Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var? .....                        Bakıda xəstəxanadan oğurluq edildi .....                        Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB .....                        Dəmir Yolları maliyyə vəziyyətini açıqladı .....                        Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov .....                        Probasiya 10 mindən artıq məhkuma tətbiq olunacaq .....                        "Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı .....                        “Kəpəz” iki əcnəbi futbolçu ilə yollarını ayırdı .....                        Xırdalanda dəm qazından zəhərlənən 3 nəfərin son durumu AÇIQLANDI .....                       
13-03-2024, 17:00
Yol nişanlarının qurulması AYNA-nın səlahiyyətinə keçdi


Yol nişanlarının qurulması AYNA-nın səlahiyyətinə keçdi

Azərbaycanda yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmasına nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
“Yol hərəkəti haqqında” qanuna əsasən, yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə tətbiq olunur. Bu halda yol nişanlanmasına və yol nişanlarının tətbiqinə münasibətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Daxili İşlər Nazirliyinin rəyi nəzərə alınmaqla), svetoforların tətbiqinə münasibətdə isə Daxili İşlər Nazirliyi məsul qurum kimi müəyyənləşib.
13-03-2024, 16:56
XİN Başçısı Yunanıstanın nazir müaviniylə bir sıra məsələləri müzakirə etdi


XİN Başçısı Yunanıstanın nazir müaviniylə bir sıra məsələləri müzakirə etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Aleksandra Papadopulunu qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycanla Yunanıstan arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq əlaqələrini, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi və regional məsələləri müzakirə ediblər.
İki ölkə rəhbərləri arasında artan təmasların, XİN-lər arasında keçirilmiş siyasi məsləhətləşmələrin münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıblar. Tərəflər siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə münasibətləri inkişaf etdirməyin və xalqlarımızın mənafelərinə uyğun əməkdaşlığı genişləndirməyin vacibliyini qeyd ediblər.
Nazir Ceyhun Bayramov ötən ilin dekabr ayında həmkarı, Yunanıstanın xarici işlər naziri ilə keçirilmiş görüşü məmnunluqla xatırlayıb, siyasi təmaslar ilə yanaşı, Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın işinin intensivləşməsinin zəruriliyini vurğulayıb.
Tərəflər həmçinin iki ölkə arasında energetika sahəsində əməkdaşlığın əhəmiyyətini təsdiqləyərək, Cənub Qaz Dəhlizi, Trans-Adriatik boru kəməri, eləcə də Yunanıstan Bolqarıstan Qaz İnterkonnektoru müstəsna əhəmiyyətini diqqətə çatdırıblar. Bu xüsusda, iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığın regionun inkişafına və sabitliyinə töhfə verəcəyi, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəyinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, antiterror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh müqaviləsi gündəliyi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri istiqamətində atılan addımlar barədə ətraflı məlumatlandırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir müavininin ölkəmizə səfəri çərçivəsində onun və Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları müzakirə olunub.
13-03-2024, 16:52
Prezident bu rayonların xüsusi nümayəndəsiylə bağlı sərəncam verdi


Prezident bu rayonların xüsusi nümayəndəsiylə bağlı sərəncam verdi

Vahid Rasim oğlu Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3699 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1527 (Cild I) ləğv edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
13-03-2024, 16:38
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları mükafatlandırılılacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları mükafatlandırılılacaq

Prezident İlham Əliyev 9 aprel 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə və 27 mart 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, hər iki agentliyin sərəncamında qalan vəsaitdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulacaq.
13-03-2024, 16:33
İlham Əliyev ÜST-ün Baş direktorunu qəbul etdi


İlham Əliyev ÜST-ün Baş direktorunu qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
13-03-2024, 15:55
Papikyan Azərbaycanın tələb etdiyi 4 kəndlə bağlı məsələyə münasibət bildirdi


