Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                        Üç kəndin adı dəyişdirilir .....                        Gəncə şəhərinin Baş planı təsdiqləndi .....                        İsrail atəşə tutuldu - 2 azərbaycanlı həlak oldu .....                        Laricani Trampı hədələdi: Ehtiyatlı ol! .....                        İran bu gün darmadağın ediləcək! - Pentaqon rəhbəri .....                       
2-08-2022, 21:51
Lvova raket zərbələri endirildi


Lvova raket zərbələri endirildi

Ukraynanın Lvov vilayətinə raket zərbələri endirilib. Rusiya qoşunlarının atdığı raketlər Çervonoqrad rayonuna düşüb. Bu barədə Lvov Hərbi Vilayət Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat yayıb. “İlkin olaraq raket zərbəsi nəticəsində Çervonoqrad rayonu ərazisində partlayış baş verib”, - deyə Maksim Kozitski bildirib. Hücum nəticəsində itkilər barədə əlavə məlumat verilməyib.
2-08-2022, 21:33
Lavrov Asiya səfərinə çıxdı - Nazirlərlə görüşəcək


Lavrov Asiya səfərinə çıxdı - Nazirlərlə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyaya səfər edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Lavrov avqustun 3-də Myanmaya səfər edərək xarici işlər naziri Vunna Maun Lvinlə danışıqlar aparacaq. Bundan sonra o, Kambocaya uçacaq və orada Rusiya-ASEAN formatında xarici işlər nazirlərinin görüşündə, Şərqi Asiya Sammitində və regional təhlükəsizlik forumunda iştirak edəcək. Zaxarova, həmçinin qeyd edib ki, rusiyalı nazirin səfəri ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi kimi təxribat deyil, əməkdaşlıq üçündür.

2-08-2022, 21:22
Puta Dəniz Limanında gəmi yanır


Puta Dəniz Limanında gəmi yanır

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub. Butov.az xəbər verir ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

2-08-2022, 20:11
Küveyt parlamenti buraxıldı


Küveyt parlamenti buraxıldı

Küveyt parlamenti rəsmi olaraq buraxılıb. Məlumatı “KUNA” dövlət informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, Küveyt vəliəhdi şahzadə Мəşəl əl-Əhməd əl-Caber əs-Sabah parlamenti növbədənkənar seçkilər keçirməyə çağırıb.
2-08-2022, 19:27
Paşinyan Putinə zəng etdi  - Razılığa gəldilər


Paşinyan Putinə zəng etdi - Razılığa gəldilər

Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kreml rəsmi məlumat yayıb. Bildirilib ki, danışıqlar zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatların həyata keçirilməsinin praktiki aspektlərinə toxunulub. Məlumata görə, Ermənistan və Rusiya liderləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.
2-08-2022, 19:19
“Meymunçiçəyini bizə sırımağa çalışdılar” - Lukaşenko


“Meymunçiçəyini bizə sırımağa çalışdılar” - Lukaşenko

“Bizə meymunçiçəyini sırımağa çalışdılar, amma insanlar buna reaksiya vermədi. Nəticədə koronavirusa qayıtdılar”. Butov.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.“Unutmayın, COVID başlayanda çoxları məni başa düşmürdü, kimsə koronopsixoz haqqında danışanda mənə nifrət edirdi. Sonra bunun niyə baş verdiyini, niyə belə olduğunu izah etməyə çalışdım. Dedim ki, bu, dünyanın yenidən bölüşdürülməyinin başlanğıcıdır. Pandemiya bütün bu yaraları daha da şiddətləndirir. Belə vəziyyət həmişə qarşıdurmalara, müharibələrə səbəb olur”, - deyə Lukaşenko söyləyib.
2-08-2022, 19:04
Kanada Rusiyaya yeni sanksiyalar tətbiq etdi


Kanada Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Kanada Rusiya Federasiyasına qarşı yeni sanksiya tətbiq edib. Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiyadan olan 40 fiziki və 17 hüquqi şəxs "qara siyahı"ya daxil edilib.
2-08-2022, 19:00
G7 Rusiya neftindən tam imtina etməyi düşünür


G7 Rusiya neftindən tam imtina etməyi düşünür

G7 ölkələrinin xarici işlər nazirləri Rusiyanın enerji ixracından beynəlxalq siyasi təzyiq vasitəsi kimi istifadə etməsini pisləyən bəyanatla çıxış ediblər. Butov.az xəbər verir ki, bəyanat Almaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. Bildirilir ki, G7 Rusiya ilə ticarət əməkdaşlığını azaltmaq üçün tədbirlər hazırlamağa davam edir. Tədbirlərə Rusiyadan neft ixracına tam qadağa qoymaq da daxildir.
2-08-2022, 18:45
Pelosinin təyyarəsi Tayvanda: Çin qırıcıları havaya qaldırdı


Pelosinin təyyarəsi Tayvanda: Çin qırıcıları havaya qaldırdı
ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın hava məkanına daxil olub.
“Flight Radar 24” resursu xəbər verir ki, siyasətçinin təyyarəsinin Tayvanın paytaxtı Taybeydə enəcəyi gözlənilir.
Çin Tayvan boğazı istiqamətində Su-35 qırıcıları göndərib.
2-08-2022, 12:53


Bu ərazilər tezliklə Rusiyaya birləşəcək
Bu ərazilər tezliklə Rusiyaya birləşəcək


Krımı, Azov dənizini qorumaq üçün biz Xerson və Zaporojye bölgələrinə sahib olmağa məcburuq. Bu sözləri “Regnu” xəbər agentliyinin baş redaktoru Modest Kolerov deyib.
“Yaxın vaxtlarda Xerson, Zaporojye, Donetsk və Luqanskda referendumlar keçiriləcək və bu vilayətlər Rusiyanın tərkibinə qatılacaq. Buna heç bir şübhə yoxdur. Bundan əlavə, Rusiyanın Odessa və Nikolayevi tutub, Dnestryanı ilə quru əlaqəsi əldə edəcəyinə də əminəm. Ən təmiz rusca danışan şəxslər Dnestryanıdadır, ona görə də ora bizim torpağımızdır. Beləliklə də keçmiş Ukraynanın yerində yeni xəritə belə formalaşdırılır və burada Makrona ehtiyac yoxdur”.
Kolerovun sözlərinə görə, reallıqda Ukraynada gedən mübarizədə Rusiyanın tərəfində yalnız Belarus durur:
“Postsovet məkanında demək olar ki, Rusiya tək qalıb. Lakin dünyada dövlətlərin bir çoxu Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləmir. Rusiya Çinin gücü sayəsində özünü yenidən alternativ ittifaqda tapıb. Zaman bizim tərəfimizdədir, həm də qış gəlir. Və bu şərtlər altında Qərbin bütün danışıq cəhdləri Rusiyanın Ukraynada təslim olmasına yönəlib. Son məqamda Ukrayna Krımın, Luqansk və Donetsk bölgələrinin bizim olmasına razılaşmalı olacaq”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!