Yaşlandıqca daha çox xatırlayıram… .....                        İREVAN’DA MİMARLIK SANATI MİRZA KADİM İREVANİ .....                        Dünyanın ən yaxşı bacısı .....                        Dünya səyyahları Füzulidə .....                        Putin İlham Əliyevə təşəkkür etdi .....                        Polis gücləndirilmiş iş rejiminə keçdi .....                        Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI .....                        Kəlbəcər və Laçına qar yağır .....                        Masallıdakı qəzada yaralananların son durumu .....                       
19-08-2025, 19:26
Daha bir əməliyyat görüntüsü yayıldı - Nazirlikdən REAKSİYA


Daha bir əməliyyat görüntüsü yayıldı - Nazirlikdən REAKSİYA

Estetik əməliyyatla bağlı yayılan görüntülərdə adı hallanan müəssisənin qanunsuz fəaliyyəti araşdırılacaq
Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.
Daxil olan sorğularda əməliyyatın "Dost Estetik Mərkəzi"ndə keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777” adlı müəssisədə çalışdığı qeyd olunur. Hər iki müəssisə tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur.
“Dost Estetik Mərkəzi”nin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil.
Araşdırma zamanı müəyyən edilib ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” lisenziya olmadan tibbi fəaliyyət göstərir. Yoxlama zamanı kosmetoloji xidmətlər göstərilən, tibbi avadanlıqlarla təchiz edilmiş otaqlarda pasiyent qəbulu və prosedurların icrası faktları aşkarlanıb. “UĞUR Estetik Mərkəzi 777” ilə bağlı AEM tərəfindən 2023-2025-ci illər ərzində dəfələrlə plandankənar yoxlamalar aparılıb, aşkar edilən pozuntularla bağlı ümumilikdə 5 inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 210.1-ci maddəsi üzrə cərimə olunması barədə qərar qəbul olunub.
Göstərilənlərlə yanaşı, müəssisə lisenziya olmadan fəaliyyətini davam etdirdiyindən, Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib.
19-08-2025, 18:56
Kılıçdaroğludan iddialara cavab: “Tamamilə yalandır”


Kılıçdaroğludan iddialara cavab: “Tamamilə yalandır

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kemal Kılıçdaroğlu Ankaranın Böyük Şəhər Bələdiyyəsinin başçısı Mansur Yavaşın prezidentliyə namizədliyinə qarşı çıxması barədə iddialara münasibət bildirib.
O, yayılan iddiaları təkzib edib.
“Adımdan yayılan xəbər və şərhlərin heç biri doğru deyil. Tamamilə yalandır. Ortada seçki yoxkən belə bir açıqlama verməyim mümkün deyil”, - Kılıçdaroğlu qeyd edib.
O, Mansur Yavaşla bağlı hər hansı “qeyd-şərt” qoymadığını bildirib:
“Mənim belə bir açıqlamam olmayıb. Ortada prezident seçkisi yoxdur. Mən niyə belə danışım? Mansur bəy haqqında niyə belə bir irad ortaya qoyum? Kiminsə uydurduğu yalandır və buna hamı inanır. Mən heç kimə açıqlama verməmişəm”.
Qeyd edək ki, mətbuatda Kılıçdaroğlunun həbsdə olan bələdiyyə sədri Ekrem İmamoğlu və Mansur Yavaşın namizədliyinə qarşı olduğu, yeni namizədin irəli sürülməsini dəstəklədiyi barədə iddialar yayılıb.
19-08-2025, 18:18
Amerikalı sentorlar Dəməşqdə - FOTO


Amerikalı sentorlar Dəməşqdə - FOTO

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəraa Dəməşqdə ABŞ Nümayəndələr Palatası və Senatının nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani və daxili işlər naziri Anas Xəttab da iştirak ediblər.
Bu, ötən ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra ABŞ qanunvericilərinin Suriyaya ilk səfəridir.
Görüşün detalları açıqlanmayıb.


