Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
25-11-2022, 20:49
Putin Təhlükəsizlik Şurasını topladı


Putin Təhlükəsizlik Şurasını topladı

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Görüş zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən sammitinin yekunları müzakirə edilib. Eyni zamanda G20-nin yekunları və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə İstanbulda keçirdiyi görüş barədə fikri mübadiləsi aparılıb.
25-11-2022, 20:41
Putin müharibədə ölən hərbçilərin analarına söz verdi


Putin müharibədə ölən hərbçilərin analarına söz verdi

Rusiya prezidenti Vladimir Putin bu gün Ukraynadakı müharibədə iştirak edən hərbçilərin anaları ilə görüşüb. Putin görüşdə hərbçi analarına müraciət edib. Prezident övladları müharibədə ölən analara əvvəlcə başsağlığı verib. Sonra əmin edib ki, o və ölkənin bütün rəhbərliyi hərbi əməliyyatlar zamanı oğullarını itirmiş anaların ağrısını bölüşürlər. “Oğullarını itirən analara başsağlığı verməklə bağlı heç bir rəsmi, standart sözlər deməyə dil dönmür, amma bilmənizi istəyirəm: şəxsən mən, bütün ölkə rəhbərliyi, biz bu ağrıya şərikik, başa düşürük ki, analar üçün oğlunu, övlad itkisini heç nə əvəz edə bilməz”, - deyə dövlət başçısı hərbi qulluqçuların analarına müraciət edib. Putin söz verib ki, ölən hərbçilərin anaları özlərini unudulmuş hiss etməsinlər deyə, ölkə hakimiyyəti hər şeyi edəcək.
25-11-2022, 16:25
Ermənistan sərhəd döyüşlərindəki mövqeyinə görə İrana təşəkkür etdi


Ermənistan sərhəd döyüşlərindəki mövqeyinə görə İrana təşəkkür etdi

Ermənistan-İran hökumətlərarası komissiyasının 17-ci iclasının yekunlarına əsasən qəbul edilmiş tapşırıqların icrası üzrə qrupun iclası yaxın vaxtlarda İranda keçiriləcək. Bu barədə baş nazirin müavini Mher Qriqoryan və İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Zohuri arasında keçirilən görüşdə bildirilib. Hökumətin mətbuat xidmətinin məlumatına görə, Qriqoryan İranla əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində döyüşlər zamanı İranın İrəvanı müdafiə etməsini yüksək qiymətləndirib və Tehranın məqsədyönlü bəyanatlarına görə minnətdarlığını bildirib. Tərəflər həmçinin regional kommunikasiyaların bağlanması halında Ermənistan və İran arasında dəmiryol xəttinin istifadəyə verilməsi imkanlarını da müzakirə ediblər. Ermənistan hökumətinin sədr müavini və iranlı diplomat xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini də açıqlayıblar.
25-11-2022, 15:48
Brüssel görüşü ləğv olundu – Prezident səbəbini açıqladı


Brüssel görüşü ləğv olundu – Prezident səbəbini açıqladı

Dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri
Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək. Bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. Dövlət başçısı görüşün keçirilməməsinin səbəbini açıqlayıb: “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.
25-11-2022, 15:42
Qırğızıstan parlamentinin binasında yanğın


Qırğızıstan parlamentinin binasında yanğın

Qırğızıstan parlamentində yanğın baş verib. Butov.az xəbər verir ki, yanğın binanın zirzəmisində qeydə alınıb. Binada olan şəxslər təxliyə edilib.
25-11-2022, 15:36
Məkkədə leysan - Ölənlər və xəsarət alanlar var


Məkkədə leysan - Ölənlər və xəsarət alanlar var

Səudiyyə Ərəbistanının Məkkə şəhəri və ətraf rayonlarda cümə axşamı səhər saatlarında başlayan güclü yağışlar nəticəsində iki nəfər ölüb. Bu barədə krallığın eyniadlı əyalətinin hakimiyyət orqanları məlumat yayıb. Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin məlumatına görə, ən çox yağıntı Ciddə vilayətinin dənizkənarı ərazilərinə düşüb. Güclü yağışlar tufan külək və dolu ilə müşayiət olunub. Yerli hakimiyyət Məkkəni Ciddə ilə birləşdirən magistral yolu bağlayıb, bu şəhərlərin hava limanlarında uçuşların əksəriyyətini ləğv olunub. Mülki müdafiə xidmətləri əhalini hava şəraitinin normallaşacağına qədər zərurət olmadıqca evlərini tərk etməməyə çağırır.
25-11-2022, 15:34
Ukrayna əhalisinin 60 faizi evlərində qalıb


