ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı .....                        Pakistanda 145 silahlı zərərsizləşdirildi .....                        Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi .....                        Rusiya doğum evini vurdu .....                        ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç .....                        Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var? .....                        Əbu-Dabidəki görüş alınmadı - Zelenski açıqladı .....                        Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü .....                        Zelenski prezidentliyə namizədliyi barədə danışdı .....                       
Tarix : 18-06-2021, 21:57
Cəsarəti olanlar üçün...

Kənan Novruzov,
BDU Jurnalistika fakültəsinin magistrandı

Bu günlərdə yoldaşlardan biri ilə velosiped sürürdük. Xeyli uzun məsafə getdim. Əvvəlcədən təyin etdiyimiz nöqtəyə çata biləcəyimizə inanmırdıq. Ən azından ona görə ki, cəmi bir saat vaxtımız var idi. Amma bacardıq...

...Yol üzüaşağı olduğuna görə əsla əziyyət çəkmirdik. Sadəcə sükanı tutmaq kifayət idi ki, irəliləyəsən. Pedalı çevirməyə isə ehtiyac qalmırdı. Buradək gəlib çata bilməyimizdən əlavə, sərin meh, dənizin gözoxşayan mənzərəsi insana əlavə zövq verirdi. İkimizin də üzündə qəribə bir qələbə sevinci var idi. O ankı durum, həqiqətən, gözəl idi...
...Qəfil saatıma baxanda yoldaşıma vaxtımıza az qaldığını bildirdim. Mənim kimi, o da məyus oldu. Bura qədər əziyyət çəkib gəlmişdiksə, bir az da qalmaq istəyirdik. Amma sürətlə ötüb keçən zaman öz sözünü deyirdi...
Ani hərəkətlə sükanı çevirib geri qayıtmağa başladıq. Bu dəfə yol üzüyuxarı idi. Ona görə də yorulurduq. İkimizin da alnındakı tər damcıları aydın görünürdü. Pedalı çevirməyə taqətimiz yox idi. Oturub dincəlmək istəyirdik. Amma bilirdik ki, velosipedi qaytarmaq üçün geciksək, bu, bizə baha başa gələcək. Ona görə də özümüzü məcbur edirdik.
Bir azdan insanların daha çox olduğu yerə gəlib çatdıq. Burda sürmək daha çətin- bir tərəfdən pedalı çevirmək istəyirsən, bir tərəfdən sürətlə irəliləməyə məcbursan. Üstəgəl, bunlar azmış kimi, həm də sağına- soluna diqqət edir, qarşıdan gələnlərlə toqquşmamağa çalışırsan. Ən çətini isə fikrinin hələ də o rahatlıqda qalmağıdır. Həmin rahatlıqdan bu qədər sürətlə ayrılmaq, uzaqlaşmaq insana çətin gəlir. Hərdən çevrilib arxaya, əks istiqamətə gedənlərə baxır və öz- özümə düşünürdüm: "Görəsən, həmin məsafəni qət edəcəklər, həmin yerə- mehin və dalğaların səsinin insanı valeh edən hissəyə gedəcəklər?". Bəlkə də, aralarında gedənlər,, həmin gözəlliyi görənlər, hətta məndən daha çox vaxt keçirənlər oldu. Amma əsas məsələ bu deyil. Əsas məsələ odur ki, rahatlığı gördüyün an bunun sonunun gələcəyini bilməlisən və anlamalısan ki, haçansa üzün gülə- gülə, sevinclə getdiyin yolu nə vaxtsa çətinliklə geri qayıdacaqsan. Əgər buna cəsarətin yoxdursa, deməli, statik, monoton yaşamağa və həyatın sənin üçün hazırladığı xoş sürprizləri görməzdən gəlməyə hazır olmalısan. Çünki başqa yolun yoxdur.
P.S: Hə, ola bilsin ki, gedəndən sonra geri qayıtmamağa cəhd edəsiniz. Bu, mənim də ağlımdan keçmişdi. Amma dediyim kimi, gecikməyin baha başa gələcəyini bilirdim. Ən yaxşısı, hər şeyi dadında, qədərində saxlamaqdır.

"Bütöv Azərbaycan" qəzeti
17 iyun 2021-ci il


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!