Qazaxda "Kamaz"la toqquşan avtomobilin sürücüsü ölüb .....                        Bakıda kommunal xidmətlər gücləndirilmiş iş rejimindədir .....                        Kəlbəcərdə yük avtomobili aşdı, ölənlər var .....                        Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - YENİLƏNİB .....                        Bakıda yağıntının miqdarı 133 mm-ə çatıb .....                        BŞİH: Problemli ərazilər ADSEA-ya təqdim olunur .....                        Lənkəran-Lerik yolunda ağır qəza - 5 nəfər yaralandı .....                        SEPAH ABŞ-ə məxsus hərbi texnikaları vurduğunu AÇIQLADI .....                        Yağış sularının çəkilməsi davam edir .....                       
17-10-2022, 12:00
İsrailli nazirdən Ukraynaya dəstək mesajı


İsrailli nazirdən Ukraynaya dəstək mesajı

İsrailin diasporla iş üzrə naziri Naçman Şai ölkəsini Ukraynaya hərbi yardım göstərməyə çağırıb. Bu barədə o, özünün “Twitter” səhifəsində bildirib."Bu səhər məlum oldu ki, İran Rusiyaya ballistik raketlər ötürür. Artıq İsrailin bu qanlı münaqişədə hansı mövqe tutacağına şübhə yoxdur", - deyə nazir yazıb.
17-10-2022, 11:42
Moldovada hökumət əleyhinə nümayişlər keçirildi


Moldovada hökumət əleyhinə nümayişlər keçirildi

Moldovanın paytaxtı Kişinyovun mərkəzində hökumət əleyhinə nümayişlər keçirilib. Butov.az xəbər verir ki, iştirakçılar hakimiyyətin istefasını, qaz və elektrik enerjisi tariflərinin artırılmasına görə kompensasiya ödənilməsini tələb ediblər. Nümayişçilər Moldova bayrağının rənglərində tüstüdən istifadə ediblər. Təşkilatçıların sözlərinə görə, etirazda 50 mindən çox insan iştirak edib. Aksiya iştirakçıları Moldova prezidentinin binası yaxınlığında onlarla çadır qurub, sonradan Kişinyovda hüquq-mühafizə orqanları onları yığışdırıb. Aksiyalara cavab olaraq Moldova hökuməti müxalifəti təxribatda ittiham edib.
17-10-2022, 11:37
İran Rusiyaya PUA verdiyini danır


İran Rusiyaya PUA verdiyini danır

İran Rusiyaya kamikadze tipli PUA-lar verməyib. Bunu İranın xarici işlər naziri hüseyn Əmir Abdullahiyan Avropa İttifaqının (Aİ) baş diplomatı Cozep Borrellə telefon söhbətində bildirib. XİN başçısı deyib ki, İran Rusiya-Ukrayna münaqişəsində neytral mövqe nümayiş etdirir. Ukrayna tərəfi isə Rusiya ordusunun döyüşlərdə İran PUA-larından istifadə etdiyini açıqlayıb. Bildirilib ki, İran istehsalı PUA-ların 60 faizi Ukrayna qoşunları tərəfindən məhv edilib.
17-10-2022, 11:34
Parisdə 140 min nəfər etiraza qalxdı


Parisdə 140 min nəfər etiraza qalxdı

Fransanın paytaxtı Parisdə qiymət artımına qarşı etiraz aksiyası keçirilib. Butov.az xəbər verir ki, mitinqi Jan-Lük Melenşonun solçu “Tabe olmayan Fransa” partiyası, “Avropa-Ekologiya-Yaşıllar” və Sosialist partiyası təşkil edib. Mətbuatda yayılan məlumatlara görə, aksiyaya təxribatçılar da qoşulub. Nəticədə polis gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər maaşların və sosial müavinətlərin artırılmasını, elektrik enerjisinin qiymətlərinin sabitləşdirilməsini, izafi mənfəətdən verginin tətbiqini və ekoloji layihələrə investisiya qoyulmasını tələb ediblər. "Le Figaro"nun məlumatına əsasən mitinqə 140 mindən çox adam qoşulub.
17-10-2022, 11:32
Bayden İranda xaosu alovlandırır - Rəisi


