də sözləri bu dahi şairin yaradıcılığından götürülmüşdü. “Həyat, sən nə şirinsən”, “Nədən oldu”, “Gecələr bulaq başı”, “Bəxtiyaram mən”, “Biri sənsən, biri mən”, “Azərbaycan”, “Bu torpağa borcluyam”, “Arzular”... insanları ən ülvi mənəvi duyğulara kökləyirdi.
Gənc və istedadlı rəssam Gül Nar xanımın şairin iki portretini muzeyə hədiyyə etməsi, Elşən müəllimin də qeyd etdiyi kimi, günün ən yaddaqalan hadisəsi olaraq tarixə yazıldı.

Gələn il böyük Bəxtiyarımızın 100 illik yubileyidir. Bəxtiyar Vahabzadənin Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli bu münasibətlə görülən və görülməsi nəzərdə tutulan işlər barədə məlumat verdi. Bəxtiyar şəxsiyyətinə və bənzərsiz yaradıcılığına qiymət verən bütün ziyalıları bu möhtəşəm yubileyin yüksək səviyyədə keçiriləməsinə öz töhfəsini verməyə dəvət etdi.
Qiymət MƏHƏRRƏMLİ


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!