13 ölkənin NATO nümayəndəsi Ceyhun Bayramovla görüşdü .....                        Prodüser Təranənin cəzası azaldıldı .....                        Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi .....                        Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO .....                        Çexiya hökuməti istefa verdi .....                        Hikmət Hacıyev Böyük Britaniyanın ticarət elçisi ilə görüşdü .....                        İmişlidə yanğın - 2 nəfər zəhərləndi .....                        Əməkdar artist vəfat etdi - FOTO .....                        Saakaşviliyə yeni cinayət işi açıldı .....                       
29-01-2024, 20:11
Qaribaşvilidən sonra bütün hökumət istefa verəcək


Qaribaşvilidən sonra bütün hökumət istefa verəcək

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin istefasından sonra bütün hökumət istefa verəcək.
Müvafiq prosedur Gürcüstan Konstitusiyasında yer alıb.
Belə ki, Baş nazirin səlahiyyətləri onun istefasından dərhal sonra başa çatır və hökumət yeni Baş nazir təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edir.
Hökumət başçısının vəzifələrinini isə Baş nazirin birinci müavini icra edir.
29-01-2024, 17:56
Mirzoyan İran rəsmisiylə görüşdü


Mirzoyan İran rəsmisiylə görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri, Beynəlxalq Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xarazi ilə görüşüb.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
"Görüş zamanı tərəflər Ermənistan-İran əməkdaşlığının gündəliyindəki müxtəlif məsələləri müzakirə edərək, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu və fəallığı qeyd ediblər. Bu kontekstdə iki ölkə arasında enerji, infrastruktur, iqtisadi və digər sahələrdə sıx əməkdaşlığın, iki xalqın dostluğunun və regionda sabitliyin möhkəmləndirilməsi naminə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, görüş zamanı Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub.
29-01-2024, 17:26
Putinin Türkiyəyə səfər edəcəyi tarix açıqlandı


Putinin Türkiyəyə səfər edəcəyi tarix açıqlandı

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, hazırda onun Türkiyəyə fevralda baş tutacaq səfərinə hazırlıq gedir.
Uşakovun sözlərinə görə, Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqların əsas mövzusu Ukraynadakı hərbi münaqişə zonasındakı vəziyyət olacaq.
«Bəli, səfər həqiqətən hazırlanır. Deyə bilərəm ki, Ukrayna məsələləri, yəqin ki, danışıqların əsas mövzularından biri olacaq», — deyə Uşakov jurnalistlərə bildirib.
Putin 2023-cü il dekabrın 14-də birbaşa xətt üzrə Türkiyəyə planlaşdırılan səfərindən danışıb. Elə həmin ay Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentin səfərinin gündəmdə olduğunu, lakin dəqiq tarixlərin olmadığını söyləyib.
2024-cü il yanvarın 5-də Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Ərdoğan bir daha vasitəçi olmağa və Ukrayna ərazisində əməliyyatların dayandırılması ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib.
29-01-2024, 17:10
Qəzzada həlak olan jurnalistlərin sayı 122-yə çatdı


Qəzzada həlak olan jurnalistlərin sayı 122-yə çatdı

İsrail ilə “Həmas” hərəkatı arasında münaqişənin kəskinləşməsindən bəri Fələstinin Qəzza zolağında peşə vəzifələrini yerinə yetirərkən həlak olan jurnalistlərin sayı 122-yə çatıb.
Bu barədə Qəzza Media Ofisinin məlumatında deyilir.
Son 24 saat ərzində anklavda iki jurnalist həlak olub. Onlardan biri Ramallahda yerləşən Fələstin telekanalının müxbiri İsa əl-Luludur. O, İsrailin yaşadıqları evə endirdiyi zərbə nəticəsində ailə üzvləri ilə birlikdə öldürülüb.
İkinci qurban isə İsrailin Əl-Şati düşərgəsini bombalaması zamanı həlak olan Fələstinin Ər-Risalah media fondunun əməkdaşı Məhəmməd Əbdül Fəttah Atallahdır.
29-01-2024, 17:04
Gürcüstanın baş naziri istefa verdi


Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.
Bu barədə onun özü açıqlama verib.
Siyasətçinin sözlərinə görə, o, indi hakim “Gürcü arzusu” partiyasının sədri postuna namizəd olacaq. “Komanda ilə müzakirə etdiyimiz qərar barədə ictimaiyyəti məlumatlandırmaq istərdim. Bu gün mən baş nazir postunu tərk edirəm”, - deyə Qaribaşvili xüsusi brifinq zamanı bildirib .
Qeyd edək ki, bu gün mətbuatda yazılan məlumatlara görə, Gürcüstanın hökumətində və hakim partiyasında kadr dəyişikliyi gözlənilir.
Məlumata görə, Gürcüstanın baş naziri postunu “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidze tutacaq.
İrakli Qaribaşvili 2021-ci il fevralın 22-dən Gürcüstan hökumətinə rəhbərlik edir. Bundan əvvəl o, 2013-2015-ci illərdə də Gürcüstanın baş naziri vəzifəsində çalışıb, həmin vaxt həm də “Gürcü Arzusu”nun sədri olub. 2019-2021-ci illərdə Qaribaşvili Gürcüstanın müdafiə naziri vəzifəsini tutub.
29-01-2024, 14:26
Paşinyan yeni təyinatla bağlı qərar imzaladı


Paşinyan yeni təyinatla bağlı qərar imzaladı

Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 29-da yeni təyinatla bağlı qərar imzalayıb.
Qərarda deyilir:
- “Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, qərara alıram: Ruben Simonyan 2024-cü il fevralın 1-dən yüksək texnologiyalar sənayesi nazirinin müavini təyin edilib.
29-01-2024, 14:23
Hacı Əli Behiştinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdı


Hacı Əli Behiştinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdı

Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin (Əliyev) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən təqsirləndirilən şəxs Hacı Əli Əliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Hacı Əli Behişti (Əliyev) saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Yaşadığı evə keçirilmiş baxış zamanı xarici xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiq edən müxtəlif sənədlər aşkar edilərək götürülmüşdür. Hacı Əli Əliyev ifadəsində törətdiyi əməlləri etiraf edərək 2007-ci ildən etibarən xarici xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini, onların tapşırıqlarının icrası ilə əlaqədar müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib.
29-01-2024, 13:48
Qəzzada məktəb İsrail tərəfindən atəşə tutuldu - 10 nəfər öldü


Qəzzada məktəb İsrail tərəfindən atəşə tutuldu - 10 nəfər öldü

Qəzza şəhərinin qərbindəki Rimal rayonunda yerləşən BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbi İsrail tərəfindən atəşə tutulub.
Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində azı 10 nəfər ölüb. Qeyd edilib ki, bu bina Qəzza zolağının digər döyüş bölgələrindən qaçan məcburi köçkünlərə sığınacaq kimi verilmişdi.
28-01-2024, 17:40
Husilərin Qırmızı dənizdəki PUA-sı vuruldu


Husilərin Qırmızı dənizdəki PUA-sı vuruldu


Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə məxsus “Diamond” esminesi Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatı tərəfindən Qırmızı dənizdə buraxılan pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Xəsarət alanların olmadığı bildirilir.
“Bu hücumlar tamamilə qəbuledilməzdir. Bizim məsuliyyətimiz Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini qorumaqdır”, - məlumatda deyilir.
“Diamond” esminesi iki aya yaxındır ki, regionda döyüş tapşırıqlarını yerinə yetirir. Bu müddət ərzində o, husilərin ticarət gəmilərinə atdığı pilotsuz təyyarələrin hücumlarının dəfələrlə qarşısını alıb.
Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra “Ənsar Allah” hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və gəmilərin Qırmızı dəniz suları və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini açıqlayıb.
28-01-2024, 17:27
Ərdoğan: “Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür”


Ərdoğan: “Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki maskalı silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib.
Bu barədə "A-Haber" telekanalı məlumat yayıb.
Prezident hücumu törədənlərin 24 saat ərzində tutulacağına əmin edib.
"Ölümlə bağlı cəmiyyətə başsağlığı verirəm. Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Ümid edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq", - Ərdoğan bildirib.
İstanbul prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tuncun sözlərinə görə, silahlı hücumun araşdırılması üçün baş prokurorun müavini və iki prokuror təyin edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!