Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
16-12-2021, 11:43
Kəmaləddin Heydərovdan sahibkarlara ÇAĞIRIŞ

“Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mülk sahiblərinə müraciət edib”.

“Report”un xəbərinə görə, nazir bildirib ki, mülk sahibləri, sahibkarlar öz istifadələrində olan mülklərini sığortamalıdırlar.

“Ölkəmizdə bir neçə sığorta şirkəti var. Onların sığorta ilə bağlı məbləği də o qədər yüksək deyil. Dünya praktikası var. Buna hər bir vətəndaş əməl etsə, heç bir problemimiz olmayacaq”, - o vurğulayıb.

Bütöv.az
15-12-2021, 13:26
Avropa Birliyinin bölgəyə gəlişi Azərbaycan üçün böyük irəliləyişdir

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az -a açıqlamasında bildirib ki, Azərbaycanın dəstəklədiyi postkonfilikt gündəm artıq aktualdır.
Onun sözlərinə görə, Brüssel görüşündə səslənən fikir və təkliflər onu göstərdi ki, artıq Azərbaycanın yanaşması öz yerini tapıb və dəstəklənir.
“Görüşdə nə ATƏT-in adı çəkildi, nə də onun gündəmə gətirmək istədiyi digər məsələlər müzakirə olundu. Sadəcə olaraq, postkonfilikt mövzusuna aid reabilitasiya proseslərinə dair bəyanatlar verildi, mövqelər səsləndirildi”.
Sabiq nazir bildirib ki, Azərbaycan uzun müddətdir ki, azad olunmuş bölgələrə lazımi şəkildə humanitar yardım göstərilməməsindən narahat idi:
“Avropa Birliyi artıq bu məsələlərdə öz iştirakı haqqında bəyanatlar verdi. Hesab edirəm bu, Azərbaycan üçün böyük irəliləyiş və naliyyətdir”.
Zəngəzur dəhlizi ilə bağlı Ermənistan və Azərbaycan tərəfindən fikirlərin fərqli olduğunu qeyd edən T.Zülfüqarov bildirib ki, bu sahədə müzakirələrin hələ də davam etdiyini müşahidə edirik:
“Amma istənilən halda bu yol bərpa olunmalıdır. Burada Avropa İttifaqı tərəfindən maliyyə köməkliyinin olunması hesab edirəm ki, faydalı məsələdir”.
Sabiq nazir sonda bu görüşün Azərbaycan üçün uğurlu olduğunu bildirib.

Bütöv.az
14-12-2021, 13:13
Azərbaycan bayrağını təhqir edən erməni futbolçulara cinayət işi AÇILDI

Ermənistanın hərbi-siyası rəhbərliyi özünün təcəvüzkar mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozmaqla ölkəmizə qarşı təxribat yönümlü hərəkətləri davam etdirir.

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılıb.
Qeyd edilən faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
İş üzrə hüquqi yardım haqqında vəsatətlər göndərilməklə digər ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Bütöv.az
13-12-2021, 22:02
Ramiz Göyüşov məhkəmədə ifadə verib

Bu gün Nəsimi Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Bu barədə “Report”a M.Ələkbərovun vəkili Araz Nurməmmədov məlumat verib.

Vəkil bildirib ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib:

“Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsində özünü təqsirli bilməyib. Mahir Ələkbərov dindirilən zaman Ramiz Göyüşova hədə-qorxu gəlmədiyini, bu yolla ondan pul tələb etmədiyini deyib”.

A.Nurməmmədovun sözlərinə görə, prosesdə zərərçəkmiş Ramiz Göyüşov da ifadə verib:

“Ramiz Göyüşovun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər oldu. Daha sonra onun istintaqa verdiyi ifadəsi elan edilib”.

Növbəti proses dekabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri “Azadinfo.az” xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında M.Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Bütöv.az
13-12-2021, 13:33
“Mina!” pıçıldayan əlamətlər - ANAMA rəsmisi izah edir VİDEO

Son vaxtlar azad edilmiş ərazilərimizdə minaya düşən insanlarla bağlı xəbərləri tez-tez eşidirik.

Bunun səbəbi nədir?! İnsanlarımız nəyi bilmir və nəyi düz etmirlər? Bununla bağlı ANAMA-nın Maarifləndirmə İşləri Şöbəsinin müdiri Ramil Əzizovla söhbət etmişik. O, bir sıra digər vacib suallara da aydınlıq gətirib: Ətrafda minanın olduğundan hansı əlamətlərə əsasən şübhələnə bilərik? Minalar necə miqrasiya edir? İmprovizə olunmuş minalar nədir? Kustar minalar necə düzəldilir?

