Qazaxda "Kamaz"la toqquşan avtomobilin sürücüsü ölüb .....                        Bakıda kommunal xidmətlər gücləndirilmiş iş rejimindədir .....                        Kəlbəcərdə yük avtomobili aşdı, ölənlər var .....                        Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - YENİLƏNİB .....                        Bakıda yağıntının miqdarı 133 mm-ə çatıb .....                        BŞİH: Problemli ərazilər ADSEA-ya təqdim olunur .....                        Lənkəran-Lerik yolunda ağır qəza - 5 nəfər yaralandı .....                        SEPAH ABŞ-ə məxsus hərbi texnikaları vurduğunu AÇIQLADI .....                        Yağış sularının çəkilməsi davam edir .....                       
16-10-2022, 16:04
Rusiyanın son itkiləri açıqlanıb


Rusiyanın son itkiləri açıqlanıb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 65 300 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 529 tank, 5 193 zirehli maşın, 1 224 operativ-taktiki PUA, 1 589 artilleriya sistemi, 186 hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 242 helikopter, 3 959 avtomobil və tanker, 143 xüsusi texnikadan ibarətdir. Bildirilib ki, Rusiya ordusu daha çox Krivoy Roq və Baxmut istiqamətlərində itkilər verib.
16-10-2022, 15:58
Partlayış baş verən mədəndə işlər dayandırıldı


Partlayış baş verən mədəndə işlər dayandırıldı

Türkiyənin aidiyyəti qurumları partlayışın baş verdiyi Bartın əyalətindəki kömür mədənində işləri müvəqqəti dayandırmaq qərarına gəlib. Bunu Türkiyənin təbii sərvətlər və energetika naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib."Bəzi ərazilərdə yanğınla mübarizə davam etdiyi üçün biz mədəndə işləri müvəqqəti dayandırırıq. İşlər bitənə qədər kömür hasilatı dayandırılacaq. Prokurorluq araşdırmalara başlayıb", - nazir bildirib. Xatırladaq ki, oktyabrın 15-də Türkiyənin şimalındakı Bartın vilayətinin Amasra bölgəsindəki daş kömür mədənində partlayış baş verib. Partlayış nəticəsində 41 nəfər həlak olub, 58 nəfər xilas edilib.
16-10-2022, 15:56
Rusların S-300-ləri məhv edildi


Rusların S-300-ləri məhv edildi

Ukrayna ordusu Rusiyanın Zaporojye vilayətinin 7 yaşayış məntəqəsindəki mövqelərinə zərbələr endirib. Butov.az xəbər verir ki, hücum nəticəsində rusların silah-sursat anbarları məhv edilib. Bundan başqa düşmənin eləcə də S-300 kompleksləri sıradan çıxarılıb. Ümumilikdə son 3 gün ərzində Berdyansk qəsəbəsi ərazisində dörd S-300 sistemi vurulub. Eyni zamanda, sursat anbarı dağıdılıb.
16-10-2022, 15:55
Mask ukraynalılara pulsuz internet verəcək


Mask ukraynalılara pulsuz internet verəcək

Ukrayna yenidən "Starlinq"peyk bağlantısı vasitəsilə pulsuz internet əldə edəcək. Bu barədə Amerikalı milyarder, "SpaceX" şirkətinin rəhbəri İlon Mask qərar qəbul edib. O deyib ki, şirkət çox miqdarda pul itirsə də, lakin o, bu məsələni gerçəkləşdirmək niyyətindədir. “Baxmayaraq ki, “Starlink” hələ də pul itirir və digər şirkətlər milyardlar alır, biz isə Ukrayna hökumətini pulsuz maliyyələşdirməyə davam edəcəyik”.
16-10-2022, 15:14
Ermənistandan Türkiyəyə başsağlığı


Ermənistandan Türkiyəyə başsağlığı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bartın şəhərindəki partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib. Bu barədə o, özünün Twitter hesabında məlumat paylaşıb.“Bartında kömür mədənindəki partlayış nəticəsində həlak olanların yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - Mirzoyan qeyd edib. Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda yerləşən bir daş-kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində 41 nəfər ölüb.
16-10-2022, 15:11
Şolts Avropa İttifaqını islahatlara çağırdı


