57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
3-12-2021, 16:59
Qızı ölən Xalq artistinin ayaqları tutuldu

Xalq artisti Əlibaba Məmmədovun səhhətində problem yaranıb.

Lent.az-a açıqlama verən 92 yaşlı sənətkar bildirib ki, ayaqları tutulub:

“Evdən çölə çıxmıram. Çünki yeriyə bilmirəm. Ayaqlarımda problem yaranıb. Evdə müalicə olunuram. İnşallah, yaxşı olar”.

Qeyd edək ki, Ə.Məmmədovun bir neçə ay öncə qızı dünyasını dəyişib. O, övladının vəfatından sonra bu açıqlamanı vermişdi:

“Qızım rəhmətə gedib. Atalar övlad çiynində o biri dünyaya yola salınar, amma məndə əksinə oldu”.

Bütöv.az
3-12-2021, 16:00
İran hakimiyyəti xalq etirazları ilə üz-üzə: Sonu necə olacaq? - VİDEO

Teokratik rejimin sərt təzyiqlərinə və basqılarına baxmayaraq, İranda əhalinin getdikcə daha da dərinləşən sosial-iqtisadi problemlərlə bağlı kütləvi etirazları səngimir.

Az qala hər gün ölkədə hansısa şəhərdə və ya hansısa istehsal müəssisəsində işçilərin tətil və nümayişləri barədə xəbərlər yayılır. Bəzi aksiyalar isə özünün miqyasına və ictimai-siyasi mahiyyətinə görə beynəlxalq aləmdə rezonans və diqqət doğuraraq, İranda sadə əhalinin məruz qaldığı çeşidli məhrumiyyətlərin üzərinə işıq salır.

Son həftələrdə İranın üçüncü böyük şəhəri olan İsfahanda baş verən və bəzi media orqanlarının “qanlı cümə” adlandırdığı hadisələrlə nəticələnən kütləvi etirazlar da bu qəbildəndir.

Daha ətraflı “Azad İran”ın hazırladığı süjetdə:



Bütöv.az
2-12-2021, 13:57
İran sərhədində nə baş verib? - VİDEO

Əfqanıstanla sərhəddə İran ordusu ilə “Taliban” arasında baş verən toqquşma dayanıb.

Bütöv.az xəbər verir ki, bu barədə “Etimad” nəşri məlumat yayıb. İran XİN sözçüsü Səid Xətibzadə də döyüşlərin iki ölkə arasında təmaslardan sonra dayandığını bildirib. Məlumata görə, toqquşma zamanı tərəflər ağır silahlardan istifadə ediblər. Nimroz əyalətində baş verən toqquşma zamanı tərəflərin itkiləri barədə məlumat verilmir. Tehranın iddiasına görə, atəş “Taliban” tərəfindən başlayıb.
“Taliban” İran fermerlərinin sərhədi keçmək istəməsinə silahla qarşılıq verib. Tehran sərhəd-keçid məntəqələrinin “Talibanın” nəzarətinə keçməsi barədə məlumatı təkzib edib.


30-11-2021, 00:41
“Azərbaycanlıların deportasiyası” mövzusunda müsabiqə elanı

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması “Azərbaycanlıların deportasiyası” mövzusunda müsabiqə elan edir. Müsabiqənin əsas məqsədi tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən azərbaycanlıların 1948-1953-cü illər və 1988-1991-ci illər deportasiyalarının növbəti ildönümləri ərəfəsində erməni faşizminin əli ilə bölgənin türk-müsəlman əhalisinə qarşı həyata keçirilmiş etnik təmizləmə siyasətinin mahiyyətini, deportasiya ilə bağlı yeni faktları, sübutları üzə çıxarmaq və ictimailəşdirməkdir.
MÜSABİQƏNİN ŞƏRTLƏRİ
Müsabiqəyə 2021-ci il dekabr ayının 01-dən 2022-ci il mart ayının 01-ə qədər olan müddətdə dərc olunmuş və həmin tarixə qədər heç yerdə dərc edilməmiş yazılar qəbul olunur;
Müsabiqəyə martın 05-dən 15-ə qədərki müddətdə yekun vurulacaq və nəticəsi mətbuatda elan olunacaqdır.
İŞTİRAK MEYARLARI:
Müsabiqədə müsabiqə elan olunan günədək ən azı 1 il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər;
Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;
YAZILARIN QƏBULU QAYDASI:
yazının dərc olunduğu mətbuat orqanı (qəzet) - 1 nüsxə;
yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə;
yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə.
MÜSABİQƏYƏ TƏQDİM OLUNMUŞ YAZILARIN MÜKAFATLANDIRILMASI:
I yer üçün 1 nəfər (300 manat);
II yer üçün 2 nəfər (200+200 manat);
III yer üçün 3 nəfər (100+100+100 manat);
Həvəsləndirici mükafat – 5 nəfər.
Qaliblər həmçinin Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının xüsusi diplomu ilə təltif ediləcəklər. Müsabiqənin qaliblərinin məqalələri kitab şəklində nəşr ediləcək.
Ünvan: Ziya Bünyadov pr. 48/54
Ayna Sultanovanın heykəlinin yaxınlığında