Bunları bilmək və yaymaq həyatları xilas edə bilər!(Azvision.az)



Bütöv.az
13-12-2021, 12:33
“YAP icazə versə, təkrar seçkilərə qatılacam” - SABİQ DEPUTAT

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yaxın vaxtlarda parlamentin boş qalan yerlərinə seçkilər keçiriləcəyini açıqlayıb.


2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdən sonra nəticələri ləğv edilən dairələrdən biri də 80 saylı İmişli-Beyləqan seçki dairəsi idi. Bu dairənin ən çox səs toplayan namizədi Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə olub.

Bununla bağlı Modern.az-a danışan sabiq deputat yenidən seçkilərə qatılıb-qatılmayacağı haqqında suala da aydınlıq gətirib:
“Parlamentin boş yerlərinə seçkilər çoxdan keçirilməli idi. Lakin əvvəl pandemiya, sonra isə Vətən müharibəsi və post-müharibə dövründəki gərginliklər bu seçkilərin keçirilməsinə imkan vermədi. Yaxın vaxtlarda seçkilərin keçiriləcəyi ilə bağlı açıqlama verilib. Bu baş tutacaq. Namizədlərin çox olacağını təxmin edirəm, çünki 2020-ci il fevralın 9-da keçirilən seçkilərdə uğur qazanmayan çoxsaylı namizədlər var idi. Onlar təkrar seçkilərə qatılmaq istəyəcəklər.
10 il Milli Məclisdə təmsil etdiyim 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri ləğv edildiyindən, bura təkrar seçkilər keçiriləcək.
Vətən Müharibəsindəki qələbəmizdən sonra cənab Prezidentimizin qüdrətli siyasətçi, milli təəssübkeş, professional diplomat rolunda çıxışı və Ordumuzun da gücü ilə qələbənin təmin edilməsindən sonra mən ölkə başçısına məktubla müraciət edərək, Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulmaq niyyətimi ifadə etmişdim. Bu istəyim müsbət qarşılandı və mən artıq bir ildir YAP üzvüyəm. Ona görə, partiya mənsubiyyətinin tələblərinə uyğun olaraq, razılaşdırılmış şəkildə seçkilərdə iştirak edə bilərəm. Yeni Azərbaycan Partiyası məni yenidən parlamentdə görmək, namizədliyimi irəli sürmək istəyəcəksə, seçkilərə qatılacağam. Partiya bunu məqsədə uyğun hesab etməzsə, ictimai-siyasi fəaliyyətimi davam etdirib, prezidentimizin siyasətini dəstəkləyəcəyəm və dövlətimə xalqıma xidmət edəcəyəm”.

Bütöv.az
13-12-2021, 10:39
Tofiq Yaqublunu polislər döyüb?

Son vaxtlar keçirilməsinə cəhd göstərilən qanunsuz aksiyaların videogörüntüləri internet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə mövcuddur. Həmin görüntülər polisin asayişi pozanlara qarşı qanunla müəyyən edilmiş hüquq və vəzifələri çərçivəsində davrandığını göstərir.

Axar.az xəbər verir ki, bu sözlər Real TV-nin sorğusuna Daxili İşlər Nazirliyinin rəsmi cavabında əksini tapıb.

“Məlumdur ki, polisin qanunsuz aksiyanın iştirakçılarına qarşı görə biləcəyi məcburetmə tədbirləri qanunvericilkdə müəyyən olunub. Onların sırasına fiziki qüvvənin, əl-qolu bağlama vasitələrinin, o cümlədən qandalın tətbiqi, polis əməkdaşının həyat və sağlamlığına təhlükə yaradanlara qarşı dəyənəkdən istifadə və sair aiddir. Bir neçə gün öncə, dekabrın 1-də, paytaxtın Fəvvarələr meydanında keçirilməsinə cəhd göstərilən razılaşdırılmamış aksiya zamanı da polis tərəfində lazımi tədbirlər görülərək, qanunsuz toplantının qarşısı alınıb və iştirakçıları ərazidən uzaqlaşdırılıb. Bu zaman polis aksiyanın keçirildiyi ərazini tərk etməyib tabesizlik və müqavimət göstərən şəxslərə qarşı fiziki qüvvə tətbiq edib. Və tətbiq etdiyi fiziki qüvvə qanunvericilyin yol verdiyi həddə olub.

