2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
21-04-2025, 14:14
Prezident Roma Papasının ölümü ilə bağlı başsağlığı verdi


Prezident Roma Papasının ölümü ilə bağlı başsağlığı verdi

Prezident İlham Əliyev Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrellə Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı məktubu ünvanlayıb. Başsağlığı məktubunda deyilir:

Zati-həzrətləri,

"Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası

Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.
Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri həyat amalı bəşəriyyətin əmin-amanlığı naminə fədakarcasına xidmət olan parlaq din xadimini, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdi.
Roma Papası Fransisk bütün həyat və fəaliyyətini ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, dinlərarası və mədəniyyətlərarası anlaşmanın və humanizm ideallarının təşviqinə həsr etmiş, insanlar arasında qarşılıqlı anlaşma, birlik və həmrəylik münasibətlərinin bərqərar olması naminə yorulmadan çalışmışdı. Dərin məzmunlu və şərəfli ömür yolu ilə örnək olan Roma Papası Fransisk bəşəri dəyərlərin fövqündə duran nəcib əməlləri, insanlara mərhəmət, şəfqət və mənəvi ucalığa çağırışları, xeyirxahlığı və fədakarlığı ilə bütün dünyada böyük rəğbət, dərin hörmət və ehtiram qazanmışdır.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Zati-müqəddəsləri Fransisk Həzrətlərinin misilsiz xidmətləri olmuşdur. Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratlarla xatırlayacağam. Roma Papası Fransiskin əziz xatirəsi və zəngin mənəvi irsi qəlblərdə və hafizələrdə daim yaşayacaqdır.
Bu ağır itkinin kədərini bölüşür, Sizə, Müqəddəs Taxt-Taca və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
21-04-2025, 14:10
Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var idi - Arkadi Qukasyan


Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var idi - Arkadi Qukasyan

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı, soyqırımı zamanı günahsız insanların məhz azərbaycanlı olduğuna görə sistemli şəkildə məhv edilməsi ilə bağlı suallara cavab verib.
O, Xocalıda baş verənlər haqqında ilk dəfə 1992-ci ilin fevral ayında “rəsmi məlumatlar” verilməsi nəticəsində informasiya aldığını iddia edib: “O zaman faciənin miqyasını bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi”.
O, dinc əhalinin qətlini pislədiyini də vurğulayıb: “Bu, qəbuledilməzdir, müharibənin qanlı səhifələrindən biridir”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
21-04-2025, 13:55
Köç karvanı Ağdamın Sarıcalı kəndinə çatıb - FOTO


Köç karvanı Ağdamın Sarıcalı kəndinə çatıb - FOTO

Aprelin 21-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.
Bu mərhələdə köçürülən 141 nəfərdən ibarət 34 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.



21-04-2025, 13:39
Ballıcaya daha 21 ailə köçürüldü - FOTO


Ballıcaya daha 21 ailə köçürüldü - FOTO

Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, 83 nəfərdən ibarət 21 ailə doğma yurduna qovuşub.
Açarların təqdimetmə mərasimində çıxış edən Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, mərhələli şəkildə doğma torpaqlarına köç edən keçmiş məcburi köçkünlər üçün Ballıca kəndində hər cür şərait yaradılıb. Onların məşğulluq məsələləri diqqət mərkəzində saxlanılır. Ballıca kəndinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər. Ailələr açarları təhvil alıb və artıq öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, Ballıca kəndi elektrik enerjisi, təbii qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. Bu gün köçürülənlər də daxil olmaqla Ballıca kəndində 157 ailə (742 nəfər) məskunlaşıb.