TEL: ( 012) 562 39 65
vetenyolu@gmail.com
27-11-2021, 15:26
Papikyan ordu rəhbərliyini topladı:

Ermənistan Müdafiə Nazirliyində silahlı qüvvələr rəhbərliyinin toplantısı keçirilib.
İclasda müdafiə naziri Suren Papikyan ordudakı irimiqyaslı islahatlar prosesinin ardıcıl və effektli aparılmasının vacibliyindən danışıb.
O bildirib ki, respublika rəhbərliyi nə yolla olursa-olsun, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi tapşırığını verib. Eyni zamanda erməni ordusunda nizam-intizam məsələsindəki çatışmazlıqların da aradan qaldırılması hədəf seçilib.
Papikyan bildirib ki, vacib məqsədlərdən biri hərbçilərin peşəkarlığının artırılmasıdır və bu istiqamətdə ciddi addımlar atılacaq.
Qeyd edək ki, erməni ordusunda başıpozuqluq, daxili atışmalar səbəbindən son vaxtlar onlarla əsgər ölüb.

27-11-2021, 07:29
Bölgədəki diktatorların kuklaları Türkiyə hökumətinə niyə hücum edirlər?!


Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı ilahiyyatçı Veysəl Orucov özünün sosial şəbəkə hesabından Ərdoğan haqqında maraqlı paylaşım edib:
"Niyə İslam düşmənləri, bölgədəki diktatorların kuklaları, daxildə və xaricdəki cəsuslar Türkiyəyə və Türkiyə hökumətinə hücum edirlər?!
Niyə iqtisadi böhran bəhanəsi ilə lirənin ucuzlaşmasını səbəb gətirərək küçələrə axışırlar?
Niyə 100 il əvvəl ikinci Əbdülhəmidi taxtdan saldıqları kimi, prezident Ərdoğanı devirmək istəyirlər?
Çünki prezident Ərdoğan dövründə Türkiyə hökuməti:
-Türkiyə iqtisadiyyatını 111-ci yerdən 16-cı yerə yüksəltdi;
-Avropanın ən böyük hava limanını tikdirdi;
-Son 10 ildə 125 məscid, 189 dini məktəb və 510 xəstəxana açdırdı;
-O, işləyən hər bir Türkiyə vətəndaşının maaşını üç dəfə artırdı;
-O, ölkəsinin milyardlarla dollarlıq xarici borcunu ödədi;
-İsraili rəsmi olaraq üzr istəməyə məcbur etdi;
-Texnoloji inkişaf üçün 35.000 tədqiqat mərkəzi tikdirdi;
-Türkiyəni dünyada söz sahibi etdi;
-Bütün türk məktəblərində Quran və hədis tədrisini təşviq etdi;
-Universitetlərdə hicab qadağasını aradan qaldırdı;
-Myanmar, Suriya, İraq və bir çox digər bölgələrdən olan 10 milyon qaçqını müharibə və aclıq səbəbi ilə qəbul etdi;
-İllər sonra Böyük Ayasofya Məscidini yenidən ibadət üçün açdırdı və orada Allah kəlamını ucaltdı;
-Erməni quldurlarına qarşı var gücü ilə AZƏRBAYCANA kömək etdi......
Əziz türk milləti, əziz müsəlmanlar, HƏDƏF ƏRDOĞANDIR!
Heç kəsə aldanmayaq, içimizdəki aslanları qoruyaq ki, düşmən itlərinə ov olmayaq.
Dollar 13 lirə yox, 50 lirə olsa da biz səninləyik Türkiyəm.
Bizim üçün mənəviyyat maddiyyatdan öndədir.
Allah Türkiyə dövlətini və prezident Rəcəb Tayyib Ərdoğanı İslam düşmənlərinin şərrindən qorusun."
26-11-2021, 17:53
"Zəngəzuru verməsək Azərbaycan güc tətbiq edəcək" - Paşinyan çarəsizdir