Şolts Avropa İttifaqını islahatlara çağırdı

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqında (Aİ) islahatlar keçirilməsinə çağırıb. Bu barədə o, Avropa Sosialistlər Partiyasının (PES) Berlində təşkil etdiyi konqresdə danışıb. Kansler təşkilatın üzvlərinin sayının artırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Ukrayna, Moldova, Qərbi Balkan ölkələri və perspektiv olaraq Gürcüstan da azad və demokratik Avropanın bir hissəsidir. Şolts namizədlik statusu almış Balkan ölkələrinə verilən vədlərin yerinə yetirilməli olduğunu bir daha vurğulayıb. O, Avropa İttifaqının şərqə doğru böyüməsinin hər kəs üçün qələbə olacağını ifadə edib.
16-10-2022, 15:08
Partlayışda yaralanan 5 nəfərin vəziyyəti kritikdir


Partlayışda yaralanan 5 nəfərin vəziyyəti kritikdir

Türkiyənin səhiyyə naziri Fahrettin Koca partlayışda xəsarət alan mədən işçilərini ziyarət edib. Butov.az xəbər verir ki, nazir işçilərin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib. F. Koca bildirib ki, İstanbulun Çam və Sakura Şəhər xəstəxanasına yerləşdirilən altı işçidən beşinin vəziyyəti kritik ağırdır:"Onlar süni nəfəs aparatına bağlıdırlar. Bədənlərinin müxtəlif bölgələrində 65-85 faiz aralığında yanıqlar var. İşçilərdən biri İstanbula çatdırılarkən kliniki ölüm keçirib, lakin onu həyata qaytarmaq mümkün olub". Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda yerləşən bir daş-kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində 41 nəfər ölüb.
16-10-2022, 15:03
Xersonda Rusiyanın helikopteri vuruldu


Xersonda Rusiyanın helikopteri vuruldu

Ukraynanın Xerson vilayətində Rusiyaya məxsus helikopter vurulub. Bu barədə Ukraynanın "Cənub" əməliyyat komandanlığı məlumat yayıb. Qeyd olunub ki, Rusiyanın helikopteri raket və artilleriya bölmələri tərəfindən məhv edilib.
16-10-2022, 15:01
Putin ölkədən pul çıxarmağa icazə verdi


Putin ölkədən pul çıxarmağa icazə verdi

Rusiyadan dəyəri 10 min dollardan çox olan xarici valyutanın çıxarılmasına qoyulan qadağa ləğv edilir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Qeyd edək ki, bu il mart ayında Rusiyadan 10 min dollardan çox xarici valyutanın çıxarılması qadağan edilib. Prezident Vladimir Putinin bu gün imzaladığı fərmanla Rusiya Mərkəzi Bankına dəyəri 10 min dollardan çox olan xarici valyutanın ölkədən çıxarılmasına icazə vermək səlahiyyəti verilib.
15-10-2022, 21:12
ABŞ Avropadan Ukraynaya daha çox yardım etməsini istəyir


ABŞ Avropadan Ukraynaya daha çox yardım etməsini istəyir

ABŞ rəsmiləri Avropa İttifaqının (Aİ) Ukraynaya daha çox maliyyə yardımı göstərməsini istəyir. Bu barədə "The Washington Post" nəşri öz mənbələrinə istinadən yazıb. Bildirilir ki, ABŞ Maliyyə Nazirliyi Aİ-nin Ukraynanın maliyyə vəziyyəti ilə bağlı üzərinə götürdüyü məsuliyyətin miqyası ilə işlərin real vəziyyəti arasındakı uyğunsuzluqdan narazıdır. “Nazir Yellen Ukrayna iqtisadiyyatına kömək etmək üçün ödənilməli olan kreditlərin deyil, birbaşa nağd ödənişlərin tez ödənilməsinin vacibliyini vurğulayıb", - nəşr qeyd edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!