İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
Tarix : 10-11-2015, 10:47
“Daha çox hansı bəstəkarla işlyirsiniz, ən bahalı mahnınız hansı olub?”.

Butov.az Teleqraf.com-a istinadə sənətçilərimizin cavablarını təqdim edir:

Ən bahalı mahnınız hansıdır? – SORĞU

Nadir Qafarzadə: “Daha çox Fərid Kərimlinin mahnılarını ifa etmişəm. Ümumiyyətlə, hansı mahnı xoşuma gəlirsə ifa edirəm. Seçim edərkən ətrafımdakı insanlarla məsləhətləşirəm, amma sonda özüm qərar verirəm. Mahnılara pul vermirəm, mənə hədiyyə edirlər”.


Ən bahalı mahnınız hansıdır? – SORĞU

Günay İbrahimli: “Bir çox bəstəkarlarla – Aygün Səmədzadə, Pərviz Mahmudov və başqaları ilə işləmişəm. Mahnılarımın qiyməti Azərbaycan üçün standart qiymətlərdir və normaldır. Amma ən bahalı mahnımın qiymətini açıqlamayacam. Əslində, müğənninin diplomu onun təqdim edəcəyi mahnılardır. Mənim bir kaprizim var, mahnını özüm seçib oxumalıyam. Deyə bilməzlər ki, sifarişli mahnıdır və bu qədər pul veririk, oxumalısan. Xoşum gəlməyən iş olsa, milyon versələr də oxumaram”.


Ən bahalı mahnınız hansıdır? – SORĞU

Ayan Babakişiyeva: “Ən çox Elçin İmanovun mahnılarını ifa edirəm. O, müəllimim olmaqla yanaşı, ən gözəl nəğmələrimin müəllifidir. Mahnının qiyməti önəmli deyil, əsas odur ki, bəstəkarın adı mənim üçün dəyərli olsun. Xanım İsmayılqızının bir çox mahnısını ifa etmişəm. Ən önəmlisi odur ki, hər zaman sənətkarlarla işləmişəm və bu belə də davam edəcək”.


Ən bahalı mahnınız hansıdır? – SORĞU

Sevda Yəhyayeva: “Əslində, bu günə qədər çox bəstəkarın yaradıcılığına müraciət etmişəm. Pərviz Mahmudov, İsmayıl Əsədov, İsa Məlikov, Nailə Mirməmmədli, Hakan Erol, Rəhim Rəhimli, Elçin Cəfərov,Tərlan Məmmədhüseynov, Vüqar Camalzadə, Nazim Məmmədov və bir çox sənətkarla işləmişəm. İfa etdiyim bütün mahnıları baha qiymətə almışam”.


Ən bahalı mahnınız hansıdır? – SORĞU

Xuraman Şuşalı: “Vaxtilə bahalı mahnılar almışam. Amma qiymətini açıqlamaq istəməzdim. Bir çox mahnılarım var ki, çox bahalıdır, onlara yüksək məbləğdə pul xərcləmişəm. Bahalı mahnılar da gözlənilən nəticəni verir. İndiyədək Nailə Mirməmmədli, Gövhər Həsənzadə kimi sənətkarlarla işləmişəm”.


Ən bahalı mahnınız hansıdır? – SORĞU

Samira Allahverdiyeva: “Bir çox bəstəkarın mahnısını ifa etmişəm. Ən çox işlədiyim bəstəkar Muxtar Abseynov və Sevda Məmmədlidir. İfa etdiyim mahnılar təxminən eyni qiymətdə olub. Onların qiymətini açıqlamaq istəmirəm”.


Paylaş



Bölmə: Şou Biznes / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!