Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                        Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq - İlham Əliyev .....                        Moskvaya PUA hücumu .....                        Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası olub .....                        Polşa nüvə silahı əldə etmək istəyir .....                        Sumqayıtda kişi dəm qazından öldü .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                       
21-08-2022, 23:22
Rusiya ilk dəfə bu raketlərdən istifadə edib - Şoyqudan etiraf


Rusiya ilk dəfə bu raketlərdən istifadə edib - Şoyqudan etiraf

Rusiya ordusu Ukraynada döyüşlər zamanı “Kinjal” hipersəs raketindən üç dəfə istifadə edib. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Rusiya ordusu yüksək hədəflərə zərbə endirmək üçün sözügedən raketlərdən istifadə edib. Nazir onu da bildirib ki, raket yol boyu həm şaquli, həm də üfüqi müstəvilərdə trayektoriyasını dəyişir.
21-08-2022, 23:17
Gürcüstanda məhbus ailələri etiraza qalxdı


Gürcüstanda məhbus ailələri etiraza qalxdı

Gürcüstanın Rustavi rayonunda yerləşən cəzaçəkmə müəssisəsinin qarşısında məhbusların ailə üzvləri və yaxınları etiraz aksiyası keçirib. Butov.az xəbər verir ki, onlar məhkumların şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Aksiya iştirakçılarının sözlərinə görə, son vaxtlar cəzaçəkmə müəssisəsində 10-a yaxın məhbus onlara lazımi tibbi yardım göstərilmədiyi üçün aclıq aksiyasına başlayıb.
21-08-2022, 23:12
Çin qırıcıları Tayvan boğazından keçdi


Çin qırıcıları Tayvan boğazından keçdi

Çin Xalq Azadlıq Ordusunun döyüş təyyarələri və gəmiləri növbəti dəfə Çin və Tayvan arasında şərti bölücü xətt rolunu oynayan Tayvan boğazının ortasından keçib. Bu barədə Tayvan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Tayvan sərhədi yaxınlığında dəniz təlimlərinə qatılan ümumilikdə 12 döyüş təyyarəsi və 5 Çin gəmisi Tayvan boğazından keçib.
21-08-2022, 23:05
Mahmud Abbas Türkiyəyə gəlir


Mahmud Abbas Türkiyəyə gəlir

Fələstin dövlətinin prezidenti Mahmud Abbas Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya üç günlük səfər edəcək. Bu barədə WAFA agentliyi Fələstinin Ankaradakı səfiri Fayed Mustafaya istinadən məlumat yayıb. Bildirilir ki, Abbas və Ərdoğan rəsmi görüş keçirəcəklər. Görüşdə Fələstin-Türkiyə münasibətləri müzakirə olunacaq.
21-08-2022, 22:20
Şoyqu ələ keçirilən Qərb silahlarından danışdı


Şoyqu ələ keçirilən Qərb silahlarından danışdı

Rusiya hazırda Ukraynaya qarşı çox güclü silahlardan istifadə edir. Eyni zamanda bizim mütəxəssislər Ukraynada ələ keçirilən xarici hərbi texnikanı diqqətlə öyrənir. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. "Biz həmin silahların qarşısının alınması yollarını öyrənirik. Bu gün Rusiyanın həm elmi, həm də sənayesi buna qadirdir", - deyə nazir vurğulayıb.
21-08-2022, 00:04
Çin lideri Baydendən nə istəyib? - Detallar üzə çıxdı


Çin lideri Baydendən nə istəyib? - Detallar üzə çıxdı

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər etməsindən bir neçə gün əvvəl Çin lideri Si Cinpin telefon danışığında ABŞ prezidenti Co Baydendən səfərin qarşısını almasını istəyib. Bu barədə “The Washington Post” qəzeti Ağ Evdəki mənbələrə istinadən yazıb. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Bayden Si Cinpinə deyib ki, o, Pelosini səfərdən imtina etməyə məcbur etmək hüququna malik deyil. Bayden, həmçinin bildirib ki, Pelosi ABŞ Konqresinin digər üzvləri kimi xarici səfərlərlə bağlı müstəqil qərar qəbul edə bilər. Nəşrin yazdığına görə, spiker iki halda səfər qərarını yenidən nəzərdən keçirməyə hazır olub. Belə ki, əgər Bayden birbaşa ondan xahiş etsə və ya Tayvan prezidenti onun dəvətini rəsmi olaraq geri götürsə, Pelosi adaya səfərini ləğv edə bilərdi.
20-08-2022, 23:58
ABŞ Ukraynadan taxıl alacaq


ABŞ Ukraynadan taxıl alacaq

ABŞ Ukraynadan 150 min ton taxıl almaq istəyir. Bu barədə Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli bildirib. Məlumata görə, ABŞ aldığı taxılı ərzaq çatışmazlığından əziyyət çəkən ölkələrə göndərəcək. Yaxın bir həftə ərzində alınacaq taxılın konkret hansı ölkələrə göndəriləcəyi məlum deyil. Ehtimal olunur ki, taxıl Afrikaya göndəriləcək. Belə ki, qitədə bu il quraqlıq ciddi ərzaq çatışmazlığına səbəb olub.
20-08-2022, 23:55
Türkiyədən İsveç və Finlandiyaya növbəti xəbərdarlıq


Türkiyədən İsveç və Finlandiyaya növbəti xəbərdarlıq

Türkiyə NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyaya yenidən xəbərdarlıq edib. Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ danışıb. O bildirib ki, İsveç və Finlandiya Türkiyənin terrorla əlaqəsi olan şəxslərin ekstradisiyası ilə bağlı müraciətlərinə müsbət cavab verməyib. "Müraciətimizi yenilədik və xahişlərimizi bir daha xatırlatdıq”, - nazir deyib. Bundan əvvəl Türkiyə hökuməti bildirib ki, İsveç və Finlandiya NATO sammitində imzalanan sazişi yerinə yetirməsə, Ankara bu ölkələrin Alyansa üzv olmasına razılıq verməyəcək.
20-08-2022, 23:47
Çinin Tayvan ətrafında hərbi fəaliyyəti davam edir


Çinin Tayvan ətrafında hərbi fəaliyyəti davam edir

Çin ordusunun Tayvan adası ətrafında hərbi fəaliyyəti davam edir. Bu barədə Tayvan administrasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik ada ətrafında Çinə məxsus 5 gəmi və 17 təyyarənin aşkarlandığını bildirib. Çində məxsus 4 təyyarənin Tayvan boğazının orta xəttini keçdiyi deyilir.
20-08-2022, 23:30
Makron Əlcəzairə gedir - Qaz məsələsi gündəmdədir


Makron Əlcəzairə gedir - Qaz məsələsi gündəmdədir

Fransa prezidenti Emmanuel Makron gələn həftə Əlcəzairə səfər etməyi planlaşdırır. Bu barədə Yelisey sarayı məlumat yayıb. Makron Əlcəzair prezidenti Əbdülməcid Tebbunun dəvətini qəbul edib. Bu, Makronun Parislə sıx işgüzar əlaqələri olan şimali Afrika ölkəsinə ikinci rəsmi səfəri olacaq. Qeyd edək ki, Avropa İttifaqı Rusiyadan gələn təbii qazın azalması fonunda böyük təbii qaz ehtiyatlarına malik Əlcəzair ilə əlaqələri gücləndirməyə çalışır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!