19-08-2025, 17:44
Krımı, Donbassı ələ keçirmək məqsədimiz olmayıb - Lavrov


Krımı, Donbassı ələ keçirmək məqsədimiz olmayıb - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ötən gün Rusiya prezidenti Vladimir Putin və Ağ Ev rəhbəri Donald Tramp arasında telefon danışığınin olması Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli nizamlanmasının zəruriliyini başa düşdüyünü təsdiqləyib.
Lavrov "Rossiya-24" telekanalına müsahibəsində deyib: "Yəni ki, bu böhran bir daha təkrarlanmasın və bu regiondakı bütün dövlətlərin və orada yaşayan xalqların qanuni hüquqları təmin edilsin. Yeri gəlmişkən, bu anlaşma prezident Putinlə prezident Trampın dünən axşam telefon danışığı zamanı təsdiqlənib".
O, Alyaskada Rusiya-Amerika danışıqlarında da sanksiyalarla bağlı məsələnin gündəmə gətirilmədiyini vurğulayıb.
Bundan əlavə, Lavrovun sözlərinə görə, Donald Tramp Rusiyaya səfərə dəvət alıb.
Lavrov bildirib ki, Rusiya heç vaxt Ukraynanın ərazilərini ələ keçirməyə çalışmayıb, lakin “rus xalqını müdafiə etməyə çalışıb”.
"Bir daha qeyd etmək istərdim ki, biz heç vaxt sadəcə olaraq müəyyən əraziləri ələ keçirmək barədə danışmamışıq. Nə Krım, nə Donbass, nə də "Novorossiya" ərazi olaraq bizim məqsədimiz olmayıb", - nazir deyib.
"Rusiyanın məqsədi əsrlər boyu o torpaqlarda yaşayan, Krımda və Donbassda onlar üçün qan tökən, Odessa, Nikolayevdə şəhərlər yaradan xalqı, rus xalqını qorumaq idi”.
Lavrov həmçinin bildirib ki, Rusiya Ukrayna ilə nizamlanma üzrə danışıqlar üçün heç bir formatı rədd etmir və yüksək səviyyəli rəsmilərin iştirakı ilə istənilən yüksək səviyyəli təmaslara “son dərəcə ehtiyatla hazırlanmalıdır”. Rusiyalı nazirin sözlərinə görə, əsas odur ki, çoxtərəfli formatlar “kimsə səhər qəzetlərində yazsın, axşam televiziyada göstərsin, sosial şəbəkələrdə qeybət etsin” deyə təşkil edilməməlidir.
Onlar “addım-addım, ekspertlər səviyyəsindən başlayaraq, sammitlərə hazırlaşmaq üçün bütün lazımi addımlardan keçməklə” həyata keçirilməlidir.
19-08-2025, 17:36
Tramp Ukraynaya qoşun göndərməyəcək


Tramp Ukraynaya qoşun göndərməyəcək

ABŞ prezidenti Donald Tramp ABŞ-ın münaqişəyə son qoymaq səyləri çərçivəsində Ukraynaya qoşun göndərməyəcəyinə söz verib.
Tramp "Fox News"un ABŞ qoşunlarının Ukraynaya göndərilib-göndərilməyəcəyi ilə bağlı sualına cavabında buna əmin edib.
"Bilirsiniz, mən prezidentəm və mən sadəcə insanların ölməsinin qarşısını almağa çalışıram", - o deyib.
Kiyev üçün mümkün təminatlarla bağlı danışıqlar davam edərkən, Tramp Ukraynanın Avropa müttəfiqlərinə, o cümlədən Fransa, Almaniya və Böyük Britaniyaya qoşun göndərməyi təklif etməklə onun təhlükəsizliyini artıracaq.