Tofiq Yaqublu ilə bağlı məsələyə gəldikdə isə onun polis əməkdaşları tərəfindən döyülməsi və ya ona işgəncə verilməsi istisna edilir. Bununla belə qeyd olunmalıdır ki, qanunsuz aksiyanın qarşısı alınarkən, onun müqavimət göstərən iştirakçılarının qolunun burulması, ərazidən kənarlaşdırılması, avtomobilə əyləşdirilməsi zamanı kiminsə, hətta polis əməkdaşlarının özlərinin də qolunda və ya bədəninin başqa bir hissəsində müəyyən xəsarətlər, sıyrıqlar, göyərmələr, şişlər yarana bilər. Bu halda xəsarətlərin səbəblərinin müəyyən edilməsi, eləcə də fiziki qüvvənin, xüsusi vasitələrin tətbiq edildiyi digər xüsusatlarla əlaqədar xidməti yoxlama aparılır və nəticələri üzrə qanunvericiliyə uyğun tədbirlər görülür. Sonuncu qanunsuz aksiya ilə də bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama aparılır”, - deyə DİN-dən bildirilib.

Bütöv.az
10-12-2021, 22:35
Jurnalistika yalnızca bir ixtisas deyil


Məryəm İmanova.
Jurnalistika fakültəsininin 2-ci kurs tələbəsi


Jurnalistika yalnızca bir ixtisas deyil
Bəzilərinin uşaqlıq xəyalı, bəzilərinin isə balı az olduğu üçün seçdiyi fakültədir. Bəs jurnalistika sadəcə bunlardan ibarətdir?
Jurnalistika eşitdiyimiz səsdən, gördüyümüz fotodan, televiziyanı açanda qarşımıza çıxan görüntüdən ibarətdir. Bunlar hər biri jurnalistikanın ayrı-ayrı sahələrini əhatə edir. Gələcəkdə uğurlu media adamı olmaq üçün jurnalist doğulmaq lazımdır. Çünki jurnalistika yaradıcılıq tələb edir.Bu da Allah vergisidir. Uğurlu səs, səlis danışıq bacarığı, fikirlərini düzgün ifadə etmək qabiliyyəti... Təbii ki, insan bunları özündə formalaşdırmalıdır. Çox kitab oxumaq, mütaliə vərdişləri, xüsusən də yüksək səviyyədə Azərbaycan dilini bilmək, o cümlədən qrammatikaya hakim olmaq uğurlu işə imza atmaq deməkdir. Fikrimcə, jurnalistika fakültəsində müasir Azərbaycan dili fənni 1 semestr tədris olunmalı deyil. Fənnin ayrı-ayrı sahələri: morfologiya, qrammatika, sintaksis tələbələrə universiteti başa vuracağı günədək tədris edilməlidir.
Gələcəkdə səndən xəbər yazmaq tələb olunduqda düşünməyəsən ki, görəsən, vergülü harda, nöqtəni harda qoymaq lazımdır? Bu sözün yerinə hansını işlətsəm, yazım daha uğurlu alınar?
Gələk, danışığa. Düşünürəm ki, danışıq yazıdan bir pillə üstündür. Çünki insanı öncə nitqi ilə tanıyarlar. Sən qurduğun axıcı cümlələrinlə insanların beyninə həkk olmağı bacara bilərsən. Bayaq da qeyd etdiyim kimi, yazıda necə qrammatik bilik tələb olunursa, danışıqda da belədir. Məsələn, jurnalist çıxış edəndə fikirləşir ki, "qalın" sözü ilə "sıx" sözü eyni mənanı bildirir. Ancaq o, sinonimlərin yaxın mənanı bildirmələrinə rəğmən bəzi hallarda spesifik işlənmə yerini bilməlidir.
Bunu bildikdən sonra o, kitab sözünün əvvəlində "sıx" yox, "qalın" sözünü deyəcək. Deməli, həqiqətən, qrammatika böyük əhəmiyyətə malikdir.
Bunun əksi baş verdikdə, insanların haqqımızda düşündüyü sual : “Bu necə jurnalistdir?” olacaq.
Təbii ki, heç birimiz auditoriyanın savadımızdan şübhə etməsini istəmərik. Bu kimi səhvlərə yol verməmək üçün də qarşıda bir yol var. O yol nə səni, nə ixtisasını auditoriyanın gözündən salmayacaq. Hansıdır o yol?
Özünü inkişaf etdir, oxu, öyrən, araşdır, səhvlərindən qaçma, onları gec olmadan düzəltməyə çalış! Başa düşməmisənsə, bir daha cəhd et. Çünki başa düşmədiyin nə varsa, onun köləsisən. İnan ki, bu gün etdiyin uğursuzluqlar sabah nail olacağın uğur üçün nərdivan rolunu oynayır. Səni olduğun yerdən, olmaq istədiyin yerə qaldıracaq bir nərdivan.
10-12-2021, 20:56
SEYMUR   SÖNMƏZ: "MƏNİM PAYIZ MƏHƏBBƏTİM"

