Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                        İran yığması Dünya Çempionatında iştirak etməyəcək .....                        İspaniya səfirini geri çağırdı - İsraildən .....                       
Tarix : 27-07-2017, 17:52
Elmar Məmmədyarov amerikalı spikerlə görüşüb


Butov.az xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Arizona ştatının Nümayəndələr palatasının spikeri Cavan Mesnardı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan - ABŞ münasibətləri, habelə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


C. Mesnard Azərbaycana ilk dəfə səfər etdiyini qeyd edərək öz yüksək təəssüratlarını bölüşüb. O, təmsil etdiyi Arizona ştatının kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurlardan danışıb.

E. Məmmədyarov ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən Arizona ştatı ilə birbaşa təmasların qurulması və əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəfin maraqlarına cavab verdiyini deyib. O, yüksək texnologiyalar, kənd-təsərrüfarı, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycan və Arizona ştatı arasında əməkdaşlıq üçün əlverişli imkanların olduğunu qeyd edib.
Azərbaycanın multikulturalizm ənənələrindən danışan nazir əsrlər boyu Azərbaycanda müxtəlif dini icmaların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib.
Görüşdə, həmçinin, ABŞ-ın yerli qanunverici orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!