Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
20-02-2026, 20:36
Bir Gün Biz Qayıdacağıq!!!

Namiq MURADOV

Qərbi Azərbaycan İcması Gənclər Şurasının üzvü

Bir Gün Biz

Qayıdacağıq!!!


Nə qədər də mənalı və dərin bir kəlmədir Vətən. Şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir Vətən kəlməsinin. Vətən deyərkən anamızı, ana deyərkən vətənimizi düşünürük. Mən gözlərimi soyuq bir qatarda açmışam bu dünyaya. Öz doğma yurd yuvasından zorla deportasiya olunan bir ailənin ilk övladı olaraq. Uşaqlığım doğma el-obam Zəngəzur mahalı Qafan rayonu haqqında olan nənə və babalarımın xatirələrini duymaqla keçib. Onlardan eşitdiklərim uşaq yaddaşıma hoparaq, məni xəyali bir qəhrəman kimi bir anlıq da olsa Qafanımın səfalı yerlərinə aparırdı. Amma bu xoş xatirələrdə sevinclə bərabər, bir ağrı-acı da var idi. İstər 1903-1905, istərsə də 1918 və sonda 1988 – ci soyqırım və deportasiyanı yaşamış tarixin ağır sınaqlarından çıxmış bir nəslin nümayəndəsiyəm.
Deyirlər vətən itkisi ayrı hissdir, bəli bu fikirlərlə razıyam çünki bu hissləri mən dünyaya gəldiyim ilk günlərdən hiss edib, o hisslərlə yaşayıram. Özümü deportasiya qurbanı sayıram, çünki ilk gözlərimi açdığım o andan ümidsüz doğma el obalarından didərgin salınmış bir ailənin övladı olmuşam. Doğma elindən didərgin düşən insanlarımızın acı fəryadları, fəlakətləri yaxın tarixin erməni zülmündən qaynaqlanan acı bir xatirədir. Düşmən tapdağında sahibsiz qalıb qəribləşən ata yurdumuzun - Qafanımızın gözəl günləri, erməni zülmünün cəhənnəmə çevirdiyi insan həyatları, toplu faciələri, işğal altında qalan yer-yurdları haqqında eşitdiyim fikirlər, o ağrı-acıya, o həsrətə qoşulan şeirləri dinləyərək, deyilən acılı-şirinli xatirələri duyaraq keçib uşaqlığım.
Bu gün mən bir ümüdlə yaşayıram, biz qayıdacağıq, doğma Qafanımıza cismən görmədiyim amma valideyinlərimin, nənəmin və babalarımın xatirələrində canlanan doğma elimizə. Cənab Prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti, dünya arenasında qazandığımız uğurlar və 44 günlük Vətən müharibəsində yazdığımız qələbə tarixi bunları deməyimə əsas verir. Və o gün “Ana yurdum Mən Qayıtdım” deyəcəm!
7-02-2026, 15:42
75 illik mənalı   ömür yolu


75 illik mənalı

ömür yolu


Elmdə istedad, həyatda vicdan, davranışda əxlaq – insanın xarakter bütövlüyünü, onun ləyaqətli və xeyirxah İnsan olmasını müəyyən edən ən vacib meyarlardır. Alim yalnız məlumat toplayan, bilik daşıyan bir varlıq deyil, o, ətrafına nur saçan, düşüncələri işıqlandıran, qaranlıqda yol göstərən mənəvi mayakdır.
Dahi Nizami demişkən, “insanı insandan üstün edən yalnız İnsanlığıdır.” Bu həqiqəti Benjamin Franklin də təsdiqləyirdi: “İnsanın ən ali məqsədi İnsanlıqdır.” Həqiqi İnsan isə xeyirxah düşüncəsi, xeyirxah sözü və xeyirxah əməli ilə tanınır. Belə insanların varlığı özü bir məktəb, davranışı bir örnək, əxlaqı bir dəyərdir. Onlar cəmiyyətin mənəvi sütunlarıdır: bir ağac kimi kökü torpaqda möhkəm, budağı göylərə ucalmış, kölgəsi isə hər kəsə şəfqət verən. Sözünün və davranışının gözəlliyi, xarakterinin dürüstlüyü, əxlaqının bütövlüyü ilə seçilən bu fəzilət sahibləri hər zaman başqalarına yol göstərən günəş kimidir: özləri yanaraq ətrafı işıqlandırarlar.
Bu işıqlı insanlar sırasında 75 illik ömrünü elmə, insanlığa və mənəvi dəyərlərə həsr edən, adı çəkilincə ziyalılıq, müdriklik və təvazökarlıq simvolu kimi göz önündə canlanan əziz dostumuz Müseyib İbrahim oğlu İlyasov xüsusi yer tutur. Onun həyatı İnsanlığın nə demək olduğunu təsdiqləyən bir dastandır: sözündə həqiqət, əməlində dürüstlük, münasibətlərində səmimiyyət, elmi axtarışlarında əzmkarlıq və fədakarlıq var. Onun 75 illik həyat yolu ləyaqətli bir alim ömrünün hekayəsi, xeyirxahlıq salnaməsi və ləyaqət kitabıdır.
Oğuldərədən başlanan ömür yolu
Hər böyük insanın həyatında bir başlanğıc olur -təbiətin nəfəsini duyduğu, torpağın ona saflıq bəxş etdiyi və xarakterinin formalaşdığı doğma yurd yeri. Xoşbəxt o kəslərdir ki, gözünü dünyaya sakitlikdən, səmimiyyətdən, paklıqdan yoğrulmuş belə məkanlarda açır. Belə başlanğıclar insanın ruhunu saflaşdırır, qəlbinə xeyirxahlıq toxumu səpir.
Müseyib İbrahim oğlu İlyasov da məhz belə bir torpağın övladıdır - Laçın rayonun Oğuldərə kəndinin. Oğuldərə Müseyib müəllimin yaddaşında təbiətin və insanlığın harmoniyasını yaşadan müqəddəs bir ocaq kimi, yurd yeri kimi qalıb. Ucsuz-bucaqsız dağların qoynunda, mavi səmanın lacivərd ətəyində yerləşən bu kəndin camaatı sanki çəmənliklərin nəfəsini, buz bulaqlarının şəffaflığını öz ruhunda cəmləşdirib.
Oğuldərənin səhərləri başqa idi: dağların üzərindən süzülən günəş şüası, dərələrin içindən nəfəs alan sükut, çayların şırıltısının yaratdığı ilahi ahəng insanın qəlbinə və ruhuna sakitlik verirdi. Müseyib müəllimin xarakterindəki saflıq, sözündəki duruluq, davranışındakı alicənablıq, əxlaqındakı bütövlük, məncə, Laçın torpağının buz kimi bulaqlarından, tərtəmiz havasından, rəngbərəng qayalarından və min bir gülün ətri gələn çəmənlərindən süzülüb gələn bu saflığın davamıdır.
Kəndin adamları da təbiəti kimi saf, bulaqları kimi duru idi. Kənddə evlərin qapısı qıfılsız qalar, insanlar bir-birinə etimad edər, böyüyə ehtiram, kiçiyə mərhəmət, qonağa hörmət göstərilərdi. Belə bir sağlam mənəvi mühit Müseyib İlyasovun taleyinə də öz möhürünü vurub: o, həmin mühitin daşıdığı dəyərləri özü ilə böyüdüb, həyatının mənasına çevirib. Kənd həyatında gördükləri, eşitdikləri onun üçün əsl həyat məktəbi olub. Kənddəki insani münasibətlər, ədəb-ərkan qaydaları, yazılmamış əxlaq normaları onun davranışına təvazökarlıq, insanlarla münasibətinə səmimilik, elmi-pedaqoji fəaliyyətinə dürüstlük və saflıq qatıb. Müseyib müəllimin şəxsiyyət bütövlüyü Laçın küləklərinin sərtliyini deyil, bulaqlarının duruluğunu, çəmənlərinin təmizliyini, insanlarının halallığını xatırladır.
Onun doğulub boya-başa çatdığı Oğuldərə kəndinin yazı bir başqa idi: nərgizin, bənövşənin, novruzgülünün, lalələrin ətiri torpağa təravət verir, bahar nəfəsi insanın ruhunu isidir, qəlbində bir yüngüllük, bir sevinc oyadırdı. Yayın biçənəkləri, payızın səssizliyinin yaratdığı nisgil, qışın qarla örtülmüş gecələrinin poetik sükutu insanları valeh edirdi. Hesab edirəm ki, bütün bu gözəlliklər Müseyib müəllimin xarakterindəki təmkinə, daxili işığa, sakit və ölçülü-biçili hərəkətə, aydın düşüncəyə öz möhürünü vurub. Oğuldərə Müseyib müəllimin yaddaşında və ruhunda toxunulmaz, əbədi və müqəddəs qalıb.

