3-07-2023, 18:17
Gürcüstan Ukraynaya etiraz etdiUkraynanın Tbilisidəki müvəqqəti işlər vəkili Aleksandr Şulqa Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə "Imedi" telekanalı məlumat yayıb. Bildirilir ki, buna səbəb Ukraynanın "Georgian Airways” aviaşirkətinə qarşı sanksiya tətbiq etməsi olub. Ukraynalı diplomata etiraz bildirildiyi ehtimal edilir. Ukraynalı diplomat təxminən yarım saat Gürcüstan Xarici İşlər Nazirliyində olub. Bundan sonra Şulqa mətbuata açıqlama verməyib. Gürcüstan Xarici İşlər Nazirliyi vəziyyətlə bağlı məlumat yaymayıb.
Xatırladaq ki, Ukrayna Rusiyaya uçuşları bərpa edən “Georgian Airways” aviaşirkəti və onun direktoru Tamaz Qayaşvilini "qara siyahı"ya salıb. Qərar Gürcüstan hökumətinin etirazına səbəb olub və belə bir addımı qeyri-dost adlandırıb.
3-07-2023, 17:43
Priqojin səsli mesaj yaydı - Növbəti qələbələrimizi cəbhədə görəcəksiniz"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin son bir həftə ərzində ilk dəfə səsli mesaj yayıb. O, tərəfdarlarına ünvanladığı mesajda "yaxın gələcəkdə cəbhədə növbəti qələbələr" vəd edib. “Bu gün həmişəkindən daha çox sizin dəstəyinizə ehtiyacımız var. Bunun üçün sizə təşəkkür edirəm. İstəyirəm başa düşəsiniz ki, bizim “Ədalət marşı” satqınlarla mübarizə aparmaq, cəmiyyətimizi səfərbər etmək məqsədi daşıyırdı. Və hesab edirəm ki, biz çox şeyə nail olmuşuq. Yaxın gələcəkdə əminəm ki, növbəti qələbələrimizi cəbhədə görəcəksiniz. Təşəkkürlər uşaqlar!" - "Vaqner"ə yaxın "Gray Zone" teleqram kanalı tərəfindən yayımlanan mesajda deyilir. Priqojin hazırda harada olduğunu və muzdlularla birlikdə gələcəkdə nə edəcəyini açıqlamayıb. "Vaqner" rəhbərinin əvvəlki audio mesajı 11 dəqiqədən çox davam edib və iyunun 26-da dərc edilib. Orada o, baş verənlərlə bağlı öz versiyasını açıqlayıb. Bildirib ki, “rejimi devirmək” niyyətində deyil.
3-07-2023, 17:06
Türkiyədə hökumət toplantısına start verildiTürkiyədə hökumət kabinəsinin toplantısına start verilib. Bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, toplantıya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir. Məmur və pensiyaçıların gəlirlərinin artırılması, İsveçdə Quranın yandırılması, Fransadakı etirazlar iclasda müzakirə olunacaq məsələlərin siyahısına daxil edilib.
3-07-2023, 16:28
İrəvanda Ermənistan-Hindistan siyasi məsləhətləşmələri həyata keçirildiErmənistanın paytaxtı İrəvanda Ermənistan-Hindistan siyasi məsləhətləşmələri həyata keçirilib. Məsləhətləşmələrdə iştirak etmək üçün Hindistan XİN rəsmilərindən ibarət nümayəndə heyəti İrəvana səfər edib. Görüşdə beynəlxalq və regional təhlükəsizlik, əməkdaşlığın genişləndirilməsi, o cümlədən iqtisadi, kommunikasiyalar məsələsi müzakirə olunub.
3-07-2023, 16:11
Sakaaşvilinin dəhşətə gətirən görüntüləri yayıldıGürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin dəhşətli görüntüləri yayılıb. Fotolardan onun kəskin şəkildə çəki itirdiyi görünür. Şəkilləri onun köməkçisi Darina Çij dərc edib və Saakaşvilinin bu gün məhkəmə iclasında distant qaydada iştirak etdiyini bildirib.
Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.
3-07-2023, 15:35
Ukraynanı Krımsız təsəvvür edə bilmərik - ZelenskiBiz Ukraynanı Krımsız təsəvvür edə bilmərik. Nə qədər ki, Krım Rusiya tərəfindən işğal olunub, bu, müharibənin hələ bitmədiyi deməkdir. Bunu “CNN”ə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib. O, müsahibə zamanı Krım qaytarılmadan Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasının mümkünlüyündən söz açıb. “Belə olan halda bu, qələbə olmayacaq”, - deyə Zelenski vurğulayıb. O, qeyd edib ki, Ukrayna Krımsız təsəvvür oluna bilməz. Prezident dolayı yolla diqqətə çatdırıb ki, Krım işğaldan azad olunana qədər müharibə davam edəcək.
3-07-2023, 13:47
Paşinyan Belarusiya prezidentini təbrik etdiErmənistanın baş naziri Nikol Paşinyan Belarusun Müstəqillik Günü münasibətilə ölkə prezidenti Aleksandr Lukaşenkoya təbrik göndərib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. "İki ölkənin əməkdaşlığı dərinləşdirmək üçün əlaqələndirilmiş səyləri qarşılıqlı maraqlara uyğundur", - deyə Ermənistanın baş naziri mesajında qeyd edib.
3-07-2023, 13:31
Moldovada milli matəm elan olunduİyulun 4-ü Moldovada milli matəm elan olunub. Bu barədə ölkə prezidenti Maya Sandu sərəncam imzalayıb. Bildirilib ki, Kişinyov Beynəlxalq Hava Limanında həlak olanların xatirəsini yad etmək üçün iyulun 4-ü ölkədə milli matəm günü elan edilib. Sabah ölkənin bütün ərazilərində, eləcə də Moldova Respublikasının xaricdəki diplomatik və konsulluq nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endiriləcək. Saat 12:00-da həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Xatırladaq ki, iyunun 30-da Moldovanın paytaxtı Kişinyovdakı aeroportda atışma olub. Türkiyədən Moldovaya gəldiyi təxminən olunan şəxs odlu silahdan atəş açaraq 2 nəfəri qətlə yetirib.
3-07-2023, 12:10
Serbiya prezidentinin oğlu həbs edildiSerbiya prezidenti Aleksandr Vuçiçin oğlu Danilo Vuçiç Kosovada saxlanılıb. Bu barədə “NSN” nəşri məlumat yayıb. Prezidentin oğlunun Kosovanın Trud kəndində həbs edildiyi iddia olunur. Danilo Vuçiçin dəqiq harada olduğu və hansı səbəbdən saxlanıldığı məlum deyil.
3-07-2023, 11:49
Tokioda partlayış - 4 nəfər xəsarət aldıYaponiyanın paytaxtı Tokionun mərkəzi hissəsindəki binalardan birində partlayış baş verib.
Bu barədə NHK telekanalı məlumat yayıb. Hadisə Minato şəhərinin mərkəzi ərazisində, Şimbaşi qatar stansiyası yaxınlığında qeydə alınıb. Hazırda ərazidə yanğın başlayıb, ən azı 5 yanğınsöndürmə briqadası hadisə yerində işləyir. Şahidlərin sözlərinə görə, partlayışdan əvvəl binadan qaz iyi gəlirmiş. Xilasedicilər bildiriblər ki, hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb. Yerli sakinlərdən hadisə yerinə yaxınlaşmamaları xahiş olunur.