Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
Tarix : 30-03-2020, 07:55
Eyni anda iki canlıya aşiq olanda

İçdiyi içkinin təsirilə beyninin dumanlandığını hiss edirdi. Nadir hallarda olduğu kimi özünü təhlükəsiz və qayğısız hiss edirdi. Həyətə çıxdı. Yay havası olsa da, soyuq meh hiss olunurdu. Əllərini şalvarının ciblərinə keçirib bir neçə dövrə asta gəzdi. Sonra stulu çəkib oturdu. Düşünmə qabiliyyətini itirmədiyinə əmin olmaq üçün ürəyində özünə bir neçə sual verdi. Yox, hər şey qaydasında idi. Gülümsədi. Gödəkçəsinin cibindən telefonu çıxaraq, mexaniki şəkildə barmağını sensorlu ekranın üzərində gəzdirərək kilidi açdı. Sonra "Qeyd dəftərçəsi"ndə yazmağa başladı- özü də bilmirdi nə yazmaq istəyir. Ancaq yazırdı. Onu narahat hisslərdən, ağlından keçənlərdən. Belə anlarda ona qələmi və bir də ətrafındakı adamlardan yalnız biri kömək edirdi. İndiyə kimi nə qələmi "Bu qədər yazmaq olar?" deyə üzünə qayıtmış, nə də o adam "Sən nə çox danışırsan" söyləyərək gileylənmişdi. Əslində nə çox yazmağı, nə də danışmağı xoşlayırdı. Fəqət belə anlarda dayana bilmirdi.
Bir də baxdı ki, artıq bir abzas yazıb. Üslubunu da itirməmişdi. Yenə həmişə- ayıq başla olduğu kimi sadə cümlələrə üstünlük verirdi. Sonra nə oldusa yazdıqlarını bir toxunuşla sildi. Ondan yazacaq, qələmi ilə onu təsvir edəcəkdi. Ancaq cəmi iki cümlədən sonra telefon öz- özünə söndü. Bilmədi nə olub. Qələmi onu təsvir edəcəyi adama qısqanmışdı, deyəsən. "Bir anda iki canlıya aşiq olmaq olmaz" fikri ağlından keçdi. Qələmi də onun üçün canlı idi axı...
Və səndələyə- səndələyə içəri keçdi... Həmişə ona sadiq qələmi ilk dəfə idi etiraz edirdi. Görəsən, aşiq olduğu ikinci canlının bundan xəbəri var idimi?

Kənan Novruzov


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!