Direktoru divara çırpan müəllimlə bağlı RƏSMİ AÇIQLAMA .....                        Buraxılış imtahanları apreldə keçirilə bilər? - DİM sədrindən CAVAB .....                        ABŞ Maduronu legitim lider hesab etmir .....                        Xəzər dənizi ilə bağlı vacib toplantı .....                        Rusiyada 3 azərbaycanlı barədə qərar verildi .....                        İkinci balıqçının meyiti İranda tapıldı .....                        Ermənistan və Azərbaycanda münaqişənin həllində iştirak etdik - RUBİO .....                        Kamran Əsədov ittihamlardan sonra ilk dəfə danışdı .....                        Əlbəttə, bunlar hərbi cinayətlərdir! - Arayik ETİRAF ETDİ .....                       
22-05-2025, 14:58
Baş prokuror Vyanada işgüzar səfərdədir - FOTO


Baş prokuror Vyanada işgüzar səfərdədir - FOTO

Mayın 22-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasının sessiyası çərçivəsində Vyana şəhərində işgüzar səfərdə olub.
Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) arasında əldə olunmuş razılığa əsasən ölkəmizin COP29-da sədrliyi çərçivəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim olunması məqsədilə Azərbaycanın Avstriyadakı Səfirliyinin dəstəyi ilə BMT-nin qərargahında “İqlim fəaliyyətinin təkmilləşdirilməsi üçün ətraf mühit cinayətlərinə qarşı cinayətin qarşısının alınmasının və ədalət mexanizmlərinin gücləndirilməsi” adlı xüsusi sessiya təşkil edilib.
Tədbiri giriş sözü ilə açan BMT Baş katibinin müavini, BMTNCİ-nin İcraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali Azərbaycanın COP29-u uğurla keçirdiyini qeyd edərək görülən işləri yüksək qiymətləndirib. O, Azərbaycanın BMTNCİ ilə səmərəli və konstruktiv əməkdaşlığını alqışlayaraq, bu tərəfdaşlığın qlobal səviyyədə ədalət, təhlükəsizlik və ətraf mühitin qorunması sahələrində daha geniş miqyaslı təşəbbüslərə yol açdığına əminliyini ifadə edib.
Baş prokuror Kamran Əliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə COP29-un yüksək səviyyədə və peşəkarlıqla təşkil olunduğunu vurğulayaraq, bu mötəbər tədbirin nəticələrinin qlobal miqyasda əhəmiyyət kəsb etdiyini qeyd edib.
O, həmçinin COP29 çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun və BMTNCİ-nin birgə təşkilatçılığı, Birləşmiş Ərəb Əmirlikləri Daxili İşlər Nazirliyinin isə həmsədrliyi ilə keçirilmiş “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” mövzusunda yüksək səviyyəli tədbiri beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirib.
COP29-un ölkəmizdə keçirilməsinə, habelə ətraf mühitin mühafizəsi və Azərbaycanın ekoloji cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlər və əldə etdiyi uğurlara həsr olunmuş videoçarx nümayiş olunub.
Daha sonra Madaqaskarın ətraf mühit və davamlı inkişaf naziri Maks Fonteyn tədbirə video müraciət ünvanlayaraq, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji dayanıqlılıq sahəsində ölkəsinin həyata keçirdiyi təşəbbüslər və əldə olunmuş nailiyyətlər barədə məlumat vermişdir.
Baş Prokurorluğunun idarə rəisi Elnur Musayev və BƏƏ-nin Daxili İşlər Nazirliyinin idarə rəisi Əhməd Əl-Zəruni çıxış edərək, ətraf mühitin qorunması sahəsində hüquq-mühafizə orqanlarının rolu, bu istiqamətdə tətbiq olunan effektiv mexanizmlər və həyata keçirilmiş uğurlu tədbirlər barədə ətraflı təqdimatlarla çıxış etmişlər.
Sessiyada Vyanada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünaslar, iqlim və ekoloji hüquq üzrə ekspertlər, eləcə də müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edib.




22-05-2025, 14:39
İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI


İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxs təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Həsənov Ərəstun Həsənağa oğlu

Qənbərov Mirsalam Böyükağa oğlu

Sefiyev Amil Mirdaməd oğlu

Şiralıyev Mayıs Ağahüseyin oğlu

Tarverdiyev Qafar Hüseyn oğlu


“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Aslanov İlqar Vaqif oğlu

İbadova Sevinc Qafar qızı.
22-05-2025, 14:14
Bakıda şagird sinif yoldaşına xəsarət yetirdi


Bakıda şagird sinif yoldaşına xəsarət yetirdi

Mayın 22-də 25 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 10:30 radələrində) VIII sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur - red.) mübahisə zamanı yüngül xəsarət yetirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələ ilə bağlı bildirilib ki, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib:
"Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".
22-05-2025, 13:48
Xankəndidə ilk dəfə 51 abituriyent qəbul imtahanı verəcək


Xankəndidə ilk dəfə 51 abituriyent qəbul imtahanı verəcək

Xankəndi şəhərində 51 abituriyent qəbul imtahanı verəcək və bu işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlumata əsasən imtahan Qarabağ Universitetində keçiriləcək.
Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər.
Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.
22-05-2025, 13:42
34 nəfərin Xocalı həsrəti sona çatdı - FOTO


