Təbrik Edirik! .....                        Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                       
23-01-2023, 16:43
Rusiya və Estoniya arasında diplomatik gərginlik yaşanıb


Rusiya və Estoniya arasında diplomatik gərginlik yaşanıb

Rusiya və Estoniya arasında diplomatik münasibətlərin səviyyəsi aşağı salınır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salır. Estoniya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, ona Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı kəskin etiraz edilib. Səfirə fevralın 7-də Rusiya Federasiyasını tərk etmək tapşırılıb. "İkitərəfli münasibətlərin bu hala gəlməsində bütün məsuliyyət tamamilə Estoniyanın üzərinə düşür və Rusiya Federasiyası Estoniya hakimiyyətinin düşmən addımlarına cavab verməyə davam edəcək", - deyə bildirilib.
23-01-2023, 16:40
İranda şagirdlər arasında kütləvi zəhərlənmə baş verib


İranda şagirdlər arasında kütləvi zəhərlənmə baş verib

İranın Xorasan vilayətinin Quçan şəhərində 40 şagird dəm qazından zəhərlənib. Onlardan 15-nin vəziyyəti ağırdır. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, İran hökumətinin səriştəsiz siyasəti nəticəsində qışın şaxtalı günlərində təhsil ocaqları uşaqların sağlamlığına təhlükə törədəcək vasitələrlə isidilir. Həmçinin vurğulanıb ki, Quçanda baş verən hadisə ölkənin müxtəlif yaşayış bölgələrində hər il davamlı olaraq meydana gəlir.
23-01-2023, 16:33
Ərdoğan tərəfdarlarıyla görüşərkən duyğusal anlar yaşanıb


Ərdoğan tərəfdarlarıyla görüşərkən duyğusal anlar yaşanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada tərəfdarları ilə görüşüb. Gökdere meydanında mitinq keçirən Ərdoğan açılışdan sonra səsləndirilən Cengiz Kurtoğlunun "Duyanlara duymayanlara" mahnısını müşayiət edib. Bu zaman səhnəyə gələrək Ərdoğanın yanında dayanan bir qadın emosional anlar yaşayıb. Qadın bir anda başını Ərdoğanın çiyninə qoyub ağlamağa başlayıb. Hadisə qarşısında sakitliyini qorumağa çalışan Ərdoğan çaşqın baxışla mahnı oxumağa davam edib. Həmin anlar sosial şəbəkədə gündəm olub.
23-01-2023, 16:28
Rusiya spikeri iranlı həmkarıyla bir sıra məsələləri müzakirə etdi


Rusiya spikeri iranlı həmkarıyla bir sıra məsələləri müzakirə etdi

Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin İrana səfəri çərçivəsində bu ölkənin parlament sədri Məhəmməd Baqir Qalibafla görüşüb. Görüşdə Volodin birgə gündəm çərçivəsində gərgin hadisələrlə zəngin bir il olacağını proqnozlaşdırdığını deyib. "İki ölkənin parlamentariləri ən yüksək səviyyədə qəbul edilmiş qərarların qanunvericilik tərəfinin təmin olunması üçün hər şeyi etməlidirlər", - Volodin əlavə edib. O, iranlı həmkarını terrorizmlə mübarizə üzrə parlament sədrlərinin aprel konfransında iştirak etməyə dəvət edib. Qalibaf dəvəti qəbul edib.
23-01-2023, 16:10
Kiyevə tankların tədarükü məsələsi müzakirə olunacaq - Borrel


Kiyevə tankların tədarükü məsələsi müzakirə olunacaq - Borrel

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Ukraynaya tank tədarükündən danışıb. O, mətbuata açıqlama verərkən bu məsələyə də toxunub. "Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündə Kiyevə tankların tədarükü məsələsi müzakirə olunacaq", - deyə o bildirib. Borrel İrana yeni sanksiyalar tətbiq edilməsinin də gündəlikdə olduğunu açıqlayıb. Qeyd edək ki, Almaniyanın Ukraynaya "Leopard" tanklarının tədarükündən imtina etməsi böyük etirazlara səbəb olub.
23-01-2023, 00:03
Latın Amerikası ölkələrinə vahid valyuta təklifi gözlənilir


Latın Amerikası ölkələrinə vahid valyuta təklifi gözlənilir

Braziliya və Argentina tezliklə vahid valyutanın yaradılması üzərində işə başlayacaq. Bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Bildirilir ki, bu qərar dünyanın ikinci ən böyük valyuta blokunun yaradılmasına gətirib çıxara bilər. Braziliya valyutanın "sur" adlandırılmasını təklif edir. Əsas məqsəd regional ticarəti gücləndirmək və dollardan asılılığı azaltmaqdır. Qəzetin məlumatına görə, layihəyə qoşulmaq üçün digər Latın Amerikası ölkələri də dəvət olunacaq.
22-01-2023, 23:59
Fransa Ukraynaya edəcəyi hərbi yardıma üç şərt qoydu