İlyasovlar nəslinin işığı: baba və nəvə Müseyib

İlyasovlar nəslinin tarixində adları eldə-obada hörmət və ehtiramla çəkilən onlarla dəyərli nümayəndələri olmuşdur. Bu nəsildə maarifçiliklə məşğul olan isə professor Müseyib İlyasovun babası Qori Müəllimlər Seminariyasının məzunu Müseyib İlyasovdur. Baba Müseyib İlyasov yalnız müəllim deyil, həm də öz əməlləri ilə cəmiyyətə işıq saçan, insanların düşüncələrini nurlandıran, ruhlarını zənginləşdirən bir maarifçi olub. Onun əməlləri, bilik və təcrübəsi ilə yetişən gənc nəsil xalqın maariflənməsində əvəzsiz rol oynayıb ki, onların da içərisində İlyasovlar nəslinin təmsilçiləri az deyil. İlyasovlar nəslində babalarının şərəfli adına layiq olan ziyalılar çoxdur, amma onun əməllərini yaşadan, maarifçilik ideyalarını yeni dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirən, təmsil etdiyi elin və elmin fəxrinə çevrilən, pedaqogika elmləri doktoru elmi dərəcəsinə, professor elmi adına, Əməkdar müəllim fəxri adına sahib olan yalnız nəvə Müseyib İlyasovdur.

Aim ömrünün bioqrafiyası

Müseyib İlyasov 11 fevral 1951-ci ildə Laçın rayonunun Oğuldərə kəndində elağsaqqalı İbrahim müəllimin ailəsində anadan olub. 1957-1965-ci illərdə Oğul-dərə kənd 8 illik məktəbində, 1965-1967-ci illərdə Laçın şəhər orta məktəbində, 1967-1971-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) Pedaqoji fakültəsində təhsil alıb. 1971-1977-ci illərdə Laçın rayonunun Oğuldərə kənd orta məktəbində müəllim və təlim - tərbiyə işləri üzrə direktor müavini işləyib. Laçın rayon Təhsil Şöbəsinin qərarı ilə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi iş təcrübəsinin yayılması məsləhət bilinib. 1972-1973 -cü illərdə hərbi xidmətdə olub.
1978-ci ildə arzularının işığında Bakıya gəlib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Ümumi pedaqogika kafedrasında pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə əyani aspiranturaya qəbul olunub. Azərbaycan təhsil və pedaqoji fikir tarixinin müqtədir tədqiqatçısı prof. Hüseyn Əhmədovun rəhbərliyi ilə elmi yaradıcılığı başlayıb, Bakının və Moskvanın mərkəzi kitabxanalarında araşdırmalar aparıb, dövrünün görkəmli pedaqoq və psixoloqları ilə təmasda olub, onların mühaazirələrini dinləyib, dissertasiya işi bağlı verdikləri təklif və tövsiyələri nəzərə almaqla qısa bir vaxtda elmi araşdırmalarını başa çatdırıb. 1981-ci ildə Ümumi pedaqogika kafedrasında müəllim kimi pedaqoji fəaliyyəmtə başlayıb. Azər¬baycanda pedaqoji elmlər üzrə Müdafiə Şurası olmadığından xeyli gözləməli olub, nəha¬yət ki, 1987 -ci ildə “Kənd məktəblərarası tədris-istehsalat kombinat¬larında şagirdlərin peşəyönümünün pedaqoji əsasları” mövzusunda namizədlik (fəlsəfə dok¬torluğu) dissertasiyasını uğurla müdafiə edib. Elmi uğurları artdıqca, vəzifə pil¬lələrində də sürətlə yüksəlib. 1989-cu ildə Ümumi pedaqogika kafedrasında baş mü¬əllim, 1991-ci ildə dosent vəzifəsinə seçilib.
1989-1997 -ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-biologiya fakültəsində ictimai əsaslarla dekan müavini vəzifəsində işləyib.
2011-ci ildə “Şagirdlərin peşə seçməyə hazırlanmasının pedaqoji əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edən Müseyib müəllim 2017-ci ildə professor elmi adı alıb. 2013-2025-ci illərdə ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri vəzifəsində çalışıb. Universitetin və Məktəbəqədər təhsil fakültəsinin Elmi Şurasının üzvüdür. ADPU -nun Elmi - Metodik Şurasının üzvü, fakültə Elmi-Metodik Şurasının sədridir.
1997-1998-ci illərdə Azərbaycan ETPEİ-də fəaliyyət göstərən pedaqogika üzrə ixtisaslaşmış Müdafiə Şurasının üzvü, 2007-2010-cu illərdə ADPU-da Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, təhsil və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasları üzrə Dissertasiya Şurasının elmi seminarının üzvü, 2013-2015 -ci illərdə elmi seminarın sədri olub.
2010-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Fəlsəfə, pedaqogika, psixologiya və ilahiyyat komissiyasının Ekspert Şurasının elmi katibi, 2012-2018-ci illərdə isə Fəlsəfə, pedaqogika və psixologiya elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur. 2018-ci ildə Filologiya və pedaqogika elmləri üzrə Ekspert Şurasının üzvüdür.
1984-1995-ci illərdə Respublika televiziyasında ayda bir dəfə efirə çıxan ”İstehsalatın əsasları. Peşə seçmə” adlı televiziya tədris proqramının aparıcısı olub. 1980 - 1990 -cı illərdə Respublika “Bilik” cəmiyyətinin xətti ilə respublikamızın müxtəlif bölgələrində əhali arasında pedaqoji biliklərin yayılmasında iştirak edib.
1982-1984-cü illərdə üç dəfə (hər biri 10 gün olmaqla) Ümumittifaq Komsomol Təşkilatı Mərkəzi Komitəsinin, SSRİ Maarif Nazirliyinin və SSRİ Pedaqoji Elmlər Akademiyasının Rusiyanın Yaroslav vilayətinin Rostov-Velikiy və Zveniqorod şəhərlərində təşkil etdikləri “Gənc alimlər və mütəxəssislər məktəbi”nin iştirakçısı olmuşdur.
1992-1997-ci illərdə N.Tusi adına ADPU-nun “Pedaqoji Universitet Xəbərləri”nin pedaqoji - psixoloji elmlər seriyasının, 2007-2010-cu illərdə “Beynəlxalq Universitet Xəbərləri”-nin pedaqoji-psixoloji elmlər seriyasının məsul katibi olub. 2016-cı ildən ADPU-nun “Pedaqoji Universitet Xəbərləri” jurnalının “Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası”nın redaktor müavinidir. “Pedaqogika”, “Peşə təhsili və insan kapitalı”, “Pedaqoji tədqiqatlar” elmi-metodik jurnallarının redaksiya heyətinin üzvüdür.
Prof.Müseyib İlyasov zəngin və çoxçaxəli yaradıcılıq kredosuna malik tədqiqatçı alimdir. O, 10 monoqrafiya, dərslik və dərs vəsaitinin, 200-dən artıq elmi-pedaqoji və publisistik məqalənin, 35 tədris proqramının, 10 metodik göstərişin müəllifidir. 10 kitabın və 30-dan çox tədris proqramının elmi redaktoru və 6 kitabın tərtibçisidir. Məqalələri Bakı, Moskva, Səmərqənd, Tbilisi, Kiyev, Kirovoqrad və Tolyattidə nəşr olunan nüfuzlu jurnallarda çap edilib. “Vektor” Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsr Azərbaycan ziyalıları” müsabiqəsinin qalibi olmuşdur.
2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib, 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Təhsil naziri Emin Əmrullayevin sərəncamı “Azərbaycan Dövlət Pedaqoji Universiteti- 100” (2023) yubiley medalına, ayrı-ayrı təhsil qurumlarının Fəxri fərman və diplomlarına layiq görülüb.
Müseyib İlyasovun ailə portreti
Laçın rayonunun Oğuldərə kəndində İbrahim kişinin zəngin adət-ənənəsi olan ailəsində böyüyən, kiçik yaşlarından zəhmətə alışan, mehriban ailə münasibətləri işığında pərvazlanan Müseyib müəllim özü də gözəl və səmimi bir ailənin sahibidir. Ailənin dəyərlərini qoruyub saxlayan, onları yüksək qiymətləndirən Müseyib müəllimin həyat yoldaşı Nuriyyə xanım Pedaqoji Universitetin Tarix fakültəsinin məzunudur. Hazırda Nərimanov rayonundakı 82 saylı məktəbdə tarix müəllimi işləyir. Novator və peşəkar müəllim kimi tanınan Nuriyyə xanım Respublikanın Əməkdar müəllimi fəxri adına layiq görülüb.
Bu xoşbəxt və səmimi ailədə üç övlad böyüyüb. Valideynlərindən-ilk müəllimlərindən əxlaq, mənəviyyat və həyat dərsləri alan, özləri də ailə sahibləri olan bu övladlar müxtəlif sahələrdə uğurla çalışırlar. Böyük qızı Könül ingilis dili müəllimi, kiçik qızı Aygün həkimdir. Oğlu Ruslan isə “ADA” Universitetinin məzunudur, təhlükəsizlik sahəsində xidmət edir.
Müseyib müəllim həm də nurani-pirani bir babadır. Nəvələri Nihat, Dəniz, Sənan, Aqil, Nilufər onun ruhuna sığal, qəlbinə sevinc, həyatına işıq verən bir ilham mənbəyidir. Nəvələrinin gülüşündə, onların uğurlarında Müseyib müəllim öz əzmkarlığının, səbrinin və sevgisinin gücünü görür. Onlarla keçirdiyi hər an onun qəlbində dərin xoşbəxtlik və mənəvi zənginlik yaradır.
Müseyib müəllimin böyük ailəsi onun həyatının dayağı və enerji mənbəyidir. Onların varlığı Müseyib müəllimə elmi -pedaqoji fəaliyyətini daha həvəslə və zövqlə davam etdirməyə ilham verir.
Arzular, diləklər...
Professor Müseyib İlyasovun 75 illik ömrü yalnız bir insanın həyat hekayəsi deyil, həm də Azərbaycan maarifi, elm və təhsili üçün böyük xidmətlərin, elmi uğurların və mənəvi dəyərlərin canlı salnaməsidir. Onun dəyərli araşdırmaları, pedaqoji fəaliyyəti və maarifçilik ənənələrinə sadiqliyi gələcək nəsillərə örnək olacaq əvəzsiz bir irsdir. Müseyib İlyasov həm tanınmış pedaqoq alim, səriştəli idarəedici və müəllim, həm də nurlu insan, sədaqətli dost, övladları, tələbələri və həmkarları üçün dəyərli şəxsiyyətdir.
Onun 75 illik ömür kitabını vərəqləyərkən görürük ki, bu kitabda yalnız akademik uğurlar, elmi nailiyyətlər yer almayıb, həm də təvazökarlıq, mənəvi zənginlik və insanlıqla dolu olan bir ömrün yadda qalan anları öz əksini tapıb.
Əziz dostumuz professor Müseyib İlyasovu yubileyi münasibəti ilə ürəkdən təbrik edir, bundan sonra da ömrünün sağlam, elmi-pedaqoji fəaliyyətinin faydalı olmasını arzu edirik.

