Direktoru divara çırpan müəllimlə bağlı RƏSMİ AÇIQLAMA .....                        Buraxılış imtahanları apreldə keçirilə bilər? - DİM sədrindən CAVAB .....                        ABŞ Maduronu legitim lider hesab etmir .....                        Xəzər dənizi ilə bağlı vacib toplantı .....                        Rusiyada 3 azərbaycanlı barədə qərar verildi .....                        İkinci balıqçının meyiti İranda tapıldı .....                        Ermənistan və Azərbaycanda münaqişənin həllində iştirak etdik - RUBİO .....                        Kamran Əsədov ittihamlardan sonra ilk dəfə danışdı .....                        Əlbəttə, bunlar hərbi cinayətlərdir! - Arayik ETİRAF ETDİ .....                       
21-05-2025, 15:49
Yasinin edamında kim iştirak edib? - XİN-dən cavab


Yasinin edamında kim iştirak edib? - XİN-dən cavab

27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu həyata keçirmiş, Səfirliyin bir əməkdaşını qətlə yetirmiş, iki əməkdaşını isə yaralamış Yasin Hüseynzadəyə qarşı 28 yanvar 2024-cü il tarixində çıxarılmış ölüm hökmü 21 may 2025-ci il tarixində səhər saat 5-də icra olunub.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin terrorçuya qarşı edam hökmünün icrası ilə bağlı şərhində deyilir.
Edamın icra olunması prosesini Səfirliyimizin 2 nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.
Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi.
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir.
Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik.
21-05-2025, 15:23
Ceyhun təzəlikcə evlənibmiş: həyat yoldaşını xilas etmək istəyərkən ölüb


Ceyhun təzəlikcə evlənibmiş: həyat yoldaşını xilas etmək istəyərkən ölüb

ABŞ-nin Florida ştatının Mayami şəhərində həmyerlimiz Ceyhun Sadibəylinin öldüyü hadisə ilə bağlı bəzi detallar üzə çıxıb.
Yaxınlarının bildirdiyinə görə, əslən Yardımlı rayonundan olan 24 yaşlı Ceyhun bir neçə ay əvvəl ailə həyatı qurubmuş. O, Bostondakı şirkətdə satış meneceri vəzifəsində çalışırmış.
Mərhumun əmisi bildirib ki, C.Sadibəyli həyat yoldaşı ilə Mayamiyə istirahətə gedib və xanımının suda boğulduğunu görərək onu xilas etməyə çalışıb. Bu zaman qadın xilas olsa da, Ceyhun suda boğularaq ölüb.
Onun cənazəsinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, C. Sadibəyli 665 balla ADA Universitetinin biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olub.
21-05-2025, 15:06
Ərdoğanla İlham Əliyevin səmimi görüntüsü


Ərdoğanla İlham Əliyevin səmimi görüntüsü

Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilir.
İclasda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
İ.Əliyevlə Ərdoğan görüşüb və onlar arasında maraqlı dialoq baş tutub.
21-05-2025, 14:57
Qızımın cəsədini Kürdən gülə-gülə çıxardı - Nuranənin atası danışdı


