Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                        Paşinyan İstintaq Komitəsinə yeni sədr tapdı .....                        Çovğun 70 min nəfəri işıqsız qoydu .....                        Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir .....                        Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın! .....                       
Tarix : 19-01-2016, 11:44
Bilik Fondu 20 yanvar şəhidlərini yad etdi


Azərbaycan xalqının tarixində həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi yer alan qanlı Yanvar hadisələrindən 26 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Təcavüz nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülüb, 600-dən çox adam yaralanıb. Qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən Ümummilli lider Heydər Əliyev bu amansız cinayəti Sovet İttifaqı tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz kimi dəyərləndirib. Yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlı 20 Yanvar faciəsini mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş qanlı cinayət kimi xatırlayır, hər il bu faciənin ildönümündə şəhidlərimizin müqəddəs ruhunu yad edir.
Bilik Fondu 20 yanvar şəhidlərini yad etdi

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ölkə daxilində və xaricdə silsilə tədbirlər keçirib. Fondun icraçı direktoru Oktay Səmədov gənc nəslə yanvar hadisələri barədə geniş məlumat verməklə yanaşı, ölkəmizdə təhsil alan xarici vətəndaşlara da Azərbaycanın müstəqillik mücadiləsi yolundan və bu yolda verilən qurbanlardan, bütövlükdə Azərbaycan gerçəklərindən danışmağın vacibliyini vurğulayıb.
Bilik Fondu 20 yanvar şəhidlərini yad etdi

Bilik Fondu bu məqsədlə AMEA Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə 20 Yanvara həsr edilmiş anım mərasimi təşkil edib. Tədbirdə Bakıda təhsil alan Türkiyə, Türkmənistan, Rusiya, Özbəkistan, Peru, İndoneziya, İraq, Myanma, Çindən olan tələbələr, paytaxt məktəbliləri, KİV və QHT nümayəndələri, Bilik Fondunun və Tarix muzeyinin əməkdaşları iştirak ediblər.
Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı hər il yanvar hadisələrinin ildönümündə bu faciəni təkrar yaşadığını deyərək, gənc nəslin tariximizin bu şanlı səhifəsini daim yaşatmasının vacibliyini vurğulayıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar hadisələri ilə bağlı çəkilmiş sənədli film nümayiş olunub.
Bilik Fondu 20 yanvar şəhidlərini yad etdi


Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev 1990-cı ilin tarixi hadisələri barədə iştirakçılara müfəssəl məlumat verib, özünün şahidi olduğu reallıqlardan bəhs edib. Azərbaycanın müstəqilliyi yolunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması faktından danışan İ.Vəliyev şəhidlərin azadlıq mücadiləsinin ehtiramla yad edildiyini, onların igidliyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Yaxın keçmişimizdə baş verən hadisələr tədbirdə iştirak edən xarici tələbələrin marağına səbəb olub.
Tədbir çərçivəsində Dövlət Uşaq Filarmoniyasının şagirdlərinin tədbirin gedişində çəkdikəri faciəni əks etdirən rəsmlər sərgilənib.
Bilik Fondu Azərbaycan Universiteti ilə də birgə 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri keçirib. Tədbirdə Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev, Azərbaycan Universitetinin rektoru, professor Fərid Əhmədov, SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, professor Bəhrəm Zahidov və şöbə müdiri professor Rəna Mirzəzadə, universitetin tələbə və müəllim heyəti, ziyalılar, KİV nümayəndələri iştirak ediblər. Natiqlər bu gün Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsinin hörmət və ehtiramla yad edildiyini, Vətən övladlarının qanları bahasına qazanılan müstəqilliyimizin qanımız və canımızla qorunmalı olduğunu bildiriblər.
İştirakçilara Azərbaycan Universiteti ilə SƏS Media Qrupunun birgə hazırladığı film nümayiş etdirilib.
Faciənin ildönümü ərəfəsində Bilik Fondunun yerli nümayəndələrinin təşkilatçılığı ilə Qax və Oğuz Bilik Evlərində, həmçinin Şamaxı, Beyləqan, Ağstafa və digər rayonlarda məktəblilərin, yerli ziyalıların iştirakı ilə toplantılar keçirilib. Bütün ümumtəhsil məktəblərində qanlı yanvar hadisələrinə həsr edilmiş xüsusi dərslər aparılıb, sinif divar qəzetləri 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilib, ümumtəhsil məktəblərində tariximizin bu şanlı səhifəsini əks etdirən güşələr tərtib edilib, şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgilər təşkil olunub.
Bilik Fondu 20 yanvar şəhidlərini yad etdi

20 Yanvar həqiqətlərinin dünyaya çadırılması məqsədilə Bilik Fondunun Beynəlxalq layihələr sektorunun təşəbbüsü ilə sosial aksiya həyata keçirilib. Fondun
rəsmi elektron ünvanından onun əməkdaşlıq etdiyi 200-dən çox xarici təşkilat və şəxsə 20 Yanvar faciəsi haqqında sənədli film və tarixi faktlarla zəngin məlumatlar göndərilib. Sektor müdiri Riyad Məmmədzadənin fikrincə, bu aksiya mənfur erməni terrorçularının keçmiş SSRİ rəhbərliyinin və ordusunun əli ilə Azərbaycan xalqına qarşı törətdikləri faciənin xarici dostlarımıza daha dəqiq və ətraflı çatdırılmasına vasitə olacaq.
Verdiyimiz böyük itkilərə rəğmən, 20 Yanvar hadisələri xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu, həm də gərəkli anda bir yumruq tək sıx birləşməyi bacardığını nümayiş etdirdi. Bu əzmli salnaməni yaşatmaq və nəsillərə çatdırmaq hər bir azərbaycanlının borcudur, çünki danılmaz həqiqət var: “Keçmişini unutma, o sənin gələcəyinin müəllimidir”.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!