Fərrux RÜSTƏMOV

ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

5-02-2026, 22:56
Gecikmiş bir etiraf...   "Şəhid sinif yoldaşıma"


Cəmilə QAFARQIZI



Gecikmiş bir etiraf...

"Şəhid sinif yoldaşıma"


Xeyli zamandır səndən yazmaq istəyirdim, amma yaza bilmirdim. Bilmirəm, nədəndir...Yəqin ki, ruhun məni bağışlayar. Bu soyuq qış gecəsində, elə sənin də şəhid olduğun ayda qələm götürdüm.
Bir az əvvələ qayıtmaq istəyirəm...
Eylaz Namaz oğlu Orucovla on il eyni sinifdə oxumuşam. Məktəbli-uçaqlıq, yeniyetməlik illərimizi bir sinifdə bölüşmüşük. Təbii olaraq çox sakit, ağıllı, savadlı bir oğlan idi. Riyaziyyatı elə bil özününkü bilirdi - sinifdə ona "Riyaziyyatın atası" deyirdik. Zəif oxuyan uşaqlara kömək edərdi. Dərsə gələn kimi, həll etdiyi ev tapşırıqları dəftərini partanın üstünə qoyar, "köçür, köçür" deyə başlardı.
Eylaz çox mədəni idi, xüsusilə də qızlara qarşı. Şeir də yazardı sinifdəki qızların hər birinin adına. Məktəbi bitirdikdən sonra Çingiz İldırım adına Politexnik İnstitutuna daxil oldu. Hərbiyə xüsusi marağı vardı. Məktəb illərindən sonra onu bir daha görmədim. Hər ikimiz Bakıda ali məktəbdə oxuyurduq, amma onunla rastlaşmadıq. Tətillərdə kəndə gedəndə də evlərimiz bir birindən uzaq məhəllələrdə olduğu üçün görüşə bilmədik. Bacısı Rəqibə bizim məhəlləyə gəlin köçmüşdü, ondan Eylazı xəbər alardım.
Gənclik illəri sürətlə keçdi. Millətimizə mənfur erməni faşizmi illərlə öz xislətində gizlətdiyi niyətlərini göstərdi. Bizi əsrlərlə yaşadığımız doğma elimizdən, evimizdən, obamızdan didərgin saldılar. Doğma Lehvazımızdan, məktəbimizdən, dağlarımızdan, dərələrimizdən, çəmənliklərimizdən, bulaqlarımızdan çaylarımızdan, bağlarımızdan və doğma insanlarımızdan aralı düşdük. Qarabağ müharibəsi başladı. İgid gənclərimiz vətənin müdafiəsinə qalxdı.
I Qarabağ Müharibəsi başlamışdı. Mənim qardaşlarım İlqarla Yavər də döyüşdə idi. Lehvaz kəndindən xeyli gənc könüllü olaraq müharibəyə yollanmışdı. Eylaz da işindən ayrılaraq könüllü olaraq Azərbaycan Ordusuna yazıldı. O, ali təhsilinə görə ehtiyatda olan zabit idi. Eylaz sərhəd rayonumuz Tovuz ərazilərində gedən döyüşlərə qatıldı. Tankçı idi. Müharibədən gələn ölüm xəbərləri hamımızı nigaran edirdi. 1994-cü ilin fevral ayının 1-də Orucovlar ailəsinə Eylazın şəhid olması xəbəri çatdırıldı. Atası Namaz dayını Nərimanov Rayon Hərbi Komissarlığına çağırdılar. Bu xəbər təkcə Eylazın ailəsini yox, bütöv kəndimizi, elimizi sarsıtdı. Sinif yoldaşları ilə toplaşıb Eylazgilin evinə getdik. Həyətdə onun böyük çərçivəyə salınmış şəklini gördük. Atası beli bükülmüş, üzü solmuş Namaz dayı bizi görəndə gur səslə haray çəkdi:
"Deyin, mənim Eylaz balam hanı!?"
Bu fəryada dözmək mümkün deyildi. Evə qalxmaq, çox ağır idi. Anasının, bacısının iniltisi hələ də qulaqlarımdadır. Anası Tərlan xala Eylazdan danışa-danışa ağlayırdı. Hamımız donub qalmışdıq. Onda bildim ki, Eylazın heç övladı olmayıb. Ana deyirdi: "Kaş balamın bir balası olardı, heç olmasa qoxusunu ondan alardım..." Bu xəbər məni çox sarsıtdı. Eylaz kimi vətənpərvər, savadlı, mədəni bir oğulun bir nişanəsi də qalmamışdı. Bu, çox ağır idi... Ananın, bacının, qardaşların ürəkdağlayan göz yaşları insanı yandırırdı.
Bu gün cümə günüdür... 15 yanvar 2026-cı il
Eylaz, Allah sənə rəhmət eləsin!
Bilirəm, bu yazıda çox gecikmişəm. Yəqin ki, ruhun məni bağışlayar. Məclislərdə bacın Rəqibə xanımı görəndə məni bağrına basır, gözləri dolur. Bilirəm, səni xatırlayıb kövrəlir. 44 günlük Vətən müharibəsindən sonra, Qərbi Azərbaycan İcması yaradıldıqdan sonra Lehvaz icması adından Eylazgilin evinə baş çəkdik. Bu dəfə bizi nə atası Namaz dayı, nə də anası Tərlan xala qarşıladı. Onlar Eylazın vaxtsız gedişinə dözə bilməmiş, onun ruhuna qovuşmuşdular. Yenə həmin ev, yenə həmin pilləkənlər... Amma bu dəfə içimdə qəribə bir sevinc vardı. Axı qələbə çalmışdıq. Torpaqlarımız geri qaytarılmışdı. Eylaz kimi oğullarımızın ruhu şad idi.
Evin küncündə onun şəklinin qarşısında dayandım və pıçıldadım:
"Rahat yat, Eylaz... Qələbə müjdəsiylə sənin ata evinə gəlmişəm." Qəbirüstünə dəfələrlə getdik. Evlərində ona aid şəkillər var idi. Evdə yenə də bir sükut, bir sərinlik duyulurdu.
Əziz sinif yoldaşım, şəhidlik zirvəsinə ucalan igid... Bilmirəm sənə nə deyim. Təkcə bir cümlə pıçıldadım:
Sən qəhrəmansan. Sən əsl vətənpərvərsən. Sən Lehvazın igid oğlusan.
Sən sinfimizin, elimizin, obamızın, bütöv Azərbaycanın qəhrəmanısan.
Bir xatirə də canlandı gözümün önündə... Aşağı sinifdə oxuyurduq. Sonuncu dərs idi, qış ayıydı. Leyli müəllimə dedi ki, tənəfüsdə sinifdən çıxmayın. Biz uşaqlar ilə oynayırdıq. Saçlarıma çəhrayı lent bağlamışdım. Eylaz lentimin ucunu peçə tutdu, lent yanmağa başladı. Mən qorxudan onu itələdim, əli peçə dəyərək yandı. Müəllimə Eylazın əlinə məlhəm çəkdi, məni də danladı. Zəng vurulsa da gözüm Eylazdaydı, özümü günahkar hiss edirim. Əli ağrısa da, o mənə heç nə demədi...
Bu gün xatirələr işığına yığışmışıq,
Eylaz Ruhun məni bağışlayar, bu gecikmiş yazıma görə...
15.01.2026, saat 23:56
Bu gün həm də Rəcəb ayının Qəndil gecəsidir. Duaların göylərə ucaldığı gecə. Allah ruhunu şad etsin, yatdığın yer behişt olsun!
Şəhidlər ölmür. Tanrı dərğahında olan ruhuna salam olsun... Bağışla, Eylaz... çox gec yazdım...


28-01-2026, 13:45
XATİRƏLƏRDƏ YAŞAYAN ÖMÜR


YAVƏR NURİYEV


XATİRƏLƏRDƏ

YAŞAYAN ÖMÜR


"Zəngəzurun səsi" qəzetinin təsisçisi və baş redaktoru, “Azərsu” əməkdaşı, Qarabağ müharibəsi veteranı Yavər Nuriyevin həkimlərin səhlənkarlığı nəticəsində vaxtsız vəfatı məni dərin hüznə qərq etdi. Bu ağır itki illərin dostluğunu, unudulmaz xatirələri bir-bir gözlərim önünə gətirdi.
Yavər müəllim 1988-ci ildə Zəngəzurun Qafan rayonundan didərgin düşərək Bakıda məskunlaşmışdı. Uzun illər San-Marino, sonradan adı dəyişdirilmiş Beynəlxalq Universitetdə çalışmış, zəhməti ilə özünə həyat qurmuşdu. İki qız övladını böyüdüb ailə sahibi etmiş, nəvələrinin sevincini yaşamışdı. Dostları kimi mən də toylarında iştirak etmiş, xeyir-duamı vermişdim.
O, həm də Birinci Qarabağ Müharibəsinin iştirakçısı idi və Ağdamda düşmənə qarşı döyüşmüş, ərazi bütövlüyümüzü qorumuşdu. Bu, onun cəsarətini və vətənpərvərliyini əyani şəkildə göstərir. Yaddaşı olduqca güclü idi. Kiminsə adını soruşanda, həmin adamın mobil, hətta ev telefonunu belə əzbərdən deyirdi.
Zəngəzurun səsi” qəzetində çoxsaylı yazılarım dərc olunmuşdu və bu işlərdə mən Yavər müəllimə hər zaman dəstək olurdum. Elə buna görə də çoxları məni qəzetin əməkdaşı hesab edirdi. Yavər müəllimi şəhid atası mərhum Məhəmməd Mürsəl oğlu, Elman Süleymanov və bir çox ziyalı insanlarla məhz mən tanış etmişdim. O, bu tanışlıqlara xüsusi dəyər verir, əlaqələri daim qoruyub saxlayırdı.
Yaxın qohumum əslən Qafanlı olan şəhid qardaşı Rəfaili də Yavər müəllimlə mən tanış etmişdim. Yavər müəllim söhbətcil, zirək, ürəkli insan idi, insanlarla tez ünsiyyət qurur, hər kəsin rəğbətini qazanmağı bacarırdı.
Birlikdə keçirdiyimiz günlər saysızdır. Qəbələnin Vəndam kəndinə əsgər yoldaşının oğlunu hərbi xidmətə yola salmağa getmişdik. Qayıdanda Mingəçevirdə bibim oğlu, şəhid Nahidin qardaşı Arif Həmid oğlunun evində süfrə arxasında olmuşduq. Daha sonra Ağsuda Raziyə xanımın anasının evində qonaq qaldıq. Hər yerdə səmimiyyət, dostluq və isti münasibət vardı. Səfərimiz barədə iki qoşa səhifə məqaləm dərc olunmuşdu.
Ad günləri də yaddaqalan keçirdi. Məhəmməd kişi bir dəfə ona ad günündə bir qoyun hədiyyə etmişdi. Vişnovkadakı bağında təşkil olunan ad günündə məclisi Şamo idarə edirdi, Cahan xanımın sevinci gözlərindən oxunurdu. Bağ süfrəsinin öz ləzzəti olurdu. Həmin gün Yavər müəllim təzə üzüm yarpağı yığdırıb bizə pay vermişdi.
Qələm dostumuz, "Bütöv Azərbaycan" qəzetinin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğlunun tərtib etdiyi nəğməkar şair Hafiz Baxış haqqında kitabın təqdimat mərasiminə də Yavər müəllimlə birlikdə getmişdik. Həmin tədbirlə bağlı “Respublika” qəzetində mənim geniş məqaləm də dərc olunmuşdu.

