Qazaxda "Kamaz"la toqquşan avtomobilin sürücüsü ölüb .....                        Bakıda kommunal xidmətlər gücləndirilmiş iş rejimindədir .....                        Kəlbəcərdə yük avtomobili aşdı, ölənlər var .....                        Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - YENİLƏNİB .....                        Bakıda yağıntının miqdarı 133 mm-ə çatıb .....                        BŞİH: Problemli ərazilər ADSEA-ya təqdim olunur .....                        Lənkəran-Lerik yolunda ağır qəza - 5 nəfər yaralandı .....                        SEPAH ABŞ-ə məxsus hərbi texnikaları vurduğunu AÇIQLADI .....                        Yağış sularının çəkilməsi davam edir .....                       
10-10-2022, 15:25
BMT Rusiya əleyhinə qətnamə hazırladı


BMT Rusiya əleyhinə qətnamə hazırladı

BMT Baş Assambleyası bu gün keçiriləcək xüsusi sessiya çərçivəsində Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaq etməsini pisləyən qətnamə layihəsinin müzakirəsinə başlayacaq. Butov.az xəbər verir ki, qətnamə bütün dövlətləri və beynəlxalq təşkilatları Rusiyanın Ukrayna ərazilərinin ilhaqını tanımamağa çağırır və Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılmasını tələb edir.“Əgər BMT sistemi və beynəlxalq ictimaiyyət Baş Assambleya bu cür qanunsuz cəhdlərə cavab verməsə, o zaman biz çox pis vəziyyətdə olacağıq”, - deyə Avropa İttifaqının BMT-dəki daimi səfiri Ulof Skooq bildirib.
10-10-2022, 15:22
Rusiya qisas əməliyyatına başlayıb


Rusiya qisas əməliyyatına başlayıb

Rusiya ordusu Zaporejye şəhərinə hücum edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində Rusiya qoşunlarının hücumundan danışıb."Rusiya ordusunun hücumu nəticəsində 12 nəfər həyatını itirib, 6-sı uşaq olmaqla 49 nəfər isə yaralanıb", - deyə Zelenski bildirib. Qeyd edək ki, hücum Krım körpüsünün partladılmasının qisası kimi qiymətləndirilir. Ukraynanın cənubundakı Rusiya qüvvələrinin əsas təchizat marşrutu olan Kerç boğazı üzərindəki körpüdə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub. Ukrayna partlayışa görə məsuliyyəti öz üzərinə götürməsə də, Ukrayna rəsmiləri müsbət bəyanatlar yayıblar. 19 kilometr uzunluğunda olan körpü həm də Rusiyanın Qara dəniz donanmasının yerləşdiyi Sevastopol limanı üçün əsas təchizat xətti hesab olunur.
10-10-2022, 15:20
Kiyevdə güclü partlayışlar olub


Kiyevdə güclü partlayışlar olub

Kiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib. Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi həmin küçədədir. Bundan əlavə, Prezident Volodimir Zelenskinin ofisi də raket düşən ərazinin yaxınlığında yerləşir.
10-10-2022, 15:18
Ruslar Nikolayevi raketlə vurdu


Ruslar Nikolayevi raketlə vurdu

Rusiya ordusu gecə saatlarında Ukraynanın Nikolayev vilayətinə 10 raket zərbəsi endirib. Bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Vitaliy Kim bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi zərbələri “S-300” sistemləri vasitəsilə həyata keçirib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
10-10-2022, 15:14
Ruslara məxsus qırıcı qəzaya uğradı


Ruslara məxsus qırıcı qəzaya uğradı

Rusiyaya məxsus hərbi təyyarə Ukrayna sərhədi yaxınlığında qəzaya uğrayıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, Su-24 zərbə təyyarəsi bazar günü səhər Rostov vilayətində sınaq uçuşu zamanı qəzaya uğrayıb. Hər iki pilot katapult etməyi bacarıb. Məlumata görə, pilotlar Ukrayna ilə həmsərhəd Cənub Federal Dairəsinin Sibyrka kəndi ərazisindəki tarlaya düşüblər və sağ qalıblar.
10-10-2022, 15:12
Torpaq sürüşməsi 22 nəfərin həyatına son qoydu


Torpaq sürüşməsi 22 nəfərin həyatına son qoydu

Venesuelada daşqınlardan sonra baş vermiş torpaq sürüşməsi nəticəsində azı 22 nəfər ölüb, 52 nəfər itkin düşüb. Butov.az xəbər verir ki, hadisə ilə əlaqədar Venesuela Prezidenti Nikolas Maduro ölkədə üç günlük matəm elan edib. Hadisə yerində xilasetmə işləri aparılır.
10-10-2022, 15:10
Qayıq qəzasında ölənlərin sayı 76-ya çatıb


