Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 19-11-2019, 12:51
Üç ölkənin turoperatorları ilə əlaqələr genişləndirilir

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Çindən olan turoperatorlarla yerli turizm şirkətləri arasında tanışlıq görüşləri baş tutub.
Butov.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən Azvision.az -a verilən məlumata görə, BƏƏ turoperatoru ilə görüşdə Azərbaycanı təmsil edən 80 turizm şirkəti iştirak edib və ikitərəfli müzakirələr çərçivəsində qonaqlara turizm üzrə ətraflı məlumat verilib.
50 yerli turizm şirkətinin iştirak etdiyi Hindistan turoperatorları ilə görüş çərçivəsində ölkəmizin turizm potensialı, xüsusilə bu ölkə vətəndaşlarının maraq göstərdiyi toy turizmi üzrə yerli imkanları əks etdirən təqdimat nümayiş olunub və əməkdaşlıq perspektivləri qiymətləndirilib.
Çindən olan turizm şirkətləri ilə görüş zamanı isə Azərbaycan və onun turizm imkanları, mövcud infrastruktur, hotellər, milli mətbəx, turizm marşrutları barədə geniş məlumat verilib, 60 yerli turizm şirkətinin iştirakı ilə B2B (Biznesdən-biznesə) formatlı müzakirələr baş tutub.
B2B xarakterli görüşlərin təşkil edilməsində məqsəd yerli turizm və qonaqpərvərlik sənayesinin nümayəndələrini hər üç ölkənin turizm şirkətlərinin təmsilçiləri ilə bir araya gətirmək və ikitərəfli əməkdaşlığa şərait yaratmaqdır.
Hər üç ölkədən olan turizm şirkətləri nümayəndələrinin regionlarda yerləşən hotellər, turizm və xidmət obyektləri, eləcə də tarixi məkanlara səfərləri təşkil ediləcək.
Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən BƏƏ-nin Dubay, Hindistanın Mumbay, Çinin Pekin şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!