O, Əlövsət bəylə, şair Sarıgül Yağmurla və bir çox ziyalılarla yaxın münasibətdə idi. Dostumuz Ənvər Məmmədov onu görən kimi deyirdi: “Yavər çox zirəng və fərasətli adamdır.”
Bir dəfə Yavərlə birlikdə Sumqayıtdan gəlirdik.Təcrübələ sürücü idi. Xahiş etdim ki, Saray qəsəbəsinə gedək. Sarayda yaşayan mərhum Baba Şükürovgilə getdik. Bizi Baba dayı evinə dəvət etdi. Baba Şükürov Zəngilanlı, həyat yoldaşı Məlahət müəllimə isə əslən Qafanlı idi. Tez ünsiyyət yarandı. Rəhmətliyin iştahı da yaxşı idi. Çörək kəsdik. Məlahət müəllimə 1 saylı məktəbdə ibtidai sinif müəlliməsi idi. İnək saxlayırdı. Təsərrüfatla da məşğul olurdu. Avtomobilimizə iki bağlama pay da qoyaraq demişdi; Rauf, sən bura tez- tez gəlirsən. Bu süd- qatıq balonlarından biri sizin, o biri balonlar da Yavərindir. Dostunu əliboş qaytarmaq olmaz.
Yavər Nuriyev Qafan ziyalılarının tədbirlərində iştirak edər, məni də o məclislərə aparardı. Əliş müəllim, Bariz müəllim, Vaqif müəllim, İlya müəllim kimi alicənab insanlarla ünsiyyəti onun dünyagörüşünü daha da zənginləşdirirdi.
Yavər müəllim pəhləvan cüssəli, mərd, xeyirxah insan idi. İctimai işlərdə, deputat seçkilərində fəal iştirak edirdi. Son vaxtlar iqtisadi çətinliklər səbəbindən müalicəsini davam etdirməkdə çətinlik çəkirdi. Təəssüf ki, bu da onun vaxtsız itkisinə səbəb oldu. Onun vəfat xəbərini sosial şəbəkədən eşidəndə sarsıldım. Dost itkisi çox ağır olur. Ürəyin parçalanır, söz boğazında qalır. Bu dünya fanidir, amma belə insanların yeri heç vaxt dolmur.
Yavər müəllim həm də insanları bir araya gətirən bir bacarığa malik idi. Onunla hər səfər və hər görüş xüsusi bir istilik və səmimiyyət daşıyırdı. Teymur Əhmədova kimi tanınmış ziyalıları da mənə tanıtmışdı. Belə insanlarlar arasında qurduğu əlaqələri davamlı olaraq qoruyurdu.
O, həm də daşdan pul çıxaran, ağıllı və fərasətli insan idi. Hər çətinlikdə yol tapır, dostlarına yardım əlini uzadırdı. Xatirələrimizdə həm gülməli, həm də dərindən düşündürən anlar çoxdur. Yavər müəllimlə keçirdiyimiz səfərlər və qonaqlıqlar – Qəbələdə, Mingəçevirdə, Şabranda, Ağsuda – hər zaman ürəkdən gələn söhbət və diqqətlə yadda qalırdı. Onun səmimiyyəti, qayğıkeşliyi və hər kəsə qarşı hörməti hamının qəlbində iz buraxmışdı.
Həyatdakı çətinliklərə baxmayaraq, o, heç vaxt ruhdan düşmürdü. Dostlarına və tanıdığı insanlara həmişə dəstək olurdu, kiçik jestləri belə onun xeyirxahlığını göstərirdi.
Yavər müəllimin vəfatı ilə dünya yalnız bir dostunu itirmədi, həm də qayğıkeş, mərd və xeyirxah bir insanın yerini əbədi olaraq boşaltdı.
Mərhum Yavər Nuriyevin yas mərasimi 31 yanvar – 6-cı gün, Zəm-Zəm mərasim evində (Həzi Aslanov metrosunun yaxınlığı) keçiriləcək. Allah Yavər müəllimin günahlarını bağışlasın, ruhunu şad etsin, məkanını cənnət eləsin. O, təkcə ailəsi üçün deyil, onu tanıyan hər kəs üçün əvəzolunmaz bir insan idi.
Ruhu şad olsun.

Rauf İLYASOĞLU,
"Həkəri" qəzetinin baş redaktoru
23-01-2026, 08:20
Eldar müəllim, 100 yaşa


Eldar müəllim,

100 yaşa



Bu ilin yanvarında Qərbi Azərbaycanın sayılıb-seçilən ziyalılarından olan fizika üzrə fəlsəfə doktoru, dosent Eldar Qarayevin 70 yaşı tamam olub. Onun yubiley işığına dostları, doğmaları, iş yoldaşları, mənsub olduğu Qafan Rayon İcmasının fəalları yığışıblar. Reportajımıza keçməzdən əvvəl oxucularımızı Eldar müəllimlə tanış edək:

Eldar Səməd oğlu Qarayev, 1956-cı il yanvarın 18-də Zəngəzur mahalının Gərd kəndində dünyaya gəlib. İbtidai sinfi öz kəndlərində, orta məktəbi isə Bakı şəhər 1 saylı ingilis təmayüllü orta məktəbdə oxuyub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə qəbul olub. 1978-ci ildə universiteti bitirərək təyinatla AMEA Fizika İnstitutuna elmi işçi göndərilib və bir il Biomərkəzdə işlədikdən sonra Sovet Ordusu sıralarına çağrılıb və 1979-1981-ci illərdə zabit kimi həqiqi hərbi xidmət keçib. Tərxis olunanadan sonra 1982-cı ilin əvvəlindən doğma universitetə qayıdaraq Fizika fakültəsində – “Ümumi fizika” kafedrasında çalışıb, aspiranturanı oxuyub və elmi dərəcə qazanıb. Xeyli müddət fizika fakültəsində tədris işləri üzrə dekan müavini işləyib. 150-dən çox məqalə və tezisin, 8 dərs vəsaitinin müəllifidir. Ən əsası gözəl ailə başçısıdır, 3 övladı, nəvələri və sevimli tələbələri var.

Bu fikirlər yubiley törənində də səsləndirildi. Tədbirdə əvvəlcə Eldar müəllim hamıya xoş gəldiniz deyib, BDU Fizika fakültəsinin “Ümumi fizika və FTM” kafedrasının, Mexanika-riyaziyyat fakültəsinin əməkdaşlarının adlarını çəkərək qohumlarla tanış edib. Sonra professor Nadir Qəhrəmanov, kafedra müdiri Rəhim Rəhimov, universitetin müəllimlərindən professor Yusif Nurullayev, dosent Arif Orucov, dosent Cabbar Cabbarov və digərləri Eldar Qarayevin qohumlara, ailə üzvlərinə bəlli olmayan cəhətlərindən, onun iş prosesində, universitetdə, tələbələrə münasibətdə qazandığı nüfuz və hörmətdən söhbət açıblar. Qeyd ediblər ki, 40 ildən çoxdur ki, Eldar müəllim universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Bu müddət ərzində kimsə deyə bilməz ki, Qarayev kiminsə xətrinə dəyib, ya birinin qəlbini qırıb. Bütün bunlar onun şəxsi xarakterinin, əhatəsində olan insanlara xoş münasibətinin nəticəsidir. Təbiətcə sakit, xasiyyətcə mülayim, ruhunu xeyirxahlıq üstə köhləyən belə insanları indiki dövrdə tapmaq çətindir. Hamımız fəxr edirik ki, onunla həmkar, iş yoldaşı və dostuq.

Beləcə universitet kollektivi Eldar müəllim, sizinlə qürur duyuruq, -deyərək gətirdikləri plaketləri, suvinerləri yubilyara təqdim ediblər.
Şair Seyfullah Abbasov Qafan Rayon İcmasının sədri professor Eldar Abbasovun yubilyara ünvanladığı təbrik məktubunu oxuyub:
Hörmətli Eldar müəllim!

