4-11-2022, 16:28
4 ölkələrin XİN rəhbərləri görüşdüABŞ, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri görüşüb. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken "Twitter" hesabında bildirib. "Geniş spektrli mövzular üzrə gedən müzakirələrimizi və koordinasiyamızı davam etdirmək üçün görüşdük. Transatlantik əməkdaşlıq qlobal problemlərin həlli üçün açardır", - Blinken deyib. Qeyd edək ki, görüş Almaniyada G7 ölkələrinin XİN başçılarının iclası çərçivəsində baş tutub.
4-11-2022, 16:20
Putin səfərbərliyə cəlb olunanların sayını açıqladıRusiyada qismən səfərbərlik çərçivəsində orduya 318 min nəfər cəlb olunub. Bu barədə məlumatı Rusiya Prezidenti Vladimir Putin açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslərin 49 mini artıq döyüş tapşırıqları icra edir, digərləri isə hazırlıq mərhələsindədir. Putin, həmçinin qeyd edir ki, Rusiya Silahlı Qüvvələrinə qoşulmaq istəyən könüllü şəxslərin axını davam edir: “Buna görə, səfərbərliyə cəlb olunanların sayı artıq 300 mini ötüb”. Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlik oktyabrın 28-i başa çatıb. Səfərbərlik çərçivəsində 300 min nəfərin orduya cəlb olunması planlaşdırılırdı.
4-11-2022, 16:10
Ərdoğan Qərbi günahlandırdıTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini Afrikanın aclıqdan əziyyət çəkən ölkələrinin problemlərinə biganə yanaşmaqda günahlandırıb.
Butov.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, o, rusiyalı həmkarı Vladimir Putinlə ehtiyacı olan ölkələrə pulsuz taxıl tədarükü haqqında razılığa gəliblər. Ərdoğan deyib ki, 2022-ci il noyabrın 15-16-da İndoneziyada keçiriləcək G20 sammitində Afrika ölkələrinin ərzaq təminatı məsələsini qaldırmağı planlaşdırır. Türkiyə lideri Qərbin Afrika ölkələrindəki aclıq problemlərinə münasibətini tənqid edərək, bunu biabırçılıq adlandırıb. O, Qərbi bu problemlər fonunda “insanlıq dərsi” verməkdə suçlayıb. Noyabrın 3-də Rusiya Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə ixracı üçün “taxıl müqaviləsi”ndə iştirakını bərpa etmək qərarına gəlib. Rəsmi Moskva bildirib ki, Rusiya tərəfi Ukraynadan zəmanət alıb, ona əsasən, Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib. Türkiyə danışıqlarda vasitəçi kimi çıxış edib.
4-11-2022, 16:07
Ukrayna Avropa İttifaqına daxil olacaq - ZelenskiABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Amerika cəmiyyətinin əksəriyyəti Ukraynanın yanındadır. Ona görə də Amerika cəmiyyətinin Ukraynaya dəstəyinin davam etdirilməsi ilə bağlı narahatlığa əsas görmürəm. Bunu xarici KİV-ə müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Zelenski deyib ki, Amerika cəmiyyətinin seçiminə hörmətlə yanaşacaqlarını açıqlayıb:"Müharibə ona görə başladı ki, Rusiya bizi müstəqil ölkə, Avropa ölkəsi kimi tanımır. Xalqın müstəqil olmaq istədiyi Belarusda da eyni şey olacaq. Niyə Rusiya Belarusda insanların necə yaşamasına qərar verməlidir?". Zelenski, həmçinin ölkəsinin Avropa İttifaqına daxil olacağını söyləyib: "Gec və ya tez olacağını demək istəmirəm, çünki artıq gec olduğuna inanıram”.
4-11-2022, 15:28
Rəisi Baydenə cavab verdi: İran əsla sağmal inək olmayacaq!İran prezident İbrahim Rəisi ABŞ prezidenti Co Baydenin “Biz tezliklə İranı azad edəcəyik” açıqlamasına cavab verib.
