3-07-2023, 11:13
Krım “rəhbəri”nə qarşı təşkil olunan sui-qəsdin qarşısı alındıRusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ilhaq olunmuş Krımın "rəhbəri" Sergey Aksyonova qarşı sui-qəsdin qarşısını alıb. Bu barədə FTX məlumat yayıb. Xidmət sui-qəsdin arxasında "Ukrayna xüsusi xidmət orqanlarının dayandığını" iddia edib. "Aksyonova sui-qəsd UTX tərəfindən işə götürülən və Ukraynada təlim keçmiş rusiyalı tərəfindən cəhd edilib. Məlumata görə, o, Aksyonovun avtomobilini partlatmağı planlaşdırıb. Şəxs anbardan bombanın götürülməsi zamanı saxlanılıb", - deyə qeyd olunub.
Xatırladaq ki, Ukraynanın Krım regionu 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub və Moskvaya tabe olan "rəhbər" təyin edilib.
2-07-2023, 23:41
İsveçdə Quranı yandıran iraqlı mühacirin İranla əlaqələri üzə çıxdıİsveçdə müqəddəs Quranı yandıran iraqlı mühacir Salvan Momikanın İranla əlaqələri üzə çıxıb. Bu barədə "Rusen" nəşri məlumat yayıb. Bildirilir ki, o, İraqda İrana bağlı briqadaların üzvü olub. Daha sonradan İsveçə köçüb. Qeyd olunur ki, aksiya İsveçin NATO-ya üzvlüyünün qarşısını almaq üçün nəzərdə tutulub.
Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanındakı məscidinin yaxınlığında 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir aksiya keçirib. O, kitabın səhifələrini qoparıb, onlarla ayaqqabılarını silib və daha sonra Quranı yandırıb. İsveç hakimiyyəti bu cür hərəkətlərin qanuni olduğu bildirib, ancaq aksiyanın yersiz olduğunu vurğulayıb. Aksiyadan dərhal sonra Salvan Momikaya qarşı dini ədavətin qızışdırılması və yanğın qadağasının pozulması ilə bağlı protokol tərtib edilib.
2-07-2023, 22:37
Makron ölkədəki etirazlarla bağlı toplantı keçirdiFransa Prezidenti Emmanuel Makron ölkədəki etirazlarla bağlı toplantı keçirir. Bu barədə BFM telekanalı məlumat yayıb. Bildirilir ki, iclas Yelisey sarayında baş tutur. İclasda baş nazir Elizabet Born, daxili işlər naziri Cerald Darmanin və ədliyyə naziri Erik Düpon-Moretti iştirak edir.
2-07-2023, 21:53
Polşa Belarusla sərhədə polis heyəti göndərirPolşa Belarusla sərhədə 500 polis göndərəcək. Bu barədə Polşa daxili işlər naziri Mariuş Kaminski məlumat verib. O qeyd edib ki, ölkənin Belarusla sərhədi daha da gücləndiriləcək.
Qeyd edək ki, Polşa Belarusla sərhədə 5000 sərhədçi və 2000 əsgər yerləşdirib. Polşa sərhəd polisinin məlumatına görə, şənbə günü 187 nəfər Belarusdan qanunsuz olaraq Polşa ərazisini keçməyə cəhd edib.
2-07-2023, 20:21
İsrail ABŞ-dan F-35 qırıcısı almağı planlayırİsrail ABŞ-dan F-35 döyüş təyyarələri almağı planlaşdırır. Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında 25 ədəd F-35 döyüş təyyarəsinin alınması üçün müqavilə imzalanıb. Müqavilənin dəyəri 3 milyard dollardır. Saziş İsrailin ABŞ-dan aldığı müdafiə yardımı paketi ilə maliyyələşdiriləcək. Yeni təyyarələrin alınması ilə İsrail Hərbi Hava Qüvvələrinin inventarında olan F-35-lərin sayı 75-ə çatacaq.
