HƏMAS bəzi şərtlərlə məhbus mübadiləsinə hazırdır .....                        Amerikalıların əksəriyyəti Trampı dəstəkləyir .....                        Husilər ABŞ-nin 7 PUA-sını vurdu .....                        İranda güclü partlayış - 36 ölü, 1139 yaralı .....                        Bakıda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ .....                        Ərdoğan müəlliminin dəfn mərasimində .....                        İlham Əliyevdən Pezeşkiana başsağlığı .....                        Sabah İranda Milli Matəm Günü olacaq .....                        ABŞ-dən Yəmənə son 41 gündə 1200 hücum .....                       
3-01-2022, 11:01
Pentaqon rəhbəri koronavirusa yoluxub

ABŞ-ın müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub.

Bu barədə hərbi qurum rəhbərinin Pentaqonun rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.

Onun sözlərinə görə, COVID-19 əlamətlərini məzuniyyətdə olarkən hiss edib.

“Simptomlar yaranan kimi test tələb etdim”, - deyə Ostin bildirib.

Onun sözlərinə görə, test müsbət nəticə verib, hazırda xəstəliyi yüngül keçirdir.

Nazir karantinə evdə riayət etmək niyyətindədir. O, diaqnozu barədə ABŞ prezidenti Co Baydenə də məlumat verib.

Mənbə: Aif.ru

Bütöv.az
27-12-2021, 19:44
Çavuşoğlu Ermənistanla bağlı yeni xəbəri açıqladı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması prosesi ilə bağlı açıqlamalar verib.

Bütöv.az xəbər verir ki, onun sözlərinə görə, tərəflər arasında ilk toplantı Moskvada baş tutacaq:
“Hər iki tərəf xüsusi nümayəndələri təyin etdi. İlk toplantı Moskvada baş tutacaq. Biz ilk toplantıdan əvvəl birbaşa əlaqənin qurulmasını istəyirik. Qarşılıqlı səfərlər də daxil olmaqla təmas qurularaq, yol xəritəsinin müəyyən edilməsini istəyirik”.
24-12-2021, 20:26
Gürcüstan parlamentinin sədri istefa verib

Gürcüstan parlamentinin spikeri Kaxaber Kuçava istefa verib.

Bu barədə ölkənin hakim “Gürcü arzusu” partiyası bəyanat yayıb.

Bəyanatda siyasətçinin mühüm bir dövlət layihəsi üzərində çalışacağı qeyd edilib.

Həmçinin, bildirilib ki, bundan sonra Gürcüstan parlamentinə Təhsil və Elm Komitəsinin sədri Şalva Papuaşvili rəhbərlik edəcək.

Mənbə: “Sputnik Georgia”

Bütöv.az
23-12-2021, 18:11
Ermənistanda aksiya - VİDEO

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.

Bütöv.az xəbər verir ki, Parakar icma sədrliyinə namizəd Volodya Qriqoryanın tərəfdarları Baş nazir Nikol Paşinyan, müdafiə naziri Suren Papikyanın, həmçinin əmək və sosial məsələlər naziri Narek Mkrtçyanla görüş tələb edirlər.

Etirazçılar seçkilərdə saxtakarlığın olduğunu iddia edirlər. Onlar bildiriblər ki, N.Paşinyan kimi V.Qriqoryan da xalqın səsini qazanıb və seçkilərdə qalib gəlməlidir.

23-12-2021, 18:07
Putin ənənəvi illik mətbuat konfransı keçirir - CANLI YAYIM

Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransı başlayıb.

Bütöv.az xəbər verir ki, ənənəvi toplantı 2001-ci ildən təşkil edilir. Pandemiya səbəbilə son iki ildə toplantı videokonfrans formatında keçirilirdi. Bu il isə dövlət başçısı jurnalistlərlə üz-üzə görüşüb. Ötən il baş tutan onlayn toplantı 4 saat 29 dəqiqə davam etmişdi.