Bayden İranda xaosu alovlandırır - Rəisi

ABŞ Prezidenti Co Baydenin bəyanatları İranda terror və xaosu alovlandırır. Bunu İran prezidenti İbrahim Rəisi deyib. "Amerikalılar İran xalqının yenilikçi və yaradıcı addımına qəzəblənir, respublikadakı çatışmazlıqlar və ya problemlərə görə sevinc və xoşbəxtlik hiss edirlər”, - Rəisi bildirib. Qeyd edək ki, ABŞ İrandakı etirazları rəsmən dəstəklədiyini elan edib.
17-10-2022, 11:26
ABŞ İrandakı etirazları dəstəklədiyini bəyan etdi


ABŞ İrandakı etirazları dəstəklədiyini bəyan etdi

“ABŞ İrandakı etirazları dəstəkləyir və etirazçılara dəstək vermək üçün addımlar atır”. Bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.“Biz İrandakı etirazçıları dəstəkləmək üçün bir sıra addımlar atırıq. İlk növbədə, etirazçılara qarşı repressiyalardan istifadə edən, onların döyülməsini və öldürülməsini təşkil edən qəddar İran hökumət rəsmilərini məsuliyyətə cəlb etməyə çalışırıq”, - deyə Sallivan qeyd edib.
16-10-2022, 16:18
Gürcülər Kaladzenin istefasını tələb edir


Gürcülər Kaladzenin istefasını tələb edir

Gürcüstanda Tbilisi meri Kaxa Kaladzenin istefası tələbilə mitinq keçiriləcək. Butov.az xəbər verir ki, qonşu ölkənin vətəndaş cəmiyyətinin fəalları bazar ertəsi saat 09:00-dan etibarən paytaxt meriyasının önünə toplaşaraq, Tbilisi meri Kaxa Kaladzenin istefasını tələb edəcəklər. Bu barədə ictimai aktivlər yerli mediaya bildiriblər. Onların sözlərinə görə, etiraz aksiyası Kaxa Kaladze istefa verənə qədər davam edəcək. İctimai fəal Laşa Cancqava bildirib ki, paytaxtın Vake parkında baş verən faciəvi hadisə ilə əlaqədar Tbilisi meri istefa verməlidir.
16-10-2022, 16:17
Türkiyədə zavod yandı


Türkiyədə zavod yandı

Türkiyənin Adana bölgəsində alüminium zavodunda güclü yanğın baş verib. Hadisə Adananın Seyhan bölgəsində qeydə alınıb. Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb olunub.Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır
16-10-2022, 16:11
Ərdoğan 56 ölkəyə təşəkkür etdi


Ərdoğan 56 ölkəyə təşəkkür etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində kömür mədənində baş vermiş faciə ilə bağlı həmrəyliklərinə görə, Azərbaycan da daxil olmaqla 56 ölkəyə təşəkkür edib. Bu barədə Türkiyə Prezidenti sosial media hesabında yazıb. Xatırladaq ki, oktyabrın 15-də Türkiyənin Bartın yaxınlığındakı kömür mədənində partlayış baş verib. Qəza nəticəsində 41 nəfər həyatını itirib.
16-10-2022, 16:09
Ermənistan rusların qarşını belə alır: 150 min dollar...


Ermənistan rusların qarşını belə alır: 150 min dollar...

Ermənistan vətəndaşlığını almaq üçün yeni tələb açıqlanıb. Bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, işğalçı dövlətin vətəndaşlığını almaq üçün xaricilər ölkə iqtisadiyyatına 150 min dollar yatırmalıdır. Bundan sonra onlara vətəndaşlıq verilib-verilməyəcəyinə baxılacaq. Məlumatı Ermənistanın Daxili İşlər Nazirliyi təsdiqləyib. Ekspertlər hesab edirlər ki, Nikol Paşinyan hakimiyyəti bu addımla ölkəyə axın edən Rusiya və Belarus vətəndaşlarının qarşını almaq istəyir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!