Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
Tarix : 4-06-2014, 21:31

 

DAK həmsədri Sabir Rüstəmxanlının bəyanatı


 DAK həmsədri Sabir Rüstəmxanlı İranın Bakıdakı səlahiyyətli səfirinin Güney Azərbaycan Milli Azadlıq Hərəkatının ünvanına səsləndirdiyi sərsəm düşüncələri ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

"Bu günlərdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ağayi Möhsün Pakayin Təbrizdə jurnalistlərə açıqlama verərkən müstəqil Azərbaycan Respublikasının ünvanına bir sıra ittihamlar səsləndirmiş, ölkənin daxili işlərinə müdaxilə hesab oluna biləcək fikir və mülahizələrə yer vermişdir. Səfir ölkədəki ictimai-siyasi duruma, sosial-iqtisadi məsələlərə toxunmuş, səhiyyə, təhsil, hüquq və digər sahələrdə görülən işlərə münasibət bildirməyə çalışmışdır. O, həmçinin Azərbaycanda nəşr olunan dərsliklərdə tarixi təhriflərə yol verildiyini bildirmiş, onların aradan qaldırılması üçün Azərbaycanla İranın xüsusi komitə formalaşdırdığını bildirmişdir. Qeyd edək ki, səfir öz açıqlamasında beynəlxalq hüquq normalarından kənara çıxmaqla bir neçə dəfə Azərbaycan dövlətinin daxili işlərinə qarışmışdır. Biz DAK olaraq bildiririk ki, Azərbaycan müstəqil və suveren dövlətdir və o, daxili və xarici siyasət kursunu özü müəyyənləşdirir: onun daxili işlərinə qarışmaq, ölkədə gedən ictimai-siyasi proseslərə kənardan müdaxilə etmək yolverilməzdir. Azərbaycan dövlətinin özü beynəlxalq hüquq prinsiplərinə əməl etməklə bərabər, həm də özünə qarşı münasibətdə digər dövlətlərdən də bunu tələb etmək haqqı var. Səfir daha sonra Quzey və Güney Azərbaycanda milli birlik istəyinin də guya müəyyən radikal qüvvələr tərəfindən ortaya gətirildiyini, hadisələrin hər iki tərəfdə bilərəkdən qızışdırıldığını və bunun xarici təşkilatlatların marağına xidmət etdiyini vurğulamışdır. O, bir xalqın birləşmək arzusunu və bu yolda aparılan mübarizəni təhrikçi qüvvələrin fəaliyyətinin nəticəsi kimi qələmə vermişdir. Halbuki, cənab səfir özü də yaxşı bilir ki, millətin birləşmək, qovuşmaq arzusu onun öz içindən gəlir, burada hansısa siyasi ambisiya və təhrikçilikdən söhbət gedə bilməz. Bu, tarixi ədalətsizliyə, bir xalqın imperiyalar əli ilə parçalanmasına qarşı millətin içində zaman-zaman gəzdirdiyi etiraz hissinin reallaşmasıdır. Təkcə XX yüzillikdə Güneydə bu xalq bir neçə dəfə ayağa qalxaraq öz azadlıq və istiqlalı uğrunda səngərlərə atılmış, şah ordulari ilə ölüm-dirim mübarizəsinə girişmişdir. Səttar xan hərəkatı, Şeyx Məhəmməd Xiyabanı inqilabı, Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında gerçəkləşən “21 azər nehzəti” buna parlaq misal ola bilər. Təkcə sonuncu milli hərəkatı boğmaq üçün İranın şah rejimi 30 min azərbaycanlını edam etmişdir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmamış, millət öz haqqı uğrunda bu gün də meydanlara atılmağa hazırdır. 2008-ci ildə Azərbaycan xalqının bütün İranı bürüyən etirazı da məhz əvvəlki böyük mübarizələrin davamı sayıla bilər. Təəssüf ki, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayin millətin müstəqillik arzusunu və idealını hansısa naməlum qüvvələrlə bağlamaqla onu kiçiltməyə, dəyərsizləşdirməyə çalışmışdır. Bir daha təkrar edirik ki, bu,  həm də tarixi qonşuluq baxımından düzgün deyil, iki dövlət və bu dövlətlərin xalqları arasında qarışılıqlı inam və etimada kölgə salmaqdır. DAK olaraq tələb edirik ki, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri öz açıqlamalarında yol verdiyi siyasi xətalara aydınlıq gətirsin və Azərbaycan xalqından üzr istəsin".

DAK həmsədri

 Sabir Rüstəmxanlı

 

 



Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!