Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
29-01-2023, 15:38
Avtobus dərəyə aşdı, 40-dan çox insan həyatını itirdi


Avtobus dərəyə aşdı, 40-dan çox insan həyatını itirdi

Pakistanın cənubundakı Bəlucistan əyalətində avtobusun dərəyə aşması nəticəsində 40-dan çox adam həyatını itirib. Bu barədə Bəlucistanın Lasbela bölgəsinin rəsmi nümayəndəsi Həmzə Ancum bildirib. Məlumata görə, avtomobil körpüyə çırpılıb, nəticədə dərəyə düşüb və yanğın başlayıb. Onun sözlərinə görə, avtobusdakı 48 nəfərdən 41-i həlak olub. Qeyd edək ki, yol qaydalarına nadir hallarda əməl olunduğu və bir çox kənd yerlərində yolların bərbad vəziyyətdə olduğu Pakistanda ölümlə nəticələnən qəzalar tez-tez baş verir.
29-01-2023, 12:02
“İsrailin cavabı güclü, sürətli və dəqiq olacaq”


“İsrailin cavabı güclü, sürətli və dəqiq olacaq”

İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə yeddi nəfərin ölümü ilə nəticələnən fələstinli yaraqlıların hücumuna cavabının “güclü, sürətli və dəqiq” olacağını söyləyib.
O, bu barədə Təhlükəsizlik Şurasının toplantısında bildirib.
Qeyd edək ki, sinaqoqda atışma fələstinli qrupların İsrailin İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsindəki əməliyyatına cavab olub.
28-01-2023, 23:54
Son olanlar NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdı - İsveç XİN


Son olanlar NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdı - İsveç XİN

Müqəddəs "Qurani-Kərim"in yandırılması ilə bağlı aksiyalar fonunda İsveç NATO-ya üzvlük prosesini dayandırıb. Bu barədə İsveçin xarici işlər naziri Tobias Billström "Expressen" qəzetinə müsahibəsində bildirib. O, NATO ölkələrinin xarici işlər nazirlərinin iyulda Vilnüsdə keçiriləcək sammitində Türkiyənin İsveçin alyansa qoşulmasına razılıq verəcəyinə ümid etdiyini vurğulayıb. “Son bir neçə həftə ərzində baş verənlər NATO-ya qoşulma prosesini müvəqqəti dayandırdı. Əlbəttə, biz Vilnüsdə keçiriləcək sammiti səbirsizliklə gözləyirik”, - XİN başçısı deyib. Qeyd edək ki, NATO-nun növbəti sammiti 2023-cü il iyulun 11-12-də Vilnüsdə keçiriləcək.
28-01-2023, 23:48
Şolts Ukraynadakı müharibədən danışdı


Şolts Ukraynadakı müharibədən danışdı

Almaniya kansleri Olaf Şolts yeni videomüraciət yayıb. O, çıxışında Berlinin Rusiyaya qarşı siyasi kursundan və Ukraynadakı müharibədən danışıb. Şolts təkcə Ukraynaya dəstəyi deyil, həm də ölkəsinin təhlükəsizlik problemlərini nəzərə aldığını vurğulayıb. Kansler qeyd edib ki, hakimiyyətin prioriteti Almaniyanın təhlükəsizliyidir: “Bizim məqsədimiz aydındır - Rusiya güc tətbiq etməklə sərhədlərini genişləndirə bilməməlidir". Onun sözlərinə görə, Almaniyanın xarici siyasəti üç prinsipə əsaslanır: Ukraynaya humanitar, maliyyə və hərbi-texniki dəstək verilməsi; münaqişənin genişlənməsinin, onun Rusiya ilə NATO arasında müharibəyə çevrilməsinin qarşısının alınması; Birləşmiş Ştatların başçılıq etdiyi müttəfiqlər və tərəfdaşlarla bütün hərəkətlərin sıx əlaqələndirilməsi. Şolts bildirib ki, Rusiyanın Ukraynaya hücumu başlayandan Almaniya hökuməti hər zaman beynəlxalq səviyyədə razılaşdırılan qərarlar qəbul edib. O, həmçinin xatırladıb ki, Ukraynadakı “dəhşətli, qəddar və mənasız müharibə” Rusiya prezidenti tərəfindən təhrik edilib.
28-01-2023, 23:41
Misir prezidenti Ermənistanda səfərdədir