Butov.az xəbər verir ki, İbrahim Rəisi ABŞ-ın müharibələrdə və qan tökülmələrində aparıcı rol oynadığını, xalqların maraqlarını öz maraqları naminə məhv etdiyini bildirib. O, ABŞ prezidenti Co Baydeni İrandakı iğtişaşları dəstəkləməkdə ittiham edib. İran prezidentinin sözlərinə görə, bu gün imperializmin simvolu ABŞ-da hökmranlıq edən sistemdir. O, Amerikanı “böyük şeytan” adlandırıb. İbrahim Rəisi çıxışının sonunda belə deyib:“Bir neçə saat əvvəl ABŞ prezidentinin İranı azad etmək istədikləri ilə bağlı açıqlamalarını eşitdim. Baydenə demək istəyirəm: İran 43 il bundan əvvəl azad edilib və biz heç vaxt sağmal inək olmayacağıq!”.
4-11-2022, 15:23
“Putinlə razılaşdıq, taxıl pulsuz veriləcək” - ƏrdoğanTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə taxıl məsələsində razılığa gəldiklərini açıqlayıb. Ərdoğan bu barədə 19-cu MÜSİAD “Expo” sərgisində çıxışı zamanı danışıb.“Vladimir Putin taxılı pulsuz şəkildə Cibuti, Somali və Sudana göndərmək barədə təklif etdi. Həmfikir olduq, razılaşdıq. Atmalı atdığımız addım budur. Ehtiyacı olan ölkələrə taxıl pulsuz çatdırılacaq”, - Türkiyə lideri əlavə edib. Qeyd edək ki, bir neçə gün öncə Rusiya “taxıl sazişi”nin icrasını bərpa edib. Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Moskva Ukraynadan yazılı təminat alıb - Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib.
4-11-2022, 15:20
İsrail Qəzzaya zərbələr endirdiİsrail Fələstinin Qəzza zolağına zərbələr endirib. Bu addımın HƏMAS-ın raket zərbələrinə cavab olaraq atıldığı bildirilib. İlkin məlumata görə, İsrail hərbçilərinin zərbələri nəticəsində yaralanan və ya ölən olmayıb. Qeyd edək ki, Qəzza zolağı Fələstinin əsas hissəsi olan İordan çayının qərb sahillərindən kənarda yerləşir. Aralıq dənizi sahilində yerləşən ərazi uzun müddət embarqo altında saxlanılıb.
4-11-2022, 14:57
Türkiyə ordusu şəhid verdiTürkiyə ordusunun hərbi qulluqçusu İraqda şəhid olub. Hadisə İraqın şimalındakı “Pençe-Kilit” əməliyyat bölgəsində baş verib. Terrorçuların açdığı atəş nəticəsində hərbçi Lokman Akçağlayan həyatını itirib. Hazırda bölgədə antiterror əməliyyatları davam etdirilir.
4-11-2022, 14:52
Rusiya enerji terroru həyata keçirir - ZelenskiUkrayna Prezidenti Volodimir Zelenski Rusiyanı ölkəsinə qarşı “enerji terroru” həyata keçirməkdə günahlandırıb.
Butov.az xəbər verir ki, Zelenski Rusiyanın Ukraynanın enerji təchizatı sistemlərinə hücum etdiyini bəyan edib. Onun sözlərinə görə, Rusiya tərəfindən Ukraynanın elektrik infrastrukturuna vurulan zərər nəticəsində 4.5 milyon insan işıqsız qalıb. “Rusiya Ukraynaya qarşı enerji terroru gerçəkləşdirir”, - deyə o əlavə edib.
4-11-2022, 14:50
Koreya yarımadasında gərginlik - Qırıcılar havaya qaldırıldıCənubi Koreya aviasiyası təyyarələrini havaya qaldırıb. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Koreyanın bu addımı Şimali Koreyanın hərəkətlərinə cavab olaraq atdığı bildirilib. Belə ki, KXDR son vaxtlar hərbi aviasiya sahəsində aktivləşmə nümayiş etdirir. Bu ölkə tərəfindən ümumilikdə 180-ə yaxın təyyarənin iştirakı ilə manevrlər gerçəkləşdirilib. Qeyd edək ki, ABŞ müdafiə naziri Lloyd Ostin də Şimali Koreyanın addımlarını pisləyib.