21-04-2025, 13:22
İran XİN: Pezeşkian bu həftə Azərbaycana gedəcək


İran XİN: Pezeşkian bu həftə Azərbaycana gedəcək

İran Xarici İşlər Nazirliyi prezident Məsud Pezeşkianın bu həftə Azərbaycana gedəcəyini bildirib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi məlumat verib.
O, həftəlik mətbuat konfransında prezident Pezeşkiyanın Azərbaycana səfərindən danışıb.
Səfərin iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu qeyd edən Bekayi deyib: "Bu, ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün bir fürsət olacaq”.
21-04-2025, 12:57
Sabahın havası: 27 dərəcə isti olacaq


Sabahın havası: 27 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az çiskinli olacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 10-13, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-12, gündüz 22-27, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
21-04-2025, 12:41
Çin dünya ölkələrini xəbərdar etdi


Çin dünya ölkələrini xəbərdar etdi

Çinlə ABŞ arasında ticarət müharibəsinin davam etməsi fonunda rəsmi Pekin dünya ölkələrini Birləşmiş Ştatlarla hər hansı şəkildə Çinin maraqlarına ziyan vura biləcək ticarət sövdələşmələri bağlamamağı xəbərdar edib.
“Çin hər hansı tərəfin Çinin maraqlarına (ziyan vurmaq) bahasına saziş bağlamasına qəti şəkildə qarşı çıxır. Bu baş versə, Çin bunu heç vaxt qəbul etməyəcək və qətiyyətli şəkildə əks tədbirlər görəcək. Çin öz hüquq və maraqlarının təhlükəsizliyini təmin etməyə qadirdir və bunda qətiyyətlidir”, - Çinin Kommersiya Nazirliyinin bəyanatında qeyd olunur.
Qeyd edək ki, Çinlə eyni regiondan olan Tayvan, Yaponiya və Cənubi Koreyanın hökumətləri artıq Vaşinqtonla gömrük rüsumlarının yumşaldılması ilə bağlı danışıqlara başlayıblar. ABŞ prezidenti Donald Tramp aprelin 2-də elan etdiyi gömrük rüsumlarının tətbiqini əksər ölkərə qarşı ertələsə də, Çinə qarşı əksinə olaraq, tarifləri daha da yüksəldərək 145%. rəsmi Pekin buna cavab olaraq Amerika mallarına tətbiq olunan idxal rüsumlarını 125%-ə qaldırıb.
21-04-2025, 12:26
Terminallardan 39 min manata yaxın pul oğurladılar - VİDEO


Terminallardan 39 min manata yaxın pul oğurladılar - VİDEO

Abşeron rayonu ərazisində yerləşən marketlərin birindən və orada olan ödəmə terminalından 3567 manat oğurlanıb.
DİN-dən bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif Hüseynov, 27 yaşlı Elvin Əhmədov və 34 yaşlı Emin Yusifov müəyyən olunaraq saxlanılıblar.
Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər paytaxtın müxtəlif rayonlarında, həmçinin Abşeron rayonunda yerləşən 11 mağazadan ödəmə terminallarını sındırmaqla ümumilikdə 38943 manat pul vəsaitini oğurlayıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Araşdırmalar davam etdirilir.

21-04-2025, 12:26
Terminallardan 39 min manata yaxın pul oğurladılar - VİDEO


Terminallardan 39 min manata yaxın pul oğurladılar - VİDEO

Abşeron rayonu ərazisində yerləşən marketlərin birindən və orada olan ödəmə terminalından 3567 manat oğurlanıb.
DİN-dən bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif Hüseynov, 27 yaşlı Elvin Əhmədov və 34 yaşlı Emin Yusifov müəyyən olunaraq saxlanılıblar.
Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər paytaxtın müxtəlif rayonlarında, həmçinin Abşeron rayonunda yerləşən 11 mağazadan ödəmə terminallarını sındırmaqla ümumilikdə 38943 manat pul vəsaitini oğurlayıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Araşdırmalar davam etdirilir.

21-04-2025, 12:10
Tərtərdə ailə faciəsi - ata, ana və 2 övladı dəm qazından öldülər


Tərtərdə ailə faciəsi - ata, ana və 2 övladı dəm qazından öldülər

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində yaşayan Tağızadələr ailəsinin 4 üzvü vəfat edib.
Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!