Rusiyanı ittiham edən iranlı diplomata cinayət işi açıldı .....                        Ağdamda dəhşət: azyaşlıya işgəncə verildi .....                        Sülh sazişi 2026-cı ilin sonunadək İMZALANA BİLƏR .....                        Xaricdə onlayn təhsil fırıldağı - Agentlik xəbərdarlıq etdi .....                        Ermənistan ABŞ-dakı səfirini dəyişdi .....                        DOST Mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB .....                        Laçınlı Fatma nənə: Kağızda 100 yazılıb, amma 110 yaşı var - FOTO .....                        Türkiyə XİN Netanyahunun “erməni soyqırımı”na dair bəyanatını RƏDD ETDİ .....                        Özü 671, qardaşı 657 bal topladı - Eyni universitetə qəbul oldular .....                       
24-10-2023, 18:43
Ərdoğan Türk Dövlətləri Təşkilatının Baş prokurorlarını qəbul etdi


Ərdoğan Türk Dövlətləri Təşkilatının Baş prokurorlarını qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Baş prokurorlarını qəbul edib.
Bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev də iştirak edib.
24-10-2023, 17:47
Gürcü nazirdən Lavrova: “Rusiyadan belə bəyanatı birinci dəfə eşitmirik”


Gürcü nazirdən Lavrova: “Rusiyadan belə bəyanatı birinci dəfə eşitmirik”

Gürcüstanın ərazilərini işğal edən ölkənin təmsil olunduğu formatda iştirak etməyimiz istisnadır.
Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşviliyə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatına münasibət bildirərkən qeyd edib ki, Gürcüstanın şərtləri məlumdur və Rusiya işğal etdiyi ərazilərdən çəkilməlidir.
“İlk addım Gürcüstan ərazilərinin işğaldan azad edilməsidir. Biz Rusiyadan belə bəyanatı birinci dəfə eşitmirik. Bizim mövqeyimiz də onlara aydındır. Müəyyən qruplar üçün simvolizm və nömrələrlə adlandırılması yalnız sıxıcı ola bilər. Biz buna sakit yanaşırıq, çünki bizim şərtlərimiz məlumdur və bu, Gürcüstan ərazilərinin işğaldan azad edilməsidir”, - Şalva Papuaşvili bildirib.
Qeyd edək ki, Larov dünən Tehranda keçirilən "3+3" görüşündən sonra deyib ki, Gürcüstan hökumətinin hərəkətləri milli maraqlara əsaslanır: "Bu, yaxın gələcəkdə tam hüquqlu 3+3 formatının istifadəyə verilə biləcəyini güman etməyə əsas verir”.
24-10-2023, 17:24
Paşinyan Roma Papası tərəfindən təltif olundu


Paşinyan Roma Papası tərəfindən təltif olundu

Baş nazir Nikol Paşinyan Ermənistanda diplomatik fəaliyyətini başa vuran Müqəddəs Taxt-Tacın apostol nunsisi, arxiyepiskop Xose Avelina Betankuru qəbul edib.
Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Arxiyepiskop Betankur Roma Papası Fransiskin adından Paşinyana Ermənistan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə Vatikanın ən yüksək mükafatlarından birini - IX Piy ordeninin Böyük Xaçını təqdim edib.
Baş nazir yüksək qiymətə görə təşəkkür edib və Ermənistan Respublikası hökumətinin Müqəddəs Taxt-Tacla əlaqələrin ardıcıl inkişafında maraqlı olduğunu vurğulayıb. Nikol Paşinyan arxiyepiskop Betankura gələcək fəaliyyətində uğurlar arzulayıb.
24-10-2023, 16:48
Türkiyə prezidenti Bahçeliylə görüşdü


Türkiyə prezidenti Bahçeliylə görüşdü

Türkiyə prezidenti, iqtidardakı Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan hakim partiyanın Cümhur İttifaqındakı müttəfiqi Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə görüşüb.
Bu barədə Türkiyə PA-nın Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, görüş Prezident İqamətgahında keçirilib.
24-10-2023, 16:21
Sabiq baş nazir azadlığa buraxıldı


Sabiq baş nazir azadlığa buraxıldı

Pakistanın keçmiş Baş naziri Nəvaz Şərif korrupsiya işi ilə bağlı azadlığa buraxılıb.
Bu barədə “The Express Tribune” nəşri məlumat yayıb.
Bildirilib ki, o, girov müqabilində azadlığa buraxılıb.
Qeyd edək ki, 2017-ci ilin oktyabrında Pakistan məhkəməsi antikorrupsiya işi bağlı dinləmələrə gəlmədiyi üçün N.Şərif barəsində həbs qətimkan tədbiri seçmişdi.
Xatırladaq ki, həmin il oktyabrın 19-da Pakistan məhkəməsi keçmiş Baş nazir Nəvaz Şərifə, qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürmüşdü. Onlar bu ittihamlarla bağlı özlərini təqsirli bilməyib.
Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013--2017-ci illərdə) Pakistanın Baş naziri olub. 2017-ci il iyulun 28-də Pakistan Ali Məhkəməsi onun barəsində vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra Nəvaz Şərif istefa verib.
24-10-2023, 15:52
İsrail prezidentindən Makrona təşəkkür mesajı