Sünikin (Zəngəzurun) meri ilə görüşən Ermənistanın Baş nazirinin söhbət zamanı dedikləri üzə çıxıb.

Paşinyan deyib ki, bizi 30 ildir aldadıblar, “Arsax” Azərbaycanındır. Metbuat.az xəbər verir ki, bu dialoq barədə Ermənistanın “Hraparak” məlumat yayıb. Paşinyan söhbət zamanı deyib ki, Ermənistan yolları bağlaya, Zəngəzuru Naxçıvanla bağlayan yolu verməyə bilməz. Hökumət başçısı etiraf edib ki, o, razılaşmalara əməl etməsə Azərbaycan güc tətbiq edərək, istəyinə nail olacaq.
Paşinyan Azərbaycana müqavimət göstərmək üçün qüvvələrinin olmadığını etiraf edib.

Bütöv.az
24-11-2021, 13:17
Nizami Gəncəvinin fransız dilində nəşr olunmuş kitabı təqdim olundu

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə fransız dilində nəşr olunmuş “Nizami Gəncəvinin Qəzəlləri və Kəlamları” adlı kitabın təqdimatı olub.

Bütöv.az-ın məlumatına görə, təqdimat “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində baş tutub.

Təqdimatda bildirilib ki, kitab Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən maliyyələşdirilib və Fransada fransız dilində çap olunub.

Təqdimatdan sonra Beynəlxalq Forum çərçivəsində “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri” mövzusunda ilk panel müzakirələrinə başlanılıb.
23-11-2021, 16:06
Sabah Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu işinə başlayır

Sabah Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) öz işinə başlayır.

Bütöv.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Foruma həsr olunan brifinqdə məlumat verib.

Forumun mövzusu “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” adlanır və şairin anadan olmasının 880 illiyinə həsr edilib.

24-26 noyabr tarixlərini əhatə edəcək NGBF dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, ”Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır.

Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Üç gün davam edəcək Forumda Türkiyə və Özbəkistanın mədəniyyət nazirləri də iştirak edəcək.

Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili planlaşdırılır.

Elnur Əliyevin bildirdiyinə görə, məqsəd həm şair, həm də dahi Azərbaycan mütəfəkkiri olmuş Nizami Gəncəvinin əhatə dairəsini göstərməkdir.

Forumda müxtəlif ölkələrdən iştirak edəcək nümayəndələr Nizami Gəncəvinin ideyalarının onların coğrafiyasına, ölkədəki idarəçilik formasına və təbii ki, ədəbi janrlara təsirlərindən danışacaqlar.
18-11-2021, 23:55
Bu gediş  bambaşqaydı

