EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ .....                        ABŞ-İran müharibəsinə hazırlıq gedir? .....                        TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək .....                        Qalatasaray Yuventusu darmadağın etdi .....                        Çox ölkədə Ramazan sabah başlayır .....                        Bakıda torpaq sürüşməsi baş verib - VİDEO .....                        Cenevrədə danışıqların birinci günü başa çatıb .....                        İranla ABŞ barışır .....                        Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub .....                       
Tarix : 26-10-2015, 20:38
Azay Quliyev seçicisi olan müəllimlərlə görüşüb.

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində dairə ərazisində yaşayan müəllimlərlə görüşüb.

İştirakçıları salamlayan Azay Quliyev təhsil işçilərinin cəmiyyətin aparıcı təbəqələrindən biri olduğunu qeyd edərək, seçki kampaniyasının sonuna doğru onlarla görüşməyə zərurət duyduğunu bildirib: “Bizim həyatda əldə etdiyimiz yaxşı nə varsa, bunun üçün müəllimlərimizə borcluyuq. Müəllimlərimiz cəmiyyətdə ictimai nüfuza malikdirlər, insanları düzgün tanıyır, ictimai-siyasi prosesləri dəqiq təhlil edə bilirlər. Bu baxımdan, deputatlığa namizəd olaraq sizlərlə görüşüb, fikirlərinizi, təkliflərinizi dinləmək mənim üçün əhəmiyyətlidir”.
Görüşdə çıxış edən iştirakçılar onları maraqlandıran bir sıra məsələlər, o cümlədən, müəllimlərin dərs saatlarının azaldılması, əməkhaqqı və s. fikirlərini bildiriblər. Azay Quliyevə Milli Məclisdə çıxışı zamanı müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi haqqında məsələ qaldırmasına görə təşəkkürlərini çatdırıb, yenidən deputat seçildikdən sonra da bu məsələyə bir daha qayıtmağını xahiş ediblər.
Azay Quliyev seçicisi olan müəllimlərlə görüşüb.
Azay Quliyev seçicisi olan müəllimlərlə görüşüb.

Qaldırılan məsələlərə münasibət bildirən Azay Quliyev qeyd edib ki, millət vəkilinin vəzifəsi bütün seçicilərin mənafelərini müdafiə etməkdir: “Əvvəllər olduğu kimi, bundan sonra da çalışacağam ki, dövlətimizin təhsil sistemində apardığı islahatlar çərçivəsində sizin maraqlarınızın müdafiəçisi olum”.
Azay Quliyev seçicisi olan müəllimlərlə görüşüb.

Görüşdə iştirak edən seçici müəllimlər 1 noyabr seçkisində yekdilliklə Azay Quliyevə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev 27 oktyabrda saat 17.00-da 6-cı mikrorayonda yerləşən “Anar” Şadlıq Sarayında seçicilərlə görüşəcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!