Siz, hər birimiz ücün müqəddəs olan Zəngəzur elinin özünəməxsus vətənpərvərliyi, cəfakeşliyi, doğma torpağa bağlılığı ilə seçilən, sayılan ziyalılarından birisiniz. Ömrünüzü minlərlə tələbələrinizin maariflənməsinə həsr edərək onları uğurlara aparan yola mayak olmuş, mühazirələrinizdə elmlə yanaşı, həm də həyat dərsi aşılamısınız. Qafan Rayon İcmasının təşkilatlanmasında, formalaşmasında fərqli aktiv fəaliyyətiniz və təmənnasız xidmətləriniz danılmazdır, təqdirəlayiqdir. Qafan Rayon İcmasının rəhbərliyi sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, ailə xoşbəxtliyi, yaradıcılıq uğurları, həmçinin qəlbimizdə nisgilə cevrilən vətən həsrətinə son qoyulmasını arzulayır...

Eldar Abbasov təbrik yazılmış plaketi yubilyara təqdim edərək öz ürək sözlərini söyləyib, onu bir daha səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, Eldar müəllim, 70 yaş ömrün keçid dövrüdür. Siz bu günə qədər şüurlu həyatınızı xalqımıza, millətimizin tərəqqisinə cəmiyyətimiz üçün ləyaqətli vətəndaşlar, ixtisaslı kadrlar yetişdirməyə həsr etmisiniz. Belə vaxtlarda insan özünə, şəxsi həyatına, sağlamlığına elə də fikir vermir. Ömrün bu yaşından sonra bir az da özünüz üçün yaşamağa vaxt ayırın. Mənim sizə ən ümdə arzum elə bütün icmamızın arzusudur. Arzu edirik ki, illərdi həsrətini çəkdiyimiz dogma yurdumuza, doğulduğunuz Gərd kəndinə qovuşmaq nəsibiniz olsun. Nəvələrinizin əlindən tutub babalarının yurdunda gəzdirəsiniz.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev üzünü alim həmkarına tutub dedi ki, Eldar müəllim, əgər 70 yaşın hesabatını versəniz alın açıqlığı ilə dönüb geridə qalan illərinizə baxa bilərsiniz. Çünki bu illər ərzində çox şeyə nail olmusunuz. Elmi fəaliyyyətiniz barədə iş yoldaşlarınız dolğun məlumat verdi. Bununla belə, siz gözəl ailə başçısı, qayğıkeş ata, şəfqətli-mərhəmətli baba, ən əsası mehriban qonşusunuz.
Bir vaxtlar Eldar müəllimlə qonşu olduğunu söyləyən Rauf müəllim o vaxtların şirin xatirələrini də bölüşüb.

Qardaşları Baloğlan, Faiq Qarayevlər və digər qohumları Eldar müəllimi təbrik edib, xoş arzularını bildiriblər.
Gərd Kənd İcmasının fəallarından Pənah Həmzəyev, ağsaqqlardan Bayram Mönsümov, Akif Quliyev, Rəsul Vəliyev, Xeyrullah Əliyev və digərləri kəndlərinin yetirməsi haqqında qürurla, ürəkdolusu danışıblar. Qeyd ediblər ki, Eldar müəllim uşaqlıq dövründən bu günə qədər – gəncliyi, müdriklik dövrünün hamısı gözlərimizin önündə keçib. O, zəhməkeş olduğu qədər də təvazökar, istiqanlı, mehriban, qohumcanlı oğuldur. Onun xarakteri Qərbi
Azərbaycanın qədim və füsunkar guşəsi olan Gərd kəndinin gözəllikləri içində formalaşıb. Ona görə də o ruhu, bütün varlığı ilə ata yurda, dogma ocağa bağlıdır. Biz fəxr edirik ki, o sadəcə o torpağın, doğulduğu kəndin övladı deyil. Respublikamızın hər guşəsindən toplaşan ziyalıların onun haqqında dedikləri sübut edir ki, Eldar Qarayev bu 70 ili havayı verməyib. Həyatını kainatın sirlərinə, laboratoriyalarda elmi axtarışlara həsr etsə də insanlığını hər şeyin fövqündə tutub. Hər zaman sadəliyini qoruyub, humanizm ideyalarına sadiq qalıb, tələbələrinə ata qayğısı göstərib, ətrafındakılar ondan həmişə müsbət enerji alıb. İndi 70 yaşın zirvəsindən keçən şərəfli ömür yoluna baxdıqca eloğlu kimi biz də qürur duyuruq.

Əziz Eldar müəllim, sizə möhkəm cansağlığı, tükənməz həyat eşqi arzulayırıq. Bir də arzu edirik ki, 80, 90 illik yubileylərinizi beləcə, əzizlərinizin və sevənlərinizin əhatəsində qeyd edəsiniz. Bir də icmamızın üzvləri arasında ünsiyyət yaradılması sahəsindəki fəaliyyətinizə görə sizə minətdarlığımızı bildiririk.

Xoş ovqat, yüksək əhval-ruhiyyə şəraitində keçən yubiley tədbirində iş yoldaşlarının, qohum-əqrəbalarının, ellilərin əhatəsində bütün qayğılardan uzaq düşən Eldar Qarayev sanki özünü 70 yox, 7 yaşında kimi hiss edib, başına toplaşan nəvələrlə də əylənməyə vaxt tapıb. Halal süfrəsinə yığışan qonaqların hamısına yüksək diqqət göstərib, hər birinin stolunda əyləşmədən keçməyib. Bu da yüksək həssasiyyətin, nəzakətin və ziyalılığın bir başqa əlamətidir.
Sonda Eldar Qarayev üzünü qonaqlara tutub hər birinə təşəkkür edib, minnətdarlığını bildirib:

Əziz dostlar, 70 illik yubileyim münasibətilə məni təbrik edən, xoş sözlərini, səmimi arzularını əsirgəməyən, eləcə də bu münasibətlə keçirilən tədbirimizdə iştirak edərək sevinclərini mənimlə bölüşən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Xüsusilə də uzaq-yaxın demədən tədbirə qatılanlara sonsuz təşəkkürümü bildirirəm. Sizin diqqətiniz, ehtiramınız və mənə göstərdiyiniz dəyər bu günü mənim üçün unudulmaz etdi. Allah hər birinizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və ruzi-bərəkət nəsib etsin. Birliyimiz, həmrəyliyimiz daim olsun!

Qafan Rayon İcmasının mətbuat xidməti





20-01-2026, 00:24
Uğurlu tədbirin   uğurlu tarixi


Uğurlu tədbirin

uğurlu tarixi
- FOTOLAR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılmış “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi” və “Müvəkkil Hüquq Mərkəzi”nin birgə təşkilatçılığı ilə Beynəlxalq Avrasiya Fondunun ofisində Şurnuxu kəndinin işğaldan azad olunmasının 5 illiyinə həsr edilmiş “Şurnuxu Zəngəzurun giriş qapısı” adlı tədbir keçirilmişdir.


