Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 4-12-2014, 17:42

 

 

“Sabah” qəzetinin bağışlanmaz səhvi 

Bəyanatda deyilir: “Türkiyənin “Sabah” qəzetində  dərc edilən “3 Başkenti, 11resmi dili ve 5 dilde ulusal marşı var!” başlıqlı yazısı Birlik üzvlərinin ciddi rahatsızlığına nədən olmuşdur. (http://www.sabah.com.tr/dunya/2014/11/09/3-baskenti-11-resmi-dili-ve-5-dilde-ulusal-marsi-var). Məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi “Dağlık Karabağ Cumhuriyeti” kimi göstərilmişdir. Saxta “erməni soyqırımı”nın 100 illiyini bütün dünyada Türkiyə əleyhinə siyasi kampaniyaya çevirən dünya ermənilərinə belə ayı xidmətində bulunan qəzetdə bilərəkdən, ya bilmədən bu cür bağışlanmaz səhvin dərc edilməsinə etiraz edirik. Bu gün yalnız Azərbaycan belə məkrli oyunların qarşısında Türkiyə ilə çiyin-çiyinə, qol-qola dayanmışdır.  Biz qeyri-hökumət təşkilatı olaraq, “Sabah”ın erməni dəyirmanına su tökməsinə heç cür haqq qazandıra bilmirik. Hesab edirik ki, bu kimi yazılar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyənlərin mənafeyinə xidmət edir. 20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, minlərlə azərbaycanlını girov götürüb, on minlərlə insanı qətlə yetirib. Ermənilər qoca, uşaq, qadın demədən azərbaycanlılara bəşəriyyətin görmədiyi işgəncələri veriblər.Türkiyə də məhz buna görə 1993-cü ildən Ermənistanla bütün diplomatik əlaqələri dayandırmışdır. “Sabah” qəzeti   beynəlxalq qurumlar tərəfindən işğalçılıq aktını rəsmən təsdiq edən BMT-nin 4 qətnaməsini də saya salmadan  Azərbaycanın işğal olunmuş ərazilərini ermənilərə məxsus dövlət kimi göstərib.Dünyanın heç yerində tanınmayan, qəbul edilməyən qondarma bir qurumun müstəqil dövlət kimi təqdim olunması Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdiddir.

Qardaş bir ölkədə fəaliyyət göstərən “Sabah” qəzeti bu yazı ilə on minlərlə Azərbaycanlı şəhidlərin ruhunu təhqir edib. Təcili şəkildə “Sabah” qəzetindən bu məsələ ilə bağlı Azərbaycan xalqından üzr istəməsini, təkzib verməsini və materialı saytdan silməsini tələb edirik.”

 

İdarə Heyəti.

 

 



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!