Qayıq qəzasında ölənlərin sayı 76-ya çatıb

Nigeriyanın cənub-şərqində yerləşən Anambra əyalətində qayığın aşması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. Bu barədə Nigeriya prezidenti Muhammadu Buhari özünün "Twitter" səhifəsində yazıb. Ölənlərin sayının artacağı istisna edilmir. Dövlət rəsmiləri axtarışların davam etdiyini bildirib. Vilayətin Dövlət Fövqəladə Hallar Agentliyinin rəhbəri bildirib ki, qəza nəticəsində gəmidə olan 15 nəfər xilas edilib. Yerli istehsal gəminin 100-dən çox insanı daşımaq qabiliyyətinə malik olduğu bildirilir. Qeyd olunur ki, qəza zamanı 90 nəfərə yaxın şəxsi daşıyan qayığın mühərriki sıradan çıxıb və aşıb.
10-10-2022, 15:06
Ukraynadan Putinin Krım körpüsü ilə bağlı ittihamlarına cavab


Ukraynadan Putinin Krım körpüsü ilə bağlı ittihamlarına cavab

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya Prezidenti Vladimir Putinin Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsündə “terror aktı” törətməsi ilə bağlı ittihamlarına cavab verib. Bu barədə Podolyak özünün "Twitter" hesabında məlumat yayıb. Podolyak dünyada yalnız bir terror dövlətinin olduğunu vurğulayıb."Putin Ukraynanı terrorizmdə ittiham edir? Bu, hətta Rusiya üçün də çox gülünc görünür. Rusiya təyyarələrinin Zaporojyedə yaşayış massivinə 12 raket atmasın nəticəsində 13 nəfərin ölüməsindən və 50 nəfərdən çoxunun yaralanmasından 24 saat belə keçməyib. Xeyr, bu dünyada yalnız bir terrorçu dövlət var və bütün dünya onun kim olduğunu bilir”, - Podolyak yazıb. Rusiya Prezidenti Vladimir Putin Krım və Rusiya ərazisini birləşdirən körpüdə baş verən partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını bildirib."Şübhə yoxdur. Bu, kritik əhəmiyyətli mülki infrastrukturun məhvinə yönəlmiş terror aktıdır. Bu, Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, həyata keçirilib və icra edilib”, - o deyib. Ukraynanın cənubundakı Rusiya qüvvələrinin əsas təchizat marşrutu olan Kerç boğazı üzərindəki körpüdə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub. Ukrayna partlayışa görə məsuliyyəti öz üzərinə götürməsə də, Ukrayna rəsmiləri müsbət bəyanatlar yayıblar. 19 kilometr uzunluğunda olan körpü həm də Rusiyanın Qara dəniz donanmasının yerləşdiyi Sevastopol limanı üçün əsas təchizat xətti hesab olunur. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, müstəntiqlər avtomobilin keçdiyi marşrutu və onun hərəkətində iştirak edən şəxsləri müəyyən ediblər.
10-10-2022, 15:01
Putin Krım körpüsündəki partlayışa görə Ukraynanı ittiham etdi


Putin Krım körpüsündəki partlayışa görə Ukraynanı ittiham etdi

Rusiya Prezidenti Vladimir Putin Krım və Rusiya ərazisini birləşdirən körpüdə baş verən partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını bildirib. Butov.az xəbər verir ki, Kremlin "Telegram" kanalında yayılan videoda Putin hadisəni terror aktı adlandırıb."Şübhə yoxdur. Bu, kritik əhəmiyyətli mülki infrastrukturun məhvinə yönəlmiş terror aktıdır. Bu, Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, həyata keçirilib və sifariş edilib”, - Rusiya Prezidenti deyib. Putin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşüb. Komitə rəhbəri Putinə körpüdə baş vermiş partlayış və yanğınla bağlı araşdırmanın nəticələrini təqdim edib. 19 kilometr uzunluğunda olan Krım körpüsündə dünən baş verən partlayış nəticəsində 5 nəfər həlak olub. Ukrayna partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
9-10-2022, 19:46
Luqanskın 7 kəndi işğaldan azad olundu


Luqanskın 7 kəndi işğaldan azad olundu

Ukrayna ordusu Luqansk vilayətində 7 yaşayış məntəqəsini işğaldan azad edib. Bu barədə vilayətin rəhbəri Sergey Qaydai məlumat yayıb. Bildirilib ki, Novolyubovka, Nevskoye, Qrekovka, Novoeqorovka, Nadejda, Andreevka və Stelmaxovka kəndləri ruslardan təmizlənib. Qaydai azad edilən ərazilərdən foto da paylaşıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!