Ukrayna əhalisinin 60 faizi evlərində qalıb

Ukraynada əhalinin təxminən 60 faizi müharibəyə baxmayaraq, evlərini tərk etməyib. Bu barədə “Gradus Research” tədqiqat şirkətinin apardığı sorğunun nəticələrində qeyd olunub. Sorğuya əsasən, digər ukraynalılar hərbi əməliyyatlar başlayanda ölkəni tərk etmək məcburiyyətində qalıblar, lakin onların yarısı artıq evlərinə qayıdıb. Qeyd edək ki, sorğu 18-60 yaşlı 50 000-dən çox əhalisi olan şəhərlərin sakinləri arasında keçirilib. Sorğuda 2000 respondent iştirak edib.
25-11-2022, 08:04
İnsan Hüquqları Şurası İranla bağlı beynəlxalq faktaraşdırıcı komitənin yaradılmasına səs verib

İnsan Hüquqları Şurası İranla bağlı beynəlxalq faktaraşdırıcı komitənin yaradılmasına səs verib

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası İslam Respublikasının iranlıların inqilabi qiyamını yatırtması ilə bağlı xüsusi iclasında İranın etirazları ilə bağlı beynəlxalq faktaraşdırıcı komitənin yaradılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib.
İnsan Hüquqları Şurasının 25 üzvü bu qətnamənin lehinə, altı üzvü əleyhinə səs verib və 16 üzv isə bitərəf qalıb.
Ermənistan, Çin, Kuba, Pakistan, Venesuela və Eritreya bu qətnamənin əleyhinə səs verib.
Çin iranlıların ümummilli qiyamını araşdırmaq üçün “fakt araşdırma komissiyası”nın yaradılmasını nəzərdə tutan qətnamə mətninin bir hissəsinin çıxarılmasını tələb edib.
Çinin təklif etdiyi bu düzəliş təklifi 25 əleyhinə, 6 lehinə səslə və 15 bitərəf olmaqla rədd edilib.
Qətnamədə bildirilir ki, Şura müstəqil faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. Onun vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İranda insan hüquqlarının pozulmasını hərtərəfli və müstəqil şəkildə araşdırmaq olacaq. Missiya mümkün pozuntularla bağlı faktları və şəraiti müəyyən etməli, həmçinin sübutları toplamalı, təhlil etməlidir.
Şuranın 2023-cü ilin yayında baş tutacaq 53-cü sessiyasında bununla bağlı hesabat təqdim ediləcək.
Xüsusi iclasda iştirak edən Çin, Şimali Koreya, Venesuela və Kuba nümayəndələri İranda insan haqları ilə bağlı qəbul olunan qətnaməni bu ölkənin daxili işlərinə müdaxilə adlandırıblar.
İran prezidentinin Qadın və Ailə Məsələləri üzrə İdarəsinin beynəlxalq məsələlər üzrə baş direktoru Xədicə Kərimi BMT-nin İnsan Haqları Şurasının bu xüsusi iclasının keçirilməsini “aldadıcı hərəkət” adlandırıb.
Həmçinin, İslam Respublikasının məhkəmə sisteminin beynəlxalq məsələlər üzrə müavini və insan haqları qərargahının katibi Kazım Qəribabadi bu görüşün keçirilməsinə münasibət bildirərkən Almaniya xarici işlər nazirinin bu görüşdəki bəyanatını “fırıldaqçı” adlandırıb. .
Qeyd edək ki, bu qətnamənin təsdiqindən sonra Almaniyanın xarici işlər naziri Analena Berbuk öz twitter səhifəsində paylaşım edib. “Qətnaməmizin lazımi səs çoxluğunu qazanacağına əmin olmasaqda hərəkət etdik və buna tərəfdarlar topladıq. İndi nəticə göz qabağındadır, ədalət və İran xalqı üçün birlik”,-deyə, Berbuk paylaşımında yazıb.
24-11-2022, 18:24
Putin Semyon Peqovu təltif etdi


Putin Semyon Peqovu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin "WarGonzo" layihəsinin müəllifi, ermənipərəst jurnalist Semyon Peqovu mükafatlandırıb. Butov.az xəbər verir ki, Peqov "İgidliyə görə" medalı ilə təltif edilib. Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı dezinformasiyalar yayan Peqov bir müddət əvvəl minaya düşüb.
24-11-2022, 18:22
İranda edam olunanların dəhşətli statistikası


İranda edam olunanların dəhşətli statistikası

İranda cari ilin sentyabr ayınadək 400-dən çox adam edam olunub. Son 5 ildə ilk dəfədir ki, bu ölkədə edam edilənlərin sayı 400 nəfəri ötüb. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk bildirib. Onun sözlərinə görə, İranda 2020-ci ildə 276 nəfər, 2021-ci ildə isə 330 nəfər edam edilib. F.Türk qeyd edib ki, hazırda 85 uşaq edam hökmünün icrasını gözləyir. İl ərzində iki azyaşlı edam edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!