Fransa Ukraynaya edəcəyi hərbi yardıma üç şərt qoydu

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ukraynaya yerli istehsal "Leclerc" tanklarının verilə biləcəyini istisna etməyib. Bu barədə o, Almaniya kansleri Olaf Şoltsla birlikdə keçirdiyi mətbuat konfransında danışıb. Makron tankların tədarük edilməsi üçün üç şərt olduğunu bildirib. Onun sözlərinə görə, birincisi, bu tank eskalasiyaya səbəb olmamalı, ikincisi, Ukrayna ordusuna real və effektiv dəstək verməli, üçüncüsü, Fransanın öz müdafiə qabiliyyətini zəiflətməməlidir. "Leclerc" 1992-2007-ci illərdə Fransada istehsal edilən müasir və yüksək texnologiyalı döyüş tanklarından biridir. Fransadan başqa, BƏƏ və İordaniya tərəfindən istifadə edilir. 120 mm çaplı silaha malik tank dəqiqədə 10 atəş sürətinə malikdir.
22-01-2023, 23:56
Baydenin prezidentliyə namizədlik faizi olduqca aşağı düşüb


Baydenin prezidentliyə namizədlik faizi olduqca aşağı düşüb

ABŞ Prezidenti Co Bayden hakimiyyətinin üçüncü ilində aşağı reytinqlə daxil olur. "Reuters-Ipsos"un apardığı rəy sorğusuna görə, amerikalıların 40 faizi Baydenin fəaliyyətini dəstəkləyir. Bu rəqəm keçən ayki sorğudan qismən çox olsa da, Baydenin 2024-cü ildə yenidən namizəd olmasını açıqlaması fonunda təhlükəli hesab edilir. Baydenin reytinqinin aşağı olması Demokratlar arasında həyəcana səbəb olub. "Gallup" təşkilatının məlumatına görə, prezidentliyinin üçüncü ilində Obamanın reytinqi 44 faiz, Trampın reytinqi 37 faiz olub. Obama nisbətən asanlıqla yenidən seçildi, Tramp isə məğlub oldu.
22-01-2023, 23:53
Ərdoğan seçkilərin keçiriləcəyi tarixi açıqladı


Ərdoğan seçkilərin keçiriləcəyi tarixi açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlayıb. Ərdoğan bu barədə Bursa şəhərində gənclərlə görüşü zamanı məlumat verib. O, seçkilərin növbədənkənar deyil, adi seçkilər olduğunu vurğulayıb. Ərdoğan Türkiyə Prezidenti olaraq seçkiləri önə çəkə bilmək hüququna sahib olduğunu söyləyib. Türkiyə lideri, həmçinin martın 10-da seçkilərin keçirilməsi ilə bağlı qərarın veriləcəyini diqqətə çatdırıb. Bundan əlavə, Ərdoğan Türkiyə müxalifətinin namizədi barədə fikirlərini bölüşüb: "Özlərinə "gəl" deyəndə gələcək, "sus" deyəndə susacaq namizəd axtarırlar". Xatırladaq ki, Türkiyədə 6 müxalifət partiyasından ibarət seçki ittifaqı hələlik namizədini açıqlamayıb. "Altılı masa" adlandırılan siyasi blok vahid namizədin fevral ayında açıqlanacağını bəyan edib.
22-01-2023, 23:47
Fransa və Almaniya Ukraynaya hərbi yardıma davam edəcəklər


Fransa və Almaniya Ukraynaya hərbi yardıma davam edəcəklər

Fransa və Almaniya arasında dostluq müqaviləsinin imzalanmasının 60 illiyi münasibətilə iki ölkənin liderləri - Emmanuel Makron və Olaf Şolts görüşüblər. Görüş zamanı hər iki lider Ukraynaya dəstəyin davam etdiriləcəyini bildirib. Makron 1963-cü il yanvarın 22-də Almaniyanın keçmiş kansleri Konrad Adenauer ilə Fransanın keçmiş prezidenti Şarl de Qoll arasında imzalanmış Yelisey sazişinin iki ölkə, Avropa və dünya üçün əhəmiyyətini vurğulayıb. Makron Ukraynaya sarsılmaz dəstəyini ifadə edib. O, Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) namizəd ölkə statusu verilməsi üçün dəstəyi davam etdirəcəklərini bildirib. Kansler Şolts Fransa və Almaniya arasındakı müqavilənin İkinci Dünya Müharibəsindən 20 ildən az bir müddət sonra imzalandığını xatırladıb, Fransa-Almaniya barışığının Avropanın birləşməsi üçün yol açdığını vurğulayıb. "Rusiya prezidenti Putinin imperialist məqsədləri var. O, sərhədləri güc yolu ilə dəyişdirməyə çalışır. Ukraynalılar bunun üçün ağır bədəl ödəyirlər. Amma Putinin imperializmi qalib gəlməyəcək", - deyə o qeyd edib. Şolts Avropada sülhün bərqərar olması üçün Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib. "Biz lazım olduğu müddətdə Ukraynanı birlikdə dəstəkləməyə davam edəcəyik. Biz ölkəni Avropada sülh layihəsini qorumaq üçün lazım olan hər şeylə təmin edəcəyik", - Şolts deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!