Lazizbek Raximov yazır: "Şairi kiçiltməyin!" .....                        BİR ŞEİR YAZSAM .....                        Cəbrayıla yola düşən köç karvanı doğma yurda çatdı .....                        Vətən müharibəsinin başlanmasının dördüncü ili .....                        Azərbaycanda Anım Günüdür .....                        Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək .....                        “Fənərbaxça” Avropa Liqasına qələbə ilə başladı .....                        Ermənistan Türkiyədən dəstək gözləyir - Ərdoğan .....                        Ceyhun Bayramov Baydenlə bir arada .....                       
22-09-2024, 21:15
Hakan Fidan ABŞ-də səfərdədir


Hakan Fidan ABŞ-də səfərdədir

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-də səfərdədir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
O, səfər çərçivəsində İslam Əməkdaşlığı Təşkilatı - Ərəb Liqasının Qəzza üzrə Təmas Qrupunun XİN rəhbərlərinin İclasında iştirak edib.
22-09-2024, 20:40
İranda güclü zəlzələ - Yaralılar var


İranda güclü zəlzələ - Yaralılar var

İranın Şimali Xorasan bölgəsində zəlzələ nəticəsində 28 nəfər yaralanıb.
Bu barədə Şimali Xorasanın Fövqəladə Vəziyyət Xidmətinin rəhbəri bildirib.
Onun sözlərinə görə, zərərçəkmişlərdən 12-si xəstəxanaya yerləşdirilib.
22-09-2024, 20:20
Azərbaycan hərbçisi həlak oldu


Azərbaycan hərbçisi həlak oldu

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bayramov Musa Səhliyar oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
Bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.
Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq.
22-09-2024, 20:12
Şri-Lankanın yeni prezidenti


Şri-Lankanın yeni prezidenti

Şri-Lankada sentyabrın 21-də keçirilmiş prezident seçkisinin ilkin nəticələrinə görə sosial-demokrat alyansının namizədi Anura Kumara Dissanayake qalib gəlib.
Şri-Lankanın Mərkəzi Seçki Komissiyası səslərin sayılmasından sonra heç bir namizədin tələb olunan 50 faizdən çox həddi keçə bilmədiyini açıqlayıb. Qanunvericiliyə uyğun olaraq ən çox səs toplamış 2 namizəd - Anura Kumara Dissanayake (42,31 faiz) və müxalif Birləşmiş Xalq Gücü blokunun lideri Sacith Premadasa (32,76 faiz) üçün səslərin 2-ci mərhələdə sayılması həyata keçirilib. Belə ki, qaydalara əsasən, seçicilər seçki bülletenində 3 namizədi qeyd edə bilərlər. Əgər tələb olunan səsi yığan olmasa, onda 2-ci mərhələ olaraq seçicilərin səsvermə bülletenində 2-ci və 3-cü seçimləri ən çox toplamış 2 namizədin xeyrinə sayılır. İkinci mərhələdə Anura Kumara Dissanayake qalib olub. O, növbəti 5 il müddətinə ölkəyə rəhbərlik edəcək.
Yeni seçilən prezidentin qarşısında, ilk növbədə, ölkəni ağır iqtisadi vəziyyətdən çıxarmaq vəzifəsi duracaq. Onun andiçmə mərasiminin sentyabrın 23-də təşkil olunacağı bildirilir.
Qeyd edək ki, prezidentlik vəzifəsi uğrunda 38 nəfər mübarizə aparıb. Onlar arasında ən çox şanslı olanlar hazırkı Prezident Ranil Vikramasinqhe, müxalif Birləşmiş Xalq Gücü blokunun lideri Sacith Premadasa, Milli Xalq Hakimiyyəti alyansının lideri, parlamentin deputatı Anura Kumara Dissanayake hesab olunurdu.
22-09-2024, 19:38
Netanyahu nazirlərə qadağa qoydu


Netanyahu nazirlərə qadağa qoydu

İsrailin baş naziri Benyamin Netanyahu nazirlərə müsahibə verməyi qadağan edib.
Bu barədə "Kan" radiosu məlumat yayıb.
Qadağa İsrailin Livanın Hizbullah hərəkatı ilə münasibətlərinin gərginləşməsi ilə bağlıdır.
Müsahibə qadağası sentyabrın 22-dən qüvvəyə minib.
22-09-2024, 19:23
Səfirimiz İran XİN rəsmisi ilə müzakirə apardı