Qızımın cəsədini Kürdən gülə-gülə çıxardı - Nuranənin atası danışdı

Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova qeyri-rəsmi nikahda yaşadığı Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.
Nuranənin atası İlkin Ələkbərov qızının işgəncə ilə öldürüldüyünü bildirib.
“Mənim balamı zülümlə öldürüb. Aldadıb aparıb öldürüb. 5 gün bundan qabaq mən onu evdən çıxarmışam. Demişəm ki, “get, bir də bura dönmə, nə vaxt atan, anan bura gələcək, söz verəcək...Nə vaxt ki, toydan əvvəl gəlib söz vermişdilər, sinəsinə döymüşdü ki, “bu gəlin mənimdir, mən baxacam öz balam kimi”. Baxmadı ki... Getdim balamı gətirdim”, - o qeyd edib.
Atası bildirib ki, qızının yaşı düşmədiyi üçün onların rəsmi nikahı olmayıb:
“Qızımı qaçırdı. Həmin gecə evlərinə getdim qızı gətirmək üçün. Düşdülər ayağımıza dedilər ki, “ağır seyidik, bu bala mənim balamdır, narahat olmayın. Bu qızı buradan heç kim apara bilməz, aparan da xeyir tapa bilməz. Ona görə də susduq qaldıq, kişi söz verdi də, biz nə bilərdik ki, bu kişi deyilmiş. Mən onu özüm maşına mindirib aparmışdım. Məndən sonra gəlib qızımı aldadıb aparıb. 17-si qızımı öldürüb, dünən xəbəri gəlib. Onun valideyni bilirmiş. Gülə-gülə kürdən çıxardı meyiti”.
Xatırladaq ki, S. Talıbzadə mayın 17-si birgə yaşadığı 16 yaşlı Nuranəni qətlə yetirərək Kürə atıb. Hadisədən 3 gün sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.
21-05-2025, 14:51
"Ermənistana dedik ki, Kəlbəcər və Laçını saxlayın, 5 rayonu qaytarın” - Lavrov


"Ermənistana dedik ki, Kəlbəcər və Laçını saxlayın, 5 rayonu qaytarın” - Lavrov

“Ermənistanın ilk rəhbərlərindən heç biri Rusiyaya “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımaq təklifi etməyib”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 21-də Ermənistan və Rusiya xarici işlər nazirləri arasında keçirilən birgə mətbuat konfransında deyib.
Azərbaycanın 44 günlük müharibədə istifadə etdiyi silahların əksəriyyətinin Rusiya və Belarus istehsalı olması ilə bağlı jurnalistin sualını cavablandıran Lavrov Ermənistanın müstəqillik əldə etdikdən sonra “Dağlıq Qarabağ”da 7 rayonu tutmaq üçün Rusiya silahlarından istifadə etdiyini vurğulayıb.
“Rusiya silahları Azərbaycanın 7 rayonunu şəksiz tutmaq və orada istehkamlar, hərbi xətlər qurmaq üçün istifadə olunub. Bu da hesablamanın həmin ərazilərin uzun müddət əldə saxlanılması üçün aparıldığını göstərir. Bəzi analitiklərin fikrincə, bu istehkamların xarakteri göstərir ki, onların heç vaxt Azərbaycana qaytarılması planlaşdırılmayıb”, - Lavrov bildirib.
O əlavə edib ki, Rusiya silahlarından Afrikada da istifadə olunur.
Lavrovun sözlərinə görə, müxtəlif ölkələrdə Rusiya silahları var, lakin bu o demək deyil ki, həmin silahlar hər yerdə hamını qane edəcək məqsədlər üçün istifadə olunur.
Rusiyadan Ermənistana reallaşdırılmamış silah tədarükünə gəlincə, Lavrovun sözlərinə görə, bu gün həmin məsələ müzakirə edilib, həll olunub və ödənişlər başqa məqsədlərə yönəldilib.
“Yeni təchizatla bağlı burada heç bir ziddiyyət yoxdur. İndi elə bir vəziyyətdəyik ki, tarixdə ilk dəfə deyil, faşist şüarları ilə Zelenski rejimini ön plana çıxaran bütün Avropaya qarşı mübarizə aparmaq məcburiyyətindəyik. Bu vəziyyətdə Ukraynaya böyük miqdarda müasir silahlar verilir və bu, bizim cavabımızı tələb edir”, - Lavrov bildirib.
O, əmindir ki, erməni tərəfdaşlar anlayırlar ki, bu vəziyyətdə bəzən bütün öhdəlikləri göstərilən müddətlərdə yerinə yetirmək mümkün olmur.
“Lakin müqavilədə nəzərdə tutulan bütün vəsaitlər Ermənistana verilir və proses davam edəcək”.
Başqa ölkələrdən silah alınmasına gəlincə, Lavrovun sözlərinə görə, onlar bunun əleyhinə deyillər, bu, Ermənistanın seçimidir.
Lavrov bir daha vurğulayıb ki, “Dağlıq Qarabağ” məsələsində heç kim Rusiyanı qınaya bilməz, çünki 20 ilə yaxındır ki, Rusiya liderləri Putin və Medvedev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün addımlar atıb, təkliflər veriblər.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri məsələnin yekun həllini sonraya buraxaraq, aralıq mərhələ kimi Ermənistan və Qarabağı birləşdirən Kəlbəcər və Laçın rayonlarını saxlamaqla 5 rayonun Azərbaycana qaytarılması ilə bağlı kompromis təklifini xatırladır. Rusiya xarici işlər nazirinin sözlərinə görə, Rusiyanın bu təklifi dəfələrlə rədd edilib.
21-05-2025, 14:40
Novruz Türk dünyasının ortaq bayramı oldu