22-12-2021, 11:56
ABŞ Ukraynaya kibertəhlükəsizlik mütəxəssisləri göndərdi

ABŞ Ukraynaya kibertəhlükəsizlik üzrə mütəxəssislər qrupu göndərib.

Ekspertlər ukraynalı həmkarlarına ölkənin enerji şəbəkələrinin, bank sisteminin və digər mühüm infrastrukturun mühafizəsini gücləndirməkdə kömək edəcəklər.

Amerikalı ekspertlər Ukraynaya rusiyalı hakerlərindən kiberhücumların gələ biləcəyini gözləyirlər.

Mənbə: TASS

Bütöv.az
22-12-2021, 11:54
İranda sünni ruhaninin sözləri qalmaqal yaradıb - VİDEO

İranın Gülüstan əyalətindəki Azadşəhr bölgəsinin sünni camaatının imamı Mövləvi Məhəmmədhüseyn Qorgicin son cümə xütbələrindən birində dediyi sözlər ölkə miqyasında qalmaqal yaratmaqla bərabər, sünni-şiə ixtilafları və mübahisələrinin qızışmasına səbəb olub.

“Şeyx ət-təfsir” ləqəbi ilə tanınan və İran miqyasında məşhur din xadimi olan Mövləvi Qorgic sözügedən xütbəsində şiələrin xəlifə Ömərə mənfi münasibətinin doğru olmadığını göstərmək üçün özünəməxsus bir dəlildən istifadə etməyə çalışıb.

O deyib ki, xəlifə Ömərin zamanında müsəlmanlar sonuncu Sasani hökmdarı Yəzdigerdin qızlarını əsir götürüb Mədinəyə aparmış və Ömər onlarla yaxşı davranmağın vacibliyini bildirərək, İran şahının Şəhrbanu adlı qızı ilə İmam Hüseynin izdivacını məsləhət görüb. Onların nikah xütbəsini də şəxsən özü oxuyub. Həmin nikahdan İmam Zeynalabdin dünyaya gəlib və daha doqquz imam həmən Şəhrbanunun nəslindəndir. Əgər Ömərin xəlifəliyi sual altına alınarsa, o, zalım və qəsbkar hesab sayılarsa, imamların hansı heysiyyətindən danışmaq olar? İmamların hansı düzgün əsl-nəsəbindən söz açmaq olar?

Diqqəti çəkən məqam budur ki, Mövləvi Qorgicin bu açıqlaması şiələrin Məhəmməd peyğəmbərin qızı Fatimeyi-Zəhraya yas saxladığı dövrün – əyyami-Fatimiyyənin başlanması ərəfəsinə təsadüf edib. Məhz bu dövrdə ilk xəlifələr – Əbübəkr və Ömər şiələrin müxtəlif hücumlarına məruz qalırlar və görünür, Mövləvi Qorgic qeyd olunan fikirləri ilə bunun qarşısını almağa və düzgün olmadığını vurğulamağa çalışıb.

Ancaq xütbədə səsləndirilən fikirlər gözlənilənin əksinə nəticə verib və Mövləvi Qorgicin özü şiələri təhqir etməkdə ittiham olunaraq, müxtəlif şiə mərkəzləri və ruhanilərinin qəzəbinə tuş gəlib. Belə bir tezis ortaya atılıb ki, öz açıqlaması ilə Mövləvi Qorgic guya şiə imamlarının halalzadə olmadığını iddia edib.

Bu üzdən İran mətbuatında və ictimai şəbəkələrdə ona qarşı kəskin tənqidlər irəli sürülüb, səlahiyyətli qurumlardan onun barəsində tədbir görülməsinə çağırışlar edilib.

Daha ətraflı süjetdə:



Bütöv.az
22-12-2021, 11:51
Avstraliyada şiddətli qum fırtınası - VİDEO

Avstraliyanın Kvinslend ştatında qum fırtınası baş verib.

Bütöv.az xəbər verir ki, tufan Mount Isa, Bulia, Dajarra və Urandangi şəhərlərində daha təsirli olub.

Fırtına zamanı küləyin sürəti saatda 109 kilometrə çatıb.