Polad Poladov


Dərs yenicə başlamışdı. Müəllim köhnə mövzunu şagirdlərin necə qavramasını yoxladıqdan sonra yeni mövzuya keçmək istəyirdi ki, məktəbin zəngi çalındı və uzun müddət zəng səsi kəsilmədi. Bütün müəllimlər odaya tələsdilər və tələsik də odadan geri qayıtdılar. Şagirdlərə göstəriş verdilər ki, siz evlərinizə gedin…
Biz nə baş verdiyini anlaya bilmirdik. Evə gəldik. Evdə dedilər ki, bəs Vətən Müharibəsi başlayıb. Kəndə maşınlar gəlib, gedirdi. Atam da o maşınlardan birinə minib rayon mərkəzinə getməyə tələsirdi. Evdən çıxanda üzümüzə baxıb kövrəldi və duyğulandığını gizlədib, azacıq gülümsəyərək, salamat qalın- dedi. Evdən çıxıb maçın yoluna çatana kimi bir neçə dəfə dönüb geriyə baxdı. Onun bu gedişi bambaşqa idi. O, rayona gedəndə bir dəfə də olsun geri baxmazdı. Bu dəfə isə...
Günün axşam xəbərlərində eşitdik ki, cəbhədə gərgin döyüşlər gedir. Hamı nigaran idi. Mən indi anlamışdım ki, atam niyə gedəndə tez -tez geri baxırdı.
Səhər yenicə açılmışdı. Biz məktəbə hazırlaşırdıq. Anam üzümüzə baxa-baxa nəsə demək istəyir, amma heç nə demirdi. Səssiz-səmirsizcə bizi məktəbə yola saldı. Artıq uşaqların hamısı siniflərə dolmuşdu. Nədənsə zəngin səsi gəlmirdi. Vaxt keçmişdi. Biz sinif otağından çölə sıxdıq ki görək niyə zəng çalınmır. Gördük ki, qadın müəllimələrimizin hamısı odanın qabağında dayanıb. Həmişə şən, gülərüz görünən, deyib gülən müəllimələrimiz indi sükut içindədirlər. Anladıq ki, müəllimələrdən heç biri kişi müəllimlər olamyan odaya girmək istəmirlər. Heç odanın qapısından qıfıl da açılmamışdı. Xadimələr müəllimlərsiz qapını açmaq istəmirdilər.
Az sonra uzun illər məktəbimizdə direktor işləmiş Tahir müəllimin bu yaşlı halında yavaş-yavaş məktəbə tərəf gəldiyini gördük. Biz onun qabağına qaçıb qarşısında sıraya düzüldük. Bir anlığa onun hər səhər dərsə gəlib bizi salamladığı vaxtları düşündük. Tahir müəllim bizi görmürmüş kimi yanımızdan keçib müəllimlər odasına tərəf getdi. Müəllimələrə çatanda bir an dayandı, arxaya dönüb, Salam uşaqlar,- dedi. Müəllimələr də uşaqlara qarışıb “Salam Müəllim” dedilər.
Tahir müəllim odaya yaxınlaşdı. Təqaüdlə bağlı neçə illərdi məktəbdən ayrılanda odanın açarının birini yeni direktor hörmət əlaməti olaraq ondan almamışdı. Açarı cibindən çıxarıb qapının qıfılını açdı. Odanın qapısını açanda bayaqdan gizlətdiyi kövrəkliyi saxlaya bilmədi. Gözlərindən yaş süzüldü. Müəllimələr də Tahir müəllimə qarışıb elə bil ki, bayaqdan gözləyirdilər ki, kimsə bunlara bir təkan versin ki, gözlərindən sel axsın.
Tahir müəllim içəri boylandı. Müəllimlər döyüşə tələsdiklərindən hərəsinin əşyaları bir yerdə qalmışdı. Atamın qələmi açıq jurnalın ortasında, onun yanında oturan coğrafiya müəllimimizin xəritə çubuğu stolun üstündə idi ( Hansı ki, o çubuq əlimizə başqa vaxt keçsəydi qırardıq. Çünki, müəllim o çubuqla kim dərsini bilməsə onu vurardı). Riyaziyyat müəllimimizin motosikletinin açarı yadından çıxıb burda qalmışdı. Digər riyaziyyat müəllimimizin stolunun üstündə bir vərəq vardı. Vərəqdə kvadrat tənlik həll edirmiş, dikrimantı tapanda "D=" yazıb və elə burdaca qələmi vərəqin yanına qoyub, çıxıb. Rus dili müəllimimiz hansısa dərsə gedəcəkmiş,- deyə həmin sinfin yoxlama dəftərlərini hazır qoymuşdu. Bunları görəndə kövrəlməmək mümkünsüz idi.
Qocaman Tahir müəllim qadın müəllimələrə göstəriş verdikdən sonra şagirdlər siniflərə getdi.
Beləcə 44 gündən sonra Vətən Müharibəsi başa catdı. Hamı həsrətlə hər gün gözləyirdi ki, görəsən döyüşə gedən müəllimlərimizdən kim qayıdacaq. Həyəcan gündən günə artırdı. Birdən kəndə səs yayıldı.
Dolayıdan Hərbi Maşın gəlir...

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!