İsrail prezidentindən Makrona təşəkkür mesajı

"Bu çətin vaxtlarda İsrailə gəldiyi üçün Fransa prezidenti Emmanuel Makrona təşəkkür edirəm".
Bunu İsrail prezidenti İsaak Hersoq X-də yazıb.
"İsrail dövlətinin yanında qərarlı duruşunuzu və İsrail xalqına olan dəstəyinizi və həmrəyliyinizi açıq şəkildə ifadə etməyinizi təqdir edirik. Bu hamı üçün əxlaqi keyfiyyətin zamanıdır. HƏMAS-ın qorxunc qətliamları legitimləşdirmə səyləri antisemitizmdir. Fransa da daxil olmaqla antisemitizmin qlobal miqyasda artmasından narahatlıq duyuruq və dünyanın hər yerində yəhudi icmalarındakı qardaşlarımızın rifahı və təhlükəsizliyi ilə bağlı narahatıq. Beynəlxalq birlik bütün ölkələrdəki yəhudiləri qorumaq üçün qərarlı addımlar atmalıdır", - o əlavə edib.
Qeyd edək ki, İsrailə səfər edən Makron Hersoqla yanaşı, ölkənin baş naziri Benyamin Netanyahu ilə də görüşüb.
24-10-2023, 15:46
Papikyan Fransaya işgüzar səfər etdi


Papikyan Fransaya işgüzar səfər etdi

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Senatında olub.
Papikyan Senatın vitse-prezidenti Pyer Uzulias, beynəlxalq məsələlər, müdafiə və Silahlı Qüvvələr komissiyasının sədri Sedrik Perrin və Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazla görüşüb.
Bu görüşlərdə Ermənistan-Fransa ikitərəfli müdafiə əməkdaşlığı məsələləri müzakirə edilib.
Müdafiə naziri cari əməkdaşlıq prosesini və bu səfər zamanı aparılan müzakirələrin nəticələrini təqdim edib.
Nazir Papikyan əməkdaşlığın inkişaf etdirilməsində göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Senatorlar Ermənistan-Fransa əməkdaşlığının inkişafına kömək etməyə hazır olduqlarını bildiriblər.
Görüş zamanı regional təhlükəsizlik məsələləri də müzakirə edilib.
24-10-2023, 15:18
Müdafiə naziri istefaya göndərildi


Müdafiə naziri istefaya göndərildi

Çin Xalq Respublikasının müdafiə naziri Li Şanfu istefaya göndərilib.
Nazirin vəzifəsindən azad olunması barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.
Qeyd edək ki, bundan əvvəl Şanfunun ortalıqdan itməsi barədə informasiyalar dərc olunmuşdu. Nazir bu il posta gətirilmişdi.
24-10-2023, 15:05
İsrailin Baş naziri “Hizbullah”a xəbərdarlıq etdi


İsrailin Baş naziri “Hizbullah”a xəbərdarlıq etdi

İsrail Baş naziri Benyamin Netanyahu “Hizbullah”a xəbərdarlıq edib.
Bu barədə İsrail Baş naziri Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb.
"Hizbullah” ciddi şəkildə bu müharibəyə qatılaraq səhv etsə, peşman olacaq", - İsrail hökumət başçısı deyib.
Netanyahu əlavə edib ki, “Hizbullah” sanki "İkinci Livan müharibəsi"nin həsrətindədir. O, İsrailin lazım gələrsə, tədbir görəcəyini və “Hizbullah”a qarşı dağıntıların ağlasığmaz olacağını vurğulayıb.
"Hizbullah” dəhşətli nəticələrlə üzləşməli olacaq", - o əlavə edib.
24-10-2023, 15:02
Həlak olan fələstinlilərin sayı 5791 nəfərə çatdı


Həlak olan fələstinlilərin sayı 5791 nəfərə çatdı

Toqquşmaların başladığı gündən bəri həlak olan fələstinlilərin sayı 5791 nəfərə çatıb.
Bu barədə “Reuters” Qəzza zolağının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, təkcə son 24 saat ərzində 704 nəfər həlak olub.
Qeyd edək ki, İsrailə HƏMAS-ın hücumu ilə başlanan müharibə oktyabrın 7-dən bu yana davam edir. İsrail tərəfində 1.4 min insan həyatını itirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!