28-09-2023, 14:21
Peskov Ermənistanın ratifikasiya qərarını “son dərəcə düşmənçilik” adlandırdı"Rusiya Ermənistanın Roma Statutuna qoşulmaq niyyətini alqışlamır".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Ermənistanın Roma Statutunu ratifikasiya etmək qərarını Rusiya Federasiyasına qarşı “son dərəcə düşmənçilik” adlandırıb.
"Kreml Qarabağdakı vəziyyəti, o cümlədən humanitar aspekti diqqətlə izləyir. Ermənilərin Qarabağdan getməsinin humanitar aspekti Rusiyanı xüsusilə narahat edir - insanların normal şəraitlə təmin olunması vacibdir. Putin tezliklə Ermənistana səfər etməyi planlaşdırmırdı. Rusiya OPEC+ ilə neft ixracının artırılması ilə bağlı danışıqlar aparmır və mövcud razılaşmalara əməl edir", - o qeyd edib.
28-09-2023, 13:08
Antiterror tədbirlərindən sonra regiondakı durumu yaxından izləyirik - Türkiyə MN“Qarabağda keçirilən antiterror tədbirlərindən sonra regiondakı durumu yaxından izləyirik”.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin həftəlik bülltetenində qeyd olunub.
Bildirilir ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhü dəstəkləməyə davam edir: “Qarşılıqlı hərbi təlimlərimiz, məsləhətləşmələrimiz davam edir, azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrini dəstəkləyirik. Qəhrəman Azərbaycan Ordusunun 30 ildir işğal altında olan torpaqlarını azad etmək məqsədilə başlatdığı və 44 gün davam edən müharibənin ildönümü - 27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarından keçən şəhidlərimizə Allah rəhmət eləsin. Qəhrəman qazilərimizi hörmətlə və minnətdarlıqla yad edirik”.
28-09-2023, 12:18
Ermənistan parlamenti Roma Statutuyla bağlı müsbət rəy verdiErmənistan parlamentinin müvafiq komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu ilə bağlı müsbət rəy verib.
Qanun layihəsi parlamentə göndəriləcək.
2021-ci il mayın 10-dan etibarən məhkəmənin yurisdiksiyasının tanınması təklif edilir. Komissiyanın iclasında respublikanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirib ki, Roma Statutunun ratifikasiyası Ermənistanın müdafiə üçün silah əldə etməsini asanlaşdıra bilər.
BCM-nin yurisdiksiyası soyqırım, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri kimi cinayətlərə şamil edilir. 2010-cu ildə bu siyahıya təcavüz cinayəti də əlavə edilib.
Qeyd edək ki, BCM Rusiya prezidenti Vladimir Putin haqqında həbs qərarı çıxarıb.
28-09-2023, 11:23
Britaniyanın yeni naziri Zelenski ilə görüşdüBöyük Britaniyanın yeni müdafiə naziri Qrant Şapps Kiyevə gələrək Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Bu barədə Ukrayna prezidenti sosial şəbəkələrdə yazıb.
“Ukraynaya güclü maliyyə, müdafiə və humanitar dəstəyə görə təşəkkür edirəm! Hərbi sahədə əməkdaşlığımız döyüş meydanında ukraynalı əsgərlərin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir”, - deyə o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
27-09-2023, 21:56
Ermənistan KTMT-yə daimi nümayəndə təyin etməyəcəkErmənistan KTMT-yə daimi və səlahiyyətli nümayəndə təyin etmək niyyətində deyil.
Bu barədə "Factor.am" nəşri öz mənbələrinə istinadən yazıb.
İrəvan təşkilatdakı daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqov geri çağırıldıqdan sonra onun yerinə başqasını təyin etməmək qərarına gəlib.
Nəşrin məlumatına görə, KTMT-də səfir postu vakant qalacaq.
Xatırladaq ki, sentyabrın 5-də Viktor Biyaqov Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılıb və Ermənistan Respublikasının Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
27-09-2023, 21:39
Paşinyan Fransa Prezidentiylə Qarabağı müzakirə etdiErmənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Telefon danışığı zamanı Qarabağdakı vəziyyət, eləcə də erməniəsilli sakinlərin təhlükəsizliyi müzakirə olunub.
Paşinyan və Makron ikitərəfli gündəlikdəki məsələlər barədə də fikir mübadiləsi aparıb.
27-09-2023, 20:27
Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun bərpasını alqışlayırıq - NATO"Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun bərpasını alqışlayırıq".
Bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "X"də qeyd edib.
O, həmçinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi barədə də bildirib.
27-09-2023, 20:11
ABŞ-a arxalanırlarsa, müasir tarixə baxmalıdırlar - LavrovErmənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin taleyini xatırlamalıdır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli mətbuata müsahibəsində deyib.
O qeyd edib ki, Ermənistanda Rusiyanı itirməyi, yeni dostlar qazanmağı arzulayanlar çoxdur. Lavrovun sözlərinə görə, tarixi, çoğrafi və geosiyasi olaraq Rusiyanı itirmək, onun Cənubi Qafqazdakı maraqlarını tam rədd etmək mümkün deyil:
"İrəvanda bir sıra rəhbərlər belə ümidlərlə bəslənirlər. Onlar bunu birbaşa deyirlər. Bu cür məna daşıyan fikirlər Baş nazir Nikol Paşinyanın çıxışında da olub. Əgər onlar ABŞ-a arxalanırlarsa, yəqin ki, onlar müasir tarixə baxmalıdır".
27-09-2023, 16:24
İraqda üçgünlük matəm elan olunduİraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani Naynava əyalətinin Xamadniyə şəhərində toyda baş verən yanğın nəticəsində ölənlərlə bağlı üçgünlük matəm elan edib.
Bu barədə xarici KİV məlumat yayıb.
Yanğın nəticəsində bəy və gəlin koma vəziyyətinə düşüblər. Hadisə ilə bağlı 9 nəfər həbs olunub. Müəssisənin sahibi hələ tutulmayıb.
İraq Qızıl Aypara Cəmiyyəti ölən və xəsarət alanların sayının 450-dən çox olduğunu bildirib.
27-09-2023, 16:17
Pakistanda döyüş sursatı partladı - 8 nəfər öldüPakistanın Sind əyalətinin Kaşmor diyarının Kandkot rayonunda döyüş sursatının partlaması nəticəsində azı 8 nəfər ölüb.
Bu barədə “News” qəzeti məlumat yayıb.
Bildirilib ki, döyüş sursatı kənd təsərrüfatı sahəsində oynayan yerli uşaqlar tərəfindən tapılıb. Onlar bunu evlərinə gətirib və daha sonra mərmi orada partlayıb.