21-12-2021, 15:23
Nemtsovun 13 il öncə Rusiya haqda dəqiq proqnozu - VİDEO

Sosial şəbəkələrdə rusiyalı mərhum siyasətçi Boris Nemtsovun 2008-ci ildə Rusiyanın gələcəkdə nələrlə üzləşəcəyi ilə bağlı çıxışının görüntüləri yenidən paylaşılıb.

Axar.az xəbər verir ki, Nemtsovun çıxışını rusiyalı biznesmen, YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovski də özünün Feysbuk səhifəsində yerləşdirib.

Nemtsov çıxışında qeyd edib ki, rusiyanın özünü Amerika kimi aparması böyük səhvdir və bu səhv ilk növbədə silahlanma uğrunda yarışa gətirib çıxaracaq:

“Hazırda Rusiya silaha 40 milyard dollar vəsait xərcləyir. Bu dövlət büdcəsinin 20%-dir. Tutaq ki, Rusiya bu məbləği iki dəfə artırdı. Bəs onda bu pul hardan götürüləcək? Təqaüdçüdən, müəllimdən, həkimdən. Bu yolla da Rusiyanın əsas problemi məhz yoxsulluq səviyyəsi artacaq. İkincisi, beynəlxalq təcrid. Yəni Rusiyanın böyük səkkizlikdən çıxarılması, AB ilə Rusiya arasında çox böyük münaqişənin yaranması. Mən bundan əminəm. Aydındır ki, Rusiyaya qarşı sanksiyalar olacaq. Ardınca isə biznes. Qərb Rusiya biznesini öz işindən uzaqlaşdıracaq. İndi o “Qazprom”u öz işindən uzaqlaşdırır ki, şirkət Qərbdə nələrisə almasın, harasa qoşulmasın. Hesab edirəm ki, “Qazprom” biznes deyil, siyasətdir. Bu andan sonra isə onlar hesab edəcəklər ki, hər bir xırda rus biznesi siyasətdir. Bununla da biznesə ağır zərbə vurulacaq. Və nəhayət, Rusiya düşmən həlqəsinə düşəndə ölkənin daxilində ksenofobiya güclənəcək”.

Qeyd edək ki, rusiyalı siyasətçi Boris Nemtsov 2015-ci ilin fevralın 27-də qətlə yetirilmişdi. Nemtsovun qətli ilə bağlı 5 nəfər həbs olunmuşdu.



Bütöv.az
21-12-2021, 15:20
Paşinyanın oğlu və qaynı narkotik qəbul etmiş halda rəqs edərkən yaxalandı…- VİDEO

“Ermənistan parlamentinin spikeri təyin edilmiş Alen Simonyan itkin düşən və əsirlərin qohumları ilə görüşür, timsah göz yaşları tökür və deyir ki, onlar gecələr yatmırlar – yalnız əsirləri düşünürlər. Ertəsi gün isə onun Nikol Paşinyanın qaynı və uğursuz “DJ Edo” ləqəbli baş nazir aparatının rəhbəri Eduard Ağacanya Yunanıstanın Mikonos adasına uçurlar və sahil diskotekasında əylənirlər”.

Bütöv.az xəbər verir ki, bu məlumatı Ermənistanı 7or.am saytı yayıb.

“Bu günlərdə Paşinyanın qaynı Qraçın daha bir əndrəbadi diskoteka rəqsi qeydə alınıb. O, Paşinyanın oğlu Aşot, deputat Sisak Qabrielyan və ölüm gətirən keçmiş səhiyyə naziri Arsen Torosyan diskotekada dincəliblər (videoda Sisak Qabrielyan görünür, lakin şahidlər Paşinyanın qaynı Hraçın Arsen Torosyan, Aşotik və Edonun orada olduğunu söyləyir). Şahidlərin dediyinə görə, alkoqol və narkotikin təsiri altında olan üzdəniraqlar “fədakarcasına” rəqs ediblər…”- erməni nəşrinin yaydığı məlumatda belə deyilir.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!