Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
25-09-2022, 18:00
Tehran Londona nota verdi


Tehran Londona nota verdi

İran Böyük Britaniyaya nota verib. Butov.az xəbər verir ki, Böyük Britaniyanın Tehrandakı səfiri Simon Şerkliff İran Xarici İşlər Nazirliyinə çağırılıb. Britaniyanın son günlər İranla bağlı sərgilədiyi sərt mövqeyə və ittihamlara görə Tehranın Londona nota ünvanladığı qeyd olunub.
25-09-2022, 17:56
Türkmənistan Avropaya yaxınlaşır


Türkmənistan Avropaya yaxınlaşır

Türkmənistan Avropa İttifaqı (Aİ) ilə iqtisadiyyat, ekologiya, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Avropa İttifaqına yaxınlaşmanın hansı istiqamətlərdə baş tutacağı tam olaraq açıqlanmayıb.
25-09-2022, 17:54
Qırğızıstan və Tacikistan razılaşdı - Sənəd imzalandı


Qırğızıstan və Tacikistan razılaşdı - Sənəd imzalandı

Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri sərhəddə yaranmış vəziyyətin nizamlanması ilə bağlı protokol imzalayıblar. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib. Onun sözlərinə görə, danışıqlar Batken vilayətinin Qızıl-Bel keçid məntəqəsində baş tutub. Taşiyev protokolun bütün bəndlərinin yerinə yetiriləcəyinə ümid edir.
25-09-2022, 17:52
ABŞ-dan Tbilisiyə çağırış: Rusları ölkəyə buraxmayın!


ABŞ-dan Tbilisiyə çağırış: Rusları ölkəyə buraxmayın!

"Gürcüstan sərhədini bağlasa və ən azı qısa müddətdə rusiyalı turistləri ölkəyə buraxmasa, bu çox müdrik qərar olardı". Bunu ABŞ Konqresinin üzvü Adam Kinzinger özünün "Twitter" səhifəsində yazıb.“Hərbçi yaşındakı kişilərin bu kiçik, lakin vacib müttəfiqə axını çox təhlükəlidir", - deyə amerikalı konqresmen qeyd edib. Xatırladaq ki, Rusiyada qismən səfərbərlik elan ediləndən sonra bu ölkədən Gürcüstan və digər qonşu dövlətlərə kütləvi axın müşahidə edilir.
25-09-2022, 17:48
İrandan İraqa hücum - Qərargahlar bombardman edildi


İrandan İraqa hücum - Qərargahlar bombardman edildi

İran Silahlı Qüvvələrinin quru qoşunları İraqın şimal regionlarını artilleriya atəşinə tutub. Butov.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) məlumatına görə, İraqın şimalında yerləşən terrorçu qruplaşmaların mövqeləri və qərargahları bombardman edilib. Artilleriya atəşinin nəticələri barədə hələlik məlumat verilmir. İranın rəsmi mediası bildirir ki, bu barədə Sepahın bəyanatla çıxış edəcəyi gözlənilir.
25-09-2022, 17:46
Enerji böhranı - Fransızlar odun dövrünə qayıdır


Enerji böhranı - Fransızlar odun dövrünə qayıdır

Fransada enerji böhranı odun satan şirkətlərin səhmlərini 700 faiz bahalaşdırıb. Butov.az xəbər verir ki, enerji qiymətlərinin qalxması ilə əlaqədar olaraq, əhalinin oduna təlabatı kəskin artıb. Məlumata görə, qış öncəsi qaz və işığın bahalaşması vətəndaşları alternativ yanacaqdan istifadəyə təhrik edir. Bundan əlavə, hökumətin yaşıl yanacağın təşviqi və son iki ildə neft, habelə kömür qazanlarının quraşdırılmasına qadağa qoyması oduna tələbi artıran digər səbəb olub.
25-09-2022, 17:41
İrandakı aksiyalarda ölənlərin sayı artıb


İrandakı aksiyalarda ölənlərin sayı artıb

İranda aksiyalar zamanı daha 10 nəfər həlak olub. Bu barədə İrana məxsus teleqram kanalları məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları etirazçılara atəş açıb. Nəticədən onlardan bir neçəsi ölüb. Yaralılar barədə hələlik xəbər verilməyib. Ümumilikdə ölənlərin sayı 40-dan çoxdur. Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub.
25-09-2022, 17:36
Çavuşoğludan PKK açıqlaması: ABŞ onları dəstəkləyir


Çavuşoğludan PKK açıqlaması: ABŞ onları dəstəkləyir

"Təəssüf ki, Birləşmiş Ştatlar Suriyada hələ də PKK/PYD-yə dəstək verir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu Türkiyənin ABŞ-la münasibətlərində problemlərin olduğunu vurğulayıb:“Bu terror qurumları son zamanlar hücumlarının sayını artırıb. Burada FETÖ, digər tərəfdən CAATSA sanksiyaları da bizi narahat edən məsələlərdir. Əslində bunlar bizim üçün milli təhlükəsizlik məsələləridir, müttəfiqimiz ABŞ-dan bu məsələdə həssaslıq gözləyirik, həssaslığımızı anlamalarını gözləyirik”.
25-09-2022, 17:28
Odessaya dronlarla hücum edildi


Odessaya dronlarla hücum edildi

Ukraynanın Odessa şəhəri dron-kamikadzelərin hücumuna məruz qalıb. Bu barədə Cənub Operativ Komandanlığı məlumat yayıb. "Odessa yenidən düşmən PUA-ların hücumuna məruz qalıb. Şəhərin mərkəzində yerləşən inzibati binaya üç dron zərbəsi endirib. Xilasetmə əməliyyatı və yanğının söndürülməsi davam edir", - məlumatda bildirilib. Qeyd olunub ki, şəhərə dörd dronla hücum edilib. Hava hücumundan müdafiə qüvvələri bir pilotsuz uçan aparatı vurub. Əhali arasında itki və zərər çəkən yoxdur.
25-09-2022, 17:21
İranda “Skype” bloklandı


İranda “Skype” bloklandı

İranın müxtəlif şəhərlərində hökumət əleyhinə keçirilən ümumxalq nümayişlərindən sonra bu ölkədə Skype platformasının bloklanmasına qərar verilib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bundan əvvəl İran hökuməti kütləvi etirazların qarşısını almaq məqsədilə “WhatsApp” və “İnstagram”a girişi bloklayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!