34 nəfərin Xocalı həsrəti sona çatdı - FOTO

Mayın 22-də Xocalının Ballıca kəndinə və Xocalı şəhərinə növbəti köç oldu. Bu gün daha 34 nəfərin Xocalı həsrəti sona çatıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocalı şəhəri və Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
Öz doğma evinə qayıdan keçmiş məcburi köçkünlər qarşısında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri daim diqqətdə saxlanılır. Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. İllərlə həsrətini çəkdiyimiz, ürəyimizdə yaşatdığımız Xocalı bu gün yenidən dirçəlir deyən M.Əfəndiyev bildirib ki, bu təkçə bir köç deyil, bu, qələbənin səbirlə gözlənən zəfərin, evə qayıdışın simvoludur:Sizə elinizdə, evinizdə xoşbəxt, firavan həyat sürməyi arzulayırıq. Hər zaman da yanınızdayıq. Xatırladaq ki, bununla da ümumilikdə Xocalı şəhərinə 346 nəfərdən ibarət 86 ailə, Xocalının Ballıca kəndinə isə 180 ailə - yəni 840 nəfər köç edib.

***

12:07

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 22-də Ağdamdan Xocalıya yola salınıb.
Bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29 nəfər) köçürülür.
Doğma yurda yola düşən keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.





22-05-2025, 13:35
Trampdan Putinlə bağlı ilk etiraf: o, müharibəni bitirmək istəmir!


Trampdan Putinlə bağlı ilk etiraf: o, müharibəni bitirmək istəmir!

ABŞ prezidenti Donald Tramp Avropa liderlərinə deyib ki, Rusiya prezidenti Vladimir Putin özünü qalib hesab etdiyi üçün müharibəni bitirmək niyyətində deyil.
Bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp bu faktı ilk dəfə olaraq birbaşa etiraf edib.
"Trampın bu etirafı Avropa liderlərinin Putin haqqında çoxdan başa düşdüyü şey idi. Amma bunu ilk dəfə Trampın özündən eşitdilər. Bu, həm də onun Putinin həqiqətən sülh istədiyinə inandığına dair ictimai bəyanatları ilə ziddiyyət təşkil edir”, - nəşr yazır.
Lakin Putinin həqiqi mövqeyinin dərk edilməsi Trampı avropalıların və Ukrayna prezidenti Vladimir Zelenskinin ümid etdiyi hərəkətləri, yəni Rusiyaya təzyiqi artırmağa məcbur etməyib.
Mənbələrin bildirdiyinə görə, Tramp Putinlə telefon danışığından bir gün əvvəl bazar günü Avropa liderləri ilə görüşüb və Moskvanın atəşkəs razılaşmasından imtina edəcəyi təqdirdə sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb. Lakin bazar ertəsi o, Vatikanın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında mümkün qədər tez bir zamanda aşağı səviyyəli danışıqlara başlamaq istədiyini bildirərək, fikrini dəyişərək planlarından əl çəkib.
Nəşr yazır ki, Trampın mövqeyi Avropa liderlərinin nəticə çıxarmasını asanlaşdırıb. Artıq Putinin müharibənin bitməsini istəmədiyi çox aydın görünür. Bu, öz növbəsində, liderlərə Ukraynaya gələcək dəstəyin daha çox Avropanın çiyninə düşdüyünü görməyə imkan verib.
Bununla belə avropalılar Tramp administrasiyasının Avropa və ya Ukraynanın pulunu ödədiyi müddətdə Amerika silah ixracatını dayandıracağına inanmırlar.
22-05-2025, 13:33
İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi


İsrailin
Azərbaycandakı səfirliyində bayraq endirildi


İsrailin Azərbaycandakı səfirliyində bayraq endirilib.
Bu barədə Səfirlik məlumat yayıb.
"İsrail Dövlətinin diplomatik nümayəndəlikləri Yaron və Saraya hörmət və matəm əlaməti olaraq bayraqlarını yarıya qədər endiriblər", - məlumatda qeyd edilib.
Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Şübhəli bilinən şəxs saxlanılıb.
22-05-2025, 13:27
Sahil Babayev islahatlara başladı - Yeni maliyyə idarələri yaradıldı


Sahil Babayev islahatlara başladı - Yeni maliyyə idarələri yaradıldı

Maliyyə Nazirliyinin regional maliyyə idarələri yaradılıb.
Nazirlikdən verilən məlumata görə, qurumun yerli bölmələrinin fəaliyyətini təkmilləşdirmək, onlara münasibətdə optimal idarəetmə formasını tətbiq etmək məqsədilə rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilərək onların bazasında Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq regional maliyyə idarələri yaradılıb, onların strukturu təsdiq olunub.
Yeni struktura əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb.
Qeyd edək ki, bu ilin fevral ayında Sahil Babayev maliyyə naziri vəzifəsinə gətirilib. Onun təyinatından sonra Nazirlikdə bir sıra islahatlar aparılıb.
22-05-2025, 12:56
Prezidentdən yüksək vəzifəyə təyinat


Prezidentdən yüksək vəzifəyə təyinat

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib.
Nicat Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.
2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.
ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub.

22-05-2025, 12:30
Keçmiş məhkum market əməkdaşını bıçaqla hədələdi


Keçmiş məhkum market əməkdaşını bıçaqla hədələdi

Market əməkdaşını bıçaqla hədələyib soyğunçuluq edən şəxs saxlanılıb.
Hadisə Suraxanı rayonu ərazisində yerləşən marketlərin birində qeydə alınıb.
Naməlum şəxs marketin əməkdaşını kəsici alətlə hədələyərək 750 manatını talayıb.
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 23 yaşlı Ş.Dövlətov saxlanılıb.
Araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!