Bağlı qapılar arxasında 1 saat danışdılar .....                        Paşinyanın yeni imici .....                        Turşudan zəhərlənən qadın xəstəxanada öldü .....                        Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı .....                        Siz COP prosesini pozmağa çalışırdınız! - Prezidentin köməkçisi .....                        Cəbrayılda ağır qəza: Qohumlar öldülər .....                        "Roma"nın yeni baş məşqçisi .....                        XİN-dən Paşinyana tutarlı cavab .....                        Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib .....                       
Tarix : 13-02-2019, 16:56
Xıdır Nəbi

Xıdır Nəbi bölərək az ömürlü çilləni ,
Çırpır onun üzünə tərsinə bir silləni.


Azərbaycanın əksər bölgələrində Novruzdan əvvəl , qarlı-çovgunlu günləri ilə seçilən Kiçik Çillənin tən yarısında Xıdır Nəbi bayramı keçirilir. Bu mərasim hər il xalq arasında özü ilə torpağa istilik gətirən , darda qalanların köməyinə çatan , xəstələrə şəfa verən Xızır peygəmbərin şərəfinə təşkil edilir. Baharın gəlişi və təbiətin canlanmasının ilk günü kimi qəbul olunan Xıdır Nəbi bayramının nə vaxtdan bəri keçirildiyi bizə tam məlum olmasa da onun təsadüf etdiyi günlər müxtəlifliyi ilə diqqət çəkir. Məsələn , Xıdır Nəbi mərasimləri Naxçıvanın bəzi kəndlərində 3 dəfə - fevralın 5-i , yəni qışın yarısında ,fevralın 9-u kiçik çillənin ortasında və fevralın 15-də Xızır peygəmbərin doğum günündə qeyd edilir. Bu bayrama yanlış olaraq islam elementləri qatanlar da var. Xıdır Nəbi mərasimi bəzi bölgələrdə kiçik çillənin ikinci cümə axşamı keçirilərək dinlə də əlaqələndirilir. Əslində isə bu bayramın dinlə heç bir bağlılığı yoxdur. Çünki Xıdır Nəbi islamdan hətta zərdüştlükdən öncə formalaşmış əski türk inanclarını özündə cəmləşdirir.
Sözsüz ki, sərt , şaxtalı-ayazlı qış günlərindən sonra yazın gəlişinə ümid edən xalq bayram günlərində bir sıra adət-ənənələrə əməl edir.Bayram gecəsi evdə un və taxıl kisələrinin ağzı açıq qoyulur.Bundan başqa evlər səliqə-səhmana salınır,həyət-baca təmızlənir.Bayram süfrəsinə günəşin simvolu olan boyanmış yumurta və qoğal qoyulur.Ən əsas da Xıdır Nəbi bayramının atributu sayılan qovrulmuş buğda və qovut hazırlanır. İnanca görə “Xızır gecəsi” qovrulmuş buğdadan çəkilən qovut unundan ayrıca bir qaba çəkilərək xəlvət yerə qoyulur.Elə bir yerə ki, ora nə insan nəfəsi, nə də əl-ayaq dəyməsin .Deyilənə görə, səhər qovutun üzərinə əfsanəvi Xızır peygəmbərin barmaq izləri düşərsə , yeni ildə o evin ruzisinin artacağına inanılır.Həmin gecə axşamdan səhərə kimi əsən külək isə Xızır peyğəmbərin boz atının yeli sayılır və onun atını çapa-çapa evlərə bərəkət payladığı düşünülür.
Xıdır Nəbi mərasimi həm də istilik və odla əlaqələndirilir. Beləki, bayram günü süfrəyə gətirilən plovun kənarlarına şamların düzülməsi ya da həyətdə tonqal və lopaların yandırılması istiliyin çağırılması ilə əlaqələndirilir. Və qışın şaxtasının , sazağının bu od-alovla gedəcəyinə , torpağın isinib oyanacağına ümid edilir.
Bayram günü oğlan evindən nişanlı qızlara ,ata evindənsə, təzə gəlin köçmüş qızlara sovqat göndərilir. Niyyət edib qulaq falına çıxmaq da adətdəndi . Qaş qaralanda qapılara papaq , torba atıb pay toplamaq isə bunlardan ən maraqlısıdır.Çünki bu adət ən çox uşaqları sevindirir. Onların torbaları xonçadakı növbənöv şirniyyat və çərəzlərlə -“Xıdır payı” ilə doldurularaq yola salınır.
Bu bayramdan sonra artıq insanlar yalançı və xəbərçi adlanan oğru çərşənbələri və boz ayı qarşılayır. Boz aydan sonra isə hər biri təbiətin bir ünsürünü simvolizə edən dörd doğru çərşənbələr ( Su , Od , Yel və Torpaq ) və nəhayət Novruz bayramı qeyd olunur. Yəni bu bayram bir növ Novruz bayramına gedən yolu göstərir.
Onu da qeyd edək ki,yazın gəlişini xəbər verən qədim Xıdır Nəbi bayramını fərqli zamanlarda , fərqli adlar altında demək olar ki, bütün türk xalqları keçirir. Xıdırelləz və ya Hıdırelləz adlandırılan bu bayram yeni təqvimə görə hər il mayın 6-da qeyd edilir. Daha çox Anadolu və Balkan türkləri ,qismən də İraqdakı türklər arasında tanınan Hıdırelləzi Krım türkləri dini bayram hesab edirlər.Burada bayram günü qurban kəsilir , hər evdə xüsusi yeməklər hazırlayırlar. Bu yeməklərdən kasıblara, yoxsullara paylanır.Allaha dua edilir.Bu duaların həmin gün qəbul olunacağına inanılır.Bayram namazından sonra isə yaşıllıq bir yerdə , göl kənarında bayram böyük coşquyla
qeyd olunur.Makedoniyada yaşayan türklərsə, Hıdırelləz bayramında Mantıfar yaxud Mantıfal deyilən qismət falına baxırlar. Hıdırelləzin səhəri günü isə ilk iş arzu və diləkləri bir kağıza çizib suya buraxmaq olur. Eyni ayinlər Anadoluda da həyata keçirilir.
Bir sözlə , Baharın və yenidən doğuşun rəmzi sayılan Hıdırrelləz ,Xıdır Nəbi mərasimləri daxilimizdə yaşayan ümidi göz önünə sərən bir çox ritualları özündə qoruyub yaşadır və təbiətin oyanmasının başlanğıcı sayılır.

KÖNÜL SADIQOVA


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!