29-07-2022, 19:35
Gürcüstanda helikopter qəzaya uğradı Gürcüstanın Qudauri kurort zonasında Daxili İşlər Nazirliyinin sərhəd xidmətinə məxsus helikopter qəzaya uğrayıb. Bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilib ki, qəzaya uğrayan helikopterin göyərtəsində DİN-in Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri və tibb işçiləri olub.
29-07-2022, 19:23
Meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edildiABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində meymunçiçəyinə yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.
Butov.az-ın məlumatına görə, bu qərar yerli hakimiyyət orqanlarına xəstəliklə mübarizə üçün daha çox əməkdaş səfərbər etməyə imkan verəcək. Qeyd olunur ki, iyulun 29-dək şəhərdə meymunçiçəyinə 291 yoluxma aşkar edilib. Statistikaya əsasən, ABŞ-da indiyədək qeydə alınan 4,9 min yoluxmanın 40 faizdən çoxu San-Fransisko və Nyu-York ştatının payına düşür.
29-07-2022, 19:10
Marmarisdə güclü meşə yanğını başlayıbTürkiyənin Marmaris bölgəsində güclü meşə yanğını başlayıb.
Butov.az xəbər verir ki, yanğın ərazisi yaşayış yerlərinə yaxın olduğundan ciddi təhlükə yaradıb. Yanğının söndürülməsinə 5 təyyarə və 8 helikopter, həmçinin yanğınsöndürən avtomobillər cəlb edilib.
29-07-2022, 19:06
Yarış partlayışla bitdi - Yaralılar varƏfqanıstanda kriket oyunu zamanı partlayış baş verib. Bu barədə ölkənin Kriket Şurası məlumat yayıb. Yerli liqa matçı zamanı Kabilin əsas kriket stadionunda baş verən partlayışda 4 nəfər yaralanıb. Məlumata görə, oyunçulardan heç bir xəsarət almayıb.
27-07-2022, 21:49
Makron qiyamçıları vurmaq üçüm PUA-lar göndərirFransa Beninə regionu təhdid edən qiyamçılarla mübarizə aparmağa kömək etmək üçün pilotsuz uçuş aparatları (PUA) və daha mürəkkəb silahlar verə bilər. Bu barədə Fransa Prezident Emmanuel Makron çərşənbə günü deyib. Makron bildirib ki, Fransa artıq Beninə kəşfiyyat, təlim dəstəyi və digər mülki yardımlar təqdim edir. O, tezliklə nəqliyyat vasitələri, mina təmizləmə avadanlığı, gülləkeçirməz jiletlər və gecəgörmə avadanlığı tədarük edəcəyini bildirib.
27-07-2022, 20:17
Filippin Rusiyadan helikopter almaqdan imtina etdi
Filippin hakimiyyəti Rusiyadan hərbi helikopter almaqdan imtina edib. Bu barədə AP agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Filippin 16 ədəd Mi-17 helikopteri almaq üçün 2021-ci ildə Rusiya ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 227 milyon dollardır. Mənbələr bildirir ki, Filippin ABŞ-ın sanksiyalarına məruz qalmamaq üçün müqaviləni ləğv etmək niyyətindədir. Hələlik rəsmi qərar olmasa da, müqavilənin tezliklə ləğv ediləcəyi vurğulanıb.
27-07-2022, 20:14
Putin Kadırovu mükafatlandırdı
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovu mükafatlandırıb. Bu barədə Kadırov teleqram kanalında məlumat paylaşıb. Çeçen lider bildirib ki, Putin onu regionun sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə "Aleksandr Nevski ordeni" ilə təltif edib. Kadırov bundan sonra da Rusiyanın rifahı naminə fədakarlıqla xidmət edəcəyinə söz verib: "Mənim üçün Rusiya Prezidentindən mükafat almaq ən böyük şərəfdir. Mən Vladimir Vladimiroviç Putinə etimada və regionumuzun inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edirəm”.
27-07-2022, 20:08
Almaniya Ukraynaya artilleriya satılmasına razılıq verdi Almaniya hökuməti Ukraynaya 100 ədəd "Panzerhaubitze 2000" özüyeriyən artilleriya qurğularının satılmasına razılıq verib. Bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb. Bildirilir ki, "Krauss-Maffei Wegman" şirkəti aprel ayında Ukraynaya 1,7 milyard avro dəyərində artilleriya qurğuları satılmasına icazə istəyib. Almaniya hökuməti icazəyə müsbət cavab verib. İlk haubitsaların Ukraynaya nə vaxt çatacağı hələlik bəlli deyil. Haubitsaların istehsalı bir neçə il üçün nəzərdə tutulub. Bundan əvvəl Almaniya Ukrayna 7 ədəd artilleriya qurğuları göndərib.