Azərbaycanın tarixi-coğrafi məkanları arasında mühüm strateji və mədəni mövqeyə malik olan Şurnuxu kəndi tarixən Zəngəzurun giriş qapısı kimi tanınmışdır. Bu ərazi yalnız coğrafi mövqeyi ilə deyil, həm də zəngin tarixi, mədəni irsi, etnoqrafik xüsusiyyətləri və milli yaddaşda tutduğu yerlə seçilir.
“Zəngəzurun giriş qapısı Şurnuxu” mövzusunda keçirilən elmi-mədəni tədbir məhz bu tarixi həqiqətlərin elmi əsaslarla təqdim olunması, ictimai şüurda möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə ADPU Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, professor Mahirə Hüseynova, Prezident kitabxanasının direktoru, professor Afət Abbasova, professor Sayalı Sadıqova, Elm və Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsil Şöbəsinin baş məsləhətçisi Əhliyyət Adıgözəlov, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Fondunun üzvü, xalçaçı rəssam, əməkdar mədəniyyət işçisi, Fazil Abasquluzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, jurnalist Rəsul Mirhəşimli, “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu, Gorus Rayon İcmasının sədri Etibar Həsənov, hüquqşünas Səməd Vəkilov, “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin müdiri, fəlsəfə doktoru Leyla Calalova, “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin baş mütəxəssisi Möhübbət Məmmədov, Azərbaycan Dövlət İqtisad Universiteti Xarici Dillər Departamentinin baş müəllimi Natəvan Ağayeva, “Müvəkkil Hüquq Mərkəzi”nin Könüllülər Departamentinin gəncləri Cavid Vəkilov, Fatimə Süleymanlı, Cəfər Əliyev, Əkbər Əliyev iştirak etmişlər.

Professor Mahirə xanım Hüseynova və professor Afət xanım Abbasovanın elmi yanaşması tədbirin akademik səviyyəsini yüksəltmiş, mövzunun dərin və sistemli şəkildə təqdim olunmasına şərait yaratmışdır. Prof.Mahirə Hüseynova tədbirdə çıxışı zamanı bildirib ki, yalnız şəxsi maraqlara xidmət edən yolda ümumi mənafe ola bilməz: bütün müharibələrin sonu sülhlə bitir. Biz heç kimin torpağında iddialı deyilik. Biz sadəcə ora qayıtmaq istəyirik. Orada doğulmuşuq və ora da qayıdacağıq. Erməni qalmaq istəyərsə, bu, onun öz işidir. “Biz belə bir yolun tərəfdarı deyilik və bu mövqeyimizdə israrlıyıq. Dədə-baba torpaqlarımıza qayıtmaq bizim mənəvi borcumuz, göylərdə olan ruhlara qarşı sədaqətimizin ifadəsidir. Şurnuxu, Dərələyəz, Göyçə və İrəvan bölgələri ilə bağlı 2025-ci ildə cənab Prezident çıxışlarında bu məsələyə doqquz dəfə toxunub ki, bu da az məsələ deyil”.
Tədbir çərçivəsində Şurnuxunun Azərbaycan tarixindəki rolu, onun qədim yaşayış məskəni olması, toponimika, mədəniyyət və mənəvi irs baxımından daşıdığı dəyər elmi faktlar əsasında diqqətə çatdırılmışdır. Müzakirələr zamanı vurğulanmışdır ki, Şurnuxu təkcə bir kənd deyil, Zəngəzurun tarixi yaddaşını özündə yaşadan mühüm mədəni-coğrafi mərkəzdir. Bu cür tədbirlər elmi araşdırmaların cəmiyyətə inteqrasiyası, milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm rol oynayır.

Tədbirin yüksək səviyyədə təşkili və məzmun baxımından zənginliyi ilk növbədə təşkilatçıların elmi məsuliyyəti və peşəkarlığı ilə bağlıdır. Eyni zamanda, Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilovun tədbirə verdiyi dəstək və fəal iştirakı hüquqi və ictimai baxımdan məsələnin aktuallığını ön plana çıxarmışdır. Onun çıxış və mövqeyi milli irsin qorunması, tarixi həqiqətlərin müdafiəsi və ictimai məsuliyyət anlayışının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır. Tədbirin uğurla keçməsində iştirakçıların elmi marağı, fəal müzakirələri və mövzuya göstərdikləri həssas münasibət də xüsusi qeyd olunmalıdır. Alimlərin, ziyalıların və ictimaiyyət nümayəndələrinin bir araya gələrək Şurnuxu kimi tarixi məkanın taleyini elmi müstəvidə müzakirə etməsi milli yaddaşın qorunması baxımından çox dəyərlidir.

Nəticə etibarilə, “Zəngəzurun giriş qapısı Şurnuxu” mövzusunda keçirilən bu elmi-mədəni tədbir Azərbaycan tarixinin mühüm səhifələrinin araşdırılması və təbliği istiqamətində əhəmiyyətli addım olmuşdur. Bu cür elmi təşəbbüslərin davamlı olması milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə elmi əsaslarla çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.




19-01-2026, 14:52
Mürvət Şərifovun xatirəsi yad olunur


Mürvət Şərifovun

xatirəsi yad olunur


Şərifov Mürvət Rəhim oğlu 1932-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycanın Qafan rayonunun Müsəlləm kəndində anadan olmuşdur. Atası Kazımov Rəhim Şərif oğlu 1941-1945- ci il müharibəsində vəfat etmiş və Latviyada “Qardaşlıq”qəbirstanlığında dəfn edilmişdir. Yetimçiliklə böyüyən Mürvət uzun müddət - 36 il Zəngəzur Mis-molibden Kombinatında, ağır şəraitdə işləmişdir. O, bütün çətinliklərə baxmayaraq Roza, Bayram, Əsmər, Kifayət, Nəzakət, Məlahət və Səadət adında 7 övlad böyüdüb boya-başa çatdırmışdır.
1988-ci ildə erməni quldur dəstələrinin silahlı təcavüzü nəticəsində azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya pənah gətirmişdir.
1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Azərbaycanın paytaxtı Bakıya və respublikanın digər rayonlarına hərbi təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək Şəhidlik zirvəsinə ucalmış və Şəhidlər xiyabanında dəfn edilmişdir. Elə həmin vaxt həyat yoldaşı Hüseynova Nazpəri İbrahim qızı da ayağından yaralanmış, daha sonra 2008-ci ildə vəfat etmişdir.
Qanlı Yanvarın növbəti ildönümündə Qafan rayonunun Müsəlləm Kənd İcması bütün şəhidlərimizin, o cümlədən də Mürvət Şərifovun xatirəsini ehtiramla yad edir.
Qafan Rayon İcmasının mətbuat xidməti
7-01-2026, 21:23
İşğaldakı kəndimizin ruhu yaşamaqdadır…

VI toplantı

İşğaldakı kəndimizin

ruhu yaşamaqdadır…


İnsan doğma torpaqdan ayrı düşə bilər, lakin torpaq insanın qəlbindən heç vaxt ayrı düşmür. Qərbi Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Gərd kəndinin sakinləri də bu həqiqəti bir yerə yığışmaqla təsdiqlədilər. Doğma kəndləri uzun illərdir işğal altında olsa da, Gərd camaatı birlik, yaddaş və milli ruhla “Gərd günü” və “Yeni il” adlı bayram mərasimini birlikdə qeyd etdilər. Gərd Kənd İcmasının rəhbəri, Bakı Dövlət Universitetinin dosenti Eldar Qarayev həmkəndlilərini “31Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və yeni il münasibətilə təbrik edərək bildirdi ki, tədbirin əsas məqsədi, yalnız yeni ilin gəlişini qarşılamaq deyil. Bu mərasim, hər şeydən əvvəl, Gərd kəndinin tarixini, mədəniyyətini, adət-ənənələrini yaşatmaq, xüsusilə gənc nəsildə doğma yurda bağlılıq hissini gücləndirmək məqsədi daşıyır. “Gərd günü” anlayışı artıq sadəcə bir tarix deyil, bir yaddaş, bir kimlik və bir ümid rəmzinə çevrilib.

Bayram mərasimi səmimi və duyğulu bir atmosferdə keçdi. Tədbirdə kənd ağsaqqalları, ziyalıları, müəllimləri, gəncləri qonaq qismində iştirak etdilər. Bu il ali məktəblərə qəbul olmuş tələbələr də qonaq edildi və onlara hədiyyələr paylandı. Çıxış edənlər Gərd kəndinin tarixi keçmişindən, zəhmətsevər insanlarından, bu torpağın yetirdiyi ziyalılardan danışdılar. Xüsusilə vurğulandı ki, Gərd kəndi təkcə coğrafi məkan deyil, nəsildən-nəslə ötürülən mənəvi dəyərlərin daşıyıcısıdır.