Papikyan Azərbaycanın tələb etdiyi 4 kəndlə bağlı məsələyə münasibət bildirdi

Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbaycanın tələb etdiyi 4 esklav olmayan kəndlə bağlı məsələyə münasibət bildirib.
S.Papikyanın sözlərinə görə, silahlı qüvvələr hazırda Tavuşda xidməti davam etdirir.
“Silahlı qüvvələr öz tapşırıqlarını yerinə yetirməkdə davam edir”, - deyən nazir həmin kəndlərin təhvil verilib-verilməyəcəyi barədə açıq danışmaq istəməyib.
Qeyd edək ki, martın 9-da Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndin (Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) azad edilməsinin vacibliyini bəyan etməsindən sonra məsələ yenidən aktuallaşıb.
Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin Tavuş bölgəsindən başlayacağını istisna etməyib.
Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputatı Qaqik Melkonyan bu gün jurnalistlərlə söhbətində 4 kənd haqqında danışarkən KİV nümayəndələrinin “çox tələsdiyini” deyib.
“Ermənistan və Azərbaycan arasında mübahisəli ərazilərlə bağlı müzakirələr gedir, İndi bizim Azərbaycan ərazisində yerləşən Artsvaşen kəndi (Başkənd-red.) var, biz Artsvaşeni nəyə dəyişmək lazım olduğunu müzakirə etməliyik, eləcə də Tiqranaşeni (Naxçıvanın işğal altındakı Kərki kəndi-red.), amma siz tələsirsiniz, deyirsiniz ki, artıq təslim olubsunuz”, - deyə deputat bildirib.
“Azadlıq” radiosunun erməni xidməti hökumətdən “Ermənistan Bakının tələb etdiyi kimi, əsas delimitasiya prosesinə başlamadan 4 qeyri-anklav kəndi Azərbaycana qaytarmağa hazırdırmı” sualına cavab istəyib.
Ermənistan hökuməti bu gün bildirib ki, problemli ərazilərdə Ermənistan ərazisinin haradan başlamasına qərar vermək lazımdır.
“Bakı 4 kəndin adını çəkir: Bağanıs Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı. Hökumətin fikrincə, bu yerlər hüquqi qüvvəyə malik sənədlərə əsaslanmalıdır. Buna əsasən de-yure Ermənistan ərazisi Ermənistan Respublikasının, Azərbaycan ərazisi isə Azərbaycan Respublikasının mülkiyyətində və nəzarəti altında olmalıdır”, - deyə Ermənistan hökuməti vurğulayıb.
Həkumət bildirib ki, bütün sərhəd boyu belə qərarlar verməyə hazırdı:
“Ermənistan eyni düsturdan istifadə edərək, Tavuş bölgəsinə bitişik ən problemli ərazilər də daxil olmaqla, həll yollarını tapmağa hazırdır”.
13-03-2024, 14:36
Putinin Türkiyəyə səfər edəcəyi tarix açıqlandı


Putinin Türkiyəyə səfər edəcəyi tarix açıqlandı

Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərindən sonra Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfər edəcəyini gözləyirik.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib səfirlərlə görüşündə bildirib.
“Türkiyə martın 31-də keçirləcək yerli seçkilərdən sonra Rusiya prezidenti Vladimir Putini qəbul edəcək”.
Ərdoğan Rusiya-Ukrayna münaqişəsi mövzusunda da danışıb. Türkiyə prezidentinin sözlərinə görə, Ankara həm Ukrayna, həm də Rusiya ilə dialoqu davam etdirir.
O, həmçinin qeyd edib ki, Rusiyanı istisna edən sülh planları “nəticə verməyəcək”.
13-03-2024, 13:02
Ukrayna ilə danışıqlara hazırıq, amma.. - Putib

Ukrayna ilə danışıqlara hazırıq, amma.. - Putin

Ukrayna ilə danışıqlara hazırıq. Amma bu danışıqlar yerdə formalaşmış reallıqlara əsaslanmalıdır.
Bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" və RİA Novosti-yə müsahibəsində bildirib.
"Biz danışıqlara hazırıq? Bəli, biz hazırıq. Ancaq yalnız biz psixotrop dərmanlardan istifadə etdikdən sonra hansısa “istəklərə” deyil, belə hallarda necə deyərlər, yerdə formalaşmış reallıqlara əsaslanan danışıqlara hazırıq. Bu birincisi...İkincisi isə...Bizə artıq dəfələrlə hər şey vəd olunub. NATO-nu Şərqə genişləndirməyəcəyinə söz verdilər, sonra biz onları öz sərhədlərimizdə görürük. Onlar Ukraynadakı daxili münaqişənin dinc, siyasi yolla həll ediləcəyinə söz verdilər. Xatırladığımız kimi, Polşa, Almaniya və Fransanın xarici işlər nazirləri Kiyevə gələrək bu sazişlərin təminatçısı olacaqlarına söz vermişdilər – bir gün sonra dövlət çevrilişi oldu. Onlar Minsk razılaşmalarını yerinə yetirəcəklərinə söz verdilər, sonra isə bu vədləri yerinə yetirmək fikrində olmadıqlarını, sadəcə olaraq Ukraynadakı Bandera rejimini silahlandırmaq üçün fasilə verdiklərini açıq elan etdilər. Bizə çox şeylər vəd edilmişdi, ona görə də burada təkcə vədlər kifayət etmir", -deyə Rusiya lideri vurğulayıb.
Putin hazırda Ukraynanın döyüş sursatı tükəndiyi üçün Rusiyanın danışıqlara getməyinin axmaqlıq olduğunu söyləyib: "Bununla belə, biz ciddi danışıqlara hazırıq və bütün münaqişələri, xüsusən də bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq biz özümüz üçün dəqiq və aydın başa düşməliyik ki, bu, düşmənin yenidən silahlanma üçün almaq istədiyi pauza deyil, bu, Rusiya Federasiyası üçün təhlükəsizlik zəmanətləri ilə ciddi danışıqlardır".
13-03-2024, 12:54
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Martın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.
12-03-2024, 23:47
Mərkəzə Qazaxıstan istehsalı olan avtobus hədiyyə edildi - FOTO


Mərkəzə Qazaxıstan istehsalı olan avtobus hədiyyə edildi - FOTO

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.
Mərkəzə Qazaxıstan istehsalı olan avtobus hədiyyə edilib.
Avtobusun üzərinə “Qazaxıstan xalqından Azərbaycan balalarına hədiyyə” yazılıb.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!