İlham Əliyev həmkarına təşəkkür etdi .....                        Gürcüstan müdafiə naziri Zakir Həsənova zəng etdi .....                        İran vətəndaşları Azərbaycan üzərindən qayıda bilməyəcəklər .....                        Paşinyan təcili iclas keçirdi: regiondakı vəziyyət müzakirə olundu .....                        İsrail Azərbaycanla həmrəydir - Nazir Bakıya zəng etdi .....                        Almaniya da Azərbaycana hücumu qınadı .....                        Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib .....                        Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı - Nazirlər Kabineti .....                        Əraqçi Ceyhun Bayramova ZƏNG ETDİ .....                       
19-03-2023, 23:22
Quru qoşunlarını inkişaf etdirmək üçün çox iş görməliyik - Putin

Quru qoşunlarını inkişaf etdirmək üçün çox iş görməliyik - Putin

"2014-cü ildən bəri Rusiya iqtisadiyyatın gücləndirilməsi və idxalı əvəzləmənin inkişafı üçün çox işlər görüb. Rusiya Federasiyasının maliyyə sistemində, düşmənin gözləntilərinə baxmayaraq, heç nə çökməyib, hər şey işləyir". Bunu Rusiya prezidenti Vladimir Putin deyib. "Rusiya Ukrayna ilə bağlı vəziyyətin sülh yolu ilə həll oluna biləcəyi ehtimalından çıxış etdi və qarşıdurmaya can atmadı. Saxta tərəfdaşlar isə Donbas məsələsini dinc yolla həll etmək niyyətində deyildilər", - deyə o söyləyib. "2014-cü ildə Rusiyanın hipersəs silahları yox idi, lakin indi digər müasir sistemlər kimi o da var. Rusiya Federasiyası quru qoşunlarını inkişaf etdirmək üçün hələ çox iş görməlidir", - Rusiya prezidenti əlavə edib.
19-03-2023, 15:16
Serbiya və Kosova münasibətləri normallaşdırmağa qərar verdilər

Serbiya və Kosova münasibətləri normallaşdırmağa qərar verdilər

Serbiya və Kosova münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər. Serbiya prezidenti Aleksandr Vuçiç, Kosova baş naziri Albin Kurti və Avropa İttifaqı nümayəndələri bunun üçün Şimali Makedoniyada bir araya gələrək 12 saatlıq danışıqlar aparıblar. Nəticədə bir sıra məsələlər üzrə razılıq əldə olunub. Anlaşma əldə olunan məsələlər arasında Kosovada serb icmasının bələdiyyəsinin yaradılması da var. Görüşdə Aİ-ni xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Jozep Borrel təmsil edib. Həmçinin Şimali Makedoniya təmsilçisi də toplantıya qatılıb.
19-03-2023, 15:13
Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsinin açılmasına hazırlaşır

Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsinin açılmasına hazırlaşır

Ermənistanın Dövlət Gəlirləri Komitəsi Türkiyə ilə sərhəddə keçid məntəqəsinin açılmasının mümkünlüyü ilə bağlı hazırlıqlara başlayıb. Dövlət Gəlirləri Komitəsi texniki təchizat üçün Metsamor icmasına müraciət edib. Bildirilib ki, hazırda gömrük nəzarəti prosesinin təmin edilməsi istiqamətində araşdırma aparılır. Söhbət gömrük binasından və sərhədə bitişik digər yarımçıq infrastrukturdan gedir.
19-03-2023, 14:49
Zelenski Suriya Prezidentinə sanskiya tətbiq etdi

Zelenski Suriya Prezidentinə sanskiya tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski 300 fiziki və 141 hüquqi şəxsə sanksiya tətbiq edib. Sərəncam Ukrayna prezidentinin saytında yayımlanıb. Bildirilib ki, onların 3-ü Suriya, 7-si İran və qalanları isə Rusiya vətəndaşlarıdır. Sanksiya tətbiq edilən şəxslər arasında Suriya Prezidenti Bəşər Əsəd də var. Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Əsəd Moskvaya səfəri zamanı Rusiyanın Ukrayna vilayətlərini ilhaq etməsini tanıyıb.
18-03-2023, 17:56

18-03-2023, 17:49
Polis İmran Xanın iqamətgahına basqın etdi

Polis İmran Xanın iqamətgahına basqın etdi

Pakistan polisi keçmiş baş nazir İmran Xanın Lahordakı iqamətgahına basqın edib. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Bildirilib ki, polis Xanın "Təhrik-e-İnsaf" partiyası və tərəfdarlarının yaratdığı blokadanı aradan qaldırmağa çalışıb. Xanın tərəfdarları polislərə daşla müqavimət göstərib. Daha sonra keçmiş baş nazirin iqamətgahının damından polisə atəş açılıb. Polis Xanın iqamətgahının əsas qapısını açıb və orada polisə hücum üçün istifadə edilən maskalar, "Molotov kokteyli", dəmir dəyənəklər aşkar edib. "Reuters" agentliyinin məlumatına görə, polis 60-a yaxın şəxsi həbs edib.
18-03-2023, 17:25
Çavuşoğlu Abdullahianla İranla Azərbaycan əlaqələrini müzakirə etdi

Çavuşoğlu Abdullahianla İranla Azərbaycan əlaqələrini müzakirə etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb. Bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Telefon danışığı zamanı İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasından məmnunluq ifadə edilib. Nazirlər, həmçinin İran və Azərbaycanın qarşılıqlı əlaqələrinin son vəziyyətini müzakirə ediblər.
18-03-2023, 15:09
Qazaxıstanda sükut günü elan edilib

Qazaxıstanda sükut günü elan edilib

Bu gün Qazaxıstanda martın 19-da keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi sükut günüdür. Sükut günündə namizədlərin təbliğat-təşviqatı qadağan edilib. Seçkiqabağı təşviqat edənlər inzibati məsuliyyətə cəlb olunacaq. Qeyd edək ki, Qazaxıstanda 1991-ci ildə müstəqillik əldə etməsindən sonra doqquzuncu dəfə baş tutacaq parlament seçkiləri bələdiyyə seçkiləri ilə birlikdə keçiriləcək.
18-03-2023, 14:55
Macarıstan da Finlandiyanın NATO-ya üzv olmasına razılıq verdi

Macarıstan da Finlandiyanın NATO-ya üzv olmasına razılıq verdi

Macarıstanın hakim partiyası bu ayın sonunda keçiriləcək parlament sessiyasında Finlandiyanın NATO üzvlüyünü təsdiqləmək niyyətindədir. Bu barədə partiyanın yaydığı bəyanatda deyilir. Parlamentdə səsvermə martın 27-də keçiriləcək və hakim Fidesz partiyası Finlandiyanın təklifinin lehinə yekdilliklə səs verəcək. Partiya bildirib ki, İsveçin NATO-ya qəbulu ilə bağlı qərar daha sonra veriləcək. Qeyd edək ki, Türkiyə də Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib.
17-03-2023, 23:41

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!