Misir prezidenti Ermənistanda səfərdədir

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi İrəvanda
səfərdədir. Bu, Misir dövlət başçısının Ermənistana ilk səfəridir. Onun həmkarı Vaaqn Xaçaturyanla görüşü gözlənilir. Qeyd edək ki, Əbdülfəttah Əs-Sisi yanvarın 27-28-də Azərbaycanda səfərdə olub.
28-01-2023, 16:04
İsraildə silahlı insident baş verdi


İsraildə silahlı insident baş verdi

İsrailin Yerusəlim şəhərində, David rayonu yaxınlığında növbəti dəfə atışma olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib, hücum edən şəxs zərərsizləşdirilib. Qeyd edək ki, yanvarın 27-də İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub. Hadisə nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.
28-01-2023, 15:44
Erməni qadınlar üçün könüllü hərbi xidmət insitutu yaradılacaq


Erməni qadınlar üçün könüllü hərbi xidmət insitutu yaradılacaq

Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradıla bilər. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, erməni qadınlar üçün könüllü hərbi xidmətlə bağlı institutun tətbiqi planlaşdırılır. Bundan əvvəl Ermənistan müdafiə nazirinin müavini Armen Sarkisyan bildirmişdi ki, qadınların hərbi xidmətə qəbulu ilə bağlı qanun layihəsi hazırlanır.
28-01-2023, 15:06
Rusiyadan başqa heç bir ölkə mənə qarşı olan ittihamları tanımayıb - Saakaşvili


Rusiyadan başqa heç bir ölkə mənə qarşı olan ittihamları tanımayıb - Saakaşvili

"Gürcüstana qayıtmaq istəyirdim, amma vaxt əlverişsiz idi. Çünki Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan bir qədər əvvəl idi". Bunu Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili deyib. Onun sözlərinə görə, başına gələn hadisələr Ukrayna Prezidenti Volodimir Zelenski üçün açıq mesajdır. Saakaşvili iddia edib ki, Rusiya Prezidenti Vladimir Putin, sələfi Dmitri Medvedev və bu ölkənin xarici işlər naziri onun nəinki fiziki cəhətdən məhv edilməsi, hətta həbs olunaraq Gürcüstanda mühakimə olunması barədə göstəriş veriblər. “Rusiyadan başqa dünyanın heç bir ölkəsi mənə qarşı irəli sürülən ittihamları və ya hökmləri tanımayıb. Mən Gürcüstana qayıtmaq istəyirdim, amma vaxt əlverişsiz idi - Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan bir qədər əvvəl. Ola bilsin, Gürcüstana 2021-ci ilin oktyabrında qayıtmağımı planlaşdıran şəxslər Rusiyanın agentləri olub", - eks-prezident vurğulayıb.
28-01-2023, 15:02
Türkiyədə yanğın - Sakinlər təxliyə olundu


Türkiyədə yanğın - Sakinlər təxliyə olundu

Türkiyədə meşə yanğını baş verib. Antalyanın Alanya mahalının Toslak, Emişbeleni, Güzelbağ və Bayırkozağacı ərazilərində meşəlik sahədə yanğın olub. Hadisə səbəbindən sakinlər təxliyə olunub. Əraziyə yanğınsöndürən briqadalar cəlb edilib. Güclü külək yanğının söndürülməsini çətinləşdirib. Yanğının qarşısını almaq üçün tədbirlər davam etdirilir.
27-01-2023, 22:34
Avropa İttifaqından baş verən hadisəylə bağlı başsağlığı


Avropa İttifaqından baş verən hadisəylə bağlı başsağlığı

Avropa İttifaqı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib. Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano bildirib. "Aİ Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Azərbaycan XİN-ə və Azərbaycan xalqına başsağlığı verir. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Biz qəlbən həlak olan şəxsin ailəsinin yanındayıq. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Ətraflı istintaq aparılacağına və cavabdehliyə ümid edirik", - deyə Peter Stano vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!