Novruz Türk dünyasının ortaq bayramı oldu

Novruz bayramı Türk dünyasının ortaq bayramı statusunu alıb.
Qərar Türk Dövlətləri Təşkilatının Macarıstanın paytaxtı Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə qəbul olunub.
Təklif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və iştirakçı dövlət başçıları tərəfindən dəstəklənib.
21-05-2025, 14:08
Əziz Sancar təltif edildi - Prezident mərasimdə iştirak edib


Əziz Sancar təltif edildi - Prezident mərasimdə iştirak edib

Mayın 21-də Budapeştdə Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
21-05-2025, 13:51
3+3 formatında növbəti görüşlər İrəvan və Bakıda olacaq


3+3 formatında növbəti görüşlər İrəvan və Bakıda olacaq

3+3 formatında növbəti görüşlər İrəvan və Bakıda baş tuta bilər.
Bunu İrəvanda keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.
Rusiyalı nazir razılaşmanın bağlanması, kommunikasiyaların açılması, sərhədin demarkasiyası və delimitasiyası vasitəsilə tam sülhə nail olmaq yolunda Moskvanın İrəvan və Bakıya dəstəyini təsdiqləyib. Onun sözlərinə görə, proseslər 2020-22-ci illərdə ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusuna əsaslanmalıdır.
Lavrov həmçinin bildirib ki, 3+3 formatının inkişafında kifayət qədər potensial görür. Artıq Tehran və İstanbulda iki görüş keçirilib. İlk iki görüşün nəticələrinə əsasən, regionda sülhün və sabitliyin, iqtisadi və nəqliyyat əlaqələrinin, zəngin mədəni ənənələrin möhkəmləndirilməsi üçün üçün bütün ilkin şərtlərə malik olan platformanın gələcəyi ilə bağlı müəyyən nikbinlik var.
“Ermənistan və Azərbaycan növbəti görüşlərə ev sahibliyi etmək istəyirlər. Onlar öz aralarında razılığa gələ bilərlər. Belə ki, növbəti iki tədbir Ermənistan və Azərbaycanın paytaxtlarında baş tutsun", - Lavrov qeyd edib.
21-05-2025, 13:43
Türk Dövlətləri liderlərinin Zirvə görüşü başa çatıb


Türk Dövlətləri liderlərinin Zirvə görüşü başa çatıb

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Macarıstanın Baş naziri Viktor Orban dövlət başçılarını qarşılayıb. Əvvəlcə birgə foto çəkdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib. Sonra Zirvə görüşündə sənədlər imzalanıb.
21-05-2025, 13:01
İlham Əliyev tarixə düşəcək - Ərdoğan


İlham Əliyev tarixə düşəcək - Ərdoğan

Türk dünyası üçün strateji əhəmiyyət daşıyan Cənubi Qafqazda baş verənləri yaxından izləyirik.
Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Can Azərbaycanın Ermənistanla sülh sazişinin layihəsinin mətni üzrə razılaşma əldə etməsindən məmnunuq. İki ölkə arasında davamlı sülh əldə ediləcəyi təqdirdə, bu vəziyyət Türk dünyası üçün bir çox fürsəti gətirəcək. Müzəffər Prezident İlham Əliyevin bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcəyindən əminəm", - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!