Yeni ilin gəlişi ilə bağlı söylənən arzular da xüsusi məna daşıyırdı. Bu arzuların mərkəzində sülh, ədalət və ən əsası – doğma torpaqlara qayıdış ümidi dayanırdı. İştirakçılar bildirirdilər ki, işğal altındakı kəndlərini heç vaxt unutmayıblar və unutmayacaqlar. Gərd kəndi onların yaddaşında yaşayır, onların söhbətlərində, xatirələrində, övladlarına danışdıqları hekayələrdə daim yer alır.

Tədbirdə milli musiqilər səsləndi, köhnə xatirələr yad edildi, kəndlə bağlı video, fotoşəkillər və xatirələr bölüşüldü. Bu anlar bir daha göstərdi ki, zorla didərgin salınmış insanlar torpaqdan uzaq düşsələr də, mənəvi baxımdan heç vaxt məğlub olmayıblar. Əksinə, belə tədbirlər onların birliyini daha da möhkəmləndirir.

“Gərd günü” və “Yeni il” mərasimi bir daha sübut etdi ki, düşmən işğalla yalnız torpağı zəbt edə bilər, amma xalqın ruhunu, yaddaşını və ümidini əsla məhv edə bilməz. Gərd camaatı bu tədbirlə, həm öz aralarında birlik nümayiş etdirdi, həm də gələcəyə inam mesajı verdi.
İnanırıq ki, qarşıdan gələn yeni illər Gərd kəndi üçün qayıdış, yenidənqurma və dirçəliş illəri olacaq. O gün gələcək ki, “Gərd günü” doğma kəndin özündə, ata-baba torpağımızda qeyd ediləcək. Bu ümidlə yaşamaq və bu inancı gələcək nəsillərə ötürmək isə hər bir gərdlinin mənəvi borcudur.




Qafan Rayon İcmasının mətbuat xidməti
1-01-2026, 20:04
“KIĞI GÜNÜ” üçüncü   dəfə qeyd olunub


“KIĞI GÜNÜ” üçüncü

dəfə qeyd olunub



Böyük bir mahalın bir qərinədən çoxdur perik salınmış övladları, doğulduğu torpağa ayaq basa bilməyən oğulları yaddaşlarında daşlaşmış xatirələri bölüşmək üçün yenə bir araya gəliblər. Çünki iki il əvvəl Zəngəzur mahalının Gığı Kənd İcmasının fəalları hər il 30 dekabrın “KIĞI GÜNÜ” kimi qeyd olunması barədə razılığa gəliblər. Elə içma üzvlərinin dekabrın 28-də keçirilən görüşü də həmin razılığa hər il əməl olunmasının təsdiqidir. Ellilər hər görüşə fərəh hissilə, sevinclə qatılırlar.

Növbəti tədbiri giriş sözü ilə Kığı Kənd İcmasının rəhbəri Ələmdar Piriyev açaraq qonaqları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik etdikdən sonra məclisin idarə olunmasını təşkilatçı- koordinator Bəhruz Piriyevə həvalə edib. Bəhruz Piriyev də öz növbəsində tədbir iştirakçılarını hər iki bayram münasibətilə təbrik edərək xoş arzularını bildirib. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün, Dövlət müstəqilliyinin bərpası uğrunda şəhid olanların əziz xatirəsi ehtiramla yad olunub.

Kəndin ziyalıları və ağsaqqallarından Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi, Ukrayna Respublikası Tikinti Akademiyasının akademiki Aydın Piriyev, Azərbaycan Texniki Universitetinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru Yədullah Babayev, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Radioquraşdırma İnstitutunun hüquq şöbəsinin müdiri Baris Piriyev, Əbülfət Babayev, Mənsurə Məşqulatqızı, Məryəm Gəncəliyeva, Sara Aslanova, Füzuli Gəncəliyev, Sabunçu rayonu 192 nömrəli məktəbin müəllimi, idman ustası Afiq Gəncəliyev, Xuraman Aslanova, Şəhid qardaşı Emil Aslanov, koordinator Sərvaz Həsənxanov və başqaları doğma yurdla bağlı şirin xatirələrini bölüşüblər.

Türkiyədə hərbi təhsil alan, Azərbaycan Ordusu sıralarında zabit kimi şərəfli xidmət yolu keçən Vəkil Piriyev Qərbi azərbaycanlı soydaşlarımızın ordu quruculuğundakı xidmətlərindən ürəkdolusu söhbət açıb.
Polis polkovnik- leytenantı, koordinator Tacəddin İmanov, ədliyyə polkovniki Nadim Babayev, ədliyyə polkovnik- leytenantı - koordinator Altay Tanrıverdiyev yurddan ayrı düşdüyümüz illər ərzində müstəqil Azərbaycanımızın dövlət quruculuğunda, müstəqilliyimizin möhkəmlənməsi istiqamətində keçilən çətin, şərəfli yollardan söz açıblar. Belə görüşlərin nə vaxtsa ata yurdumuzda keçirəcəyimizə inam ifadə ediblər.
Tədbirin rəsmi hissəsindən sonra bayram süfrəsi arxasında maraqlı əhvalatlar yada salınıb, kəndin müdriklərinin kəlamları, baməzələrin lətifələri könül açmaq üçün dilə gətirilib.
Yekunda üstünə “KIĞI GÜNÜ” həkk olunmuş tort kəsilib və xatirə şəkilləri çəkdirilib.






Qafan Rayon İcmasının mətbuat xidməti
1-01-2026, 13:38
ƏLİYƏDDİN MÜƏLLİM,   TƏBRİK EDİRİK!


75 İLLİK YUBİLEY


ƏLİYƏDDİN

MÜƏLLİM,


TƏBRİK EDİRİK!


Bu gün-2026-cı ilin ilk günü ailəmiz üçün ikiqat bayramdır. Həm yeni il, həm də 1951-ci il yanvarın 1-də Zəngəzur mahalının Mahmudlu kəndində doğulan qaynatam Əliyəddin müəllimin doğum günüdür. Ona görə də mən- Sarıyev Rəhim Nurəli oğlu qaynatam Ələddin müəllimi 75 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ona Allahdan sağlamlıq, uzun ömür, ailəsi və əzizləri ilə birlikdə xoşbəxt günlər arzu edirəm . Əliyəddin müəllim çox gözəl, qəlbigeniş insandır, mehriban qaynatadır, hər zaman mənə və ailəmizə, öz imkanları daxilində, dəstək olub.

Üçəm qız nəvələri - Sarılı İnci, Sarılı Ümid, Sarılı Sevgi, Əliyəddin babalarını çox sevdiklərini bildirirlər, ad gününü təbrik edirlər. Həmçinin nəvələri Nigar xanım və Akşin də babalarını çox sevdiklərini bildirirlər, Allahdan ona can sağlığı arzu edirlər.
Quliyeva Diləfruz xanım ömür - gün yoldaşının daha bir il qocaldığından gileylənsə də, yanında olduğuna Şükr edir. Allah, səni başımızın üstündən əskik eləməsin deyir- yaxşı ki, varsan, yeni yaşın mübarək!

Kiçik qızı Sarıyeva Sevil xanım: Ata söykəndiyin dağ deməkdir! Əziz atam, nə qədər ki, sən varsan, mən ayaqdayam. Allahdan sənə sağlam canla uzun ömür yaşamı arzu edirəm. Canım atam o gün olsun ki, 100 yaşını qeyd edək. Ad günün mübarək olsun!
Böyük qızı Şərifova Kəmalə xanım: Ata adı, övlada arxa dayaq, tutunacaq liman deməkdi. Allah atama verdiyi ömrü, sağlam canla və hüzurlu yaşamasını nəsib eləsin. Hər zaman ailəsinin başı üzərində sağlam durmağını diləyirəm.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!