19-08-2025, 17:26
Krım qaytarılmayacaq, Zelenski güzəştə getməlidir - TRAMP


Krım qaytarılmayacaq, Zelenski güzəştə getməlidir - TRAMP

ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski və Avropa İttifaqı nümayəndələri ilə keçirilən görüşün yekunlarını şərh edib.
O, həmçinin Vladimir Putinlə telefon danışığı barədə danışaraq, Rusiya-Ukrayna münaqişəsinin gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Tramp bildirib ki, Ukraynanın NATO-ya qoşulması Rusiya üçün həmişə tabu olub və bu mövqe hələ Putindən öncə də mövcud idi. ABŞ Prezidenti qeyd edib ki, Krımın Ukraynaya qaytarılması mümkün deyil. Onun sözlərinə görə, Zelenskinin güzəştlərə getməsi vacibdir:
“Ukrayna çoxlu torpaq alacaq, lakin Zelenski daha çevik olmalıdır”, - deyə Tramp vurğulayıb.
Tramp bəyan edib ki, prezidentliyi dövründə ABŞ əsgərləri Ukraynaya göndərilməyəcək. Lakin o, Avropa ölkələrinin belə bir addım atmasını normal sayır:
“Fransa, Britaniya və Almaniya öz hərbçilərini Ukraynaya yerləşdirmək istəyirlər. Bu, Rusiya üçün problem yaratmayacaq. ABŞ isə Avropaya dəstək verə bilər, o cümlədən havadan yardım göstərməklə.”
Tramp müsahibəsində Rusiya Prezidenti ilə son telefon danışığına da toxunub. O bildirib ki, Putinlə Avropa liderlərinin gözü qarşısında danışmağı məqsədəuyğun saymayıb: “Bu, Putinə hörmətsizlik olardı. Rusiya güclü hərbi dövlətdir – bəyənilsə də, bəyənilməsə də bu bir faktdır”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti qeyd edib ki, ilk görüş Putinlə Zelenski arasında baş tutarsa, bundan sonra üçtərəfli formatda danışıqlar mümkündür. Onun fikrincə, Avropa liderləri də artıq Ukraynanın müəyyən ərazilərdə güzəştə getməsinin labüdlüyünü anlayırlar.
19-08-2025, 17:24
Şuşa həbsxanasının taleyi necə olacaq? - RƏSMİ


Şuşa həbsxanasının taleyi necə olacaq? - RƏSMİ

XIX əsrin ortalarında inşa edilmiş Şuşa həbsxanası tarixi əhəmiyyət daşıyan tikililərdən biridir və işgal dövründə erməni silahlı birləşmələri tərəfindən müxtəlif məqsədlərlə istifadə olunub.
Şuşa Şəhəri Dövlət Qoruq İdarəsindən bildirilib ki, hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə həmin kompleksdə İşğal Muzeyinin yaradılması ilə bağlı layihə hazırlanma mərhələsindədir.
Əlavə olaraq qeyd edilib ki, layihə çərçivəsində binanın tarixi və memarlıq xüsusiyyətləri nəzərə alınmaqla bərpa edilməsi, müasir muzey formatında qorunaraq gələcək nəsillərə təqdim olunması nəzərdə tutulur.
19-08-2025, 17:13
Universitetlərin illik təhsil haqları niyə bahalaşıb? - Nazirlikdən CAVAB


Universitetlərin illik təhsil haqları niyə bahalaşıb? - Nazirlikdən CAVAB

Azərbaycanda bır sıra ali təhsil müəssisələrində illik təhsil haqları artırılıb. Qiymət artımı universitetə görə dəyişir, bəzilərində 100-800 arasında, bəzilərində 1500 manat artım var.
Sosial şəbəkələrdə qiymət artımı müzakirələrə səbəb olub.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.
Əlavə olaraq qeyd edilib ki, hər il dövlət sifarişinin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur:
"Məlumat üçün bildiririk ki, ötən il Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və doktorantura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin (dövlət büdcəsi tərəfindən təhsil müəssisələrinə ödənilən) miqdarı orta hesabla 25 % artırılmışdır".
Nazirlikdən verilən məlumata görə, ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqı məbləği isə tabeliyində ali təhsil müəssisəsi olan nazirlik, komitə və təşkilatların təklifləri nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilir.
"Həmçinin diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi həmin tarixdən etibarən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılmışdır", - qurumdan əlavə edilib.
19-08-2025, 16:41
Süni göldə boğulan gəncin meyiti tapıldı


Süni göldə boğulan gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Tükəvilə kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mərhumun ​​​​kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Ələsgərov olduğu bildirilir.
19-08-2025, 16:15
Məmməd İsmayıl vəfat etdi


Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat edib.
Bu barədə onun yaxınları məlumat yayıb.
O, sabah Tovuz rayonunun Əsrik kəndində dəfn ediləcək.
Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik kəndində anadan olub. 1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini, 2013-cü ildə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor ünvanı alıb.
1966–1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975–1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976–1980-ci illərdə "C. Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980–1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983–1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988–1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru vəzifələrində çalışıb.
1989–1993-cü illərdə Xalq hərəkatında iştirak edib və "Demokratik Qüvvələr Birliyi"nin həmsədri kimi fəaliyyət göstərib. 1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışıb.
1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğul olub.
Şairin son bir neçə həftədə səhhətində problemlər yaranmışdı.
Allah rəhmət eləsin!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!