13 ölkənin NATO nümayəndəsi Ceyhun Bayramovla görüşdü .....                        Prodüser Təranənin cəzası azaldıldı .....                        Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi .....                        Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO .....                        Çexiya hökuməti istefa verdi .....                        Hikmət Hacıyev Böyük Britaniyanın ticarət elçisi ilə görüşdü .....                        İmişlidə yanğın - 2 nəfər zəhərləndi .....                        Əməkdar artist vəfat etdi - FOTO .....                        Saakaşviliyə yeni cinayət işi açıldı .....                       
25-03-2024, 14:58
Gürcüstanın Baş naziri Paşinyanla görüşdü


Gürcüstanın Baş naziri Paşinyanla görüşdü

Gürcüstan Baş naziri İrakli Qaribaşvili İrəvanda səfərdədir.
Bu barədə "Armenpress" məlumat yayıb.
O, Ermənistan hökumətinin iqamətgahında baş nazir Nikol Paşinyanla görüşüb.
Məhdud və geniş tərkibdə görüşdən sonra baş nazirlər mətbuat konfransı keçirəcək.
24-03-2024, 17:52
Terrorda ölənlərin şəxsiyyətinin müəyyən edilməsinə başlanıldı


Terrorda ölənlərin şəxsiyyətinin müəyyən edilməsinə başlanıldı

Moskvada “Crocus”da törədilən terror aktı zamanı həlak olanların şəxsiyyətinin müəyyən edilməsi proseduruna başlanılıb.
"Crocus"da terror aktı zamanı həlak olanların cəsədlərinin tanınması 24 saat rejimində aparılacaq.
24-03-2024, 17:39
Moskvadan İrəvana uçan təyyarədə bomba olduğu bildilirdi


Moskvadan İrəvana uçan təyyarədə bomba olduğu bildilirdi

Şeremetyevoda təyyarədə olan sərnişin təyyarə bələdçisinin telefon danışığından əsəbiləşdiyi üçün bomba xəbərini verib.
Partlayıcılarla bağlı ifadənin zarafat olduğu üzə çıxıb.
24-03-2024, 16:33
Makron ABŞ-nin xoşuna gəlmək üçün açıqlamalar verir - Lavrov


Makron ABŞ-nin xoşuna gəlmək üçün açıqlamalar verir - Lavrov

“Fransa Prezidenti Emmanuel Makron Vaşinqtonun xoşuna gəlmək və NATO müttəfiqlərini təxribata çəkmək üçün Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı açıqlamalar verir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-ın baş direktoru Andrey Kondraşova müsahibəsində deyib.
“Fransa prezidenti Makronun son bir neçə il ərzində hansısa strateji muxtariyyət yaratmaqla bağlı bütün söhbətləri “boş” olduğu ortaya çıxdı. Hazırda heç kim bu barədə düşünmür. İndi Makronun Ukraynaya quru qoşunlarını göndərmələrinin mümkünlüyündə israr etməsinə baxmayaraq, söhbət artıq strateji muxtariyyətdən deyil, ABŞ-ni sevindirməkdən, eyni zamanda NATO-nun özündə müttəfiqləri təxribata çəkməkdən gedir”, - deyə o əlavə edib.
Lavrov vurğulayıb ki, Baltikyanı ölkələrdə siyasətçilər və gənc nəsil belə ideyalarla çıxış edir:
“Polşada siyasətçilər yetkindirlər, lakin onlar da belə təxribatçı oyuna hazırdırlar. Almaniyada kansler Olaf Şolts hələ də ən azı bir qədər ehtiyatlı davranır. Lakin Parisin Ukraynada NATO qoşunlarının yerləşdirilməsi mövzusunun təxribatı, digər məsələlərlə yanaşı, Fransa-Almaniya rəqabəti kontekstində onun Avropa İttifaqındakı mövqeyini sarsıtmaq məqsədi daşıyır.
Orada çox şey var. Belə bir mübahisəli təşkilat. İlk növbədə onların xalqlarının, dövlətlərinin milli maraqları deyil, şəxsi siyasi, eqoist planları, istəkləri, intriqaları gəlir. Bu kədərlidir”.
24-03-2024, 16:01
Qərb nə qədər təhrif etsə də, Rusiya öz maraqlarından çıxış etməlidir