SEYMUR SÖNMƏZ

"MƏNİM PAYIZ MƏHƏBBƏTİM"
Payizda taniş olmuşduq! O, rastıma elə bir məqamda çıxmışdı ki, xeyli vaxtdan bəri həyatıma rəng qatmaq gücündə olan birinin axtarışında idim. Tanış olandan sonra düşünürdüm ki, aramızdakı yollar uzaq olsa da, bizi qəlbən bir-birimizdən ayrı salmağa qadir deyildir. Sevdalı günlərimizin lap əvvəlində bu kəlmələri onun özünə də söyləmiş, o, mənə bunu əhdi-peyman kimi qəbul etdiyini bildirmişdi. Ancaq o vaxtlar hardan biləydim ki, bu sözləri onun qəlbi yox, dili-dilçəyi deyirmiş!
İllərlə davam edən qarşılıqlı sevgimizdən son vaxtlar nədənsə ayrılıq qoxusu gəlməkdə idi. Nədənsə bizi birləşdirən yolların üstündən soyuq küləklərin əsib keçdiyini hiss etdikcə ürəyimdə gah özümü, gah da Jannanı qınayırdım...
Günlərin birində qəlbimdən keçənləri Jannanın özünə də deyəndə, o, and-aman edərək, əvvəlki kimi sevgimizə sadiq olduğunu bildirdi və hətta, belə düşündüyüm üçün məni bir az qınadı da...
Onun bu barədə nə deməsindən asılı olmayaraq ürəyimin dərinliklərində “şübhə toxumları” günbəgün cücərib boy verməkdə idi. Əslində, Janna öz niyyətini dilinə gətirməsə də, onun sözlərinə artıq inanmırdım. Gündən-günə aramızdan soyuq küləklərin keçdiyini bütün varlığımla hiss etdikcə, Jannanın bəhanələri də artıb çoxalmaqda idi...
Axırda ürəyimin diqtə etdiyini, Jannanın özü də təsdiq etməli oldu, özü də soyuq payız günlərinin birində! Onu qınasam da, acılamadım! Axı, o mənim sevdiyim idi! Ancaq bununla belə, birgə getdiyimiz yolun sonunda dedim ki: “Sənin haqqın yox idi, məhəbbəti oyun, mənisə oyuncaq hesab edəsən, yadında yaxşı saxla, günahların ömürün boyu səni tərk etməyəcək!...
Bilmirəm, o dediklərimi anladımı? Təkcə bildiyim odur ki, o heç mənimlə sağollaşmadan öz yolu ilə çıxıb getdi. Mənsə özümü danladım və bu qənaətə gəldim ki, soyuq bir payız günündə rastıma çıxan bu qız, illər sonrası elə payızın dumanlı-çiskinli günlərinin birində də durna qatarına qoşulub, uzaqlara “uçub” getdi! Elə həmin gündən sonra kimsə “payız fəslini çox sevirəm”- deyəndə, yadıma özümün uğursuz məhəbbətim düşür! Bəlkə də mənim bəlalı sevgimin baiskarı payız oldu. Jannanın günahı ucbatından bu sevgi qaşqabaqlı payızın sınağından üzüağ, alnıaçıq çıxa bilmədi!..
Əslində üzünü qarlı-şaxtalı qışa tutan payız gündən-günə hərarəti azalan bir sevgiyə haradan “məlhəm” tapmalı, fikri-zikri indi də özgəsinin yanında olan bir qızı getdiyi yoldan necə qaytarmalı idi!..
Məni qınamayın, neyləyim, payızda sevib, elə payızda da itirdiyim dönük üzlü bir sevdaya görə, ilk vaxtlarda payızın əlvan çalarları kimi gözümə görünən və ürəyimə hökm edən bir qızı vaxtında tanıya bilmədiyimçün, hərdən payızla bərabər özümü də qınayıram! Niyə aldandım, niyə!!! Nədənsə hələ də bu sualın cavabını tapa bilməmişəm!..
9-12-2021, 20:44
AMEA və BDU-nun tenderlərində qalib olan Kəmalə Rasimli kimdir?

