24-09-2024, 11:14
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqda maraqlıdır - MirzoyanErmənistan Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlıdır və Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır.
Bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri və Malta Parlamentinin üzvü İan Borqla görüşü zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Bundan əlavə, A.Mirzoyan italiyalı həmkarı Antonio Tayani ilə də danışıqlar aparıb. Tərəflər, həmçinin İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
24-09-2024, 10:24
"İran nüvə silahı əldə etmək niyyətində deyil” - Pezeşkianİran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.
Görüşdə Yaxın Şərq hadisələri müzakirə olunub. Pezeşkian İsrailin Fələstinə və Livana hücumlarının İranda ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Pezeşkian çıxışının başqa bir yerində deyib: İran İslam Respublikası qonşu hökumətlərin, o cümlədən Fars körfəzi sahili ölkələrinin köməyi ilə regionda sabit sülh və təhlükəsizlik bərqərar etməyə çalışır.
"İran heç bir şəkildə nüvə silahı əldə etmək niyyətində deyil. Son 200 ildə biz heç bir müharibə və münaqişəyə başlamamışıq və biz əsasən sülh, təhlükəsizlik və əmin-amanlıq içində yaşamağa çalışırıq", - o vurğulayıb.
24-09-2024, 00:24
Paşinyan "Türkevi"ndə Ərdoğanla görüşdüXəbər verdiyimiz kimi, Nyu Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.
Görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələləri, o cümlədən Bakı ilə İrəvan arasında sülh prosesləri müzakirə edilib.
Türkiyə lideri Ermənistan və Azərbaycan daimi sülhün bərqərar olmasının tərəfdarı olduğunu qeyd edib və Türkiyə ilə Ermənistan arasında normallaşma istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu vurğulayıb.