Qərb nə qədər təhrif etsə də, Rusiya öz maraqlarından çıxış etməlidir

“Qərb nə qədər hər şeyi öz xeyrinə təhrif etməyə çalışsa da, Rusiya öz maraqlarından çıxış etməlidir”.
Bu fikri Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalında deyib.
“Hər şey həmişə yalnız Qərbin öz maraqlarına uyğun olaraq baş verir. Biz bunu nəzərə almalı və təbii ki, öz maraqlarımızdan çıxış etməliyik. Ancaq unutmayın ki, onlar istənilən vəziyyəti dəyişdirə bilərlər. Bunu öz maraqlarına uyğun şəkildə inkişaf etdirməyə çalışacaqlar. Biz elə etməliyik ki, bu, Rusiyanın maraqlarına uyğun olsun”, - deyə Rusiya Prezidenti bildirib.
24-03-2024, 14:56
Terrorçuların milliyəti, vətəni və dini olmur - Emomali Rahmon


Terrorçuların milliyəti, vətəni və dini olmur - Emomali Rahmon

Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rahmon arasında telefon danışığı olub.
Tacikistan Prezidenti "Crocus"da amansız, qanlı terror aktını pisləyib və terrorçuların milliyyəti, vətəni və dininin olmadığını bildirib.
Qeyd edək ki, martın 22-də "Crocus City Hall"da törədilən terror aktında şübhəli bilinərək saxlanılan şəxslərin Tacikistan Respublikasının vətəndaşı olduğu bildirilib.
24-03-2024, 14:43
Ermənistanda şübhəli qismində 49 nəfər saxlanıldı


Ermənistanda şübhəli qismində 49 nəfər saxlanıldı

Ermənistanda qanunsuz olaraq silah və sursat daşımaq və saxlamaqda şübhəli bilinən 49 nəfər saxlanılaraq ərazi polis bölmələrinə aparılıb.
Bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan SputnikARM-ə bildirib.
24-03-2024, 14:26
Qərb Ukraynaya qoşun göndərə bilər - Macarıstan XİN


Qərb Ukraynaya qoşun göndərə bilər - Macarıstan XİN

“Avropa İttifaqının və bir çox icma ölkələrinin liderləri Ukraynadakı münaqişəni şəxsi məsələyə çevirərək hərbi psixozun əsiridir və bunun nəticəsi Qərb qoşunlarının ora göndərilməsi ola bilər”.
Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Kossuth” radiostansiyasına açıqlamasında bildirib.
Onun fikrincə, Avropada siyasətçilər sağlam düşüncəni itirməyə başlayır, dünyanın səsi zəifləyir, Avropanın siyasi liderlərinin əksəriyyəti müharibə psixozundan əziyyət çəkir:
“Onlar müharibə dilində danışır və elə düşünürlər ki, elə bil özləri müharibədədirlər. Açıq-aşkar Rusiya ilə Ukrayna arasındakı müharibəni şəxsi məsələyə çevirməyə başlayıblar və artıq sağlam düşüncədən istifadə edərək qərar qəbul edə bilmirlər. Bu, Ukraynaya quru qoşunlarının göndərilməsi ilə bağlı bəyanatlarla nəticələnə bilər”.
24-03-2024, 13:55
Qəzzada ölən İsrail əsgərlərinin sayı açıqlandı


Qəzzada ölən İsrail əsgərlərinin sayı açıqlandı

İsrail ordusunun çavuşu Lior Raviv Qəzza şəhərindəki “Şifa” xəstəxanasında terrorçulara qarşı keçirilən reyd zamanı həlak olub.
Bu barədə “Times of Israel” məlumat yayıb.
Qeyd olunub ki, 21 yaşlı çavuş “Nahal” Briqadasının 932-ci batalyonunda xidmət edib.
O, İsrailin Qəzza zolağına hücumundan sonra ölən 252-ci İsrail əsgəri olub.
Qeyd edək ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dördgünlük humanitar atəşkəs əldə olunub.
Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Sonradan atəşkəs rejimi eyni şərtlərlə daha iki gün uzadılıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.
24-03-2024, 13:18
Terror aktında xəsarət alanların sayı 154-ə çatdı


Terror aktında xəsarət
alanların sayı 154-ə çatdı


Rusiyanın Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında xəsarət alanların sayı 154-ə çatıb.
Bu barədə vilayətin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 44 nəfər ambulator müalicədədir.
Ölənlərin sayı 133 nəfər təşkil edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!