Bakı Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Aysberq KMT” MMC (VÖEN-1003279381) olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Aysberq KMT” MMC bu ilin 15-17 dekabr tarixlərində Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçiriləcək “Fizikada müasir trendlər” mövzusunda beynəlxalq elmi konfrans ilə bağlı iş və xidmətlər təqdim edəcək.

“Aysberq KMT” MMC beynəlxalq elmi konfrans üçün xaricdən dəvət olunan 13 nəfər qonağın oteldə qalmasını, həmçinin onlar üçün nahar və şam yeməyi təşkil edəcək. Eyni zamanda konfrans üçün lazım olan digər məhsulları da (blaknot, qələm, flaş kart, tibbi maska, 72%-li spirt və s.) təmin edəcək.

Görüləcək iş və xidmətlər üçün BDU “Aysberq KMT” MMC-yə 44 min 648 manat 70 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Aysberq KMT” MMC iki ay əvvəl BDU tərəfindən keçirilən daha bir beynəlxalq tədbirdə iş və xidmətlər təqdim edib və qarşılığında 43 min 959 min manat alıb.

“Aysberq KMT” MMC 24.02.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat olan bu şirkətin hüquqi ünvanı “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızıdır.
Tenderlə bağlı diqqət çəkən məqam odur ki, “Aysberq KMT” MMC-yə məxsus olduğu bildirilən “iceberg.az” saytında bu şirkətin tərcümə işlərilə məşğul olduğu göstərilib. Tərcümə Mərkəzi kimi fəaliyyət göstərən MMC-nin BDU-ya müxtəlif məhsullar satması, həmçinin xarici qonaqlara otel və nahar xidmətləri göstərməsi üçün hansı təcrübəyə sahib olduğu bilinmir.
“Aysberq KMT” MMC müvafiq sahədə heç bir təcrübəsi olmadığı halda (rəsmi saytlarında elə yazılıb – red.) ötən ilin noyabr-dekabr aylarında AMEA İşlər İdarəsinə 48 min 216 manatlıq yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər satıb.

Halbuki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması lazımdır.

Diqqət çəkən başqa bir məqam isə odur ki, “Aysberq KMT” MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı daha əvvəl “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 25”-də qeydiyytda olan “Servis və Supley Ltd” MMC adlı şirkətin də direktoru olub.
Bu şirkət isə bu ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən 129 min 964 manatlıq tender müsabiqəsinin qalibi olub.

AMEA-nın tenderlərində qalib olan “Aysberq KMT” MMC və “Servis və Supley Ltd” MMC-lərin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı eyni zamanda AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavinidir.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində açıq şəkildə yaxılıb ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Amma göründüyü kimi, satınalan təşkilat olan AMEA-nın keçirdiyi tender müsabiqəsinin qalibi olan podratçı şirkətin - “Service and Supply Ltd.” MMC-nin direktoru AMEA-dan əmək haqqı alan vəzifəli şəxsdir.
O zaman məsələ ilə bağlı Yeniavaz.com-a açıqlma verən AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Kəmalə Rasimli bildirmişdir ki, o “Service and Supply Ltd.” MMC-nin qanuni təmsilçisi yox, təsisçisidir: “Şirkəti mən yaradıb başqasına həvalə etmişəm, onun işlərini idarə edən də direktordur”.
Amma çox qəribədir ki, Kəmalə Rasimli şirkətin qanuni təmsilçiliyindən bu ilin may ayının 8-də ayrılıb. Dövlət Vergilər Xidmətinin reyester məlumatlarından belə görünür ki, tender müsabiqəsi keçirilən zaman MMC-nin qanuni təmsiçisi Kəmalə Rasimli olub. Daha sonra MMC-nin həm qanuni təmsilçisi, həm də hüquqi ünvanı dəyişdirilib. Hazırda “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızıdır. Hüquqi ünvanı isə “Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 59K, m. 390”-da yerləşir.
Belə görünür ki, Kəmalə Rasimli “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçiliyini başqasına təhvil versə də, “Aysberq KMT” MMC-nin qanuni təmsilçiliyini başqasına təhvil verməyi unudub.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!