Aleksandr Smith adlı şəxsin "TikTok"da paylaşdığı video ilə dünya mətbuatında gündəmə çevrilib
Bütov.az xəbər verir ki, o, CIA missiyası çərçivəsində 2118-ci ilə getdiyini və bu ildən bir foto çəkdiyini dilə gətirib. Aleksandr fotoda danışanda 2118-ci ildə yadplanetlilərin və dünyanın qlobal istiləşmənin təsiri altında olduğunu söyləyib.
Aleksandr bununla yanaşı, o bu fotonu 1981-ci ildə CIA tərəfindən gizli bir missiya ilə gələcəyə göndərilib. Smith illərdir özündə saxladığı fotonu ötən günlərdə ortaya çıxarıb. Bununla da o, mediada ən çox izlənilən şəxslərdən biri olub.
Əfqanıstanda hakimiyyətə gələn "Taliban" hərəkatı öz şəxsi heyətinin hazırlanması üçün təlim mərkəzi açıb
Bütov.az xəbər verir ki, bu barədə Əfqanıstan İslam Əmirliyinin (taliblərin istifadə etdiyi dövlətin adı) informasiya portalı məlumat yayıb. Onun sözlərinə görə, ölkənin cənubunda yerləşən Zabul əyalətində hərbi təlim mərkəzində kursantların ilk işə qəbuluna 400 Taliban tərəfdarı daxil edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə baş tutan görüş yekunlaşıb.
Mətbuata qapalı keçirilən görüş 2 saat 45 dəqiqə davam edib. Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezident Vladimir Putin arasında görüş başlayıb.
Görüş mətbuata qapalı keçirilir.
Qeyd edək ki, Ərdoğanın səfəri Rusiyanın dövlət başçısının dəvəti ilə təşkil edilib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!