Belarusun müdafiə naziri azərbaycanlı həmkarına zəng etdi .....                        “Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu .....                        “Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum oldu .....                        Azərbaycan-İran sərhədində yük maşınlarının hərəkətinə icazə verildi .....                        Tramp İrandan kapitulyasiya tələb etdi: "Heç bir razılaşma olmayacaq" .....                        Prezident Azərbaycan qadınlarını təbrik etdi .....                        Milli Məclisin Komissiyası Naxçıvanla bağlı bəyanat qəbul etdi .....                        Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət etdi .....                        Azərbaycanın İranla sərhədə hərbi texnika yığması dezinformasiyadır - MEDİA .....                       
25-07-2025, 18:00
Şamaxıda "Mercedes" ana və qızını vurdu


Şamaxıda "Mercedes" ana və qızını vurdu

Şamaxı rayonu ərazisində iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhərinin ərazisindən keçən hissəsində qeydə alınıb. 99-ET-249 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobilinin sürücüsü yolu keçmək istəyən piyadaları - 46 yaşlı Kəmalə Rəfiyevanı və onun qızı, 18 yaşlı Leyla Rəfizadəni vurub. Müxtəlif dərəcəli ağır xəsarətləri alan piyadalar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

25-07-2025, 17:57
Bakıda ağacları kəsdilər - 225 min manatlıq ziyan


Bakıda ağacları kəsdilər - 225 min manatlıq ziyan

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Abşeron rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsində, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində, Xətai rayonu Rahib Məmmədov küçəsində, Nərimanov rayonu Ağa Nemətulla, Hacı Məmməd və Faiq Yusifov küçələrinin kəsişməsində, eyni zamanda Nərimanov rayonu Dərnəgül qəsəbəsində, Gəncə şəhəri Həsən Əliyev və Pərviz Səmədov küçələrinin kəsişməsində, həmçinin Gəncə şəhəri Fikrət Əmirov adına parkın ərazisində, Abşeron rayonu Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində və Xırdalan şəhəri Hacı ZeynalabdinTağıyev küçəsində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 225 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
25-07-2025, 17:47
Əli Əsədov Gürcüstan naziri ilə görüşdü


Əli Əsədov Gürcüstan naziri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib.
Givi Mikanadzenin səfəri çərçivəsində Bakıda keçiriləcək Azərbaycan–Gürcüstan Gənclər Forumunun əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında humanitar əlaqələrə toxunularaq, gənclər və təhsil sahələrində əməkdaşlığın nəticələrindən məmnunluq ifadə olunub, bu əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və elm və təhsil naziri Emin Əmrullayev görüşdə iştirak ediblər.
25-07-2025, 17:46
Bakı məhkəməsi Ukraynanın sabiq nazir müavininə bəraət verdi


Bakı məhkəməsi Ukraynanın sabiq nazir müavininə bəraət verdi

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, "Oleq Bakinski" kimi tanınan iş adamı Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, Oleq Krapivinə 6 ay müddətinə sınaq müddətinə şərti cəza verilib. Konstantin Kuçerə isə ittiham olunduğu maddələrdən birinə bəraət verilib. Ona 6 ay sınaq müddəti seçilməklə şərti cəza təyin edilib.
Bundan əvvəlki prosesdə dövlət ittihamçısı Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il azadlıqdan məhrum edilməsini istəyib.
Kuçerin 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.
"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Ötən prosesdə isətəqsirləndirilən Oleq Krapivinin səhəti ilə bağlı vəkilinin vəsatətini məhkəmə təmin edərək onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar çıxarmışdı.
24-07-2025, 21:54
49 nəfərin öldüyü qəza yerindən yeni görüntü


49 nəfərin öldüyü qəza yerindən yeni görüntü

Rusiya İstintaq Komitəsinin müstəntiqləri Amur vilayətində təyyarənin qəzaya uğradığı yerdə işləyir, həmçinin hava nəqliyyatı təşkilatlarında axtarışlar aparır.
Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Anqara aviaşirkətinin An-24 sərnişin təyyarəsi iyulun 24-də Amur vilayətinin Tynda hava limanına eniş edərkən ikinci dəfə eniş etdikdən sonra qəzaya uğrayıb.
Müxtəlif mənbələrə görə, təyyarədə ekipaj da daxil olmaqla 46-49 nəfər olub. Rusiya İstintaq Komitəsi təyyarədə olanların hamısının öldüyünü təsdiqləyib. Təyyarənin qalıqları Tındadan 16 km aralıda dağın yamacında tapılıb; qəza yerində xilasedicilər işləyir.
Təyyarə qəzası ilə əlaqədar Amur vilayətində fövqəladə vəziyyət və üç günlük matəm elan edilib. Faktla bağlı cinayət işi açılıb.


