Son 1 ayda Azərbaycanda ikinci böyük QALMAQAL .....                        Putin müharibəni bitirmək istəmir - Tramp .....                        Ramiz Mehdiyevin özü bu şuranın üzvü, oğlu nazir müavinidir .....                        Qəzzanı idarə edəcək 15 nəfər seçilib" .....                        Zığda yanğın: 2 nəfər xəsarət aldı .....                        Prezidentdən ETSN-lə bağlı fərman .....                        Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı .....                        Ordumuz hərəkətə keçdi - Zərbə PUA-larından istifadə olundu .....                        Spiker Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşdü .....                       
Tarix : 3-06-2016, 15:38
Türkiyənin Baş naziri Binəli Yıldırımın rəsmi qarşılanma mərasimi olub


Azərbaycana rəsmi səfərə gələn Türkiyənin Baş naziri Binəli Yıldırımın iyunun 3-də rəsmi qarşılanma mərasimi olub.

Butov.az Azərtac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyənin Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin Baş naziri Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verdi.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev və Baş nazir Binəli Yıldırım fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Baş nazir Binəli Yıldırım Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Binəli Yıldırıma, Türkiyə nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Binəli Yıldırımın qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Binəli Yıldırım və xanımı Semiha Yıldırım rəsmi foto çəkdirdilər.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!