Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                        Üç kəndin adı dəyişdirilir .....                        Gəncə şəhərinin Baş planı təsdiqləndi .....                        İsrail atəşə tutuldu - 2 azərbaycanlı həlak oldu .....                        Laricani Trampı hədələdi: Ehtiyatlı ol! .....                        İran bu gün darmadağın ediləcək! - Pentaqon rəhbəri .....                       
1-08-2022, 21:22
Nüvə müharibəsinin qalibi olmayacaq - Putin


Nüvə müharibəsinin qalibi olmayacaq - Putin

Nüvə müharibəsində heç kim qalib olmayacaq və bu müharibə heç vaxt başlamamalıdır. Bunu Rusiya prezidenti Vladimir Putin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi konfransının iştirakçılarına müraciətində deyib. O qeyd edib ki, Rusiya Federasiyası Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə ardıcıl şəkildə əməl edir. “Müvafiq silahların azaldılması və məhdudlaşdırılması ilə bağlı ABŞ-la ikitərəfli müqavilələr üzrə öhdəliklərimiz də tam yerinə yetirilib", - deyə Putin əlavə edib.

1-08-2022, 21:08
Fransa Ukraynaya DNT laboratoriyaları verəcək


Fransa Ukraynaya DNT laboratoriyaları verəcək

Fransa Ukraynaya mobil DNT laboratoriyaları göndərəcək. Bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib. O, Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığında Rusiya qüvvələri tərəfindən törədilən müharibə cinayətlərinin cəzasız qalmamasına əmin olmaqda qərarlı olduğunu bildirib.
1-08-2022, 21:03
Rusiya keçmiş baş naziri “qara siyahı”ya saldı


Rusiya keçmiş baş naziri “qara siyahı”ya saldı

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın 39 vətəndaşına sanksiya tətbiq edib. Bu barədə "Reuters" Rusiya XİN məlumat yayıb. Sanksiya tətbiq edilən şəxslər "Britaniyanın düşmənçilik kursuna töhfə verməkdə" ittiham olunur. "Qara siyahı"ya salınan şəxslər arasında Britaniyanın keçmiş baş naziri Devid Kameron da var. "Times", "Guardian", "Daily Telegraph", "Sun", "The Economist", həmçinin BBC və İTV yayım korporasiyalarının əməkdaşlarına da sanksiya tətbiq olunub.
1-08-2022, 20:59
Mirzoyan Blinkenin köməkçisi ilə danışıqlar apardı


Mirzoyan Blinkenin köməkçisi ilə danışıqlar apardı

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər regional təhlükəsizliyi müzakirə ediblər. Mirzoyan və Donfrid Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlar prosesinə də toxunublar.
1-08-2022, 20:49
Putindən Türkiyəyə təklif - Rüsumları azaldın!


Putindən Türkiyəyə təklif - Rüsumları azaldın!

Rusiya hökuməti Türkiyəyə Rusiya metallurgiya məhsullarının idxal rüsumunu azaltmağı təklif edəcək. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini Denis Manturovla görüşü zamanı bildirib. Prezident vurğulayıb ki, bununla bağlı hökumətlərarası saziş hazırlanır. Onun sözlərinə görə, rüsumların azaldılması Rusiya ixrac məhsullarının yeni bazarlara çıxarılmasını asanlaşdıracaq.
1-08-2022, 20:00
Makron Zelenskiyə zəng vurdu - Taxıl müzakirəsi


Makron Zelenskiyə zəng vurdu - Taxıl müzakirəsi

Fransa prezidenti Emmanuel Makronla Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Fransa mediası məlumat yayıb. Liderlər telefon söhbətində Ukrayna taxılının Odessa limanı vasitəsilə ixracını və müharibə ilə bağlı son durumu müzakirə ediblər. Qeyd edək ki, bu, Makronun iyun ayının 16-da Kiyevə səfərindən sonra prezidentlər arasında ilk telefon danışığıdır.
1-08-2022, 19:52
Ukraynada 46 yaşayış məntəqəsi azad edildi


Ukraynada 46 yaşayış məntəqəsi azad edildi

Ukrayna ordusu Xerson vilayətinin 46 yaşayış məntəqəsini işğaldan azad edib. Bu barədə Xerson hərbi administrasiyasının rəhbəri Dmitri Butri bildirib. “Xerson regionunda 46 yaşayış məntəqəsi işğaldan azad edilib, onların əksəriyyəti regionun şimalında, Dnepropetrovsk və Nikolayev ilə həmsərhəddir” - deyə Xerson rəsmisi region tamamilə işğaldan azad edilənədək əhalini təhlükəsiz yerlərə getməyə çağırıb. Qeyd olunub ki, azad edilən kəndlərin təxminən 90 faizi ruslar tərəfindən dağıdılıb.
1-08-2022, 19:19
Roma Papası Qazaxıstana gedir


Roma Papası Qazaxıstana gedir

Roma Papası Fransisk Qazaxıstana səfər edəcək. Butov.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin ofisi açıqlama yayıb. Papa Fransisk 13-15 sentyabrda Qazaxıstanda səfərdə olacaq və Prezident Kasım-Jomart Tokayevlə görüşəcək.
1-08-2022, 19:07
Təhlükəli terrorçu məhv edildi - Uğurlu əməliyyat


Təhlükəli terrorçu məhv edildi - Uğurlu əməliyyat

Türkiyənin təhlükəsizlik qüvvələri uğurlu antiterror əməliyyatı keçirib. Butov.az xəbər verir ki, əməliyyat nəticəsində "Berxvedan Muş" ləqəbli təhlükəli terrorçu zərərsizləşdirilib. PKK sıralarındakı qanunsuz fəaliyyətinə görə 2012-ci ildə Türkiyədə həbs olunan "Berxvedan Muş" qısa müddət sonra sərbəst buraxılıb. O 2013-cü ildə yenidən PKK təşkilatının sırasına qoşulub. Bir sıra terror cinayətlərində ittiham olunan "Berxvedan Muş" 2019-cu ildən başlayaraq Suriyanın Aynularab bölgəsində PKK-nın tunelqazma kimi qanunsuz işlərinə rəhbərlik edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!