2-07-2023, 19:14
Bu ölkələr İranla nüvə sazişindən çıxmağı planlaşdırırBritaniya, Fransa, Almaniya və digər Avropa ölkələri İranla nüvə sazişindən - Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxmağı planlaşdırır. Bu barədə "Guradian" qəzeti Avropa İttifaqı (Aİ) və Birləşmiş Krallığın diplomatlarına istinadən yazıb. Buna səbəb kimi Tehranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) satması göstərilir. Nəşrin məlumatına görə, üç ölkə İrandan ballistik raketlərin tədqiqi, inkişafı və istehsalına qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina edəcək. Sanksiyaların müddəti oktyabrın 18-də başa çatır. Məhdudiyyətlərə, həmçinin BMT Təhlükəsizlik Şurasının əvvəlcədən icazəsi olmadan 300 km-dən çox uça bilən dronların (və ya onların hissələrinin) İrana satışına və ya İrandan alınmasına qadağa da daxildir. Nəşr qeyd edir ki, İran sazişin digər şərtlərini pozub. Razılaşmada uranın zənginləşdirilməsinin yuxarı həddi 3,67% nəzərdə tutulurdu, lakin fevral ayında İranın nüvə obyektini yoxlamaq üçün ziyarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Tehranın uranı 60%-ə qədər zənginləşdirdiyini bildirib. JCPOA 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran tərəfindən imzalanan nüvə sazişidir. Müqaviləyə əsasən, Qərb ölkələri İranın nüvə proqramını məhdudlaşdırması müqabilində ona qarşı sanksiyaları ləğv etməli idi. 2018-ci ilin may ayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp JCPOA-dan çıxdığını elan etdi. Buna cavab olaraq İran nüvə sınaqlarını bərpa edib.
2-07-2023, 16:24
İran İraqla sərhəddə ballistik raketlər yerləşdirdiİran İslam Respublikası ballistik raketləri ölkənin qərbində, İraqla həmsərhəd Kirmanşah əyalətində yerləşdirib. Bu barədə İsrailin şimal sərhədlərindəki təhlükələri təhlil edən Alma Araşdırma və Təhsil Mərkəzi (Alma Research and Education Center - red.) məlumat yayıb. Peyk görüntülərinə görə, bölgədə ən azı 140 raket anbarı olan 3 yeraltı obyekt var. İran hərbçiləri burada İraqdan 150 km aralıda “Qiam-1” qısa mənzilli ballistik raketlərini quraşdırıblar.
Qeyd edək ki, hava hücumundan müdafiə sistemləri yerli dərələrdən birində yerləşdirilib. Yeraltı tikililər də “Fateh-110” raketlərini saxlamaq üçün istifadə edilir.
2-07-2023, 15:05
Yaponiyadakı leysan insan ölümünə səbəb olduYaponiyanın qərb və cənub-qərbindəki Küsü regionunda güclü yağış 1 nəfərin ölümünə səbəb olub. Həmçinin 2 nəfər itkin düşüb. Bəzi ərazilərdə bir saat ərzində təxminən 110 mm, Yamaquçidə 48 saat ərzində 332,5 mm yağış yağıb. Yaponiya Meteorologiya Agentliyi bölgədə yağışların daha az intensivliklə də olsa davam edə biləcəyini qeyd edib.
2-07-2023, 14:33
Çikaqoda silahlı insident - 1 ölü, 3 yaralıABŞ-nin Çikaqo şəhərində baş verən atışmada 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Avtomobildəki şəxslər yolun kənarında dayanan dörd nəfərə atəş açıblar. Polisin məlumatına görə, güllə yarası alan 23 yaşlı gənc ağır vəziyyətdə Çikaqo Universitetinin Tibb Mərkəzinə aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, gənc xəstəxanada keçinib. Digər üç nəfərin vəziyyəti yaxşıdır.
Qeyd edək ki, polis faktla bağlı araşdırma aparır.
2-07-2023, 12:19
Fransada iğtişaşlar davam edir - Merin həyat yoldaşı və uşağı yaralandıFransanın İl-de-Fransa metropoliten bölgəsindəki Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edilib. Hücumda merin həyat yoldaşı və uşağının yaralandığını bildirib. Bu barədə Vinsent Janbryun twitter səhifəsində yazıb. Onun sözlərinə görə, hələ şəxsiyyəti məlum olmayan şəxslər avtomobili merin evinə çırpıblar: “Sonra həyat yoldaşım və iki azyaşlı uşağımın yatdığı evi yandırmaq üçün nəqliyyat vasitəsinə alov vurublar. Övladımın biri və həyat yoldaşım yaralanıb”. Vinsent Janbryun əlavə edib ki, hadisə baş verən zaman o, özü də meriyanın binasında olub.