24-07-2025, 21:40
İdlibdə güclü parlaştış - 7 ölü, 100 yaralı


İdlibdə güclü parlaştış - 7 ölü, 100 yaralı

Suriyanın şimal-qərbindəki İdlib vilayətinin Maarat-Misrin yaşayış məntəqəsi yaxınlığında baş vermiş partlayış nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb, 100-ə yaxın yaralının olduğu bildirilib.
Qeyd olunub ki, partlayış qaçqınların məskunlaşdığı çadır düşərgələrinə təsir göstərib, bu da xeyli sayda insanın xəsarət almasına gətirib çıxarıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
24-07-2025, 21:03
Xankəndi stadionu təmir ediləcək - 10 milyon manat


Xankəndi stadionu təmir ediləcək - 10 milyon manat

Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə işlərə başlanılır.
Gənclər və İdman Nazirliyi artıq bununla bağlı "Planet Construction" şirkəti ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə işlərin icrasına 9 milyon 918 min 674 manat vəsait sərf olunacaq.
24-07-2025, 20:00
Arif Babayev Bakıya yola salındı Arif Babayev Bakıya yola salındı


Arif Babayev Bakıya yola salındı

Səhhəti ağırlaşdığına görə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq artisti Arif Babayev Bakıya yola salınıb.
"Qax Rayon Mərkəzi Xəstəxanasında bir gün qalıb. Lazımi müalicələrə baxmayaraq vəziyyətində irəliləyiş olmayıb. Hazırda səhhəti ağır stabil olaraq qalır. Huşu aydın deyil. Mərkəzi Gömrük Hospitalına aparılır", - A.Babayevin yaxınları söyləyib.
Xatırladaq ki, may ayında da sənətkarın səhhəti ağırlaşmış və Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi.
Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.
24-07-2025, 19:40
Lerikdə yanğına səbəb olanlar tutuldu


Lerikdə yanğına səbəb olanlar tutuldu

Lerik rayonunun Tikəbənd və Durğan kəndləri ərazisində əkin və otlaq sahələrində iyulun 24-də baş vermiş yanğın hadisələri ilə bağlı polis əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində hadisələrin ehtiyatsızlıqdan törədilyi müəyyən edilib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Tikəbənd kəndi ərazisində kənd sakini olan azyaşlının otlaq sahədə ocaq yandırması nəticəsində 2 hektar ərazidə kol-kos yanıb.
Azyaşlı valideyni ilə birlikdə polis orqanına dəvət olunmaqla profilaktik söhbətlər aparılıb.
Durğun kəndidə isə kənd sakini 46 yaşlı Malik Mahmudov siqaret kötüyünü əkin sahəsinə atdığı üçün 4 hektar ərazidə kol-kos yanıb.
M.Mahmudov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Qeyd edək ki, hər iki şəxs yanğın baş verdikdən sonra aidiyyəti üzrə məlumat vermədən ərazidən uzaqlaşıblar.
24-07-2025, 19:32
İmtahan nəticələri elan edildi


İmtahan nəticələri elan edildi

İyunun 22-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 23-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin 1-5 iyul tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması həyata keçirilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin (esse və vizual məlumatın təsviri) qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanlarda 2144 namizəd və iddiaçı (1797 nəfər doktoranturaya qəbul, 344 nəfər fəlsəfə doktoru, 3 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. 56 nəfər imtahana gəlməyib.
Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1106 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.
97 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.
3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.
Xarici dil üzrə qəbul imtahanında (habelə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında) bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla 25 və daha yuxarı bal toplamış namizədlər imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal isə 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 30 iyuldan etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00‑dan 27 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!