Səfirimiz İran XİN rəsmisi ilə müzakirə apardı

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquqi məsələlər idarəsinin rəisi Seyid Əli Musəvi ilə görüşüb.
Bu barədə Azərbaycan səfirliyinin mətbuat xidməti bildirib.
Görüşdə ikitərəfli hüquqi məsələlərə dair müzakirələr aparılıb.
22-09-2024, 18:49
Rusiya səfirinin korteji minaya düşdü - Ölənlər var


Rusiya səfirinin korteji minaya düşdü - Ölənlər var

Rusiyanın Pakistandakı səfiri Albert Xorevin müşayiət edən avtomobil Hayber-Paxtunxva əyalətində minaya düşüb.
Bu barədə Rusiya diplomatik missiyası sosial şəbəkədə məlumat verib.
Bildirilib ki, bu gün Albert Xorev bir neçə digər diplomatla birlikdə İslamabad Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilmiş turizm sammitində iştirak edib.
“Müşayiət avtomobili Hayber-Paxtunxva əyalətinin Minqora şəhərindən hotelə gedərkən minaya düşüb, nəticədə bir neçə polis əməkdaşı yaralanıb”, – məlumatda deyilir.
Qeyd olunub ki, diplomatlar hadisə sonucunda xəsarət almayıblar.
Pakistan Xarici İşlər Nazirliyi öz növbəsində açıqlayıb ki, öndə gedən kəşfiyyat dəstəsinin polis maşını əldəqayırma partlayıcı qurğuya düşüb, nəticədə polis əməkdaşları həlak olublar.
“Diplomatik korpusun bütün üzvləri İslamabada sağ-salamat qayıdıblar”, – nazirlik diqqətə çatdırıb.
22-09-2024, 18:31
İranda 3 günlük matəm elan olundu


İranda 3 günlük matəm elan olundu

İranın Cənubi Xorasan ostanında 3 günlük matəm elan edilib.
İran prokurorluğu Təbas kömür mədəni ilə bağlı araşdırmalara da başlayıb.
Son rəsmi məlumata əsasən, Təbas kömür mədənində dünən saat 21.00 radələrində baş vermiş partlayışda 51 nəfər ölüb, 17 yaralı var.
22-09-2024, 18:00
Qruplar arasında toqquşma: 100-dən çox ölən və itkin düşən var


Qruplar arasında toqquşma: 100-dən çox ölən və itkin düşən var

Sentyabr ayının əvvəlindən Meksikada cinayətkar qruplar arasındakı toqquşmalarda 100-dən çox ölən və itkin düşən olub.
Sinaloa ştatında 53 nəfər öldürülüb, 51 nəfər itkin düşüb.
Sinaloada iki güclü narkotik qruplaşma arasında münaqişə iyulda bu qruplardan birinin lideri İsmael "El Mayo" Zambadanın ABŞ-də həbs edilməsi ilə başlayıb. 74 yaşlı Zambada bildirib ki, “Los Çapitos” qruplaşması onu oğurlayaraq sonradan təyyarə ilə ABŞ-yə göndərib. Bu da sentyabrın 9-dan iki qruplaşma arasında qanlı toqquşmaların başlamasına səbəb olub. Nəticədə ştatda bir çox məktəblər bağlanıb, restoran və mağazalar gün ərzində qısa rejimdə çalışır.
Zorakılığı aradan qaldırmağa çalışan Meksika hüquq-mühafizə orqanları “Los Çapitos” qruplaşmasının liderinin mühafizə xidmətinin rəisini olduğu ehtimal olunan şəxsi və hazırda həbsdə olan “Sinaloa”nın keçmiş rəhbərinin oğlunu həbs ediblər.
Meksika Prezidenti Andres Manuel Lopes Obrador bəyan edib ki, ABŞ Sinaloa ştatında zorakılıq dalğasına görə qismən məsuliyyət daşıyır.
22-09-2024, 16:56
Azərbaycana payız gəldi


Azərbaycana payız gəldi

Azərbaycana payız fəsli daxil olub.
Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib.
Bununla da Şimal yarım kürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayıb.
Bu gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşür və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olur.
Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!